 |
DEMOKRATİK
MÜBARİZƏ TARlXİ |
 |
 |
| "Bəlkə
bir neçə dəqiqəlik fasilə elan edəsiniz?" |
 |
| MUSTAFA CƏMİLOV |
Mustafa Cəmilov 1944-cü ildə deportasiyaya məruz qalan
Krım Tatarlarmm öz doğma yurdlarına qayıtmaları uğrunda mübarizə
aparan ən barışmaz Sovet dissidentlərindən biri olmuşdur. 1943-cü
ildə Krımda doğulan M.Cəmilov 1959-cu ildə Özbəkistanda orta məktəbi
bitirdikdən sonra Daşkənd şəhərində Orta Asiya Dövlət Universitetinin
Şərqşünaslıq fakultəsinə daxil olmaq istəsə də, Krım tatarı olduğu
üçün onun sənədlərini qəbul etməmişlər. 1962-ci ildə Daşkənddə İrriqasiya
İnstitutunun Hidromeliorasiya fakultəsinə daxil olan M.Cəmilov milli
və antisovet görüşlərinə görə həmin institutdan 1965-ci ildə xaric
edilmişdir.
M.Cəmilov bütün sonrakı həyatmı Krım tatarlarmm doğma
yurdlarma qaytarılması uğrunda mübarizəyə həsr etmişdir. 1966-cı
ildə sovet ordusunda xidmətdən imtina etdiyinə görə il yarım iş
almışdır. Ümumiyyətlə, M.Cəmilov 6 dəfə məhkum olunmuş, üst-üstə
17 il keçmiş SSRİ-nin ən ciddi rejimli həbs düşərgələrində məhbus
həyatı yaşamışdır.
1991-ci ildə Krım tatarlarının ikinci xalq nümayəndələri
qurultayında Krım tatarlarmm yeganə nümayəndəli orqanı olan Xalq
Məclisinin sədri seçilən M.Cəmilov, 1998-ci ildə «Rux» partiyasının
siyahısı üzrə Ukrayna parlamentinin deputatı seçilmişdir və hazırda
Ukrayna Ali Radasmm insan hüquqları, milli azlıqlar və milli münasibətlər
Komitəsinin üzvüdür.
1998-ci ildə M.Cəmilov insan hüquqlarının müdafiəsi
sahəsində göstərdiyi fəaliyyətə görə BMT-nin Qaçqınların İşi üzrə
Ali Komissarlığının F.Nansen adına mükafatma layiq görülmüşdür.
2001-ci il avqustun 21-də isə Ukrayna Prezidentinin fərmanı ilə
Knyaz Yaroslav Mudrı ordeni ilə təltif olunmuşdur.
M.C.: "... Ancaq
mən ümidvaram ki, tezliklə, lap tezliklə elə bir vaxt gələcək ki,
vətəndaşların əksəriyyəti bu ölkədə kimin əsl cani və satqın olduğunu
daha yaxşı anlayacaq" (Alqışlar)
Zalda sakitlik bərpa ediləndən sonra, hakim müttəhimə
son söz verildiyini elan edir.
M.C.: - Bəlkə bir neçə
dəqiqəlik fasilə elan edəsiniz? Mən axı 3 saat fasiləsiz çıxış etmişəm...
H.: - Bizim buna vaxtımız
yoxdur, hələ hökm də yazmaq lazımdır. Heç kim sizdən bu qədər uzun
nitq söyləməyi xahiş etməmişdi. Son sözünüzdə isə sizə yalnız məhkəmədən
nə xahiş etməyiniz qalır...
M.C.: - Mən ancaq 10-15
dəqiqəlik fasilədən danışıram. Hökm sizin vaxtınızı çox almayacaq,
axı onu yazmaq yox, ancaq üzünü köçürmək lazımdır. Yaxşı, fasiləsiz
də keçinərik.
SON SÖZ
Bir azdan sonra altı günlük məhkəmə araşdırmasının
formal nəticəsi sayılan hökm oxunacaq. Ancaq çoxlarma, əlbəttə elə
mənim özümə də, yaxşı məlumdur ki, öncə hökm, sonra isə istintaq
və məhkəmə adlanan bu ikipərdəli tamaşa hazırlanmışdır.
Əlbəttə, hökmün mətnində burda danışılanlar da müəyyən
həddə və özünəməxsus yorumda öz əksini tapacaq. Ancaq onlar elə
seçiləcəklər ki, hökmün artıq çoxdan diktə olunmuş yekun hissəsini
"...təqsirkar bilinsin?", "...məhkum olunsun!"
qərarlarmı əsaslandıra bilsin. Və bütün bunlar altıncı dəfə, "sovet
ictimai-dövlət quruluşuna böhtan" kimi formal ittiham üzrə
isə üçüncü dəfə təkrar ediləcəkdir. Bu analoji prosseslərin hər
birində və hər dəfə də uğursuz olaraq mən vəsatət qaldırmalı və
tələb etməli olmuşam ki, hazırlanmasmda və ya yayılmasında ittiham
edildiyim ərizə, müraciət və yaxud digər materiallardakı konkret
faktlar və hadisələr araşdırılsm. Axı, əslində bu və ya digər sənədi
yalnız o halda böhtan adlandırmaq olar ki, həmin sənəddə haqqmda
danışılan hadisələrin və faktların doğrudan da baş vermədiyi yoxlanılıb
sübuta yetirilmiş olsun. Ancaq yenə də təkrar-təkrar əmin olursan
ki, siyasi məsələlərə toxunan proseslərdə digər ölçülər mövcuddur.
İnkarolunmaz həqiqət burada yalnız hakimiyyətin və
ona xidmət edən informasiya və təbliğat vasitələrinin saydığı həqiqət
hesab olunur. Yalnız Kremlin rəhbərləri və onların hakimiyyətlərini
əsaslandırmaq və mədh etmək məqsədini həyata keçirən təbliğat mərkəzlərinin
ictimai-siyasi baxışları düzgün sayılır. Əgər kimsə, onların ehkamlarma
və göstərişlərinə zidd olan nəsə bir şey desə və yaxud, hətta öz
qızına yazdığı məktubunda bir şey yazsa, deməli o böhtançıdır, qatı
cinayətkardır, onu qazamata salmaq və yaxud həbs düşərgəsinə yollamaq
lazımdır.
Nə qədər ikiüzlü olmalı və həqiqətə nə qədər sayğısız
yanaşmalısan ki, məsələn, krım tatarlarmm heç bir problemi olmadığmı
iddia edə və onların hüquqlarmm pozulması barədə bəyanatları sovet
rəhbərlərinin müdrik siyasətinə böhtan kimi qiymətləndirə biləsən.
Vətəni, dövlətçiliyi, 100 illərlə yaratdığı milli
mədəniyyəti, müqəddəs məkanları əlindən alınmış, ona qarşı işlənmiş
dəhşətli cinayət nəticəsində öz tərkibinin böyük faizini itirmiş,
millət kimi tam assimilyasiya və yoxolma təhlükəsiylə üz-üzə qalmış
bir xalqın, sən demə, heç bir poblemi yoxmuş və onu bu hala salanlara
qarşı heç bir etirazı olmamalıdır.
Krım hakimiyyət orqanlarının həyasızcasma özbaşmalığı
və təhqiramiz hərəkətlərindən təngə gəlmiş Musa Mamut ümidsiz bir
qərar qəbul edir — etiraz əlaməti olaraq özünü yandırır və heç olmasa
yanan cismi və əzablı ölümü hesabma bu qanunsuzluqları törədənlərin
vicdanmı oyatmağa çalışır. Lakin vicdan susur, qanunsuzluqların
qarşısı alınmaq əvəzinə hadisə barədə geniş ictimaiyyəti məlumatlandıranlar
repressiyaya məruz qalır. Burada çox suallar oldu ki, mənim yazdığım
və ya axtarış zamanı məndə tapılmış məktub və sənədlərdə öz əksini
tapan digər məsələlərin — psixiatriyadan sui-istifadənin, Saxarovun,
Orlovun taleyinin, adventistlər üzərində prosesin, Əfqanıstan hadisələrinin
və bu kimi digər problemlərin krım tatarlarının milli problemləri
ilə nə əlaqəsi var.
Burada ancaq öz milli məsələsi ilə bağlı ölkənin mərkəzi
hakimiyyət orqanlarma müraciət etdiyinə görə dəlixanaya salmmış
krım tatar millətinin nümayəndəsi ifadə verdi, Saxarov və Orlovun
krım tatarlarmm müdafiəsi ilə bağlı çıxışları çoxlarma məlumdur,
kimsə hesablayıb ki, təkcə Səmərqənd vilayətindən Əfqanıstanda artıq
130-dan çox krım-tatar gənci həlak olub. Ancaq məsələ bunda deyil.
Ədalət də azadlıq kimi bölünməz məfhumdur. Digərlərinə
münasibətdə ədalətin pozulduğu vaxt özün üçün ədalətə nail olub
vicdanı susmağa məcbur etmək olmaz. Bu məsələdə "sən mənə-mən
sənə" kimi hesablaşmalara yer yoxdur.
Orqanların hüquq müdafiə qüvvələrini parçalayıb bölmək
və bir-birindən ayrı salmaq istəyi əlbəttə başadüşüləndir, çünki
hər bir hərəkatm ayrılıqda axırına çıxmaq çox asandır. Ona görə
də onların "biz ancaq öz məsələlərimizlə məşğul olmalıyıq,
başqalarının problemlərinə qarışmamalıyıq, bununla da öz problemlərimizi
daha tez həll edərik" tipli mənəviyyat dərsləri ancaq korafəhm
insanlara inandırıcı görünə bilər.
İttihamnamədə deyilir ki, mən bir neçə dəfə həbs olunmuşam,
ancaq özüm üçün lazımi nəticələr çıxarmamışam. Əlbəttə, bu yanlışdır.
Hər bir prosesdən sonra mən lazımi nəticələr çıxarıram və ya artıq
öncələr çıxardığım nəticələrə düzəlişlər edirəm. Bu gün hökm oxunacaq
və mən yenə də öz həmvətənlərimdən, qohum və əqrəbamdan uzun müddət
ayrı düşəcək, sonra isə həmişə olduğu kimi , təkcə mənim üçün deyil,
həm də mənim ailəm üçün maksimal dərəcədə çətin olsun deyə çox-çox
uzaqlara göndəriləcəyəm. Əlbəttə, mən bundan da özüm üçün lazımi
nəticələr çıxaracam.
Ancaq, məsələ kimin hansı nəticəni daha lazımlı saymasmdadır.
Orqanlar, əlbəttə istərdilər ki, mən nəhayət, onların gücü və qüdrəti
qarşısmda daxilən sınım, düşdüyüm vəziyyətlə barışım və öz tələblərimi
şəxsi maraqlarla məhdudlaşdırım. Ancaq bu olmayacaq. On dörd il
bundan öncə Daşkənd şəhər məhkəməsində keçirilən belə bir altıgünlük
prosesin sonunda son sözümü deyərkən mən and içmişəm ki, heç kim
heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə
şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz.
Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram
ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət
qədər mənəvi qüvvəm olacaqdır.
|