|
«Demokratik
cəmiyyəti qoruyan it»
Avropa İnsan Haqları Məhkəməsi qərarlarının birində mətbuata
belə tərif verib
|
 |
| Dilbadi QASIMOV
Robert Şuman Universitetinin (Strasburq) doktorantı |
Qanunlarla
idarə olunan demokratik cəmiyyətlərin əsas atributlarından biri
fikir və söz azadlığıdır. Bu anlayışın oturuşması üçün uzun illər
gərək olub. Avropa Insan Haqları Məhkəməsinin (AIHM) qəbul etdiyi
hüquqi aktlar bu baxımdan örnəkdir.
Avropa Insan Hüquqları Konvensiyasının 10-cu maddəsi
fikir və söz azadlığına həsr olunub. Bu maddəyə görə, hər bir şəxsin
fikir və düşüncə azadlığı var və bu azadlıqdan hökumətin maneəsi
olmadan istifadə edə bilər. Fikir və söz azadlığına hansısa qadaga
qanunla nəzərdə tutulmalı və məntiqə uyğun olmalıdır. Avropa Insan
Haqları Məhkəməsinin 10-cu maddəyə dair hüquqi aktları çox zəngin
və maraqlıdır. Bu maddəylə irəli sürülmüş iddialar məhkəmənin praktikasında
ilk yerlərdən birini tutur. AIHM bu maddəyə aid qərarlarında öncə
dözümlülük, plüralizm və səbirlilik kimi prinsipləri irəli surur.
Açıq cəmiyyəti qapalı cəmiyyətdən məhz bu kimi təməl prinsiplər
fərqləndirir.
Mətbuat azadlığı hər bir jurnalistə öz fikrini azad
ifadə etmək huququ verir. Sözsüz ki, bu hüquq hakimiyyətdə olan
quvvələrin tənqidini də ehtiva edir. Məhkəməyə gorə, jurnalist demokratiyanın
qoruyucusudur. Onun oxucuya çatdırdığı həqiqətlər kiminsə xoşuna
gəlməyə də bilər, amma jurnalistin azad yazmaq imkanını əlindən
almaq olmaz. Thorgeir “Torgirson Islandiyaya qarşı” (1992 ci il
) işində AİHM mətbuatı «demokratik cəmiyyəti qoruyan it» adlandırır
Fikir azadlığı yalnız yumşaq ifadə olunmuş və xoş
niyyətlərlə deyilmiş sözlərlə məhdudlaşmır, narahat edən, qəzəb
yaradan və şoka salan ideyaları da nəzərdə tutur. Mətbuat azadlığı
bütün bu şərtlərin qarantıdır. “Lingens Astriyaya qarşı” işinə (1986
cı il ) nəzər salaq. Jurnal redaktoru Astriya kanslerini tənqid
edən məqalələrdə hökumət başçısının öz vəzifəsini həyata keçirməyə
qadir olmadığını bildirir. Kanslerin şikayətindən sonra Avstriya
məhkəməsi redaktoru cərimələyir. O isə AIHM-ə üz tutaraq Avstriya
məhkəməsinin bu hərəkətini fikir azadlığına hörmətsizlik saydığını
iddia edir. AIHM Avstriyanı günahkar çıxarır. Qətnamədə bildirilir
ki, “mətbuat azadlığı hüququ həm də vətəndaşlara öz idarəçilərini
yaxşı tanımaq imkanı yaratmaq üçündür: “Azad siyasi dialoq prinsipi
demokratiyanin əsas amillərindən biri kimi qəbul olunur. 10-cu maddənin
ikinci hissəsi hər bir şəxsə yersiz hücumlardan qorunmaq imkanı
versə də, indiki halda şəxsin özünü qorumaq prinsipi əhalinin azad
məlumat almaq prinsipi ilə tənzimlənməlidir”.
Mətbuat azadlığı yalnız jurnalistin azad yazmaq hüququ
demək deyil, həmçinin oxucunun sərbəst məlumat almaq huququdur .
Məhkəmə bildirir ki, dövlət rəsmiləri mətbuatı bütün hücumlardan
qorumaq məcburiyyətindədir. “Ozdur Gundem Turkiyəyə qarşı” (2000
ci il) işində məhkəmə dövlətin üzərinə qəzətlərə və jurnalistlərə
qarşı hücumların qarşısını almaq və günahkarları tapmaq məcburiyyəti
qoyur. Mətbuat azadlığına məlumatların sərhədsiz azad yayılması
da daxildir. Yəni xaricdən gələn məlumat, qanunla nəzərdə tutulmuş
prinsiplərə əks deyilsə, ölkəyə maneəsiz daxil ola bilər.
Bəs fikir azadlığına hansı hallarda qadağa qoyulması
mümkündür? Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi nəzərdə tutur
ki, dovlət hər zaman radio və televiziya orqanlarını müəyyən nəzarətdə
saxlaya bilər. 2-ci bənddə qadagalara səbəb olacaq bir sira hallar
sadalanır və onların qanunda nəzərdə tutulmasının vacibliyi vurgulanır.
Qadagaya səbəb olan şərtlərə bunlar daxildir: dövlətin ərazi bütövlüyünün
və təhlükəsizliyinin qorunması, ictimai asayişin qorunması və cinayətlərin
qarşısının alınması, səhhətin və əxlaqın qorunması, başqalarının
şərəf və ləyaqətinin qorunması, məxfi məlumatların üstünün açılmasının
qarşısını almaq və məhkəmə orqanlarının mustəqilliyini təmin etmək
uçün.
Mətbuat azadlıgına qadaganın ilk şərtlərindən biri
onun qanunda nəzərdə tutulmasıdır. Ancaq qanunun mövcudluğu kifayət
deyil, məhkəməyə görə, qanun həm də dəqiq, anlaşıqlı və vətəndaşlar
üçün əlçatan olmalıdır. Hər bir dövlətin qanunvericiliyində muəyyən
prinsipləri qorumaq uçun müstəsna hallar nəzərdə tutulur. Bu, dövlətə
fikir və mətbuat azadlığına nəzarət etmək imkanları yaradır, amma
bu imkanlar heç də sonsuz deyil və olmamalıdır. AIHM qanunda nəzərdə
tutulmuş bəzi qadagaları məhkum olunarsa, dovlət həmən qadagaları
ləgv etmək məcburiyyətindədir.
Qadagalar sıyahısına aid olan şərtlərdən biri cəmiyyətdə
əxlaqın qorunmasıdır, bu sahədə dövlətin nəzarət hüququ daha genışdır.
Əxlaq incə məsələ kimi ayrı-ayrı ölkələrdə fərqli təsəvvür olunduğun
məhkəmə birbaşa təfsirdən qaçır və yerli məhkəmə orqanlarına bu
sahədə bəzi azadlıqlar verir. Bu məntiq həm də dini problemlərə
də aiddir. Dövlət dini inancların təhqirinə qarşı ölçülər götürməkdə
müəyyən azadlıqlara malikdir. Dinin hər olkəyə məxsus fərqli xususiyyətlərini
nəzərə alan məhkəmənin qənaətinə görə, Avropada din anlayışının
umumi konsepsyasını yaratmaq mumkun deyil. Bunun üçün də o, yerli
məhkəmə orqanlarına bu sahədə qərarlar çıxarmaqda muəyyən azadlıqlar
verir.
Misal üçün, “Otto Preminger Avstriyaya qarşı” işində
məhkəmə qərara alır ki, dövlət katolik dinini təhqir etmiş bir filmə
qadaga qoymaqda rejişsorun fikir azadlğı huququna xələl gətirməyib.
Cunki film katoliklərin ləyaqətinə toxunub.
“Jersild Danimarkaya qarşı” işində (1994 cu il) Danimarka
məhkəməsi bir jurnalisti irqçi gənclərdən musahibə alıb televiziyada
yayımladığına görə məhkum edir. Reportajda Danimarkada yaşayan əcnəbilərin,
əsasən də afrikalı və turk əsilli şəxslərin unvanına təhqiramiz
ifadələr varmış. Jurnalist AIHM-ə üz tutub fikir azadlığı hüququnun
tapdalandığını bildirsə də, məhkəmə irqçi gəncləri əcnəbilərin unvanına
təhqiramiz ifadələr soyləməyə vadar etdiyinə görə iddianı əsassız
sayır.
Avropa Şurasına uzv ölkələrin qarşısına qoyulmuş
ən sərt tələblərdən biri də azad fikir, söz və mətbuat azadlığını
təmin etməkdir. Avropa Insan Haqları Məhkəməsi bu hüquqa hörmətsizlik
etdiyi uçün dövləti məhkum edərsə, onun üzərinə səhfi duzəltmək
və zərər çəkmiş vətəndaşa zərəri ödəmək məcburiyyəti qoyur. Bu zərərin
odənilməsi mənəvi cəhətdən mümkün olmasa, dövlət həmin şəxsə dəymiş
zərəri pulla ödəyir.
Azərbaycan Avropa Şurasının üzvü və Avropa Insan Haqları
Konvensiyasını imzalamış ölkələrdən biridir və hüquqları pozulmuş
hər bir vətəndaşın AIHM-ə müraciət etmək imkanı var. Yaxşı olardı
ki, bizdə heç kimin hüquqları tapdanmasın. Onda AIHM-in dövlətimizi
məhkum etməsinə ehtiyac qalmayacaq.
|