|
Uydurma
təlimlər. Tələlər
Və ya mədəniyyətlər niyə toqquşa bilməz
|
 |
| İrfan ÇİFTÇİ
şair, beynəlxalq münasibətlər üzrə mütəxəssis, İstanbul
Universiteti |
«...yaşamaq,
bir ağac kimi tək və azad
və bir orman kimi qardaşcasına
bu həsrət bizim”»
Nazim Hikmət
 Konfutsinin
dediyinə görə, qədimlərdə Şərq kahinlərinin ən bəd dualarından biri
«çaşıracağınız çağlarda yaşayın»” məzmununda bir qarğışmış. İndiki
dillə haradasa «insanın üzünün dönməsi”» anlamına gəlir. Bu günkü
insanlıq sivilizasiya üfiqinə üz tutmaq əvəzinə qapqara vəhşət xaosuna
doğru irəliləyir. İyirmi il bundan əvvəl yer üzünün hər yerindən,
ən ucqar nöqtələrdən belə bunlar duyuruldu: insanlığın yaşama iradəsini
və gələcəklə bağlı ümidlərini bir xeyli dondurmuş «soyuq savaş»”
bitdi, insanlar arasında hər növ birliyə əngəl olan «dağlar»” aradan
qaldırıldı. «Qloballaşırıq”» deyildi.
Bunu deyənlər hamıya məlum və yüz illərdir müəyyən
mənada yaxşı tanış olduğumuz klassik «müstəmləkəçi, səlibçi, oriyentalist,
imperialist»” xislətə malik güclər idi. Onların dünyanın hər ölkəsindəki
yerli agentləri, yəni «sivil/ civile/ mədəni”» liberal güclər bu
məlum havaya öz yerli ritmləriylə züy tutaraq bütün bəşər aləmini
içində yaşadağımız çağın ən gözəl və son dərəcə yeni bir dünya düzəni
olduğuna inandırmışdılar. Lakin bütün dünya xalqları əndişə içində
qəfil yuxudan ayılanda baxdığı TV ekranlarında özünü tanıya bilmədi.
Çünki onlar o ekranda indiki halını, arzu və tərcih
etdiyi sifətini, kimliyini, qazanmış olduğu təcrübəni deyil, çoxdan
keçmişdə qoyub gəldiyi, əvəzini ödəyib tarixə təslim etdiyi ən ibtidai
və məhrəm yanlarını görməyə başladılar. Axı insanlıq artıq çoxdan
millət olmuş, daha ədalətli, daha demokratik və daha firavan həyat
sürürdü. İndi o öz ibtidai yanlarından qurtulub, bir növ onların
izini itirib daha mədəni bir gələcəyə doğru irəliləyərkən biriləri
ortalığa çıxıb eyvah “tarixin sonu gəldi”, «mədəniyyətlər toqquşması»
olacaq” deyə fəlakət dəllalığı etməyə başladılar.
İnsanlığın indiyə qədərki inkişaf sürəsində qazandığı
təcrübə bir kənara atıldı, «ən yaxşısı budur”» deyə «bütöv dövlətlər»”
halında hörgütləmnmiş çağdaş xalqlara bu dəfə birdən-birə öz adları
və bu günkü dəyərlərilə deyil, ulu babalarının dəyərlərilə, yaxud
onların heç tanımadıqları kimliklərlə xitab edilməyə başlanıldı.
Birdən-birə «çoxmədəniyyətlilik»”, «azadlıq”» deyə ölkələrin xalqlarına
artıq unutmuş olduqları klanların, qəbilələrin, məzhəblərin, totemlərin
adlarıyla müraciət edildi və onlar vasitəsilə «dialoq”»lar qurulmağa
üstünlük verildi. Halbuki insan toplumu modernizmlə yanaşı fərdi
özünəməxsusluğu saxlamaqla könüllü birgəliyin önəmli olduğunu çoxdan
öyrənmişdi.
Bu gün hər kəs özünə rəva bildiyi bir adı, soyadı
varkən ulu babasının adı və ya məmləkəti, tarixdə qalmış sosioloji
bir keyfiyyəti ilə çağrılmağa başalayıb. Qlobal güclər sizə öz adınızla
deyil, filankəsin nəvəsi, beşmənkəsin, nə bilim, nəyinin nəyi deyə
xitab edirlər. Təbii ki, sizə xitab edilən bu dəyərlər tarixi keçmişinizdəki
ləyaqətlər, özünüzü güvəndə hiss edəcəyiniz gələnəklər, sizə ruh
yüksəkliyi gətirəcək mifik ünsürlər deyil, sizin öz tarixinizdən
silib atmaq istədiyiniz, amma ciddi bir səylə axtarılıb üzə çıxarılmış
nifaq toxumlarıdır. Beləliklə, modernizm içərisində irəliyə doğru
bir addım atmış insanlıq postmodernizm dövründə neçə addım geriyə
atılmış oldu. Bunun praktik yansımasını Bosniyada insanların bölgələr,
keçmiş SSRİ-də həm bölgəsəl, həm də bəzən etnik, bəzən coğrafi,
bəzən də siyasi gəlişmələr, İraqda məzhəb və ya etnik kimlik əsasında
yenidən bölüşdürülüb udulması şəklində görürük.
Bu yanğın çeşidlərinin bizi sıx bir çənbər kimi dövrəyə
almasının verdiyi mesaj qayət açıqdır: «Ey türklər, sizə bunların
hamısının qarışığından ibarət bir kokteyl”» hazırlanacaq. Bunu sadəcə
deməklə kifayətlənmir, həm də onun müxtəlif görsəl və praktik sınaqlarını
həyata keçirirlər. Türkiyə üçün quş dili danışan azlığın yazı yazma
azadlığı və Orxan Pamukun seksual həyatının güvənliyə alınması məsələsini
gündəmə gətirən Avropa Birliyi öz ölkələrində türk cocuqlarının
tənəffüslərdə belə ana dilində danışmalarını qadağan edir. Təbii
ki, bu cür fərqli münasibət Qərbin nəzərində bir-birinə zidd mətləblər,
«ikili standart”» kimi görünmür. Çünki onlar sadəcə zamanı bizim
üçün min il, özləri üçünsə əlli il geriyə çəkiblər. Etnik və sosial
toqquşmalar bizim coğrafiyanın min il, irqçilik isə onların əlli
il öncə tərk etdikləri xəstəliklərdir.
Bəs
mədəniyyətlər toqquşması necə, bu da bir xəstəlikdirmi? Hər növ
hücumdan doğan toqquşma kimi, təbii, bəli. Uzun illər boyu insanlığa
təlqin edilən ikiqütblü dünya və soyuq savaş anlamı bütün diqqətləri
özünə çəkərək bizi hipnoz etmişdisə, ona uyaraq bir-birimizi söymüşdüksə,
bu gün də «mədəniyyətlər toqquşması”» tarixin sonu gəldi deyə bizimlə
eyni oyunu oynayır. Qərb dünyasının kilsələri bu dünyanı bir bataqlıq,
insanlığı isə ta əvvəldən və doğuşdan “günahkar” kimi gördüklərinə,
daha doğrusu, belə bir sxolastik yalanla hələ də xristianları uyudaraq
qorxutduqlarına görə həyatın və tarixin sonu indi daim gündəmdədir.
Bu səbəbdən də «tarixin sonu”» paradiqması müqəddəs Avqustindən
tutmuş Hegelə, Volterdən tutmuş Habermasa qədər bütün şəxsiyyətlərin
hamısının gündəmində həmişə movcud olub. Bunu hardasa bizim hər
gün dilimizdə işlətdiyimiz, «qiyamət qoparmı»” deyə dünyanın sonuna
o qədər əhəmiyyət verməyən uca könüllülüyümüzlə müqayisə etmək olar.
Qərbin bu qədim qorxusuna ən çox Yunan-Roma-Latın-Yəhudi-Xristian
dini təməlləri üzərində qurulmuş Qərb düşüncəsinin klassik və müasir
dönəmi arasında bir qovşaq nöqtəsi olan Hegel daha dəqiq aydınlıq
gətirib. Hegel tarixin, insanlığın pis və yaxşı arasındakı mübarizəsinin
dialektik şəkildə inkişaf etdiyini və bu mübarizənin dayanmasının
tarixin sonu olduğunu xristian teologiyası və antik dövr məntiqi
ilə izah edir. Soyuq savaşın bitməsini məhz belə bir sonluq kimi
dəyərləndirən amerikalı Fukuyama 90-cı illərdə bütün dünyanın qloballaşması
önündə ən böyük əngələ çevrilən Berlin divarlarının yıxılmasını
böyük bir heyranlıqla seyr edərkən bu tezisləri yenidən tərənnüm
etmişdi. Ancaq sonralar, yəqin ki, qloballaşmanın gətirdiyi vəhşətdən
duyduğu xəcalətdən dolayı «bu qədər etnik və bölgəsəl, ibtidai parçalanma
barbarlıq və dünyanın sonudur”» demiş, ardınca isə lap elə Orxan
Abi sayaq «eyləsə, batsın bu dünya, çünki bu, tarixin sonudur, mən
bunu demək istəyirəm”» əlavə edib…
Ferdinand Braudel və Arnold Toynbinin istismarçı ABŞ
və Qərb imperializminin iqtisadi hududlarını ört-basdır etmək üçün
«mədəniyyət modeli”» adı altında daha əvvəllər ortalığa atdıqları
«mədəniyyətlər toqquşması»” mövzusuna Hantinqton yeni bir don biçərək
dünya düzənindəki vəhşətin başqa bir boyutunu üzə çıxarıb. Bu iki
sehrli və kəraməti adından bəlli olan qavram, qlobal bir kənd halına
gəlmiş yer üzündə köpəksiz kəndə dəyənəksiz gəzə bilsin deyə bir
saqqız kimi dünya mediasının ağzına atılıb.
Dünyanın hər tərəfi işğal edilir, gərəkcəsiz, bəhanəsiz
qarət olunur. İsrail BMT-nin 50-dən çox qərarına indiyə qədər heç
bir məhəl qoymur, nuvə raketləri yaradır, amma İranın və ya Pakistanın
nüvə enerjisi stansiyası tikməsinə, Venesuelanın öz neftini özü
çıxarıb satmasına qarşı böyük hay-küy, şivən qoparılır. Bütün bunları
unutdurmaq üçün də allahın Danimarkası, guya mətbuat azadlığının
hüdüdlarını genişləndirmək məqsədilə TV verlişləri yayımlayır, bunlarla
əsəblərimizi yetərincə təhrik edə bilmədiyini görüncə dozanı bir
qədər də artırıb karikaturalar dərc etməyə başlayır. Bütün bunlar,
təbii ki, nə təsadüf, nə də Bağdadın işğalı ilə bağlı olmayan bir
şey deyil. Hətta İstanbulun mühasirə edilməsi fikri ilə də əlaqəsiz
deyil.
Mədəniyyət/uyqarlıq, hansı cəhətdən baxırıqsa-baxaq,
necə yorumlayırıqsa-yorumlayaq, əsasən bir incəlik, zəriflik, nəzakət
və bu kimi digər məziyyətlər sistemidir. Mədəniyyət dediyimiz dəyərlər
toplusu insanlığımızın ibtidailiyindən, xamlığından, qabalığından
ruhumuzla tərbiyə edib ağlımızla formalaşdırdığımız, könlümüzlə
anlam verdiyimiz deyərlərimiz deyimi? Bunlar heç bir-biriylə toqquşarmı?
Mədəniyyətin əlləri, qolları, gözləri – şeir, elm, opera, piano,
şərqilər, qopuz, yürüşlər – bütün bunların ilhamçısı olan mələklər,
müqəddəs məbədlər, ruhlar, peyğəmbərlər, daha nələr durduğu yerdə,
səbəbsiz-filansız heç toqquşarmı?
Mədəniyyətlər toqquşmaz. Vəhşət mədəniyyət, barbarlıq
uyqarlıq üzərinə hücum çəkər. Bosniyadan Bağdada qədər açılan cəbhə
dırnaqarası hansı mədəniyyəti və kimləri mühasirəyə alıb? Bu mühasirəni
içəridən yarmamaq, o atəş çənbərinə canımızın yonqarını atmamaq
lazımdır, buna görə də səbrlə və sevgiylə dirənmək və «mədəniyyətlər
toqquşması»” tələsini bir tale yazısı kimi, adi bir gerçəklik kimi
qəbul etməmək lazımdır.
1900-cü illərin lap əvvəllərindən hucuma qalxan İngilis-ABŞ
imperializmi İkinci dünya müharibəsindən bu yana bütün dünyada ağalıq
etməkdədir. Bu möhtəşəm ikilinin şəmsiyyəsi altında sönən faşist
Almaniyasına da, SSRİ oluşumlarına da son dərəcə ehtiyatla və bu
uzun yüzillik daxilində ara nəğmə kimi baxmaq lazımdır. Çünki həm
SS-lərin, həm də DTK-nın arxivinə və mirasına məhz Mərkəzi Kəşfiyyat
İdarəsi sahibləndi. Cənazəni sahibi qaldırar. İndi bu məhşər ikilisi
yüz illərdir xəyallarını süsləyən Bağdada girib, ancaq onlar gəldikləri
kimi geri dönə bilcəklərmi? Bağdada gözü düşən və oranın sehrinə
hayıl-mayıl olan şumerlər, akkadlar, monqollar da girmişdilər, ancaq
onlar yox etdikləri Bağdadın toz-torpağı altında itib yox oldular,
Bağdad isə əfsanəvi simruq quşu kimi hər dəfə yenidən doğuldu...
İndiki zamanın insanları olaraq biz hamımız bu sonuncu işğalın seyrçisiyik,
oyunun son nəticəsini isə seyrçinin arzusu, istəyi müəyyən edər.
Gəlin biz də səmimi bir şəkildə öz könlümüzdən və ağlımızdan soruşaq:
bizim arzumuz, istəyimiz nədir? Qəlbimizdən gələn cavaba qulaq asaq,
ona görə hərəkət edək...
|