Diktatura
rejimləri, demokratiya və Soros «düyünü»
Diktatorları alqışlamaqla mənfəətbazlıq və yaltaqlıq içində
boğuluruq!
|
 |
| Temur Xoca
|
Türk
dünyasında, eləcə də Azərbaycandakı siyasi proseslərə rəsmi Ankara
və Türkiyə siyasilərinin obyektiv olmayan mövqeyi və ya mövqesizliyi
bu ölkədə hamının bildiyi, fəqət hər zaman deyilməyən həqiqətdir.
Koç Universiteti Strareji Araşdırmalar Mərkəzinin müdiri, türk dünyası
üzrə tanınmış mütəxəssis Timur Koçaoğlunun (Temur Xoca) yazısı bu
problemlə bağlı bir məzəmmətdir. Bu yazını «III Sektora» təqdim
etdiyi üçün Türkiyədə çalışan alim dostumuz Ələsgər Ələsgəliyə təşəkkür
edirik.
Bugünlərdə Türkiyənin bir cox yörəsini qalın bir qar
təbəqəsi örtüb. Bunu müvəqqəti, qara qış mövsümünün şıltaqlığı kimi
təbii sayırıq. Ancaq bu təbii vəziyyət, görəsən,
uzun müddətdir beyinlərimiz ve vicdanlarımızın üzərini
örtərək artıq buzlasmağa baslamis metaforik qar təbəqələrini də
adi hal kimi qəbul etməmizi haqlı çıxara bilərmi? Kafkanın «Qar»”
metaforu gözlərimizi görməz, ağlımızı anlamaz vəziyyətə gətirmişmi,
mənliyimiz təpə üzərindəki «Qəsr»”in sehrli görünüşünə aldanaraq
bizi tamamən bürümüşmü?
Özümüzə hec bir zaman rəva görməyəcəyimiz diktatura
rejimlərinin o cəlbedici və ecazkar sehri ilə son zamanlar sərxoş
kimiyik. Özümüzü solçu kimi göstəririk, amma diktatorların öz ölkələrinin
zənginliklərini ailələriylə birgə istismar etməsinə səsimizi çıxarmırıq!
Özümüzü türkçü sayırıq, amma öz ölkəsində türkcü aydınları uzun
illərdən bəri zindanlarda cürüdən bir diktatoru «Bax, bu lider nə
qədər türkcü – türk xaqanlarının heykəllərini meydanlarda qoymuş!”»
deyərək alqışlayırıq!
Keçmiş
sovet dövründə «Ölməz qayalar»” kimi roman yazaraq Kremldəki sovet
liderlərini rahat yatmağa qoymamış türkcü yazar Məmmədəli Mahmudovun
bu gün bütün dünyanın gözləri önündə Özbəkistanda qaranlıq zindanlarda
ölmək üzrə oldugunu, sadəcə, bu bürüncdən heykəllər üzündən görməzliyə
vururuq. Müsəlmanlığı cox yaxşı bildiyimizlə öyünürük, ancaq öz
ölkəsində özünü «peyğəmbər”» elan etmis, yazdığı kitabın Allahdan
vəhy olaraq yollandığını irəli sürən bir diktatoru (Türkmənbaşı)
yüksəklərə qaldırırıq. Demokratiya asiqi olduğumuzu dayanmadan vurğulamaqdan
xoşlanırıq, amma diktatura rejimlərinə dəstək verən hərəkətlər nümayiş
etdiririk.
Görəsən, özümüzü aldadırıq, yoxsa özümüzü elə bu
cür daha yaxşı tanıdırıq? Yox, yox, biz əslində məsumuq! Ancaq məhz
son dövrdə bir Soros labirinti ilə beynimiz, könlümüz, vicdanımız
qarmaqarışıq olub! Bir varlı adam çıxmış, bir çox dövlətdən artıq
sərvəti ilə dünyada diktatura rejimlərini devirir, qəribə işlər
görür. Üstəlik, ABŞ «Böyük Yaxın Şərq” planı» ilə Iraqı isgal etmis,
Iran və Suriyanın gözünü qorxudur, sonra bəlkə də Şimali Koreya
və Cini də hədələyəcək. Bizim Azərbaycan və Orta Asya ölkələri də,
təbii ki, bu Yaxın Şərq planında yer alırlar. Belə fikirləşirik
və bəlkə bu şübhələrimizdə haqlı da ola bilərik. Cünkü ABŞ-ın Iraqı
isğal səbəbi kimi göstərdiyi kütləvi qırğın silahlari iddiasının
həqiqət olmadığı ortaya çıxdı. Iraq isğalı bu ölkəyə sabitlik deyil,
qarışıqlıq gətirdi, problemləri böyütdü, ölkənin gələcəyi böyük
bir qeyri-müəyyənlik içindədir.
Doğrudan da belə fikirləşməkdə, ətrafımızda və dünyada
baş verən hadisələri əsaslı olaraq dərindən analiz edərək yorumlamaqda
haqsız deyilik. Ancaq bütün bu şübhələrimiz dogru olsa və dünyada
cərəyan edən bütün hadisələr, əslində böyük və gizli bir planın
məkrli məqsədlərinə söykənsə də, görəsən, Soros və ABŞ-ın «gizli»
əməlləri” üzündən bizim diktatura rejimlərini ayaq üstə alqışlamamız,
diktatorlara dəstək verməyimizə haqq qazandıra bilərmi?
Demokratiya
aşiqi oldugumuz halda Gürcüstan, Ukrayna, Qırgızıstandakı «narıncı»”
xalq hərəkatlarına sırf buna görəmi qarsı cıxmalıyıq? Bu ölkələrdəki
inqilablar yalnız ABŞ və Soros istədiyi üçünmü baş verdi? Ukrayna
keçmiş diktatura rejimində və Rusiyanın təsir dairəsindəmi qalmalı
idi? Qırğızıstan onu istismar edən Əsgər Akayevin insafınamı buraxılmalı
idi? Yalnız bu səbəblər və şübhələrə görəmi türkcü Əbülfəz Elcibəyin
iki manqa əsgərlə devrilməsinə göz yumduq, tükümüzü belə tərpətmədik?
Amma keçmiş KQB lideri Heydər Əliyevin ölümündən sonra padşahlığın
oğluna keçməsini arzuladiq, dəstəklədik, indi də «Qoymayın Azərbaycanda
narıncı devrim olsun»” deyərək xalqına qan ağladan diktatura rejiminin
yaşaması üçün təşvişə düşmüşük? Yəni xeyli vaxtdır diktatura rejimlərini
sevmək və diktatorları alqışlamaqla mənfəətbazlıq və yaltaqlıq içində
boğuluruq!
ABŞ və Soros haqqındakı şübhələrimizdə bəlkə haqlı
olsaq da, demokratiyanı rədd edərək özümüzə rəva görmədiyimiz diktatura
rejimlərinin çox sevdiyimiz qardaş cumhuriyyətlərimiz”də sürməsinə
razılaşmaqla haqlı, vicdanli, dürüst və demokrat ola bilərikmi?
Həqiqətən diktatura rejimləri, demokratiya və Soros düyünü içərisində
beyinlərimiz qarmaqarışıq və vicdanlarımız alt-üstdür! Üstəlik,
demokratlığımız, solçulugumuz, türkçülüyümüz, müsəlmançılığımız
bir yığın suallar altındadır. İnsanin öz-özü ilə hesablaşmaması,
vicdanı ilə uyğun gəlməməsi dərin bir böhran yaradır.
Hava proqnozlarına görə, bu həftənin sonunda ölkəmizi
örtən qar təbəqəsi əriməyə baslayacaq. Bəs beyin və vicdanlarımızın
üzərini örtən və atrıq buzlaşmaya başlamış metaforik qar təbəqələri?
23 yanvar 2006
İlk dəfə nəşr olunub: «Türkistan-1» elektron
xəbər bülleteni və www.mirzexezerinsesi.com
P.S. Doğrudan da Novruz getdi,
aprel gəldi, Türkiyəni pərdə kimi örtən qar əridi. Lakin türk cümhuriyyətlərini
örtən diktatura kölgəsi bizim içimizdə buzlaşmış vicdan səsi kimi
hələ də durur!
1 aprel 2006
|