BİNƏSİBLƏRİN
QİYAMI
Sivilizasiyaların toqquşmasını hansı yolla önləməli |
 |
| Rasim Musabəyov,
politoloq |
Ərəb və Afrika mənşəli gənclərin Fransa şəhərlərini
lərzəyə gətirən kütləvi çıxışları ötən payızın başlıca hadisəsinə
çevrildi. On minlərlə maşın, məktəb, hətta polis məntəqəsi yanıb
külə döndü. Hakimiyyət orqanları qiyam dalğasını söndürüb vəziyyəti
nəzarətə almağa müvəffəq olsalar da, baş verənlər həm Fransada,
həm də bütün dünyada bir çox suallar doğurub. Keçən əsrin 60-70-ci
illərində baş verən gənclər qiyamlarımı təkrar olunur? Yoxsa bu,
cəmiyyətin binəsib təbəqələrinin püskürdüyü etirazların bir ifadəsidir
və bunun əsasında sosial narazılıqlar durur? Bəlkə elə, Hantinqtonun
qabaqcadan xəbərdarlıq etdiyi kimi, sivilizasiyaların toqquşmasını
müşahidə edirik?
Bütün bu suallara bu qədər uzaq bir məsafədən cavab
vermək çox çətindir. Xarici siyasətçilər, jurnalistlər və analitiklərin
dediklərinə əsaslanmaq da müşkül məsələdir, çünki siyasi və ideoloji
tərəfkeşlik səbəbindəın onların fikirlərində həddən artıq uyğunsuzluq
müşahidə olunur.
 |
Belə ki, fransız kommunistləri və sosialistlər lap
əvvəldən qiyamçıların tərəfini saxlayırlar. Solçuların fikrincə,
iğtişaşların başlıca səbəbi sağçı hökumətin mühacirlərin sosial
problemlərini həll etmək istəməməsidir və problemin yeganə həll
variantı danışıqlara getməkdir. Dominik de Vilpen hökuməti əvvəlcə
bu yolu tutmaq qərarına gəldi. Noyabrın əvvəlində baş nazir Vilpen
və daxili işlər naziri Sarkozi müsəlman icmasının nümayəndələri
ilə bir sıra görüşlər keçirdilər. Ancaq bu görüşlər yoxsul şəhərətrafı
yaşayış məntəqələrinin gənclərini cilovlaya bilmədi. Əksinə, hökumətin
güc tətbiqinə hazır olmadığını və danışıqlara meylləndiyini görən
radikallar bütün polis qüvvələrinin öz yaşayış ərazilərindən çıxarılmasını
tələb etdilər. Siyasi baxımdan bu, bir növ müsəlman «muxtariyyət»inin”
leqallaşdırılması demək idi. Bu tələbin qəbulu mümkünsüz olduğundan
«Zorakılığa - yox, dialoqa - hə”» şüarıyla keçən 80 minlik küçə
nümayişinə baxmayaraq, danışıqlardan imtina və sərt tədbirlərə əl
atmaq qərarına gəlindi.
Fransız millətçiləri belə hesab edirlər ki, mühacirlərin
problemini yalnız onların həyatını ağırlaşdırmaq, etnik çərçivələrdən
çıxarmaqla çözmək olar: istənilən çıxış yerindəcə boğulmalı, iğtişaş
iştirakçıları ölkədən çıxarılmalı, işsizliyə görə müavinətlər dayandırılmalı
və mühacirlər işləməyə vadar edilməlidir. Milli Cəbhə Partiyasının
lideri Jan-Mari Le Pen fövqəladə vəziyyət tətbiqini, iğtişaş zamanı
saxlanılanların Fransadan deportasiyasını tələb etdi. Millətçi damğasından
çəkinməyərək bütün sağçı partiyalar da problemin bu yolla həllinin
üstündə dayandılar. Hökumət dairələrində bu metodu eyni zamanda
hakim partiyanın da lideri olan daxili işlər naziri Nikolya Sarkozi
dəstəkləyirdi. İğtişaşlar həqiqətən də yalnız bir sıra şəhər və
rayonlarda fövqəladə vəziyyət tətbiqindən, saxlanılanların və mühakimə
edilənlərin deportasiyasına başlanıldıqdan sonra səngidi.
Fransa və eləcə də bütün Avropa solçuları bu etiraz
çıxışlarının arxasında sosial səbəblərin durduğunu iddia etsələr
də, sağçılar üçün bu, sivilizasiya problemidir. Bəziləri müsəlman
gənclərinin çıxışlarını hətta barbarların maarifçi Avropaya hucumları
ilə müqayisə etməyə başladı. Fransadakı iğtişaşları 11 sentyabr
terroruna bənzər bir «kəşfiyyat döyüş»ü” kimi təsnif edən tanınmış
rus geopolitiki Vadim Sımburski də bu fikirlə qismən razılaşır.
O, diqqəti fransız hökumətinin hadisələrin bu cür gedişatına hazır
olmadığına cəlb edir. Qərbə təzyiq göstərmək istəyənlərin bu hadisədən
nəticə çıxardıqları (qəfil və cəld hərəkət etmək baxımından) istisna
olunmur.
Beynəlxalq birlik Fransada baş verənləri çox diqqətlə
izləyirdi. İlkin reaksiya müəyyən qədər bədxah məzmun daşıyırdı.
Hamıya (İraqa müdaxiləyə görə amerikalılardan tutmuş Çeçenistanı
qanlı yolla susduran ruslara qədər) dərs keçməyə və hamını tənqid
etməyə öyrəncəli Fransanın özü çətin vəziyyətə düşmüşdü və repressiv
tədbirlərə əl atmaq məcburiyyətində qalmışdı. Amma Avropada və dünyada
çoxları istər-istəməz həm Fransadakı qiyamlar, həm də bundan əvvəl
Hollandiya və Böyük Britaniyada baş verən hadisələrin səbəb və nəticələri
barədə düşünür. Xatırladım ki, Amsterdamda bir kinorejissor müsəlmanların
hissiyatını təhqir edən səhnələrə malik film çəkdiyinə görə qətlə
yetirilmişdi. Londonda isə metro qatarı və avtobus partladılmışdı.
Özü də onlarla insanın tələf olduğu bu terror aktlarını hansısa
gəlmə şəxs deyil, artıq bu ölkədə oturuşmuş müsəlman mühacirlərin
və onların övladları arasından çıxan ölkə vətəndaşları törətmişdilər.
Qərbdə sonuncuların sayı durmadan artır. Müsəlmanlar
Fransada ölkə əhalisinin 8-10, Hollandiyada 5-7, İspaniya və Böyük
Britaniyada isə 3 faizini təşkil edirlər. Hazırda Avropa Birliyi
(AB) hüdudlarında 17 milyondan çox müsəlman yaşayır ki, bunların
da böyük bir hissəsi müsəlman mühacirlərin ikinci və hətta üçüncü
nəslinin nümayəndələridir. Onların böyük bir qismi Avropada doğulub-böyüyən,
amma cəmiyyətdə öz yerini tapa bilməyən insanlardır. Belələri radikal
müsəlman ideyalarına üz tutmaqla özlərini tapmağa çalışırlar. Partlayıcı
qurğuları hərəkətə gətirən və yaxud avtomobillərə od vuran cavan
uşaqlar bir qayda olaraq özlərini britaniyalı və ya fransız hesab
etmirlər. Bunlar əsasən Asiyadan və yaxud Afrikanın şimalından çıxan
və yaşadıqları cəmiyyətdən ilbəil getdikcə daha çox uzaqlaşan insanlardır.
Fransa ərəbləri çoxdan sinaqoqa, yəhudi məktəblərinə, halal kəsilməmiş
ət və ya buna bənzər şeylər satan mağazalara qarşı öz «sakit intifada»”larını
aparırlar. İndi isə onlar Fransanın hakimiyyət orqanlarına açıq
meydan oxumaq üçün özlərində güc hiss ediblər.
Məntiqsiz görünsə də, mühacirlərin ikinci və üçüncü
nəsilləri inteqrasiya olunmur, öz valideylərinə sığınacaq vermiş
ölkələrin çəmiyyətləri ilə mübarizə yolunu seçirlər. Sosioloqlar
və psixoloqlar bunu bir neçə səbəblə izah edirlər. Afrikalı mühacirlər
«köhnə» qitə”yə köçərkən Avropa ölçülərinə görə ən ağır yaşayış
şərtlərilə razılaşırlar, çünki bu şərtlər hər halda öz ölkələrindəkindən
xeyli yaxşıdır. Ancaq artıq ikinci nəsildə bu cazibədarlıq aradan
çıxır və əgər üstəlik sosial nərdivanla irəliləmək hissi də mövcud
deyilsə, onlarda narazılıq artmağa başlayır. Valideynləri üçün nailiyyət
hesab edilən şey övladlar üçün göz açıb gördükləri adilikdir, heç
cür irəliləyişsə yoxdur və heç kim bunun qeydinə qalmır. Halbuki
hər bir nəsil öz yüksəlişinə ehtiyac duyur. Nəticədə mühacirlər
mühitində narazılıq, üstəlik, öz marginallıqları ilə bağlı diskomfort
hissləri də çoxalıb artır. Mədəni baxımdan artıq onlar ərəb və afrikalı,
sözün əsl mənasında Əlcəzairin və yaxud qara Afrikanın kənd sakinlər
deyillər, ancaq hələ tam fransız, tam avropalı da ola bilməyibılər.
Onlar sabit baxışları və əxlaq dəyərləri olmayan aralıq, marginal
təbəqə təşkil edirlər. Buna görə də çox asanca siyasi və ya kriminal
manipulyasiya obyektinə çevrilirlər.
İğtişaşlara gətirib çıxaran faktorların sxematik zənciri
təqribən belədir. Birinci yerdə ümumi narazılıq durur və özü də
bu narazılıq heç də həmişə hökmən işsizliklə, yaxud yoxsulluqla
bağlı deyil. Bu həmçinin ilkin mədəni identikliyin ağrılı şəkildə
pozulması səbəbilə meydana çıxır. Avropaya gələn mühacirlərin həyat
haqda təsəvvürləri buradakı həyat tərzilə o qədər yaxşı uzlaşmır.
Onların ənənəvi mədəni dayaqları yeni mühitdə incəlib zəifləməyə,
hissləri isə qıcqırmağa başlayır, buna reaksiya kimi artıq bərpa
edilməsi mümkün olmayanın bərpası naminə edilən fundamentalist cəhdlər
meydana çıxır. Hələ buna ümumdünya fonunu da əlavə etmək lazımdır
– inkişaf etməkdə olan dünyanın hər yerində müəyyən mənada eyni
şeylər baş verir: inkişaf ənənəvi mədəni identikliyi dağıdır. Daxili
gərginlik, bununla birlikdə izaholunmaz narazılıq hissləri artır
və özünə çıxış yolu axtarır. Düşmən axtarışına başlanılır: «imperalistlər»”,
«qlobalistlər»”, «Amerika”», «ağlar»” – bu kimi yarlıqların hamısı
işə düşür. Bu cür qeyri-sabit, dayaq nöqtəsi olmayan kütləni hərəkətə
gətirmək çox asandır və yeni islam «cihad»ı”nın ideoloqları və təşkilatçıları
da bundan uğurla yararlanırlar.
SSRİ-nin və kommunist totalitarizminin dağılmasından
öncəki Qərb-Şərq qaşıdurmasını indi Şimal (daha dəqiqi, elə həmin
Qərb) - Cənub qarşıdurmasının əvəz etdiyi artıq çox az şübhə doğurur.
Bu günkü Cənub Qərb hərbi maşınına qarşı nə çıxara, modern silahların
və müasir döyüş üsullarının tam üstünlüyünə qarşı nə edə bilər?
Sanki heç nə. İslam radikalları əvvəlki toqquşmaların (Livan, Somali,
İraq, Əfqanıstan) təcrübəsindən bu nəticəni çıxarıblar ki, onlar
ənənəvi hərbi toqquşmalarda Qərbin texniki üstünlüyünə duruş gətirmək
iqtidarında deyillər. Lakin onlar bunu da müəyyən ediblər ki, Qərbin
nəyəsə dərhal birgə, güclü reaksiya işləyib hazırlaması demokratik
prosedurlar ucbatından çox ləng həyata keçirilir. Avropa və Amerika
ictimai rəyi maddi itkilərərlə nisbətən asan barışır, amma insan,
xüsusilə də dinc əhali arasında insan itkisinə qarşı son dərəcə
həssasdır. Bundan əlavə, yüksək səviyyəli mütəşəkkil sivilizasiyalara
öz fəaliyyətlərini fasiləsiz davam etdirə bilmələri üçün mürəkkəb
infrastruktur lazımdır. Beləliklə də, qəfil hücumlar üçün onların
müəyyən zəif yerləri mövcuddur. Hərbi güc baxımından zəif tərəfin
daha güclü tərəflə toqquşmasında həmişə olduğu kimi bu dəfə də partizan
müharibəsinə üstünlük verilib. Keçmiş dövrlərdən fərqli olaraq qloballaşan
dünya şərtləri partizan mübarizəsinə hücum xarakteri verməyə və
onu düşmən ərazisinə keçirməyə imkan yaradır. Bəzi əlamətlərə görə
beynəlxalq terrorizm və onun arxasında dayanan qüvvələr Avropadakı
terror əməliyyatlarını iri şəhərlərdəki islam gettolarında yaşayan
gənclərin kütləvi çıxışları ilə zənginləşdirmək qərarına gəliblər.
Əgər belədirsə, onda Qərbi ciddi sınaqlar gözləyir,
belə ki, müşahidə edlən qiyamlar və terror aktları daha irimiqyaslı
hücümlar üçün yalnız prelüdiya ola bilər. Qərbin müsəlman vətəndaşları
onun özünə qarşı mübarizəyə cəlb edilsə, terrorçuların bazalarının
dağıdılmasının, onları dəstəkləyən rejimlərin devrilməsinin, sərhəd
və nəqliyyat vasitələrində ciddi nəzarət tədbirlərinin tətbiq edilməsinin
səmərəsi çox az olacaq. Bu zaman Qərb ya mühacirlərin qeyri-loyal
kimi görünən nəsillərini kütləvi şəkildə sürgün etmək və beləliklə
də, özü elan etdiyi insan huquqlarına qarşı etinasızlıq göstərmək,
ya da yeni müsəlman vətəndaşlarının həqiqi inteqrasiyasına çalışmaq
seçimi qarşısında qalacaq.
Mühacirlərin inteqrasiya olunmasında iki müxtəlif
strateji yanaşma üsülü mövcuddur: bu ya çoxmədəniyyətlilik prinsipi,
ya da əritmə qazanı prinsipi əsasında həyata keçirilə bilər. Birinci
prinsip etnik, dil və din qruplarının özəlliklərini qoruyub saxlamasını,
başqaları ilə yanaşı yaşamağı, amma ona qarışmamağı nəzərdə tutur.
Bu zaman onların məktəbləri, klubları, telekanalları, qəzetləri
müxtəlif ola bilər. ABŞ-da tətbiq edilən ikinci prinsip bəzi parametrlərə
– dil, mədəniyyət, təhsil parametrlərinə görə hamının eyniləşdirilməsini
tələb edir. Lakin Amerika metodu müəyyən həddə qədər işləyir: əgər
mühacirlərin axını həddən artıq böyükdürsə, yeni gələnlərin hamısını
assimilyasiya etmək mümkün olmur. Hazırda ABŞ-ın cənub ştatlarına
qonşu Meksikadan axıb gələn ispandilli mühacirlərə münasibətdə bu,
daha aydın müşahidə edilir.
 |
Ancaq məsələ heç də mühacirlərin yalnız sayca çoxluğunda
deyil. Əritmə qazanı industrial cəmiyyətin ideyasıdır. Belə cəmiyyətdə
dövlət – zavod, sakinlər isə onun fəhlələridir. Zavodda milli mənsubiyyət
vacib deyil. Unifikasiya vacibdir. Eyni iş paltarı, eyni kepka,
eyni təbəssüm. Bir neçə on il bundan əvvəl ABŞ belə idi. O cümlədən
1980-ci ilin ortalarındakı Sovet İttifaqında da. Xidmət sahələrinə
əsaslanan postindustrial cəmiyyətdə isə vəziyyət başqa cürdür. İncəsənətdə,
yüksək moda aləmində, kinemotoqrafiyada, ticarətdə və s.-də çoxsaylı
azlıqlar mövcuddur. Etnik mətbəx, etnik musiqi və s. və il. bütün
dünyada maraqla qarşılanır. Yeri gəlmişkən, azlıqlar əvvəllər də
mövcud olub. Amma industrial cəmiyyət onlar üçün o qədər də rahat
deyildi. Postindustrial dünya isə hər şeyi dəyişdi. O, azlıqlar
üçün optimal cəmiyyətdir və buna görə də onlar hər yanı doldurublar.
Bu təkcə öz ilkin çoxmillətliliyi səbəbindən çoxmədəniyyətlilik
prinisipi seçən Avropada deyil, qloballaşıan dünyanın qalan bütün
yerlərində də belədir.
Belə obyektiv prosesi, yəni industrial vəziyyətdən
postindustrial vəziyyətə tədricən keçid prosesini, dünyanın qloballaşmasını
durdurmaq və yaxud dəyişdirmək mümkün deyil. Buna görə də elə bir
optilmal siyasət işləyib hazırlamaq lazımdır ki, insan və vətəndaş
huquqları, – hətta axırıncılar başqa rəngdə, başqa geyimdə və baş
örtüyündə olsalar, başqa dinə tapınsalar belə, – dövlət və ictimai
təhlükəsizlik naminə qurban verilməsin.
Hələlik belə bir siysətin cizgiləri, hətta dumanlı
şəkildə olsa belə, nə Fransada, nə də birləşmiş Avropa miqyasında
nəzərdən keçirilir. Fransızlara gəldikdə, onlar, çox güman ki, bu
məsələyə münasibətlərini iki ildən sonra prezident seçkiləri zamanı
müəyyənləşdirəcəklər. Avropa Birliyindən isə bu gün dəqiq bir cavab
gözləməyə ehtiyac yoxdur. AB-nin başı onsuz da iqtisadi artım tempinin
aşağı düşməsi və yüksək işsizlik səviyyəsi kimi ciddi problemlərlə
qarışıqdır. Ötən il üzvlərinin sayının 15-dən 25-ə qalxması nəticəsində
bu qurumun qayğıları daha da artıb. Yeni üzvləri Qərbi Avropa səviyyəsinə
dartıb qaldırmaq böyük xərc tələb edir. Avropalıların bu gün AB-də
işlərin gedişatından məmnun olmadıqları Fransada və Hollandiyada
keçirilən referendumlarda açıq şəkildə üzə çıxıb. Onların Avropa
Konstitusiyası əleyhinə səs vermələrində Avropa Birliyinin genişlənməsinə,
o cümlədən, Türkiyə kimi iri bir müsəlman ölkəsinin bu quruma güman
edilən qəbuluna mənfi münasibətləri heç də az rol oynamayıb. Təhlilçilər
belə hesab edirlər ki, AB-nin xristian dəyərlərinə əsaslanan bir
qurum olduğunu bəyan edən maddənin konstitusiyadan çıxarılması da
avropalıların çoxunda ona qarşı mənfi münasibət oyadıb.
 |
AB ölkələrində hazırda təqribən iyirmi milyon müsəlman
yaşadığı nəzərə alınarsa, Türkiyənin qəbulu məsələsi ilə birləşmiş
Avropada xristianlarla müsəlmanların dinc yanaşı yaşamasını təmin
edən səmərəli siyasətin işlənib hazırlanması məsələsi bir-birilə
sıx bağlıdır. Bu məsələ Avropa məkanına inteqrasiya olunmağı bir
məqsəd kimi bəyan edən və «Avropada Qonşuluq Siyasəti»” (ENP) proqramına
qoşulan Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Avropada ksenofobiyanın,
islam ölkələrindən təcrid olunma cəhdlərinin qızışması halında nəinki
bizim strateji planlarımız zərər çəkə, həm də bizim minlərlə turistimiz,
biznesmenimiz, tələbəmiz və müxtəlif elmi və mədəni mübadilə proqramlarında
iştirak edən insanımız üçün əlavə çətinliklər yarana bilər. Bu problemin
təkcə Qərbin səylərilə aradan qaldırılacağına bel bağlamaq yanlış
olardı. Maraqlı olan partnyor islam dövlətlərinin özləri də, onların
ziyalı təbəqəsinin müasir düşüncəli və məsuliyyətli nümayəndələri
də bu problemin həlli yollarının axtarışına qoşulmalıdırlar. Bizim
və övladlarımızın gələcək dünyasının taleyi bu istiqamətdə qəbul
edilən qərarlardan asılı olacaq.
|