Vətəndaş
cəmiyyətinin gözəlliyi ondadır ki, orada birləşən
şəxslərin azadlığı var |
 |
Qafqaz Qeyri-Hökumət Təşkilatları
Konfederasiyasının prezidenti,
fəlsəfə elmləri namizədi Mayis GüIəliyev |
Sual - Söhbətə ölkədə
üçüncü sektorun yaranması üçün münbit şəraitin olub-olmamasından
başlayaq. Azərbaycan QHT-ləri vətəndaş cəmiyyəti missiyasının daşıyıcılarından
biri rolunu oynaya bilirlərmi?
Mayis GüIəliyev - Hər
şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan reallığmda indiki
hakimiyyət vətəndaş cəmiyyətinin, üçüncü sektorun inkişafmda maraqlı
deyil. Çünki bu sektor möhkəmlənərsə, müxtəlif sahələrdə insanlar
birləşər və hökumətə öz sözlərini deyə bilərlər. Əlbəttə, Avropa
Şurasmm və digər beynəlxalq təşkilatlarm müəyyən təzyiqi ilə Azərbaycanda
üçüncü sektor formalaşmaqdadır. Lakin üçüncü sektordan böyük xarüqələr
də gözləmək lazım deyil. Onların qarşısmda plan və ya vəzifə qoyulmayıb.
QHT-lər ən azı 2-3 nəfər tərəfindən könüllülük əsasmda təşkil olunur
və bundan sonra onların fəaliyyət göstərib-göstərməməsi öz işləridir.
Bizim onların fəaliyyətinə təsir etmək və yaxud fəaliyyətlərini
təftiş etmək hüququmuz yoxdur. Bəla da bundadır ki, dövlət orqanları
QHT-lərin bu fəaliyyətsizliyini qabardır. Əgər bu gün QHT yaranırsa,
lakin fəaliyyət göstərə bilmirsə, bunda hökumətin də günahı var.
Və bu gün fəaliyyət göstərməyən və yaxud göstərə bilməyən təşkilatlarm
bağlanması haqqmda danışan adamın hələ də QHT-nin missiyasmdan,
məzmunundan xəbəri yoxdur.
Üçüncü sektor əsasən, açıq cəmiyyət institutları
kimi siyasi partiyalarm, siyasi təşkilatlarm, həmçinin hökumət orqanlarmm
fəaliyyətinə müəyyən ekspertizalar verməlidirlər. Məhz buna görə
də cəmiyyət təşkilatlanmalı, müəyyən maraq ətrafmda birləşməli və
öz hüquqlarmı müdafiə etməlidir. Məhz üçüncü sektorun qarşısmda
duran əsas vəzifə bu və ya digər sahədə, bu və ya digər qrupun mənafeyini
müdafiə etmək, təşkilatlanmaq və qrup şəklində fəaliyyətini həyata
keçirməkdir. Təəssüf hissilə qeyd etmək lazımdır ki, birliklər idarə
olunmağa meylli olurlar. Bu isə çox pis haldır. Məhz vətəndaş cəmiyyətinin
gözəlliyi də ondadır ki, orada birləşən şəxslərin azadlığı var.
Deməli, hökumət bu fəaliyyətin qarşısmı şüurlu surətdə
almaq üçün müəyyən tədbirlər görür. Ona görə də müxtəlif vasitələrə
əl atırlar, QHT-lər üçün problemlər yaradırlar.
Sual - Siz yəqin ki,
obyektiv çətinliklər yox, slini şəkildə yaradılan problemləri deyirsiz?
Mayis GüIəliyev - Bu
suala mənim münasibətim tamam fərqlidir. Çünki, bəzən deyirlər ki,
Azərbaycanda QHT-lərin fəaliyyəti üçün heç bir maneə yoxdur. Amma
bildiyiniz kimi, Azərbaycanda 1400-ə (min dörd yüz) yaxın QHT qeydiyyatdan
keçib, lakin 1000-ə qədər təşkilat hələ də qeydiyyata almmadan fəaliyyət
göstərir. Bunlardan 400 təşkilat Ədliyyə Nazirliyinə müraciət etmişsə
də, digər təşkilatlar bu nazirliyin fəaliyyətsizliyini əvvəlcədən
dərk edərək hətta müraciət belə etməyib. Bu da təbiidir. Lakin müraciət
etmək, mübarizə aparmaq lazımdır. Mübarizə əzminin zəifliyi ictimai
birliklərin ən böyük problemidir.
Azərbaycan hökuməti üçüncü sektorun fəaliyyətinin
qarşısmı almaq üçün müxtəlif maneələr yaradır. Ən əsas maneə isə
bu sahədə dəqiq olmayan, "ikibaşh" qanunlarm yaradılmasıdır.
Belə qanunlardan biri də "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqmda" qanundur. Lakin bu gün QHT-lərin
böyük əksəriyyəti bu sektorun fəaliyyətini nizamlayan qanuna razılıqlarmı
bildirərək, "qanunlar var, lakin sadəcə olaraq yerinə yetirilmir"
deyirlər. Təşkilatlarm bu cür danışmağmdan istifadə edən hökumət
nümayəndələri də beynəlxalq təşkilatlar qarşısmda deyirlər ki, biz
QHT-lərə kifayət qədər şərait yaratmışıq. Mən təəssüflə qeyd etmək
istəyirəm ki, məhz qanun kifayət qədər demokratik deyil. Qanun yazılmamışdan
əvvəl onun cəmiyyət üçün vacibliyi, reallığı dərk olunmalıdır. Bu
qanunda elə "sətiraltı" qadağalar var ki, o həqiqətən
QHT-lərin inkişafma mane olur. Bəzi şəxslər Sovet dövrü ilə və ya
Türkmənistanla, İrandakı vəziyyətlə bizi müqayisə edirlər və fəxrlə
qeyd edirlər ki, onlarda heç QHT haqqmda normal qanunlar yoxdur,
lakin bizdə var. Bu çox mənasız bir müqayisədir və hər dəfə demək
lazım deyil ki, əgər bu gün biz - QHT nümayəndələri həbsxanalarda
deyiliksə, buna görə indiki hakimiyyətə borcluyuq. Bu çox cəfəng
bir "təşəkkür"dür. Çünki, azadlıqda olmağımız azad fəaliyyət
göstərməyimiz bizim haqqımızdır. Buna görə biz kiməsə təşəkkür bildirməli
deyilik. Biz yalnız o zaman təşəkkür bildirməliyik ki, bizdəki qanunlar
ən sivil ölkələrdəkindən də bir addım irəli getsin və qanunun həyata
keçirilməsi üçün mümkün olandan daha çox fəaliyyət göstərilsin.
Sual -"Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun
az qala ümumxalq müzakirəsindən keçdi. Lakin yenə də böyük əksəriyyətin
razılaşmadığı nüanslar saxlanıldı. QHT-lərin fəaliyyətinə mane olan
çatışmazlıqlar hansılardır?
Mayis GüIəliyev - "QHT-lər
(ictimai birliklər və fondlar) haqqmda" qanunda olduqca çoxlu
çatışmayan cəhətlər var. Hər şeydən əvvəl onun çatışmayan cəhəti
odur ki, qanunda insanlarm birləşmək formaları tam deyil, yəni yalnız
ictimai birlik və ya fondlar kimi iki təşkilati-hüquqi forma göstərilir.
Bu qanunda açıq şəkildə bildirilir ki, ictimai birliklərin
təsisçisi və üzvləri kimi bələdiyyələr çıxış edə bilməzlər. Bu da
bir çatışmayan cəhətdir. Azərbaycanda demokratiyanm, xüsusən lokal
demokratiyanm inkişafı üçün məhək daşı rolunu oynayan yerli özünüidarə
orqanlarmm birləşmək hüquqi tamamilə əllərindən alınıb. Onların
QHT-lərlə birgə fəaliyyət göstərməsi imkanları da yoxdur. Digər
tərəfdən QHT-lərin qeydiyyatı ilə bağlı problem hələ də qalmaqdadır.
Nə qədər gözəl bəndlər yazılırsa yazılsm, əgər orada üçüncü sektorun
ümumiyyətlə inkişafma mane olan bəndlər varsa, onda digər normal
bəndlər öz əhəmiyyətini itirir. Təsəvvür edin ki, bizə ev üçün mebel,
çilçıraq və başqa ləvazimat almaq imkanı verilir, lakin ev tikməyə
ixtiyarımız yoxdur. Onda o əşyalar bizim nəyimizə gərəkdir?
Aprel ayında Milli Məclis tərəfindən "Qrant
haqqmda qanuna" dəyişikliklər etmək cəhdi bir daha göstərdi
ki, ən yuxarı dövlət orqanları vətəndaş cəmiyyətinin inkişafmda
maraqlı deyillər. Belə cəhdlərin ardı- arası kəsilmir. Bu yaxmlarda
isə bu qanuna yeni dəyişiklik ediləcəyi gözlənilir. Bu dəyişikliyə
əsasən qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasma
cəlb olunması "Dövlət Sığortası haqqmda" qanunla tənzimlənəcəyi
nəzərdə tutulur.
Və yaxud QHT-lər qeyri-kommersiya və qeyri-siyasi
təşkilat olduğu üçün onlara maliyyə imkanları yaradılmalıdır. Ən
azı onun maliyyə imkanı qazanmasmm qarşısı almmamalıdır. Yəni biz
hökumətə deyirik ki, bizə nəsə vermək lazım deyil, ancaq əlimizdə
olanı da almayın, vergi vasitəsi ilə onu boğmaym. İctimai təşkilatlar
kifayət qədər vergidən azad olmalıdır. Yalnız heç olmasa ona görə
ki, onlar qeyri-kommersiya, gəlir gətirməyən təşkilatlardır. QHT-lərə
vergi güzəştləri verilməlidir. Kommunal xidmət haqları azaldılmalıdır,
onlar ofislərlə təmin edilməlidirlər. Qanunun daha ən vacib çatışmayan
cəhəti QHT-ləri seçki monitorinqindən kənarda qoymasıdır. Bu fəaliyyət
QHT-lərin əsas fəaliyyəti olmalıdır.
Azərbaycanda üçüncü sektorun ən əsas problemlərindən
biri də dövlətlə münasibətin müəyyənləşməməsidir. Dövlət QHT-ləri
anti-dövlət, anti-xalq qurumları kimi qələmə verməkdədir. Əgər hər
hansı bir birlik hökumətin hər hansı siyasətinə ekspertiza verirsə,
Konstitusiyanm, ümumbəşəri dəyərlərin və ya insan hüquqlarmm pozulmasmı
deyirsə, həmin təşkilata siyasi təşkilat kimi damğa vurulur və sonra
bütün sahələrdə təzyiqlərə məruz qalır. İctimai birliklərin ali
məktəblərlə, dövlət orqanları ilə də əlaqələr yaratmağma mane olurlar:
bütün bu orqanlara tapşırılıb ki, ictimai işlərlə məşğul olanlar
orada çalışmasmlar. Bundan sonra yalnız bir təzyiq qalır: hökumətə
xidmət etməyən bütün QHT nümayəndələri həbs olunsun.
Hökumət ictimai təşkilatları vətəndaş cəmiyyəti quruculuğu
üçün vacib bir element kimi qəbul etmir. Hökumətin bir çox əməlləri
ictimai sektorun bir çoxu tərəfindən haqlı olaraq tənqid olunur
və onlar bir növ cəmiyyətlə hökumət arasmda körpü rolunu oynayaraq
cəmiyyətin hökumətə qarşı olan narazılığmı ictimayətə, həmçinin
beynəlxalq səviyyəyə çıxarırlar. Bu onların üstünlüyü, çevik bir
orqan kimi cəmiyyət üçün vacibliyini göstərən amildir. Lakin onu
da qeyd etmək lazımdır ki, Azərbaycanda demokratiyanm bütün sahələri
kimi, bu sahə də cavandır, hələ də püxtələşməyib.
QHT-lərin əsas missiyasmm hökumətin, siyasi partiyalarm
fəaliyyətini ekspertiza etməsini dərk edərək hökumət bu gün özünə
yaraya bilən kvazi Qeyri-Hökumət Təşkilatları silsiləsi yaradıb.
Onlar öz missiyalarmı deyil, hökumətin bu və yaxud digər sahədəki
sözünü guya "xalq tərəfindən dəstəkləyən" və bu məqsəd
üçün "yetişdirilmiş" birliklərdir.
İctimai birliklərin ictimaiyyət, KİV-lə əlaqələri
də tam qaydasmda deyil və bu danılmaz həqiqətdir. KİV-lər birliklərin
fəaliyyətini tam işıqlandırmırlar. Çoxlu sayda KİV hökumətdən asılı
vəziyyətdədir, onun əmrinə müntəzirdir.
Sual - QHT-lərin siyasətlə
və ya bizneslə məşğul olmalarmı Siz də normal hal saymırsız?
Mayis GüIəliyev - Bəzən
deyirlər ki, QHT-lər müxalifət yönümlüdürlər. Bu da həm Ədliyyə
Nazirliyini, həm də digər dövlət orqanlarmı narahat edir. Əslində
üçüncü sektor başqa cür ola da bilməz. Çünki bu sektor istənilən
bir ölkədə hökumətə və onun siyasətinə mütləq opponent mövqedə dayanmalıdır,
əgər QHT hökumətə opponent deyilsə, artıq o, QHT deyil. Söhbət burada
müxalifliyin mənasmdan gedir. Bizim cəmiyyətdə müxalif deyiləndə
düşmən nəzərdə tutulur. Əslində müxalif opponent olmalıdır. Məsələn,
hər hansı bir elmi iş müdafiə olunarkən onu əvvəlcə opponentə verirlər
ki, oxusun və ekspertiza etsin, onun əhəmiyyətini, çatışmazlıqlarmı
desin. QHT-lər isə hökumətin qarşısmda duran problemləri yerinə
yetirməsində opponent olmalıdır. QHT-lərin əvəzinə dövlət özü- özünə
opponent ola bilməz. Bundan əlavə, Qeyri-Hökumət Təşkilatları hökumətlə
əlbir olaraq cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm işlər
görə bilərlər. Əsl demokratik hökumət onun səhvlərini vaxtmda və
obyektiv qeyd edən müxalif fikrə qiymət verməlidir və belə bir institutlarm
möhkəm olmasma çalışmalıdır.
Hökumətin orqanları, ştatları kifayət qədər kiçik
sayda olmalıdır. Hökumət orqanları bu kiçik sayda ştatları ilə yalnız
idarəetmə işlərini yerinə yetirməlidir; konkret fəaliyyəti isə üçüncü
sektorun müvafiq işçiləri həyata keçirməlidir. Əgər hökumət orqanları
bunu etmək istəyirlərsə, müvafiq birliklərə, təşkilatlara müraciət
etməli, bu sahədə tender elan etməlidir. Bu baxımdan Qeyri-Hökumət
Təşkilatları dövlət orqanlarma həm opponent kimi çıxış etməli, həm
də müəyyən sahələrdə onlara kömək durmalıdırlar. Lakin bizim hökumətdə
onlara - müstəqil QHT-lərə düşmən kimi baxır, köməkçi rolunu isə
özlərinin yaratdıqları kvazi QHT-lərə həvalə edirlər.
O ki, qaldı ictimai birliklərin bizneslə məşğul olmasma,
onu qeyd edə bilərəm ki, Azərbaycan qanunvericiliyinə görə QHT-lər
gəlir götürə biləcək sahələr yarada bilərlər, lakin bu gəlir təsisçilər
və üzvlər arasmda bölüşdürülməməlidir. Gəlir yalnız nizamnamədə
göstərilən məqsədlərə sərf oluna bilər. Bu çox normal bir şeydir.
Lakin bu fəaliyyəti yerinə yetirmək üçün də QHT-lərə vergi güzəştləri
verilməlidir.
Sual - QHT-lərin əksəriyyəti
mlixtəlif koalisiyalarda birləşiblər. Sizə elə gəlmir ki, bunların
çoxu
koalisiyalardan artıq qruplaşmaları xatırladır?
Mayis GüIəliyev - QHT-lərin
yaranması tarixi zərurətdir və bu zərurət bir çox səbəblərdən doğur.
Bu gün QHT dairəsində əsasən üç qrup şəxslər birləşıb: birinci qrupda
dövlət orqanları tərəfindən idarəetməyə heç cür yaxın buraxılmayan,
lakin olduqca yüksək intellektual səviyyəli, doğrudan da dövlət
idarəçilik sistemində Azərbaycan cəmiyyətinə böyük xeyir verə biləcək
şəxslər cəmləşiblər. Bu cür insanlar öz intellektual imkanlarmdan
cəmiyyətin xeyrinə istifadə etmək üçün üçüncü sektor sferasma toplaşıblar.
İkinci qrupda o adamlardır ki, onlar QHT sferasmda hökumətə qulluq
edirlər; hökumət elə təşkilatlar yaradıb ki, onların vasitəsilə
ictimai sektoru nəzarətdə saxlasm, yaxud lazım gələrsə, ictimaiyətin
nümayəndəsi kimi onlardan istifadə etsin. Lakin bu iki qrupun hər
ikisinə üçüncü bir qrup da birləşməkdədir.
Üçüncü qrupa isə həm hökumətə yaxın olmayan, həm
də intellektual cəhətdən o qədər də inkişaf etməmiş şəxsər daxildir;
onlar elə qrant və ya digər məqsədlər üçün bir araya gələrək təşkilatlanmağa
can atırlar. Mən hər üç qrupa hörmət edirəm. Çünki birləşmək onların
hüququdur.
Lakin müəyyən maraq ətrafmda birləşəndə də məqsəd
kimi xalqın mənafeyi, insanlarm mənafeyi əsas götürülməlidir. İstənilən
bir təşkilatm fəaliyyəti fərdin hüququnu pozmağa yönəldilirsə, o
təşkilatm fəaliyyətinə "nöqtə" qoyulmalıdır. Bəzi təşkilatlar
var ki, onlar özlərində yüksək intellektual səviyyəli adamları birləşdirmir.
Lakin onları mühakimə etmək bizim işimiz deyil; əsası odur ki, onlar
birləşə biliblər. Əslində biz onlara dəstək verməli, kömək etməliyik.
Konfederasiyalar, forumlar, konqreslər məhz bu məqsədlə yaranıb
ki, belə təşkilatlarm strukturunun yaranmasma, maliyyə axtarışma,
cəmiyyətdə ayaq tutmasma, tanmmasma kömək etsin. Ona görə də "bəzi
təşkilatlar var ki, yaxşı işlə məşğul olmurlar" fikrinə mən
etiraz edirəm. Çünki kimin yaxşı, kimin pis işlə məşğul olduğunu
yalnız cəmiyyət müəyyən edə bilər, əgər o qeyri-qanunu hərəkət edirsə,
onu məhkəmə həll etməlidir.
Sual - Oxşar problemlərlə
məşğul olan QHT-lərin birgə fəaliyyəti daha artıq effekt verə bilər
və bu cür birliklərin yaranması təbiidir. Lakin bəzən tamam müxtəlif
profilli təşkilatlar koalisiyalar yaradır ki, çox vaxt bunun yaranma
səbəbi məlum olmur. Bunlar hansı ehtiyaclardan yaranır?
Mayis GüIəliyev - Çox
gözəl sualdır. Əlbəttə müxtəlif profilli təşkilatlarm bir qurumda
birləşməyi bir az qəribə
görsənir. Ekologiya ilə hüquq müdafiəçilərinin bir konfederasiyada
birləşməsinin məntiqi nədir?
QHT-lər o halda birləşirlər ki, onların birləşməyinin
məntiqi var. Bu məntiq - maraqdır. Əgər maraq varsa, onlar birləşməyə
can atacaqlar. Baxaq görək doğrudanmı belə bir maraq var? Yəni birliklərdə
birləşmək üçün tarixi zəmin varmı? Qeyd etmək lazımdır ki, tarixi
zərurət şüuraltı var, lakin cəmiyyətdə insanlar kifayət qədər siyasətdən
uzaqlaşdığı üçün onlara elə gəlir ki, bu zərurət hələ yoxdur. Qəribə
bir psixoloji baryer yaranıb. Təqribən 50-dən çox təşkilat konfederasiyaya
üzv olmaqla bağlı mənə müraciət edib. Lakin hamısı da deyir ki,
indi yox, sonra üzv olmaq istərdik. Soruşanda niyə? Cavab verirlər
ki, bəs əgər bilsələr ki, bizim təşkilat Konfederasiyaya üzvdür,
bizim fəaliyyətimizə mane olarlar, dövlətdən kiçik yardımlar alırıq,
onu da saxlayarlar və ya qeydiyyatdan keçmək üçün sənədlərimizi
Ədliyyə Nazirliyinə vermişik, qeydiyyata mane olarlar. Ona görə
də indi bizim sizə yox, başqa bir təşkilata üzv olmağımız daha vacibdir.
Onlar ancaq bizimlə fikir mübadiləsi aparmaq, bəzi məsləhətlər almaq
üçün müraciət edirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki,
təşkilatlarm bir araya gəlməsində süni məcburiyyət də var. Amma
bugünkü qədər heç vaxt ictimai təşkilatlarm birləşməsinə tarixi
zərurət olmayıb. Məsələn, Konfederasiyanm məqsədi regionda sülh,
əminamanlıq, inteqrasiya, vətəndaş cəmiyyətinin, demokratiyanm inkişafı
və s. problemlərdir. Əgər vətəndaş cəmiyyətinin, demokratiyanm inkişafı,
regionda sülh, əminamanlıq, Qafqazda inteqrasiya qarşıya məqsəd
kimi qoyulubsa bunu hansı profilə aid etmək olar? Bu zaman konkret
sahə ayırmaq mümkün deyil. Deməli burada məqsəd ümumidir. Konfederasiyalar
adətən, bir sahənin inkişafmı məqsəd qoymur. Orada ümumi məqsəd
varsa, deməli birləşmə də ola bilər.
Sual - Vətəndaş cəmiyyəti
öz təbii axarı ilə inkişaf edə bilərmi, yoxsa bunun üçün dövlət
proqramı lazımdır?
Mayis GüIəliyev - İnsanlarm
hüquqlarmı tapdalayan "dövlət maşını" vaxtaşırı "yağlanır",
sahmana salınır, işləyir və təbii ki, vətəndaş cəmiyyəti belə maşınla
eyni vaxtda mümkün ola bilməz. Vətəndaş cəmiyyəti əlbəttə, qüdrətli
dövlətin yaranmasma şərait yaradır. Digər tərəfdən vətəndaş cəmiyyəti
zəif ölkədə bərqərar ola bilməz. Bunun üçün vətəndaş cəmiyyəti ilə
dövlət idarəetmə strukturu arasmdakı münasibət nizama salmmalı və
bu işdə hökumət maraqlı olmalıdır. Vətəndaş cəmiyyətinin inkişafı
üçün dövlətin hər şeydən əvvəl proqramı olmalıdır.
Sual - Yerli QHT-lərin
inkişafını xarici fondlarsız təsəvvür etmək olmur.
Mayis GüIəliyev - Xarici
donorlarm Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanm inkişafmda,
QHT-lərin möhkəmlənməsində xidmətləri böyükdür. Buna görə də mən
Azərbaycana yardım edən beynəlxalq qurumlarm hamısma öz təşəkkürümü
bildirirəm. Lakin qeyd edim ki, QHT Konfederasiyası beynəlxalq fondlardan
hələ maliyyə yardımı almayıb. Yəni biz QHT-lər qarşısmda olan əsas
vəzifəni - ekspertiza vəzifəsini yerinə yetirmək istəyirik və işimizi
bu sahədə qururuq.
Lakin qeyd etmək lazımdır ki, Ermənistan və Gürcüstana
nisbətən Azərbaycan beynəlxalq təşkilatlardan olduqca az vəsait
alır. Məsələn, Ermənistan il ərzində təqribən 300 milyon dollar,
Gürcüstan təqribən 180 milyon dollar vəsait alır. Azərbaycana isə
30 milyondan bir qədər çox vəsait ayrılır. 8 milyon əhallisi olan
Azərbaycan və təqribən 2,5-3 milyon əhalisi olan Ermənistan üçün
ayrılan vəsaitlər olduqca fərqlidir. Belə çıxır ki, Ermənistanm
hər bir nəfərinə qrantdan düşən gəlir bizim vətəndaşlara neftdən
düşən gəlirdən də xeyli çoxdur. Ona görə də xarici donor təşkilatlarla
Azərbaycandakı QHT-lərm birgə fəaliyyətlərinin inkişafmı hələ arzulamaq
olar. Beynəlxalq fondlar da pulu yerdən çıxarmır. Əlbəttə onlar
bu və ya digər sahədə iş görmək üçün müxtəlif qurumlara vəsait ayırırlar
ki, onlar da vətəndaş cəmiyyətinin ilkin pöhrələrini dəstəkləsin.
İki səbəbə görə beynəlxalq təşkilatlar ölkələrdən uzaqlaşırlar:
birincisi odur ki, artıq həmin ölkədə demokratiya möhkəmlənib və
geriyə yol yoxdur, vətəndaş cəmiyyətinin elementləri özü-özünü təmin
edə və demokratiyanm inkişafı üçün lazım olan vəsaiti özləri tapa
bilirlər. Onda o fondlar aydın məsələdir ki, maliyyə yardımlarmı
azaldırlar. Məsələn, Baltikyanı ölkələrdə olduğu kimi. Digər tərəfdən
isə onlar öz maliyyə vəsaitlərini o zaman azaldırlar ki, cəmiyyət
normal deyil və ora nə qədər pul qoyulsa da, o cəmiyyət inkişaf
etməyəcək. O zaman fondlar maliyyə vəsaitini dayandırırlar.
İndi Azərbaycan ikinci vəziyyətdədir. Beynəlxalq
təşkilatlar hiss edir ki, indiki rejimdə qoyulan vəsaitin xeyli
hissəsi öz nəticəsini vermir. Çünki, beynəlxalq təşkilat maliyyə
ayırırsa, hökumət də bu sahənin inkişafma maraqlı olmalıdır. Hökumət
isə bu şəraiti yaratmır. Beynəlxalq fondlar da qoyulan vəsaitin
havayı gedəcəyindən qorxaraq bir az maliyyə vəsaitlərini azaltmaq
istiqamətində iş görürlər. Əgər onlar öz yardımlarmı tamamilə kəssələr,
çoxlu sayda təşkilatlarm nə edəcəyi bəlli deyil. Biz nə edəcəyik?
Biz bugünə kimi beynəlxalq fondlardan heç bir yardım almamışıq və
bu yaxmlarda da alacağımızı gözləmirik. Ona görə də biz öz fəaliyyətimizi
həmişəki kimi davam etdirəcəyik. Qafqazda sülh, inteqrasiya, vətəndaş
cəmiyyətinin, demokratiyanm inkişafı və digər sahələrdə mübarizəmizi
davam etdirəcəyik.
Sual - Azərbaycan xeyriyyəçilik
ənənəsi olan ölkədir. Hazırda ölkəmizdə imkanlı şəxslər az deyil.
Lakin sabah beynəlxalq fondları əvəz edəcək yerli fondlar yaranmır,
heç bunun işartıları da yoxdur.
Mayis GüIəliyev - İstər
xeyriyyəçi təşkilatlar, istərsə də ayrı-ayrı insanlar xeyriyyəçiliyə
vəsait ayıranda onun üçün müəyyən vergi güzəştləri olmalıdır. Azərbaycan
qanunvericiliyində xeyriyyəçilik haqqmda aydın müddəalar yoxdur,
amma olmalıdır ki, insanlarm xeyriyyəçilik etməyə hüquqi imkanları
olsun. Əgər kimsə bu gün xeyriyyəçiliklə məşğul olmaq istəsə və
bu məqsədlə vəsait ayırsa, indiki hakimiyyət o pulu ondan almaq
üçün müxtəlif vasitələrə əl atacaq. Digər tərəfdən etiraf etmək
lazımdır ki, pulu olanlarm böyük əksəriyyəti indiki hakimiyyətə
xidmət edən adamlardır. Onlar isə xalqın qayğısma qalan adamlar
deyil və belələri heç vaxt xeyriyyəçilik etməyəcək. İndi Azərbaycanda
zəngin adamlarm xeyriyyəçi olmaları yalnız arzudur.
Sual - Üçüncü sektor
talenin ümidinə buraxılıb, yoxsa inkişaf imkanları hələ qalır?
Mayis GüIəliyev - Hər
şeydən əvvəl hökumət qeyri-hökumət təşkilatlarmı qəbul etməlidir
və hökumətin bütün idarəçilik sistemi bu qurumun vacibliyini dərk
etməlidir. İdarəçilik sisteminin ən əsas hissələrindən biri olan
yerli özünüidarə orqanları ictimai idarəetmə orqanlarma çevrilməlidir.
Bu halda yerli özünüidarə üçün QHT-lər xüsusi statuslu bir orqana
çevriləcək. QHT hökumət və cəmiyyət arasmda körpü rolunu oynayacaq.
İctimai təşkilatlarla bələdiyyələr konkret fəaliyyətləri yerinə
yetirəcəklər. Bundan başqa, ictimai birliklərə maliyyə vəsaiti dövlət
orqanları və yerli özünüidarə tərəfindən ayrılmalıdır ki, yerlərdə
əhali ilə işləri məhz QHT-lər görsün və QHT-lərm gələcəkdə ən əsas
maliyyə mənbəyi yerli özünüidarə orqanları olmalıdır.
İkinci maliyyə mənbəyi isə hökumətin müvafiq orqanları
olmalıdır və onlar QHT-lərin intellektual fəaliyyətindən istifadə
etməlidirlər. O halda onların idarəçilik aparatı kifayət qədər işləyəcək
və əsl idarəetmə aparatma çevriləcək. Məhz bu halda QHT-lər arasmda
müsbət təbəqələşmə başlaya bilər; bəzi təşkilatlar birbaşa əhali
ilə işləyən təşkilatlar olacaq, bəzi təşkilatlar isə "beyin
mərkəzləri" kimi, yəni hökumətin müvafiq orqanları üçün konsepsiyalar,
proqramlar, planlar hazırlayan təşkilatlar olacaq, digər qrup QHT-lər
isə hökumətin və siyasi partiyalarm fəaliyətinə ekspertiza verəcəklər.
Lakin bütün bunlar bu siyasi rejimin vaxtmda olmayacaq. Ümumiyyətlə,
hər bir vətəndaşı daim təşkilatlanmaya səsləyirəm. Çünki cəmiyyətdə
təşkilatlanma prosesi nə qədər gedərsə cəmiyyət bir o qədər azadlığa,
demokratiyaya yaxmlaşar. Dövlət idrəçiliyində tez-tez söylənən və
hökumət məmurları üçün spekulyasiyaya əsas verən "xalq"
sözü "vətəndaş", "cəmiyyət" sözü ilə əvəz olunmalıdır.
Təşkilatlanma gücləndikcə hökumətin onu pozmaq imkanı azalar. Təşkilatçılığa
cəhd göstərin və gələcəkdə uğur qazanıb-qazanmamaq əsas deyil. Arzu
edirəm ki, QHT-lərin qeydiyyat məsələsi adiləşsin və insanlar istənilən
sahədə birləşərək fəaliyyət göstərə bilsinlər.
Gələcəkdə üçüncü sektorun inkişafı üçün hər kəs çalışmalıdır.
Ölkəmizdə QHT-lərin faəliyyətində insanlarm aktivliyi indi çox zəifdir.
Məsələn, Baltikyanı ölkələrdə üçüncü sektorda çalışanlarm 60%-ni
30 yaş, 35%-ni orta nəsil, 10%-ni isə yaşlı nəsil təşkil etdiyi
halda ölkəmizdə bu göstərici əksinədir: orta nəsil 60-70% təşkil
edir, gənclərin isə bu sahəyə meyli daha azdır. Bu çox narahatedici
haldır və gənclərdə bu cür etinasızlığm yaranmasma səbəb hökumət
tərəfindən, universitet rektorları tərəfindən QHT hərəkatmm dəstəklənməməsi
və hətta düşmən obrazmda təqdim edilməsidir. Məhz onlar tələbələrin
azad QHT-lərdə iştirakmı təqib edirlər.
Müsahibəni apardı: İlahə Rafaelqızı
|