SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№1 (19) ---- 2006
BIRINCI SÜTUN

“Körpüdə yaşamazlar”

Vahid Qazi

Hələ 1996-cı il idi. Azərbaycanda keçid dövrü problemləri mövzusunda tədqiqat aparırdıq. Ağrılı nəticələrə gəlib çıxmışdıq. Bəlli oldu ki, adamların düşüncə və hərəkətlərinə sovet dövrünün çalın-çarpaz izləri hakim kəsilib. Sovet dövrü təzəcə bitmişdi...

Qərb alimlərinin elə həmin 96-cı ildə yazdığı, İNAM Plüralizm Mərkəzinin yenicə tərcümə və nəşr etdiyi “Liberallaşma və leninçi irslər: demokratik keçidlər haqqında müqayisəli perspektivlər” adlı kitabın oktyabrda keçirilən təqdimatı on il əvvəlki mövzuya qayıtmaq fürsəti yaratdı. Yeni müzakirələr açmaq qərarına gəldik. Gerçək bir marağımız vardı: görəsən, o çağdan indiyə nə dəyişib?

“Tranzisiya” politologiya elminin əsas sahələrindən biri kimi çoxdandır öyrənilir. Adda-budda məqalələri nəzərə almasaq, 15 ildir keçid dövrü yaşayan Azərbaycanda bu problem araşdırılmır. Amma araşdırmağa ehtiyac var. Bu suallar öz cavabını gözləyir. Leninçi irs və liberal dəyərlərin çulğalaşdığı postsovet ölkələrində hansı amillər tormozlayıcı rol oynayir? Avropalaşmağa, liberallaşmağa can atan cəmiyyətlərin ən ümdə problemləri nədir? Bizdə aparılan islahatlar nə qədər effektlidir? Müqayisədə nələr ortaya çıxır: Cənubi Avropa və Latın Amerikası ölkələrinin bir vaxtlar yaşadığı keçid illəri, kommunizmlə dünən-sırağagün, yəni bizimlə eyni vaxtda vidalaşan Şərqi Avropanın keçid dövrləri ilə hansı paralellər aparmaq mümkündür? Rəhman Bədəlov deyir ki, “körpüdə yaşamazlar”. Biz bu körpüdən hara keçmişik? Keçmişikmi? Sual cavabdan qat-qat çoxdur.

Yuxarıda qeyd edilən kitabın müəllifləri leninçi irsləri əsasən altı qrupa bölürlər: 1)mədəni irs: tarixi gerilik, təqibolunma qorxusu, dözümsüzlük; 2) sosial irs: mütəşəkkil varis etitanın yoxluğu (80 illik sovet dövrü bütün bağları kəsdiyindən elitalararası varislik prinsipi pozulub, indiki elitalar keçmiş partiya-komsomol-sovet nomenklaturasının davamcılarıdır); 3) siyasi irs: partiya sistemlərinin zəifliyi və cəmiyyətdə onların köklərinin dayaz olması; 4) milli irs: dövlət quruculuğu proseslərinin yarımçıqlığı; 5) İnstitusional irs: leninçi institutların qalması; 6) İnzibati/iqtisadi irs: mərkəzləşdirilmiş hakimiyyətə malik dövlət sistemi və komanda iqtisadiyyatı.

Maraqlı bölgüdür, adamı düşünməyə vadar edir. Çünki bizə birbaşa dəxli var. Deməli, müzakirələr də yersiz çıxmaz. Bu sayımızın böyük bir hissəsini Açıq Cəmiyyət İnstitutu/Yardım Fondunun maliyyə dəstəyilə keçirdiyimiz seminarların materiallarına ayırmışıq (Bax: səh. 5-54). Bu müzakirələr sizi də düşündürəcək. Oxuyun və müzakirələrə qoşulun.

...Rəhman Bədəlov çox düz buyurur: körpüdə yaşamazlar.