SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№1 ---- Payız|2002
MÖVQE

24 avqust 2002-ci ildə keçirilən Referendumda Konstitusiyanın 24 maddəsinə 39 düzəliş edilib. Ölkənin ictimai həyatının müxtəlif sahələrini əhatə edən bu düzəlişlər QHT-lərdən də yan keçməyib.

ƏNNAĞI HACIBƏYLİ
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti

 

2002-ci il 24 avqust tarixli Referendum aktı QHT-lərə də müəyyən təsir edib. Akta əsasən, siyasi partiyalarm və başqa ictimai birliklərin ləğv edilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətindən götürülür və ümumi yurisdiksiyalı məhkəmələrə verilir.

Konstitusiyanm 130-cu maddəsinə əsasən isə siyasi partiyalarm və ictimai birliklərin ləğvi Azərbaycan Respublikası prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasmda Azərbaycan Respublikasmm Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilə bilərdi. Dəyişikliyə əsasən siyasi partiyalarm və başqa ictimai birliklərin ləğv edilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətindən çıxarılır. Bu, ölkədə olan siyasi partiyalar və ictimai birliklərin fəaliyyətinin məhdudlaşdırılmasma, hakimiyyət partiyası, dövlət orqanlarmm rəqib partiyanı sıradan çıxarmaq üçün əlavə əlverişli imkan qazanmasma gətirib çıxara bilər. Müstəqil olmayan və icra hakimiyyətinin hər cür qanunsuz göstərişlərini danışıqsız yerinə yetirən məhkəmələrin belə iddialara obyektiv, qərəzsiz baxacağma və müstəqil qərar qəbul edəcəyinə qarantiya yoxdur. Siyasi partiyalarm və QHT-lərin qeydiyyatı ilə bağlı məhkəmələrin çıxardığı qərarlar buna əyani sübutdur. Üstəlik, bu dəyişiklikdən sonra əslində istənilən şəxs belə bir iddianı qaldırmaq səlahiyyəti əldə edəcək. Çünki Mülki Məcəllədə və qəbul ediləcək yeni qanunda ("Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqmda") da belə qayda nəzərdə tutulur. Mülki Məcəllənin 133-cü maddəsinə və 3-cü oxunuşa təqdim olunmuş "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqmda" Qanunun 20-ci maddəsinə uyğun olaraq, istənilən üçüncü şəxsin ərizəsi ilə hüquqi şəxsin dövlət reyestrindəki yazı, yəni hüquqi şəxsin dövlət qeydiyyatı məhkəmə qaydasmda ləğv edilə bilər.

Bu dəyişikliyin normal, hətta zəruriliyi barədə hökumətin arqumenti ondan ibarətdir ki, ictimai birliklər məhkəmə qərarmdan şikayət vermək, məhkəmə araşdırması zamanı sübutlar təqdim etmək və s. prosessual hüquqlar əldə edirlər. Həqiqətən də, Konstitusiya Məhkəməsinin çıxardığı qərar son və qəti qərar olduğu üçün ləğv olunan ictimai birliyin yuxarı məhkəməyə şikayət vermək hüquqi yox idi və belə bir instansiya da mövcud deyil. İctimai birlikləri ümumi yurisdiksayalı məhkəmələrin ləğv etməsi zamanı isə həmin qərarın yuxarı instansiya məhkəmələrində apelyasiyası imkanı yaranır. Lakin Azərbaycanm məhkəmə sistemindəki vəziyyət, hakimlərin icra orqanlarmdan faktiki asılı durumu və s. bu qarantiyaları heçə endirir və onların ciddiliyini şübhə altına qoyur. Prinsipcə, əslində bu normal dəyişikliyn mahiyyəti deyil, məhkəmə hakimiyyətinin zəifliyi, icra hakimiyyətindən asılı olması ilə bağlıdır. Bundan başqa, ictimai birlikləri Konstitusiya Məhkəməsinin ləğv etməsi qaydası daha mürəkkəbdir. Belə ki, ictimai birliyin ləğvi üçün ümumi yurisdiksiyalı məhkəmələrə müraciət etmək proseduru, Konstitusiya Məhkəməsinə müraciət etmək prosedurundan daha asandır. Mülki Məcəllənin və qüvvəyə minəcək "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqmda" Qanunun müddəalarma əəsasən, istənilən üçüncü şəxs hüquqi şəxsin dövlət qeydiyyatı haqqmda dövlət reyestrindəki yazılarmm (qeydiyyatmm) ləğvi barədə məhkəmədə iddia qaldırmaq imkanı qazanır. Belə vəziyyətdə ictimai birliklərin ləğvi adi hal ala bilər. Ona görə də bu barədə Konstitusiyaya edilən dəyişikliyin guya QHT-lər üçün daha geniş prosessual imkanlar yaradacağı fikrini əsaslı saymaq mümkün deyil. Dəyişiklik Konstitusiyanm 49-cu maddəsində nəzərdə tutulan birləşmək hüququnun reallaşdırılmasmda əlavə çətinliklərin yaranmasma gətirib çıxarmaya bilməz.