SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№1 ---- Payız|2002
SUAL - CAVAB

SUAL:

"QHT-lər və demokratik seçkilər» mövzusu keçid dövrü yaşayan ölkələrdə ciddi problemlərdən sayılır. Bir çox ölkələrdə QHT-lərin seçkilərdə iştirakına (müstəqil müşahidənin təşkili və s.) süni maneələr yaradılır, digərlərində isə ümumiyyətlə buraxılmır. Çox guman ki, nümayəndəsi olduğunuz təşkilat bu cür hallarla tez-tez rastlaşır. Bu cür problemlərin həlli üçün təşkilatınızın nə kimi tövsiyyələri var? Ümumiyyətlə, beynəlxalq təcrübədə belə problemlərin həlli mexanizmi mövcuddurmu?"

CAVABLAR:

ÇARLZ LAŞAM
Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun (İFES Azərbaycan)
layihə direktoru

Seçkiləri müşahidə etmək hüququ şəffaf seçki prosesinin əsaslarından biridir. Müşahidəçilər xarici və yerli ola bilər. Xarici və ya yerli olmalarından asılı olmayaraq, onlar istər inkişaf etmiş, istərsə də inkişafda olan istənilən demokratik ölkənin seçki prosesində vacib rol oynayırlar. Müşahidəçilərin hüquq və vəzifələri seçkilərlə bağlı olan qanunlar və təlimatlarda müəyyən edilməlidir. Vəzifələrin hüquqlarla əlaqədə olması vacibdir, belə ki, bəzən bu iki məfhumun sıx əlaqədə olması dərk edilmir. Bu ikitərəfli və qarşılıqlı prosesdir. Müşahidəçilər məsuliyyətli və qanun çərçivəsində davranmalıdırlər. Beynəlxalq müşahidəçilər və yerli QHT-lərdən və ya ictimai təşkilatlardan olan müşahidəçilər bitərəf olmalı və seçki prosesi zamanı nəyi müşahidə etdikləri haqqında dəqiq məlumat verməlidirlər.

Müşahidəçilərin mövcudluğu seçicilərdə prosesə qarşı inam yaradır. Əgər müşahidəçilərin bülletenlərin məntəqələrə verilməsindən başlayaraq məntəqələrin açılması və bağlanması, səslərin sayılması, cədvəlləşdirilməsi və nəticələrin dərc edilməsinə kimi seçki prosesinin bütün elementlərini müşahidə etmək imkanı olsa, onlar şəffaflığı təsdiq edə və hər bir seçki yarışmasında tələb olunan ictimai inamı təmin edə bilər.

Bəzi ölkələrdə müşahidəçilərin hüquqları məhduddur və ya müşahidəçilik tamamilə qadağandır. Bu cür məhdudiyyətlər seçki prosesinin şəffaflığı və həqiqiliyinə ciddi xələl gətirir. Beynəlxalq ictimaiyyət bu məhdudiyyətlərin aradan qaldırılmasına çalışır. Digər ölkələrdə seçki prosesinin müşahidəsinə heç bir məhdudiyyət qoyulmur, bir şərtlə ki, seçkilərin keçirilməsinə heç bir müdaxilə edilməsin. Aydındır ki, bu, şəffaflığa kömək edir. Azərbaycanda beynəlxalq müşahidəçilərin iştirakına imkan verilir və biz axır zamanlar keçirilmiş seçkilər zamanı beynəlxalq QHT-lər, səfirliklər, ATƏT və Avropa Şurası və digər təşkilatlardan olan müşahidəçilərin iştirak etdiyinin şahidi olduq. Namizədlərin və partiyaların müşahidəçilərinə, eləcə də Kütləvi informasiya Vasitələrindən olan müşahidəçilərin iştirakına da icazə verilir. Lakin, hal-hazırda yerli müşahidəçilər xaricdən maliyyə vəsaiti alan QHT-lərin üzvləri olduqları halda müşahidəçiliyə buraxılmırlar. Bu, İFES və digər beynəlxalq təşkilatların fikrincə zəruri olmayan bir məhdudiyyətdir. İFES inanır ki, bu məhdudiyyətləri aradan qaldırmaq üçün QHT-lər haqqında qanuna dəyişikliklər edilməlidir.

Növbəti bir neçə ay ərzində Azərbaycanın öz seçki qanununu təkmilləşdirmək üçün böyük imkanı vardır. Avropa Şurasına qəbul edilmənin şərtlərindən biri də Vahid Seçki Məcəlləsinin qəbul edilməsi idi. İFES təşkilatına verilən məlumata görə Vahid Seçki Məcəlləsi bu il Milli Məclisə təqdim ediləcək və 2003-cü ildə qanun kimi qüvvəyə minəcək. Siyasi partiyalar və QHT-lərin iştirakı ilə bir sıra dəyirmi masalar keçiriləcək. Bu, QHT müşahidəçilərinin seçkiləri müşahidə etməsinə qoyulmuş qadağanın aradan qaldırılması üçün bir imkandır. Azərbaycanda yerli müşahidəçilərə seçki prosesini tam və məhdudiyyətsiz şəkildə müşahidə imkanının verilməsinə Milli Məclis və hüquqşünasları inandırmaq üçün İFES əlindən gələni edəcək.

DEVİD SİP
Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya institutu (NDİ), Azərbaycan

insan Haqlarınm Ümumdünya Bəyannaməsi və müxtəlif beynəlxalq müqavilələr vətəndaşların öz ölkələrinin idarə olunmasında birbaşa və ya azad şəkiidə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququnu təmin edir. Digər beynəlxalq sənədlər bu hüquqları əks etdirir və təkmilləşdirirlər. İdarəetmədə iştiraketmə hüququnun dəqiq xüsusiyyətləri və seçki hüquqlarının sənədləri beynəlxalq insan hüquqlarına dair sənədlərdə tamamilə müəyyənləşdirilir və bu hüquqların təminatında müşahidəçilərin rolu artıq ciddi mübahisəyə səbəb olmur.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) (indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədinin iştirak edən dövlətləri beynəlxalq və yerli seçki müşahidəçilərini qəbul etməyə səsləyən 7-ci maddəsi müşahidəçilərin demokratik seçkilərdə əhəmiyyətli rol oynaması fikrini təsdiq edir. Bu siyasətə əməl olunması suveren dövlətlərin təcrübəsində, həmçinin dövlətlərarası və qeyri-dövlət təşkilatları tərəfindən həyata keçirilən proqramlarda aydın şəkildə öz əksini tapır.

Bu sual tez-tez soruşulur: "Yerli QHT-lər nə üçün seçkiləri müşahidə etməlidirlər?". Müstəqil müşahidəçilik fəaliyyətinin ilkin məqsədi seçki prosesinin bütövlüyünü təmin etməkdir. Bu məqsəd uzun müddətli, yeni və keçid demokratiyasında keçirilən seçkilərdə mövcud olur. Bununla əlaqədar olan bir sıra digər məqsədlər də monitorinq cəhdlərinin təşəbbüsü və həyata keçirilməsi ilə əlaqədar olan vaxt və qiyməti də təsdiq edir.

Keçid dövrü seçkilərində seçkilərə inamı olmayan insanlara seçki prosesinin vacibliyinin və orada hər seçicinin iştirakınm uyğunluğunun izah edilməsində müşahidəçilərin böyük rolu var. Bu şəraitlərdə xalqın siyasətlə bağlılığı insan haqlarının pozulması, saxta seçkilər, hərbi və ya avtokrat rejimlərlə bağlı olur. Bu şəraitdə vətəndaş məsuliyyətinin əsas anlayışlannın güclənməyə ehtiyacı var və narahatlıqlara son qoyulmalıdır.

Seçici apatiyasının və ümidsizliyinin mövcud olduğu ölkələrdə müşahidəçilər insanlarda seçki prosesinə inam yaratmaqda, bu inamı bərpa etməkdə və saxlamaqda, vətəndaşları seçkilərdə iştirak etməyə həvəsləndirməkdə və fəallaşdırmaqda rol oynayırlar.

Digər tez-tez rast gəlinən sual budur: "Seçki məntəqələrinin müşahidə olunması müşahidənin yeganə mütnkün formasıdırmı?" QHT-lər seçkilərin monitorinqinə və siyasi proseslərə aid olan çoxlu fəaliyyət növləri haqqında fikirləşməlidirlər. Seçki məntəqələrinin müşahidəsi Azərbaycanda tez-tez müzakirə olunan metoddur. Seçki günündən uzun müddət əvvəl müşahidə oluna biləcək çoxlu sahələr var və bəzən bunu seçkiqabağı müşahidəçilik fəaliyyəti adlandırırlar.
Seçkidə kimin qalib və ya uduzmağını müəyyən etmək üçün işlədilən sistem (yerlərin bölüşdürülməsi metodu, bura proporsional, majoritar və qarışıq sistem daxildir) seçkinin ən mühüm aspektlərindən biridir. Yerlərin bölüşdürülməsi metodu siyasi prosesə və hökumətə təsir edir. Bəzən seçki çərçivəsi adlanan seçki sisteminin həyata keçdiyi, qüvvəyə mindiyi və təhlil edildiyi struktur və qanun-qaydalar da eyni dərəcədə mühüm rol oynayırlar. Seçkiqabağı mühitin müşahidəsinə gəldikdə isə prosesin başlanmasından əvvəl müşahidəçilər planlarını tərtib etməlidirlər:

  • Seçki sisteminin nəzəri forımada qiymətləndirilməsi (yazılı qanunlara və qaydalara əsasən fəaliyyət göstərən
    nəzəri modelə baxmaq);
  • Seçki sistemini təcrübi cəhətdən qiymətləndirmək;
  • Qanunverici və nizamlayıcı düzəlişlər vasitəsilə təkmilləşmə üçün müdafiəçilik işi aparmaq.

QHT-lərin cəlb oiuna biləcəyi çoxlu seçkiqabağı fəaliyyət növləri var. Bunlardan biri də monitorinqdir. Bura vətəndaş və seçici maarifləndirilməsi kampaniyaları, seçicilər, siyasi partiyalar və namizədlər üçün qeydiyyat proqramları, seçiciləri seçkilərə cəlb etmək üçün görülən tədbirlər, seçkilər haqqında nəyin ictimaiyyətə çatdırılmasını bilmək üçün mətbuatın, televiziyanın, radionun və seçki kampaniyasının monitorinq proqramları daxildir.

QHT-lər Seçki Monitorinq Mərkəzinin əlavə parlament seçkiləri dövründə keçirdiyi kimi ictimai müzakirələr, bələdiyyələrlə görüşlər və debatlar təşkil edə bilərlər. Bu, xalqın üzləşdiyi əsas məsələlərin birbaşa namizədlərə çatdırılmasına, vətəndaşların, partiyaların platforma və proqramlan haqqında məlumat əldə etməsinə və oniarın seçki günündə qərar verməsinə kömək edəcək.

Müşahidəçilərin seçkiqabağı monitorinq fəaliyyəti və seçki günündə onların seçki məntəqəsində oiması xalqın seçkilərə inamını artırır və onları seçki prosesində iştirak etməyə həvəsləndirir. Monitorinq qrupu tərəfindən dərc olunan açıq bəyanatlar və hesabatlar daha ədalətli seçki prosesinə kömək edən dəyişikliklərə səbəb olur. Müşahidəçilər vasitəçilik texnikasından istifadə etməklə kampaniya dövründə yaranan mübahisələri həll edə bilərlər. Onların seçki məntəqələrində iştirakı saxtakarlığın, normalann pozulmasının və qəsdən edilməyən səhvlərin qarşısını alır. Müşahidəçilərin çətin sahələrə göndərilməsi həmçinin kampaniya dövründə və seçki günü qorxunu azaldır. Bundan əlavə müşahidəçilər səslərin hesablanması prosesinin müxtəlif vasitələrlə müşahidə edəndə rəsmi nəticələri yoxlamaq üçün qərəzsiz mənbə yaradırlar.

Nəhayət, müstəqil monitorinq qrupu tərəfindən seçkiqabağı mühitin qiymətləndirilməsi prosesin legitimliyi baxımından seçki rəqiblərinin mövqeyinə təsir göstərə bilər. Müəyyən dərəcədə müsbət olan qiymətləndirmə nəticələrin bütün partiyalar tərəfindən qəbul olunmasına ruhlandırır. Əksinə, əgər proses qeyri-qanuni hesab olunursa mənfi tənqidi münasibət nəticələrin rədd olunmasına gətirib çıxarır.

Azərbaycanda 2000-ci ilin iyulunda qəbul olunan Parlament Seçkiləri Haqqında Qanun ondan əvvəl qəbul olunmuş qanunlara nisbətən təkmildir və seçkilər üçün ümumi dəqiq çərçivə müəyyən edir. Buna baxmayaraq, bu qanunda da bir sıra çatışmazlıqlar var. Bura namizədlərin müəyyən edilməsi üçün olan tələblər, partiya siyahılarından məhrum olmaq üçün əsas, səslərin sayılması prosesində şəffaflığın olmaması və hər şeydən əvvəl yerli bitərəf müşahidəçilərin olmaması aiddir. Bütün bunlar qanunsuzluqların və fırıldaqların rast gəlindiyi sahələrdir.

MDİ-nin tövsiyyələri aşağıdakılardır:

Məqsədə uyğun olmayan məhdudiyyətlərsiz yerli müşahidəçilərə seçki məntəqələrində müşahidəçilik etməyə icazə vermək.

Hər demokratik cəmiyyət öz vətəndaşlarını seçki prosesləri də daxil olmaqla ölkənin ictimai işlərində iştirak etmək hüquqlarını təcrübədən keçirmək üçün hökumət təcrübələrini müşahidə etməyə və qiymətləndirməyə həvəsləndirməlidir. Bu prinsip ATƏT-in Kopenhagen sənədində öz əksini tapıb, xüsusilə ATƏT-in üzvü olan dövlətlər üçün sənədin 8-ci və 10-cu bəndində olan öhdəliklərdə yerli müşahidəçilərin, xüsusilə QHT-dən olan müşahidəçilərin seçkilərdə iştirakı xalqın seçki prosesinə inamını artıran yeganə ən böyük amildir. İctimai təşkilatlar (Fondlar) haqqında hazırki qanunda xarici mənbələrdən maliyyə alan QHT-lərə seçkiləri müşahidə etmək üçün mane olan maddə var (maddə 2.4). Bu müddəa beynəlxalq təşkilatlardan qrant alan təşkilatların seçkiləri müşahidə etməsinə maneçilik törədir. Bu müddəa təşkilatlar arasında assosasiya azadlığını və vətəndaşların ictimai işlərdə iştirak etmək hüququnu pozur. Azərbaycan QHT-nin seçki prosesini müşahidə etməsinə icazə verilməsi üçün bu münasib olmayan müddəanın ləğv edilməsi vacibdir.

COŞUA ROSENBLUM
Beynəlxalq Respublikaçılar institutunun (İRİ) Siyasi partiyalarla iş üzrə
proqram direktoru

Hazırki Azərbaycan qanunvericiliyi yerli qeyri-hökumət təşkilatlarına seçkilər zamanı müşahidəçilik etməyə icazə vermir. Bu səbəbdən seçkiləri səmərəli şəkildə müşahidə edə bilmək üçün kifayət sayda müstəqil müşahidəçilər qrupu təşkil etmək çətindir. Bir çox beynəlxalq QHT-lər seçki müşahidə qrupları yarada bilərlər, ancaq onların Azərbaycandakı nümayəndələrinin ümumi sayı o qədər azdır ki, bütün seçki məntəqələrində azad və açıq seçkilərin keçirilməsini təmin etmək iqtidarında deyillər.

QHT-lərin seçkiləri müşahidə işinə cəlb oiunmasının ən yaxşı yolu seçki qanununda dəyişiklik edilməsi ola bilər. Hazırki halda isə ən səmərəlisi yerli QHT-lərin öz üzvlərini, seçkiləri müşahidə etməyə icazə verilən təşkilatlarda müşahidəçi kimi qeydə aldırmaları olardı. Əvvəllər Azərbaycanda jurnalistlər seçkilərdə müşahidəçi kimi akkreditə edilirdi. Ən effektiv strategiyalardan biri QHT üzvlərinin xəbər buraxılışlarını hazırlayan qurumların təmsilçisi sifətilə jurnalistlər kimi qeydə alınmaları ola bilər. Azərbaycan qanunvericiliyi artıq jurnalistlərin müşahidəçi kimi akkreditə olunmasına icazə verməsə də, bundan əvvəlki seçkilərdə olduğu kimi, Mərkəzi Seçki Komissiyası bəlkə də son anda jurnalistlərin müşahidəçi kimi iştirakına icazə verəcəkdir.

Gürcüstan kimi ölkələrdə yerli QHT-lərin üzvləri adətən beynəlxalq QHT-lərin müşahidəçiləri kimi qeydə
alınırlar. Məsələn, Gürcüstanda keçirilən son yerli seçkilərdə Seçki Sistemləri üçün Beynəlxalq Fond (İFES)
çoxu birbaşa onunla bağlı olmayan yüzlərlə müşahidəçi qeydə almışdı.

Ən nəhayət, yerli QHT-lər siyasi partiyalarla əməkdaşlıq edə və onların tərəfdarları kimi qeydə alına bilərlər. Siyasi partiyalara öz tərəfdarlarını müşahidəçi kimi qeydə aldırmağa icazə verildiyi üçün yerli QHT-lər öz xidmətlərini özlərinə yaxın olan partiyalara təklif edə bilərlər, bu da hər iki təşkilat üçün faydalı olar.

PİTER BURHARD
ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Qeyri - hökumət təşkilatlarının seçkilərdə iştirakı yeni seçki qanunu ilə bağlı növbəti məsləhətləşmə prosesində müzakirə olunacaq mövzulardan biridir. Bildiyiniz kimi ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu (DİİHB) şəxsində və Avropa Şurası Venesiya Komissiyası şəxsində yeni seçki qanunun müzakirəsi prosesində Azərbaycana yardımçı olacaqdır. Birgə olaraq onlar iş planını təftiş edirlər və hal-hazırda onlar noyabrın son günlərində içtimaiyyətə təqdim olunmuş rəsmi plana dair öz yekun rəylərini hazırlayırlar.
Bundan öncə DİİHB ilə Azərbaycan hakimiyyət dairələri arasında yeni qanunla bağlı ictimai məsləhətləşmə prosesində iştirak haqqında razılıq əldə edilmişdir. Bu məqsədlə Azərbaycan hakimiyyət dairələri ilə DİİHB arasında əməkdaşlığa dair iki dəyirmi masa təşkil olunacaqdır.

Birinci dəyirmi masa dekabrın 16-17 tarixində keçirilib. Bu dəyirmi masaları keçirməkdə məqsəd bütün maraqlı tərəflər, yəni hakimiyyət dairələri, Parlament, siyasi partiyalar və xüsusilə Qeyri - Hökumət Təşkilatları və seçki qanunvericiliyi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Parlament tərəfindən qanunun qəbuiundan əvvəl yeni qanunvericiliyi müzakirə etməkdir.

Planlaşdırılan iki dəyirmi masa çərçivəsində müzakirə ediləcək mümkün mövzulardan biri sizin qaldırdığınız
məsələlərlə bağlı olacaqdır.

İNKERİ AARNİO-LVOFF
Avropa Şurası Baş Katibinin Azərbaycan Respublikasında
xüsusi nümayəndəsi

Öncə mən qeyd etmək istərdim ki, Avropa Şurası üzv ölkələrdə demokratiyanın və qanunların inkişafına töhfə verən vətəndaş cəmiyyətinin yaxşı fəaliyyət göstərməsi üçün səy göstərilməsinə böyük önəm verir. Şura mümkün qədər şəffaf olan demokratik seçkilərin keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan növbəti ildə keçiriləcək prezident seçkiləri Azərbaycan üçün həlledici olacaq.

Seçkilərdə QHT-lərin müşahidəçi kimi roluna gəldikdə demək olar ki, hətnişə, hər ölkədə bununla əlaqədar aydın qərarlar olmur. Məsələn, Fransada qanunla QHT-lərlə bağlı xüsusi bir şey deyilməməsinə baxmayaraq hər bir vətəndaş seçkini müşahidə edə bilər və bu yanaşma fransız cəmiyyətində açıqlığa can atmanı əks etdirir.
Mən yeni qanun toplusunda müsbət dəyişikliklərin edilməsini görürəm. Avropa Şurası QHT-lərin seçkilərdə müşahidəçiləri akkreditə etmək hüququ ilə bağlı Seçkilər Məcəlləsində belə maddənin salınmasının nəzərdə tutulmasını alqışlayır. Digər tərəfdən, biz təəssüf edirik ki, xarici ölkələrdən maliyyə yardımı alan QHT-lərə seçki prosesini müşahidə etmək hüququ verilmir. Biz ümid edirik ki, qanun toplusunun növbəti müzakirələri zamanı bu maddə Seçkilər Məcəlləsinə əlavə ediləcəkdir.