| Vətəndaş
cəmiyyəti: miflər və reallıq |
 |
VLADİMİR LİTVİN
Ukrayna Ali Radasının sədri |
Tarixi arayış
"Vətəndaş cəmiyyəti" - antik dövrün ictimaiyyətşünaslıq
terminidir, qədim Roma (Siseron) və hətta qədim yunan (Platon) müəllifləri
onu, "şəhər-dövlətlərin vətəndaş birliyi" mənasında işlətmişlər.
Maarifçilik dövrünün və Yeni dövrün müəlliflərinin (Peyndən Hegelədək)
əsərlərində bu termin başqa bir məna əxz etmişdir: dövlət strukturlarına
paralel şəkildə ayrı-ayrı maraqlar üzrə yaradılan vətəndaş birlikləri
şəbəkəsi. Yeni düşüncə yeni iqtisadi gerçəkliyi -şəxsi mülkiyyətin,
bazarın və burjuaziyanın yüksəlişini əks etdirirdi. XIX əsrdə vətəndaş
cəmiyyəti konsepsiyası sənaye inqilabı tərəfindən sıxışdırılaraq
tənəzzülə uğradı. Ancaq, ikinci Dünya Müharibəsindən sonra, italyan
marksist nəzəriyyəçisi Antonio Qramşi vətəndaş cəmiyyətini müstəqil
siyasi təşəbbüslərin şəbəkəsi kimi (həmin təşəbbüslərin fəalları
burjuaziya diktaturasına qarşı mübarizədə kommunistlərin təbii müttəfiqləri
idilər) nəzərdən keçirməyi təklif edəndə o, yenidən dəbə mindi.
70-80-cı illərdə vətəndaş cəmiyyəti məfhumu bu anlamda Latın Amerikasındakı
və Şərqi Avropadakı avtoritar rejimlərə qarşı bütün mübarizə formaları
üçün təşkilati örtük hesab edilirdi. Ötən əsrin 90-cı illərində
vətəndaş cəmiyyəti konsepsiyası bəzi siyasi mütəfəkkirlər tərəfindən
digər "üçüncü yol" nəzəriyyələri (özünüidarə cəmiyyəti,
anarxosindikalizm və s.) ilə yanaşı mövcud siyasi partiyalar sisteminə
qarşı real alternativ kimi nəzərdən keçirilməyə başladı. "Zamanın
ruhu"nun əsas elementinə çevrilən və heç bir tənqidi süzgəcdən
keçirilmədən qəbul edilən bu konsepsiya ətrafında saysız-hesabsız
miflər yaradıldı. Onlardan bəzilərinə nəzər salaq.
Vətəndaş cəmiyyəti qeyri-hökumət
təşkilatlarin ətrafında formalaşır
Bu heç də elə deyil. Vətəndaş cəmiyyətinin həqiqətən
də hər şeydən daha çox, ümumiyyətlə "ictimai rifah" uğrunda-ətraf
mühit, insan hüquqları, qadınların hüquq bərabərliyi, ədalətli seçkilər,
korrupsiyaya qarşı mübarizə və "bütün yaxşı şeylər" uğrunda
mübarizə aparan qeyri-hökumət təşkilatları ilə hər hansı cür eyniləşdirilməsi
son dərəcə yanlış bir şeydir. Vətəndaş cəmiyyəti konsepsiyası istənilən
anlamda, dövlət strukturlarından kənarda duran bütün təşkilatları
və birlikləri ehtiva edir. Politologiyada bunlar maraqlar üzrə yaradılan
birliklər adlandırılır. Sosial-siyasi oriyentasiyalı qeyri-hökumət
təşkilatları ilə birlikdə buraya həmkarlar ittifaqları, ticarət
palataları, peşə kollegiyaları və sindikatları (həkimlərin, vəkillərin
və s.), etnik assosiasiyalar və yeri gəlmişkən, elə həmin siyasi
partiyalar da daxildir. Ancaq sosial-siyasi proqramları olmayan
birliklərin geniş spektri də buraya daxildir: dini, tələbə, idman
və mədəniyyət cəmiyyətləri (xor həvəskarları dərnəyindən tutmuş
idman azarkeşləri və könüllü yanğınsöndürənlər klubunadək).Ancaq,
bu dəfə tamam başqa bir nəticə üzə çıxa bilərdi. 1974-cü ili aprel
ayında
Əlbəttə, qeyri-hökumət təşkilatları hökumətə səhihləşdirici
təzyiqlər göstərməklə və siyasətçilərə xüsusi məsələlərə
dair məsləhətlər verməklə inkişaf etməkdə olan ölkələrdə heç də
az əhəmiyyətli rol oynamırlar. Ancaq vətəndaş cəmiyyətinin daha
ənənəvi seqmentlərinin xüsusi çəkisi qeyri-hökumət təşkilatlarının
xüsusi çəkisindən min dəfələrlə artıqdır. Bundan əlavə, kilsə, həmkarlar
ittifaqları, palatalar, idman klubları və s. kimi maraqlar üzrə
qurulan birliklər qeyri-hökumət təşkilatlarından fərqli olaraq,
geniş üzv bazasına və ölkədaxili maliyyə mənbələrinə malikdirlər.
"ictimai rifah" uğrunda mübarizə aparan qeyri-hökumət
təşkilatları isə yağışdan sonra çıxan göbələk kimi artsalar da,
öz kadrlannı, adlarından danışdıqları insanlarla heç bir bağlılığı
olmayan, çevik elita fəallarının son dərəcə dar bir qrupundan seçib
götürürlər. Və bu səbəbdən öz fəaliyyətlərini maliyyələşdirməkdə
onlar yüz faiz xarici sponsorlardan asılı olurlar.
Vətəndaş cəmiyyəti nəcib məqsədlər
güdür
Bu da hansı qeyri-hökumət birliyinin - Qurtuluş ordusunun,
yoxsa cinayətkar "Luqansk briqadası" qrupiaşmasının məqsədlərini
əsas götürməyə üstünlük verməyinizdən asılıdır. Şərqi Avropa inqilablarından
sonra çox təhlükəli və yanlış olan belə bir təsəvvür dəbə mindi
ki, yalnız təmiz niyyətli, xalqın rifahından savayı başqa şey barədə
düşünməyən adamlar vətəndaş cəmiyyətinə qoşulurlar. Könüllü birliklərin
internetdəki siyahısına ötəri bir nəzər vətəndaş cəmiyyətinin ən
ziddiyyətli niyyətlərə malik təşkilatlardan ibarət geniş açılmış
bir yelpik olduğunu anlamağa kifayət edir: bu təşkilatlarda xeyirxah,
qəddar və sadəcə qəribə adamlar qruplaşırlar. Bosniyadakı münaqişənı
şərh edərkən amerikalı publisist Devid Riff yazır: "Yerli serblərin
lideri Radovan Karaciç də serb əhalisinin arzu və istəklərini doğru-
düzgün təmsil edir və mənim fikrimcə, Vaslav Havel hansı haqla vətəndaş
cəmiyyətinin qəhrəmanı hesab edilirsə, o da həmin haqla bu ada öz
iddiasını cəsarətlə irəli sürə bilər". Vətəndaş cəmiyyətini
yalnız və yalnız yumşaqqəlbli adamlarla və mənəvi apostollarla məhdudlaşdırmağa
cəhd edənlər isə bütün konsepsiyanı siyasi və sosial məzmundan cıxanb
teoloji təlimə çevirirlər.
Vətəndaş cəmiyyətinin avtomatik olaraq ictimai rifaha
yardımçı olması fikri ən azı iki səbəbə görə doğru deyil. Əvvələn,
ictimai rifah allahdan verilən bir şey, absolüt kateqoriya, şeylərin
konkret vəziyyəti deyil, ictimai mübarizədən qalib çıxan ideyadır.
Çirklənməmiş ətraf mühit, ucuz enerji qiymətləri, azad ticarət,
əhalinin maksimum məşğulluğu, söz azadlığı, təhqir və böhtanlardan
müdafiə ayrı-ayrılıqda və eyni zamanda ictimai rifah ola bilər və
ən son nümunə: ictimaiyyətin tam təhlükəsizliyi və məhdudlaşdırılmayan
azadlıqlar (yığıncaq, nümayiş, hətta yazışma sirri və s. azadlıqları).
Bəs bunlardan hansı daha çox ictimai rifahdır? Bir rifah halına
həmişə digərinə xələl gətirilməsi hesabına nail olunur. Həmişə gerçəkliyin
yalnız bir aspektini nəzərdə tutan vətəndaş birlikləri (ovçular
ittifaqı və ya təbiəti mühafizə cəmiyyəti) ictimai rifah baxımından
eyni baxışları bölüşə bilməzlər və ifrat hədlər arasında tarazlıq
tapılmasında heç cür maraqlı deyillər. Həmin anda ictimai rifahın
nə olmasının şərhi uğrunda mübarizə təkcə vətəndaş cəmiyyəti ilə
"pis uşaqlar" arasında deyil, həmişə və yalnız vətəndaş
cəmiyyətinin öz daxilindəki müxtəlif qüvvələr arasında gedir.
İkincisi, vətəndaş cəmiyyətinin tərkib hissələrinin
hər birinin öz iqtisadi maraqları vardır. Hətta ev sahibləri assosiasiyaları
və həmkarlar ittifaqları kimi, necə deyərlər, qeyri-kommersiya təşkilatları
belə öz üzvlərinin iqtisadi maraqlarını qızğınlıqla müdafiə edirlər.
Ayrı-ayrı qəhrəmanların hərəkətləri nə qədər təmənnasız olsa da,
onların bu qəhrəmanlıqlarından faydalanmaq üsulu həmişə mövcuddur.
Güclü vətəndaş cəmiyyəti demokratiyanın
təminatıdır
Bu, çox şirnikdirici ideya olsa da, sübutu mümkün
deyil. Həqiqətən də, vətəndaş cəmiyyətinin fəal inkişafı dövləti
intizamlı olmağa sövq edə, müxtəlif əhali qruplarının maraqlarını
genişləndirə, onların siyasi həyatda fəal iştirakını təmin edə bilər.
Amma vətəndaş cəmiyyətinin kəskin surətdə güclənməsi eyni zamanda
siyasi strukturların təhlükəli şəkildə zəifləməsi simptomu ola bilər
və belə misallar da az deyil. Prinston Universitetinin professoru
Şeri Berman 1997-ci ildə "Hitlerlə keqli oynayarkən" adlı
məqalə ilə çıxış etmiş və həmin yazıda Veymar Respublikasında vətəndaş
cəmiyyətinin oynadığı rolun aydın təhlilini vermişdir. 20-30-cu
illərin Almaniyası dərnək həyatının xeyli zəngin olması ilə seçilirdi
(demək olar ki, hər bir alman bu və ya digər peşə assosiasiyası
və yaxud mədəni birliyin üzvü idi); bu isə, ideyaca demokratik institutların
möhkəmlənməsinə gətirib çıxarmalıdır. Lakin Berman bunun əksini
sübut edir: həddən artıq böyümüş vətəndaş cəmiyyəti Almaniyada demokratiyanın
və liberal dəyərlərin qələbəsini nəinki təmin etmədi, hətta onun
əsaslarını qırıb dağıtdı. Veymar Respublikasının zəif düşmüş siyasi
strukturları bir-birilə rəqabət aparan vətəndaş birliklərinin şişirdilmiş
və ziddiyyətli tələblərini ödəmək iqtidarında deyildilər və bu da
son nəticədə millətçi, populist hərəkatların geniş vüsət almasına,
"güclü əl"ə tələbat hissinə və nasist partiyasının meydana
gəlməsinə gətirib çıxardı. Alimin fikrincə, vətəndaş cəmiyyətinin
sıxlığı və strukturlaşmış olması yalnız nasistlərin xeyrinə işlədi
və dinamik siyasi maşın imperiyasmın yaradılması prosesini onlar
üçün asanlaşdırdı.
Lakin, hətta demokratiyanın bərqərar, siyasi institutların güclü
olduğu ölkələrdə belə "vətəndaş cəmiyyəti nə qədər çox olarsa,
bir o qədər yaxşı olar" kimi sadə bir ifadənin gerçəkliyinə
şübhələnmək üçün müəyyən əsas var. Hələ 60-cı illərdə bəzi sosioloqlar
xəbərdarlıq edirdilər ki, maraq qrupları və təzyiq qruplarının təsir
gücünün artması nümayəndəli institutların fəaliyyətini poza, qərar
qəbul edilməsi proseslərinin nəticələrini böyük maliyyə imkanları,
yaxşı əlaqələri olan və yaxud sadəcə yaxşı təşkilatlanmış qruplaşmaların
xeyrinə sistematik olaraq təhrif edə bilər. 90-cı illərdə lobbist
qruplaşmaların bu cür güclənməsi prosesi "cəmiyyətin demosklepozu"
adını aldı.
Demokratiya - güclü vətəndaş cəmiyyətinin
təminatıdır
Burada da düzgün mütənasüblük yoxdur. Məsələn, Yaponiya
artıq yarım əsrdir ki, sabit demokratiyaya malik ölkədir, amma bu
ölkədə məhz ABŞ-da və Avropada vətəndaş cəmiyyətinin təcəssümü sayılan
ətraf mühitin və istehlakçıların mühafizəsi, insan hüquqlarının
və qadınların hüquqbərabərliyinin qorunması kimi fəallıq təzahürləri
son dərəcə zəifdir. Fransa və İspaniya tam demokratik ölkə nümunələridir,
amma bu ölkələrdə dövlətin son dərəcə güclü, birliklər həyatının
isə nisbətən zəif olduğu açıq-aşkardır. Plüralizmi və siyasi seçim
hüququnu burada siyasi partityalar və demokratik seçki mexanizmi
təmin edir. Bəzi amerikalı siyasət analitikləri buna görə Fransanı,
ispaniyanı və Yaponiyanı tənqid edirlər. Ancaq həmin ölkələr buna
cavab olaraq, bildirirlər ki, onlar özlərinin vətəndaşla dövlət
arasındakı münasibətlər sahəsində formalaşmış ənənələrinə uyğun
olaraq yaşayırlar. Amerika tipli vətəndaş cəmiyyətinə söykənməyən
demokratiyanın həqiqi demokratiya olmaması arqumenti nəinki saxta,
hətta təhlükəlidir: o belə bir əminliyə gətirib çıxarır ki, demokratiya
yalnız amerikan tipli ola bilər, ya da heç bir demokratiya yoxdur.
Vətəndaş cəmiyyəti iqtisadi uğurların
rəhnidir
Bu münasibətdə də hər şey o qədər də sadə deyil. Entuziastlar,
fəal, inkişaf etmiş cəmiyyətin özəl sahibkarlığın böyüməsinə aparıb
çıxaracağına əmin olsalar da, hökumətlərə təsərrüfat ideyaları təklif
edərək, dövlətin iqtisadiyyatı boğmamasına nəzarət etsələr də, praktika
sübut edir ki, iqtisadi yüksəlişlə vətəndaş cəmiyyəti arasında birbaşa
tənasüblük əlaqəsi yoxdur.
iki nümunəni müqayisə edək. Cənubi Koreyada iqtisadi möcuzə vətəndaş
cəmiyyətinin tamamilə boğulması şəraitində baş verdi. Yalnız 80-cı
illərdə, hərbi rejim "qaykalan" bir qədər boşaltdıqdan
sonra həmkarlar ittifaqları, tələbə hərəkatları və digər təşkilatlar
meydana çıxmağa başladı. Onlar ölkənin demokratikləşməsinə həlledici
töhfələr verdilər, amma ölkədəki görünməmiş iqtisadi yüksəlişdə
onların heç bir xidməti yoxdur, əksinə təsərrüfatın artım tempi
tədricən yox dərəcəsinə endi.
Bunun tamam əksi isə Banqladeşdir. Hansısa tarixi
səbəblərə görə bu ölkə ənənəvi olaraq vətəndaş fəallığı ilə zəngindir:
burada minlərlə qeyri-hökumət təşkilatı, hüquq-mühafizə birlikləri
və yoxsullara yarlım göstərən könüllü ittifaqlar fəaliyyət göstərir.
Lakin Banqladeş adambaşına ildə 350 faizlik gəliri ilə dünyanın
ən kasıb ölkələrindən biri olduğu üçün bundan başqa heç bir zənginliyilə
öyünə bilmir.
Əlbəttə, yaxşı strukturlaşmış vətəndaş cəmiyyəti bazar
iqtisadiyyatının təbii partnyoru ola bilər. Yüksək həyat standartlarına
malik olduqları təqdirdə vətəndaşların ictimai yük üçün vaxtı və
pulu olur. Ancaq vətəndaş cəmiyyətinin çiçəklənməsi ilə iqtisadiyyatın
çiçəklənməsi arasında səbəb-nəticə əlaqəsi görmək öz-özünü aldatmaqdır.
Bu da sizə amerikan təcrübəsi: Amerikan sosiologiyasının qurusu,
Harvard Universitetinin professoru Robert Putmanın 1995-ci ildə
yazdığı "Amerikada sosial kapitalın tənəzzüiü" məqaləsi
bomba kimi partladı. O göstərdi ki, Birləşmiş Ştatlarda dərnək,
kommuna və ittifaqlann həyatı 90-cı illərdə əsl böhran mərhələsinə
daxil olmuşdur. Ancaq məlum olduğu kimi məhz həmin dövrdə Amerika
əvvəllər görünməmiş konyuktura və təsərrüfat yüksəlişi keçirdi.
Bəzi iqtisadçılar hətta belə hesab edirdilər ki, vətəndaş
cəmiyyətinin birtərəfli inkişafı və onun həddən artıq təsir gücünə
malik olması xalq təsərrüfatı prosesini ciddi şəkildə ləngidə bilər.
Məsələn, Latın Amerikası həmkarlar ittifaqlarının ənənəvi gücü,
onların fikrincə, Argentina və Braziliyada baş verən indiki böhranlar
üçün məsuliyyət daşıyır.
Vətəndaş hərəkatlarının digər siyasi, təşkilati, intellektual
sahələrdə effektivliyi barədə təsəvvür də həddən artıq şişirdilmişdir.
Polşa vətəndaş hərəkatının (qismən həmkarlar ittifaqları, qismən
də hüquq-müdafiə birlikləri) real hakimiyyəti (prezidentlik, hökumət)
ələ keçirən siyasi partiya qüvvələrinə transformasiya olduğu yeganə
postkommunist ölkəsidir. "Solidarnost" təşkilatının hakimiyyətə
hər iki gəlişi iqtisadi və mənəvi tənəzzüllə müşayət olunmuşdur.
Son seçkilərin gedişində vətəndaş hərəkatlarının əsasında yaranan
partiyalar Polşanın siyasi xəritəsindən, - ola bilsin ki, həmişəlik
- silindilər. Bir qədər əvvəl isə vətəndaş cəmiyyətinin siyasiləşməsinin
sabiq simvolu prezident Valensanın başına bu iş gəlmişdi.
Hökumət vətəndaş cəmiyyətinə bir
qəpik də sərf etmir
Bu müddəa da doğru deyil. Daha dəqiq desək, o vaxta
qədər doğrudur ki, vətəndaş cəmiyyəti diktaturaya qarşı mübarizə
aparır və yad hökumətlərin və sponsorların vəsaiti hesabına yaşayır.
Ancaq demokratiya şəraitində fəallıq daxili büdcənin himayəsinə
keçir. Qrantlar, təqaüdlər, xüsusi maliyyə layihələri, vergidən
azad olma — bütün bunlar vətəndaş birliklərinin adi fəaliyyət çərçivəsinə
daxildir. ABŞ-da ən yaxşı elmi sosiologiya mərkəzi olan Con Hopkins
Universiteti ölkədəki qeyri-kommersiya sektorunu geniş şəkildə müqayisəli
tədqiq edib. Məlum olub ki, "hədsiz sayda fondların və korporativ
ixtisaslaşmış proqramların mövcudluğuna baxmayaraq, hökumət büdcəsi
hələ də qeyri-hökumət təşkilatlarının maliyyə mənbəyi olaraq qalır
və özəl ianələrin həcmindən iki dəfə çoxdur".
Vətəndaş cəmiyyəti qloballaşır
Piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə
Beynəlxalq kampaniyanın və ya "Sərhədsiz həkimlər" təşkilatının
uğurlan adamı transmilli vətəndaş cəmiyyətinin formalaşması, qlobal
vətəndaş siyasəti haqda düşüncələrə sövq edir. Bu tezis əsassız
olmasa da, ona müəyyən qədər ehtiyyatla yanaşmaq lazımdır. Əvvələn,
transmilli vətəndaş cəmiyyəti fikri heç də göründüyü qədər yeni
deyil və keçmişdə onun öz yüksəliş və tənəzzül dövrləri olub. Öz
zamanının siyasətinə son dərəcə güclü təsir göstərən belə bir transmilli
cəmiyyətə Roma katolik kilsəsi nümunə ola bilər. Sülhü müdafiə hərəkatı,
Paquoş hərəkatı da bu qəbildəndir. ikincisi, inkişaf etməkdə olan
ölkələrdəki və postkommunist ölkələrindəki aktivist hərəkatlarının
əksəriyyəti Qərb birliklərinin tər-təmiz proyeksiyası, xarici qeyri-hökumət
təşkilatlarının faktik filiallarıdır. Onların "qloballığı"
şübhəlidir və daxili tələbatdan törəməmişdir. Üçüncüsü, vətəndaş
cəmiyyəti institutiarının qloballaşması da milli dövlətlər çərçivəsindəki
birliklərin fəaliyyəti kimi birmənalı deyil: şəraitdən asılı olaraq
faydalı da, ziyanlı da ola bilər. Təkcə bütün ölkələrin hüquq müdafiəçiləri
birləşmirlər; ekstremist qruplaşmaların birgə fəaliyyət üçün əlaqələri
genişlənir, cinayətkar aləm birgə layihələr gerçəkləşdirmək üçün
qloballaşır. Beynəlxalq terrorizmin artıq dövlətlər tərəfindən himayə
edilməyə son qoyub, müstəqil beynəlxalq gücə çevrildiyini təsdiq
edənlər nə dediklərini heç də həmişə anlamırlar. Əslində onlar sözün
hərfi mənasında bunu deyirlər: terroru vətəndaş cəmiyyətinin qudurmuş
və qloballaşmış seqmentləri həyata keçirir.
 |
Vətəndaş cəmiyyətini miflərdən arındırmaq - onu buludlardan
yerə endirmək cəhdidir. Bununla da həmin termini istifadə üçün yararlı
etməyə çalışmaqdır. Əks təqdirdə, sonradan boşa çıxan ümidlər, məsələn,
öz əmanətlərini "yeni iqtisadiyyat" aksiyalarına qoyan
investorların başına gəldiyi kimi, adamı, hissiyatın itirilməsilə
nəticələnən xəstəhal ümidsizliyə düçar edə bilər.
REDAKSİYADAN:
Şübhəsiz, tanınmış politoloq Vladimir Litvinin "Vətəndaş cəmiyyəti:
miflər və reallıq" məqaləsi Azərbaycan oxucuları amsında da
birmənalı qarşılanmayacaq. Çünki vətəndaş cəmiyyəti barədə bu cür
baxışlar dünyanm bir çox elmi mərkəzlərində də ciddi müzakirələrə
səbəb olur və vətəndaş cəmiyyəti ideyasmın fanat tərəfdarlarmm tənqidinə
məruz qalır. Məqaləni ona təəssübkeş və oppotent mövqe bildirmədən
çap etdik. Yəqin ki, bu yazı, ö/kəmizin demokratiya bilici/ərinin,
vətəndaş cəmiyyəti ideyası təbliğatçılarının, demokratiya problemlərini
araşdıran mü'təxəssislərinin geniş mUzakirə obyektinə çevriləcəkdir.
Bu münasibətlə onların vətəndaş cəmiyyəti ideyası ilə bağlı istənilən
mövqedən yazılan məqalələrini böyük həvəslə dərc etməyə hazırıq.
|