Uill Keyt Kelloq
"W.K.Kellogg Foundation" fondunun qurucusu
Uill Keyt Kelloq həyatda daha çox taxıl sənayesi nəhəngi və korifleksi
kəşf edən adam kimi məşhur olub. Üstünə onun adı yazılmış taxıl
məmulatları qutuları dünyanın hər yerində neçə-neçə nəsillərin evlərini
bəzəyib. U.K.Kelloq, həmçinin Birləşmiş Ştatların ən böyük filantroplarından
biri kimi tanınıb.
Taxıl məhsulları şirkətinin və öz adını daşıyan Fondun
qurucusu olan U.K.Kelloq "Batl Krik"də və bütün dünyada
məşhur olanadək üç peşə həyatını yaşayıb.
Dünyaca ünlü xeyriyyəçi və taxıl sənayesi lideri
həyat fəaliyyətinə "Batl Krik Sanitarium"da klerk kimi
başlayıb. O, məhz burada xəstələr üçün vegeterian dietası sahəsində
araşdırmalar apararkən korifleksi kəşf edib.
1860-cı il aprelin 7-də anadan olan Uill cəmi altı
illik formal təhsil görüb. 1951-ci il oktyabrın 6-da vəfat edərkən
isə böyük varidata malik olub və həm öz həmşəhərlilərinin, həm də
bütün dünyada milyonlarla insanın varlanmasına səbəb olub.
Onun ilk işi uşaqlıqda mal otarmaq olub, yeniyetməliyinin
son illərində isə səyyar süpürgə satıcısı həyatını yaşayıb.
Nəhayət, gənc yaşlarında "Batl Krik" sanatoriyasında
işə düzəlib: böyük qardaşı Con Carvi Kelloq bu sanatoriyanın baş
həkimi idi.
Uill Kelloq bütün dünyada məşhur olan bu xəstəxanada
hesabdarlıq və menecerlik edib; bu isə, tibbdən kənar bütün işlərin,
faktiki olaraq, onun ixtiyarında olması demək idi.
Həmin dövrdə qardaşı öz xəstələrinin vegetarian dietasını
yaxşılaşdırmaq məqsədilə cürbəcür araşdırmalar aparır, xüsusilə
də qarğıdalı dənəsini qaynatmaq yolu ilə asan həzm edilən çörək
sürroqatı tapmağa çalışırdı. Uill Kelloq uzun illər bu işdə qardaşına
assistentlik edir. Doğrudur, onlar heç vaxt öz məqsədlərinə nail
ola bilməsələr də, əvəzində onlara böyük qazanc gətirən bir işlə
rastlaşırlar.
1894-cü ildə Uill Kelloq təsadüfən qaynadılmış qarğıdalı
dənəsini bir az da yumuşaltmaq üçün qaynadıldığı qabda saxlayır.
Sonra onu adi qovurma prosesindən keçirərkən hər bir qarğıdalı dənəsi
enli, nazik təbəqəyə çevrilir. Uill qardaşını inandırır ki, xəstələrə
yeməyi bu cür nazik təbəqə şəklində vermək lazımdır və bu yemək
pasiyentlər arasında dərhal böyük rəğbət qazanır. Tezliklə, sanatoriyanı
tərk edən adamların tələbatını ödəyə bilmək üçün onu qutularda qablaşdırmaq
lazım gəlir. Con Kelloq belə işlərə az maraq göstərdiyindən, qardaşı
Uill Kelloqun onsuz da az olmayan işlərinin biri də artır.
İqtisadçı əqlini və marketinq texnikası sahəsindəki
anlayışlarını öz işguzarlığı ilə birləşdirən Uill Kelloq məhsul
istehsalını, reklam büdcəsini və satış həcmini durmadan artırdı.
O, 1924-cü ildə öz məhsullarını Avstraliyaya ixrac etməyə başladı,
iqtisadi tənəzzül dövründə öz şirkətini qoruyub saxlaya bildi (başqaları
reklam fəaliyyətinə son qoyduğu halda, o bu işi daha da gücləndirdi).
1939-cu ildə Kelloqun un məmulatları ingiltərəyə ayaq açdı. Uill
Kelloq son dərəcə amansızcasına rəqabət aparan, amma eyni zamanda
sakit təbiətli, təmkinli, qaşqabaqlı-özünəqapalı bir adam olmuşdur.
İndi, bu qədər illər ötüb keçəndən sonra belə onun
xeyriyyəçilik etdiyi işlərin nə qədər geniş və rəngarəng olduğuna
heyrət etməyə bilmirsən. O, həyatı boyu bu qənaətə gəlmişdi ki,
ən yaxşı xeyriyyəçilik hökmən axırda gənc nəslə yardımla nəticələnməlidir.
Buna görə də 1925-ci ildə "Ardıcıllar Şirkəti"ni yaratmışdı.
"Ardıcıllar Şirkəti" kənd təsərrüfatı məktəbi
və quş qoruğu yaradılmasına yardım göstərmiş, özü eksperimental
ferma yaratmış və meşə massivlərinin bərpa layihəsini həyata keçirmişdi.
Kelloq həmçinin öz doğma şəhərinin problemlərinə 3 milyon dollara
yaxın vəsait bəxş edib: məsələn, Anna Y.Kelloq adına əiil uşaqlar
üçün məktəb, vətəndaş auditoriyası, yeniyetmələr üçün yuxarı sinif
məktəbi və gənclər üçün əyləncə mərkəzi yaradıb. Prezident Herbert
Huver onu Ağ evdə keçirilən Uşaqların Sağlamlığı və Mühafizəsi Konfransına
nümayəndə təyin edib.
Həmin konfransdan qayıdandan sonra öz köməyini hara
sərf edəcəyini daha da dəqiqləşdirib. Nəticədə 1930-cu ilin iyununda
Uilli K.Kelloq Uşaq Rifahı Fondu yaranıb və o, sonra da U.K.Kelloq
Fondu adlandırılıb.
Kelloq öz xeyriyyəçilik işlərilə həmişə rəhmlilik
və qayğıkeşlik nümunəsi nümayiş etdirib və belə bir inancına uyğun
olaraq hərəkət edib: insanlara kömək etməyin ən yaxşı yolu özlərinin
vacib hesab etdikləri işləri görə bilmədikdə onlara imkan yaradılması,
yəni onların özlərinin özlərinə kömək etmələridir.
Kelloq ömrünün sonunadək Fondun işində iştirak edib.
Bu gün onun Batl Krikdə Oak Hill qəbristanlığındakı
qəbri adi bir baş daşı ilə nişanlanıb. Amma onun irsi hələ də yaşamaqda
davam edir.
Con D. Katerina
T. Makartur
Con Donald Makartur (1897-1978) dünyasını dəyişəndə
Amerika Birləşmiş Ştatlarında üç ən varlı adamdan biri və ölkənin
ən iri özəl sığorta şirkətinin sahibi idi.
Ailədə yeddi uşaqdan biri olan Makartur Şərqi Pensilvaniyada
vaxtilə kömür istehsalının gur inkişaf etmiş olduğu bir bölgədə
dünyaya göz açmışdır. Amma o doğulduğu dövrdə bu bölgə tamamilə
müflişləşmiş və öz əvvəlki qüdrətini itirmişdi. Makarturun uşaqlıq
dövrünün mərhumiyyətlərinə sinə gərərək sağ qalan üç qardaşının
üçü də öz sahələrində Alfred -sığorta, Telfer-nəşriyyat işində,
Çarlz isə jurnalist, dramaturq və Hollivudda kino ssenaristi kimi
böyük uğurlar qazanmışlar. Con həyat fəaliyyətinə bir çox işlərdə
çalışmaqla başlamışdır; qəzetlərdə müxbirlik etmiş, qardaşının şirkətində
sığorta agenti olmuşdur. Daha üç biznes sahəsində uğursuzluğa düçar
olduqdan sonra öz ömrünü həmişəlik sığorta işinə bağlamışdır.
1928-ci ildə otuz yaşındaykən Con Makartur "Markuet
həyat sığortası şirkəti"ni satın alır və 1935-ci ildə Çikaqonun
maliyyə böhranına düçar olan "Bankirlərin Həyatı və Bədbəxt
Hadisələr Şirkəti"ni əldə etmək üçün 2500 dollar borc götürür.
Beş il sonra həmin şirkətin aktivi 1 milyon dollardan çox, 1977-ci
ildə isə 1 milyard dollardan artıq olur. Ölümünə yaxın Markarturun
sığorta şirkətlərinin 3 milyondan çox sığortaçısı, tədavüldə olan
3,5 milyard dollar vəsaiti, 5000-dən çox sığorta agenti və brokeri
vardı.
1960-cı illərdə Gon Makartur öz diqqətini daşınmaz
əmlak və tikililərə yönəldir və öz biznes işlərini Floridada, Palm
Biç sahillərində, "Koloneydes Biç Hotel"in qəhvə mağazasından
idarə etməyə başlayır. O, həmin mehmanxananı satın alır və arvadıyla
birlikdə buradakı, üzü avtomobil dayanacağına baxan ən ucuz apartamentdə
yaşayır.
Ayrı-ayrı vaxtlarda Makarturun Floridadakı, ilk növbədə
isə Palm Biç Sarasota ərazilərindəki torpaq mülkünün sahəsi 100000
akrı otüb keçmiş və onun varidatı bundan əlavə, bir neçə ərazi şirkəti
və satış mərkəzi, kağız və ağac sənayesi şirkəti, Nyu-York şəhərində
19 kommersiya, ofis və yaşayış binası, bir neçə nəşriyyat müəssisəsi,
otellər, radio və televiziya stansiyalan, banklar və 12 sığorta
şirkətini əhatə etmişdir.
Con Makarturun həyat yoldaşı Katerina T.Makartur (1909-1981)
vaxtilə Çikaqonun Cənub hissəsində məskunlaşmış irland mühacirləri
ailəsində doğulan beş uşaqdan biri olmuşdur. Katerinanın atası Demokratlar
Partiyasının bu şəhərdəki qurumunun fəaliyyətində aktiv iştirak
etmiş və həm ştat, həm də yerli səviyyədə
vəzifələrə təyin olunmuşdur.
İlk vaxtlar Con bizneslə məşğul olur, Katerina isə
bu işiərin hesabatını aparırdı. Zaman keçdikcə Katerina öz ərinın
biznes fəaliyyətinə ürəkdən bağlanır və onun ən yaxın köməkçisinə
çevrilir. Con "Bankirlər" şirkətini satın alanda Katerina
onun iş prosedurlannı işləyib hazırlayır və şirkət tamamilə dirçəlib
ayağa qalxana kimi, onlar həmin prosedurlardan istifadə edirlər.
Katerina həmçinin, gizlicə, başqa adia özünün qızlıq soy adı olan
S.T.Hayland adı altında ayrı-ayrı vaxtlarda müxtəlif şirkətlərdə
şirkət katibi, direktor vəzifələrində və yaxud eyni vaxtda hər iki
vəzifədə çalışmışdır.
Con D.Makartur 1978-ci il yanvarın 6-da, Katerina
T.Makartur isə 1981-ci il dekabrın 15-də vəfat etmişdir.
Con D. və Katerina T. Markarturun filantropik fəaliyyətləri
onların adını daşıyan özəl, müstəqil qrantayırma Fondu ilə bağlıdır.
Con D. və Katerina T. Makartur Fondu insanların durumunun möhkəm
və davamlı sürətdə yaxşılaşdırılması qayğısına qalan qruplara və
fərdlərə yardım göstərməklə məşğul olur. Fond fərdlərin sağlamlığının
və cəmiyyətlərin səmərəliliyinin, millətlər və ölkələr arasında
sülhün, insan artımında məsuliyyətli seçimlərin və insan cəmiyyətlərinin
sağlamlığını müdafiə edən qlobal ekosistemlərin inkişaf etdirilməsi
yönündə çalışır. Fond bu məqsədlərini tədqiqatlara, siyasi inkişafa,
bu sahədə yayım, təhsil, və treninq, təcrübə mübadiləsini dəstəkləməklə
həyata keçirir.
Con D. Makartur və Katerina T. Makartur bu Fondu 1978-ci
ildə yaradıblar. ABŞ-ın on ən iri fondlarından biri olan Makarturlar
Fondu bu gün tədavüldə olan 4,2 milyard dollar məbləğində vəsaitə
malikdir və ildə təxminən 227 milyon dollar məbləğində qrant ayırır.
Guşənin aparıcısı:
T.Vəliyev
|