SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№2 ---- Yaz|2003
MÜSAHİB

Vladimir Bukovski şahidlik edir
V.Bukovskinin Varşavada keçirdiyi mətbuat konfransından fraqmentlər

Baş redaktordan

Məşhur sovet dissidenti Vladimir Bukovski barəsində əwəllər eşitmişdim. Ancaq məlumatım yalnız onun dissident olması və Pinoçet rejimi tərəfindən həbs edilən Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilməsindən ibarət idi. Onunla 1998-ci ildə Varşavada keçirilən Üçüncü Ümumdünya İnsan Hüquqları Forumunda tanış oldum. Forumda dünyanın bir çox tanınmış demokratları, nüfuzlu hüquq müdafiəçiləri, məşhur dissidentlər iştirak edirdilər. Lakin ona xüsusi maraq və hörmət hər addımda hiss olunurdu. İmkan düşən kimi onunla qısa söhbətlər edirdik. Rusiyanın gələcəyindən pessimist danışırdı. Azərbaycanı yaxşı tanıyır, "Neft xatalı şeydir" deyirdi. "Xalqınızın işi onunla çətin olacaq" - deyə Azərbaycan prezidentinin keçmiş DTK generalı olmasına işarə vurur və ümumiyyətlə, DTK-nı dünyanın ən qorxunc orqanı hesab edirdi.
V.Bukovskinin "Moskva prosesi" kitabının Varşavada keçirilən təqdimat mərasimi və mətbuat konfransının materiallarını sonralar rusiyalı dostum Andrey Blinuşov baş redaktoru olduğu "Karta" jurnalının 21-ci sayında dərc etdirdi.
Azərbaycan oxucuları üçün də maraqlı olacağını güman edərək, həmin müsahibəni qısa ixtisarla dərc edirik.

 

...İş elə gətirmişdi ki, 1991-ci il avqustun 25-nə Rusiyaya getmək üçün viza almışdım. Vizanı hələ mayda almışdım və əlbəttə o vaxt qiyam hazırlandığı heç kimin ağlına belə gəlmirdi. Mən Moskvaya gələndə qiyam təzəcə bitmişdi. Gələn kimi Rusiyanın yeni hakimiyyəti ilə görüşüb, arxivləri açmaq ücün onları yola gətirməyə başladım. Təbii ki, bu ideyanı onların qəbul edə biləcəyi şəkildə təqdim etməyə calışdım.
Onu da deyim ki, söhbət etdiyim adamlar əslində ikinci dərəcəli adamlar idi, elə bir filosofluqları yox idi. Əgər mən onlara kommunizmin dünya miqyaslı bir bəla olmasından və onunla mübarizəinin vacibliyindən danışsaydım, onda onlar sadəcə olaraq məni başa düşməyəcəkdilər. Buna görə də onlara olduqca sadə və praktik bir dillə dedim. Dedim ki, kommunizm bu gün yaralı bir yırtıcıdır ki, onun da nəfəsini kəsib axırıına cıxmaq lazımdır. Əgər onun axırına indi cıxmasanız bir necə aydan sonra özünə gəlib boğazınıza cökəcək.
Onu deyim ki, onları cox qorxudurdu. Məhz bu yolla onları cox asanlıqla başa saldım ki, qiyam liderlərini mühakimə etmək lazımdır. Səhv etmilrəmsə, o vaxt qiyamın əsas rəhbərlərindən olan 14 nəfəri həbs etmişdilər. Onlara ailatdım ki, bu adamları fərdi qaydada buraxmaq da olar, ancaq onlar üzərində məhkəməni indi kecirmək lazımdır -acıq və hamının gözü qarşısında. Eyni zamanda bu prosesi Sov.İKP üzərində məhkəməyə cevirmək lazımdır. Bunun ücün isə sənədləri və arxiıvləri acmaq, rejimin cinayətlərini ifşa etmək gərəkdir. Və bu 14 nəfər formal olaraq partiyanın bütün əməllərinə cavabdeh olacaqlar. "Biz onları mühakimə etməliyik. Hətta bundan sonra onları buraxa da bilərsiz, artıq bunun elə bir əhəmiyyəti olmayacaq".

Mən onları bax bu cur dilə tutdum və demək olar ki, hamını buna inandıra bildim. Hətta DTK-nın o vaxtkı sədri Bakatini də. Bu ideyanın əleyhinə çıxan yeganə adam Yeltsin idi. Səbəbini də izah eləmirdi. Ancaq onsuz da hər şey aydın idi. Yeltsin başa düşürdü ki, bir giin belə proses başlasa, onun kimilərdən də yan keçməyəcək. İstənilən halda bu prosesdən sonra bu çür adamlar artıq lider ola bilməyəcəkdilər. Yeltsinə həm də Qərbdən, xüsusilə də ABŞ-dan güclü təzyiq olunurdu. Dövlət Departamenti Yeltsindən çox ciddi şəkildə arxivləri açmamağı tələb edirdi.

...Və o vaxt bu ideya baş tutmadı. Yadımdadır, sentyabrın sonlarında Rusiyanı tərk edəndə fikirləşirdim ki, "Vəssalam... hec nə alınmadı... mən bir də heç vaxt Moskvaya dönməyəcəm..."

Ancaq təəssüf ki, mənim dediklərim mən gözlədiyimdən də tez doğru cıxdı. Artıq növbəti ilin yazında kommunistlər canlandılar və Kommunist Partiyasının ləğvi haqqında Yeltsinin qərarına etiraz edərək onu Konstitusiya Məhkəməsinə verdilər. Yeltsin məhz o an qorxuya düşdü. O, başa düşürdü ki, uduza bilər, cünki məhkəmədəki çoxluğun kommunistlərə rəğbəti vardı. Uduzmaq isə Sov.İKP-nin bütün mulkiyyətini, saysız-hesabsız binaları, bağ evlərini, sanatoriyaları və üstəgəl arxivləri geri qaytarmaq demək idi. Bütün bunları isə Yeltsin heç cür onlara qaytarmaq istəmirdi.

Məhz həmin vaxt Yeltsinin köməkcisi mənə, Kembricə zəng vurub kömək ücün Moskvaya dəvət etdi. Mən belə bir şərt kəsdim: "Arxivləri açırsınızsa, gəlirəm".

Məhkəmə prosesini təmin etmək ücün arxivlərin müvəqqəti olaraq acılması ilə məşğul olan prezident komissiyasanın yaradılması barədə qərar qəbul olundu. Mən Moskvaya gəldim və həyatımda ilk dəfə olaraq Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin rəsmi eksperti kimi dövlət rütbəsi aldım.

Əlbəttə, mən kimlərlə iş görməli olacağımı yaxşı başa duşurdum. Madam ki, söz veriblər, deməli, sənədləri göstərəcəklər, amma surətini cıxarmağa imkan verməyəcəklər. Bax bu, dəqiq idi. Ya surətcıxaran maşınlar işləməyəcək, ya kağız catışmayacaq və s. və ilaxır. Elə ona görə də özümə bir portatip kompüter və bir əl skanneri aldım. Əmin idim ki, hələ hec kim Rusiyada belə texnika görməyib.

Məhkəmə zalının tən ortasında oturmuşdum. Qarşımda da 48 cildlik sənəd. Və hamının gözü qarşısında həmin sənədləri yavaş-yavaş skannerə ötürürdüm. Məhkəmə zalında əyləşənlərin hec biri nə ilə məşğul olduğumu anlamırdı.

Onu da deyim ki, bu, kifayət qədər yüksək səviyyəli məhkəmə idi. Şahid qismində Siyasi Büro üzıləri, Mərkəzi Komitənin kecmiş katibləri ifadə verirdilər. Prezident tərəfindən isə baş nazirin müavinləri iştirak edirdi.

Beləliklə, heç kim nəylə məşğul olduğumu anlamırdı, hamını yalnız mənim kompüterim maraqlandırırdı. Fasilədə bir yığın adam başıma toplaşırdı, Siyasi Büro üzvləri çiynimin üstündən boylanıb soruşurdular; "bahalı maşindır deyəsən?". Mən də qısaca cavab verirdim; "Bəli, bahalıdır"

Axıra bir necə səhitfə qalmışdı ki, - lap filmlərdəki kimi - birdən zalda oturanlardan birinin cığırtısı az qala bütün məhkəmə binasını bürüdü; "Axı o, bütün sənədlərin surətini cıxarır!" Özümü elə apardım ki, guya bu nalənin mənə heç bir dəxli yoxdur və öz işimdəydim. Həmin adamın naləsi yenə zalı başına götürdü; "O hər şeyi orda dərc edəcək!"

Zala dəhşətli sukut çökdüşdü. Elə bil hamı ıflic olmuşdu. Kompüterimi yığışdırıb sakitcə çıxışa tərəf getdim. Aydın başa düşürdüm ki, belə situasiyalarda ən əsası -qacmamaqdır. Hec kim yerindən tərpənmədi. Bu, lap "Müfəttiş"dəki son səhnəyə bənzəyirdi.

Zaldan sakitcə çıxıb bir baş Şeremetyevoya yollandım, təyyarəyə minib aradan çıxdım...

Mətbuat konfransmm aparıcısı: Bu, elə köhnə prinsipdir: "Bircə dənə surətçıcaran aparat kommunizm üçün bir bombadan daha çox təhlükəlidir!" İndi verəcəyim sual daha cox Polşa oxuculan uçun maraqlı olacaq. Sual general Yaruzelskiyə aiddir. Kremlin arxiv sənədlərində 1981-ci H və ondan sonrakı hadisələrdə Yaruzelskinin rolu haqqında nə deyilir? General Yaruzelski könullu olaraq "Solidarnost"u susdurmaq və Polşada hərbi vəziyyət tətbiq etmək istəyirdimi? Və nə dərəcədə o bütün bunları Moskvanın təzyiqi və hərbi müdaxilə təhdidi altında həyata kuçirməyə məcbur idi?

Vladimir Bukovski: - Polşa böhranı haqqında məndə kifayət qədər sənəd var. Əwəla, bu sənədlər Suslov komissiyası deyilən komissiyaya məxsusdur. İkincisi, mən özüm də Mərkəzi Komitənin arxivindən, əsasən də onun Katibliyinə aid əlavə sənədlər əldə edə bilmişəm. Bütövlükdə bu, 250 səhifəlik sənəddir. Bu sənədlər əsasən Polşa böhranın müzakirəsinə həsr olunmuş Siyasi Buro iclaslarının protokollarıdır. Əwəldən axıra kimi Polşaya hərbi müdaxilə edilməsi məsələsi heç vaxt müzakirə edilməyib. Hətta ehtiyat plan kimi də təqdim olunmayıb. Hadisələrin necə inkişaf edəcəyi hələ tam aydın olmadığı ilkin vaxtlarda Siyasi Büroda bəziləri birbaşa deyirdilər ki, Polşa Çexoslovakiya deyil. Sənədlərdə bu mövzu açıq müzakirə edilməsə də onların nəyi nəzərdə tutduqldarı bizə aydındır. Böhranın inkişaf prosesində siyasi büronun polşalı həmkarlarından əwəldən axıradək tələb etdikləri yeganə şey hərbi vəziyyət elan edilməsi olub.

1981-ci iln aprelində Siyasi Büroda hərbi vəziyyət elan olunması planı işlənib hazırlanmış və o, bir tərəfdə Andropovla Ustinov, o biri tərəfdə Yaruzelski ilə Kaney arasında Brest şəhərində təşkil olunan məxfi görüş zamanı Polşa tərəfinə çatdırılmışdır. Elə oradaca polşalı həmkarlara hərbi vəziyyətin necə tətbiq olunacağı izah edilmişdir. Hətta tərəflərdən həmin sənədi imzalamaq da tələb olunmuşdur. Ancaq Yaruzelski bildirəndə ki, o imza ata bilməz və bunun üçün o həmkarları ilə məsləhətləşməlidir, ona belə cavab vermişdilər: "Siz planla tanış olduğunuz üçün imza atın. Bir də ki, hərbi vəziyyət tətbiq etməli olsanız, artıq imza atmaq çox gec olacaq".

Polşada hərbi vəziyyət tətbiq edilməzdən üç gün əwəl, 1981-ci il dekabrın 10-da Siyasi Büronun yığıncağında Andropov həmkarlarına müraciətlə belə deyib: "Yaruzelski yenə də biz tərəfdən hərbi müdaxilə məsələləsini qaldırır, biz artıq ona demişik ki, Polşanın işlərinə qarışa bilmərik və bunu etməyəcəyik də. Ancaq görünür Yaruzelski öz ordusuna bel bağlamır. Elə buna görə də ehtiyat tədbirləri kimi müdaxilə barədə bizim zəmanətimizi əldə etmək istəyir. Ancaq ona bir daha izah etməliyik ki, Polşanın işlərinə qarışmayacağıq. Yaruzelski ancaq öz gücünə güvənməlidir"". Bundan sonra Qromıko çıxış edir və o da eyni sözləri deyir: "Polşaya heç bir müdaxilədən söhbət gedə bilməz. Bunu Yaruzelskiyə çatdırmışıq və indi səfir Aristov vasitəsilə bir də deyirik ki, Yaruzelski yalnız özünə güvənməlidir". Qromıkonun ardınca Suslov danışır, eyni fikri o da səsləndirir: "Biz Polşaya müdaxiləyə yol verə bilmərik. Hər şey bir yana bu bizim xarici siyasətdə etdiklərimizin, o cümlədən tərkisilah uğrunda siyasətimizin tamamilə məhvinə gətirib çıxara bilər". Andropov isə deyilənlərə doğrudan da maraqlı bir ifadə əlavə edir: "Polşada "Solidarnost"un lap elə qalib gəlməsi bir şeydir, ancaq əgər biz ora müdaxilə etsək və bütün Qərb dünyası da öz sanksiyalarını üstümüzə töksə, onda bu tamam başqa məsələ olacaqdır..."

O ki qaldı hərbi müdaxilə ideyasının özünə, Siyasi Büroda bu həmişə dezinformasiya məqsədilə hazırlanırdı. Mən Siyasi Büronun bir qərarını əldə etmişəm. Orada deyilir: "Nə qədər ki, Polşadakı əksinqilabçı və Qərbin imperialist dairələri bizim müdaxiləmizdən qorxurlar və bu qorxu onların qabağını kəsir, onda təbliğat kampaniyasında bu ideyanı da istifadə etməliyik". Elə buna görə də həm Brejnev, həm də digərləri öz çıxışlarında Siyasi Büro ilə razılaşdırılan eyni ifadəni təkrar edirdilər - "Biz Polşanı heç kimin ayağına vermərik"". Bu, son dərəcə ikibaşlı sözdür. Bu cür qeyri-müəyyənliyi onlar həmişə saxlayırdılar. Üstəlik, yadınızdadırsa, hərbi müdaxilə təsəwürü yaratmaqdan ötrü hərbi manevrlər keçirir, qoşunları Polşa ilə sərhədə toplayırdılar. Başqa sözlə, onlar gərginliyi qəsdən artırırdılar. Hərbi müdaxilə təsəwürü yaradır, əslində isə yalnız hərbi vəziyyət tətbiq olunması planı hazırlayırdılar. Onlar başa düşürdülər ki, məsələnin bu cür qoyulması hərbi vəziyyət elan edilməsi dünya ictimaiyyəti tərəfindən nisbətən az qəddarlıq kimi qəbul ediləcək.
Elə o cür də oldu. Yaxşı yadımdadır, Polşada hərbi vəziyyət elan edildikdən sonra Qərbdəkilər rahat nəfəs aldılar, çünki hamı Sovet İttifaqının Polşaya hərbi müdaxilə edəcəyini gözləyirdi.

Sual: Sizcə, Sovet İtttifaqında islahatlann başlamasına nə təkan verdi?

Vladimir Bukovski: İlk növbədə ölkə iqtisadiyyatdakı ağır vəziyyət. Onlar bir də onda ayıldılar ki, bütün ölkə iqtisaddiyatı üzərində nəzarəti itiriblər. Arxiv sənədlərində çox maraqlı bir material tapmışam. Brejnevə müharibə veteranlarından mağazalardakı duz qıtlığı haqqında şikayət məktubları ğəlməyə başlayır. Gələn məktubların sayı o qədər çox olur ki, Brejnev o vaxtlar kənd təsərrüfatına nəzarət udən Qorbaçova bu məsələni araşdırmağı tapşırır. Doğrudan da axı, ğörəsən nə baş verir? Nəhəng bir ərazi, saysız-hesabsız duz gölləri, hec duzu yerin altından çıxarmağa ehtiyac da yoxdur, bir yığın duz kombinatı tikilib, amma duz ərşə çəkilib. Veteranlar inciyirlər. Qorbaçov tapşırıq alan kimi araşdırmağa başlayır. Regionlarla əlaqə saxlayır, hamıdan məlumat alır ki, bəs neçə milyon ton duz hasil edilib, neçə milyon ton qablaşdırılıb və s. Ancaq bundan sonra onların hara yoxa çıxdığını heç cür anlaya bilmir. Vəziyyət barədə Brejnevə məlumat verən Qorbaçov bildirir ki, duzun necə yoxa çıxdığından baş açmır. Növbəti dəfə Brejnev bu işi Andropova tarşırır. Dövlət Təhlukəsizlik Komitəsi aylarla araşdırma aparmağa məcbur olur. Amma bütün axtarışlar nəticəçiz qalır. Yalnız o zaman anlamağa başlayırlar ki, işlər doğrudan da xarabdır. Xarici siyasətdə onlar əjdaha idilər! İnqilabı beşiyindəcə boğardılar. Onlar elə edə bilərdilər ki, Qərbdə milyonlarla səfeh küçələrə cıxıb öz ölkələrindən tərksilah olunmağı tələb edərdi. Bu, onların əlində heç nə idi. Ancaq öz ölkələrini adi xörək duzu ilə təmin edə bilmirdilər...

Sual: Bildiyiniz kimi, hərbi vəziyyət elan olunmasına bir həftə qalmış baş qərargah zabiti Kuklnski Qərbə qaçaraq, hərbi vəziyyət haqda informasiyanı ameikalılara çatdırmışdı. Sual belədir: Arxivdə polkovnik Kuklinski və bu hadisə barədə materiallara rast gəldinizmi?

Vladimir Bukovski: Bilavasitə polkovnik Kukliskinin adına heç yerdə rast gəlməsəm də orda maraqlı bir ifadə vardı. Siyasi Büro Yaruzelski ilə Kaninin səfərini gözləyir. Həmişə olduğu kimi ümumi tezislər, nümayəndə heyətinin qəbulu üçün hazırlanmış materiallar müzakirə olunur. Birdən kimsə deyir ki, yaxşı materiallar hazırlamışıq, bəlkə onları polyaklara verək getsin? Brejnev isə belə cavab verir: "Yox, lazım deyil, yoxsa onlar Amerikada peyda ola bilər".

Sual: 80-ci illərdə polkovnik Qolıtsin Qərbə qaçdı. Qolıtsin artıq o vaxtlar 89-cu Hdə baş verəcək hadisələrə bənzər bir planın reallaşdmlmasının mümkünlüyündən danışırdı. Ola bilərmiki, kommunizmin çökməsi yuxanlarda, DTK rəhbərliyi tərəfindən hazırlanırdı? Elə bir mərkəz var idimi ki, kommunizmin, əgər belə demək mümkünsə, "ehmalca enməsini" təmin etmiş olsun?

Vladimir Bukovski: Aşkarlıq və yenidənqurma adlanan siyasətin ilkin hazırlığına hardasa 70-ci illərin sonunda başlanılıb. Əwəllər bu, əsasən, xarici siyasətə aid edilirdi. İlkin hazırlıqlar xarici siyasətdəki səbəblər üzündən ortaya çıxdığı üçün bu işlə Mərkəzi Komitənin beynəlxalq şöbəsi məşğul olurdu. Ancaq bütün bunların başında öz idarəsilə birlikdə Andropov dayanırdı. Əwəlcə bu məsələ dar bir çərçivədə qoyulmuşdu. Həmin vaxtlar onların Qərblə detant siyasəti ərəfəsinə təsadüf edirdi. Bizdə buna beynəlxalq gərginliyin azaldılması deyirdilər. Ancaq bu siyasət onlara istədikləri nəticəni vermədi. Bəli, bu siyasət onlar üçün nə qədər sərfəli və əlverişli olsa da axıra qədər işləmədi.

Beynəlxalq şöbənin qarşısında belə bir vəzifə dururdu: detant siyasətini necə planlaşdırmaq lazımdır ki, o işə düşə bilsin? Bu siyasət Qərbi Avropanın sosial demokratları ilə qarşılıqlı surətdə həyata keçirilirdi. Bu, sosial demokratlardan öz məqsədləri naminə istifadə etmək demək idi. Mərkəzi Komitənin beynəlxalq şöbəsi sonralar Qorbaçovun "yeni təfəkkür" adlandırdığı siyasəti hazırlayıb ortaya çıxarır. Başqa sözlə, məsələ belə qoyulmuşdu: elə ifadə söylənməlidir ki, o, sosial - demokrat sayağı səslənsin. Kobud desək, sosial - demokratları bir az da rahat və yaxşı aldatmaq mümkün olsun. Bu işlə Andropov başda olmaqla beynəlxalq şöbə məşğul olurdu.

Həmin ərəfədə isə Əfqanıstan və Polşa böhranı başlayır. Bu zaman onlar anlamağa başlayırlar ki, təkcə xarici siyasətin simasını dəyişdirmək yox, həm də iqtisadiyyatda da nəsə etmək lazımdır. O zaman bu iki layihəni birləşdirib vahid - yenidənqurmanın təkmilləşdirilməsi planına başlayırlar. Qolitsin bir məsələdə haqlı deyildi. Kommunizmin birdəfəlik yox edilməsi heç vaxt planlaşdırılmayıb. Sadəcə olaraq Qərbdə ictimai rəyi aldada biləcək kütləvi dezinformasiya kampaniyası planlaşdırılmışdı. Onların planına kommunizmin birdəfəlik yox edilməsi daxil deyildi.

Artıq 80-ci illərin ortalarında bu plan tədricən qanuniləşməyə başladı. Hələ Qorbaçov hakimiyyətə gəlməmişdən əsas plan artıq hazır idi. Yeri gəlmişkən bunu Qorbaçovun özü də inkar etmir. Onu yalnız Qərbdə yenidənqurmanın banisi kimi tanıyırlar. Ancaq Qorbaçov özü də etiraf edir ki, o yalnız icraçı idi. 1988-89-cu illərdə işlər heç də yaxşı getmirdi və həmin vaxtlar Moskvadakı toplantıların birində kimsə Qorbaçova tənə vuraraq demişdi ki, bəs niyə hər şeyi belə pis götür-qoy etmisiz? "Mənlik burda nə var ki? Bu, mən hələ hakimiyyətə gəlməzdən əwəl düşünülmüşdü. Bizim tədqiqat institutlarımız MK-ya yüzdən artıq hazır islahatlar paketi təklif etmişdilər". Bu, Qorbaçovun cavabı idi.

Ancaq hər halda gəlin müxtəlif şeyləri bir-birinə qarışdırmayaq. İslahatlar hazrlamaq bir məsələdir, amma onun nəticəsi necə oldu - bu isə tamamilə başqa bir məsələdir. Aydındır ki, 88-ci ildə mülkiyyətin bir hissəsini özəlləşdirib partiya fəallarına verməyə başladılar. Xüsusilə də komsomol fəalları və DTK-nın adamlarına. Əsas ideya ondan ibarət idi ki, mülkiyyətə nəzarət bundan sonra da bu adamlara məxsus olacaq. Çünki onlar partiya üzvləri idilər. Başqa sözlə, partiya nəzarəti yenə də qüwədə qalacaqdı. Ancaq onlar bircə şeyi nəzərdən qaçırmışdılar - bu, Lenin zamanındakı yox, artıq tamam başqa bir partiya idi. Bu, artıq peşəkar inqilabçıların deyil, peşakar fırıldaqçıların partiyası idi. Buna görə də mülkiyyətin bir hissə əllərinə keçən kimi partiya ilə vidalaşdılar. Pullu adamların partiyadan qaçışı 90-cı illərdə Kommunist Partiyasının sürətlə çökməsini təmin elədi.

Sual: Qorbaçovun layihələrində Almaniyanın birtəşdirilməsi, ya da Şərq ərazilərinin Almaniyaya qaytanlması nəzərdə tutulurdumu?

Vladimir Bukovski: Bu, müasir tariximizin ən maraqlı səhifələrindən biridir. Bəli, onlar Almaniyanı birləşdirmək istəyirdildər, ancaq onu qaytarmaq istəmirdilər. Onlar öz sosial demokrat dostlarının rəhbərliyi altında olan neytrallaşdırılmış və silahsızlaşdırılmış Almaniyanı birləşdirmək istəyirdilər. Bu, onların əsas məqsədi idi. Onu da deyim ki, heç də yeni məqsəd deyildi. Bu işlə hələ Stalin məşğul olmuşdu. Çünki Stalinə Almaniyanın yarısı yox, hamısı lazım idi. Bu məsələyə bilavasitə Beriya baxırdı. Ancaq onu tezliklə güllələdilər. Sonralar bu işlə Xuruşov məşğul oldu. Lakin xalq Şərqi Berlindən Qərbi Berlinə qaçmağa başlayanda Xuruşov Berlin divarını tikmək məcburiyyətində qaldı. Bütün sovet liderlərini bir məsələ düşündürürdü: ADR-dən necə yaxa qurtarmaq lazımdır ki, əvəzində vahid Almaniyanı əldə etmək mümkün olsun.

Sual.: Bəs bu məsələdə Falin hansı rolu oynayırdı və sosial - demokratlardan məhz kim Sovet İttifaqının şüurlu aləti idi?

Vladimir Bukovski: Şüurlu alətə gəlincə, qeyd etmək lazımdır ki, sosial - demokratların da öz məqsədləri vardı. Onlar Moskvanın adi casusları deyildilər. Onlara elə gəlirdi ki, bu yolla hakimiyyətə gəlmək olar. İdeya ondan ibarət idi ki, Sovet İttifaqındakı rejim yumşalacaq, Qərbi Avropada isə hakimiyyətə sosialistlər və sosial - demokratlar gələcək. Və beləliklə də, konvergensiya başlanacaq. 60-70-ci illərin əsas detantı konvergensiya ideyası üzərində dayanırdı. Bu məqsədi həyata keçirmək üçün sosial - demokratlara Avropada Sovet təsirini gücləndirmək lazım idi. Belə halda onlar Qərblə Sovet İttifaqı arasında yeganə vasitəçi olardılar.

Lakin anlamırdılar ki, onlar Sovet İttifaqına yalnız bir alət kimi lazım idilər. Kreml öz məqsədinə nail olan kimi sosial demokratlar səhnədən silinib gedəcəkdilər. Bu ideyanın inkişaf edib həyata keçməsində alman sosial - demokratları daha effektiv və enerjili idilər. Onların arasında Moskvaya yaxınlığı ilə seçilən Eqon Barr idi. Məsələn, məndə onun hələ 69-cu ildə DTK ilə məxfi əlaqələrini sübut edən sənədlər var. Alman sosial demokratları DTK-ya o qədər nüfuz etmişdilər ki, sosial demokratların harda bitib, DTK-nın hardan başlandığını müəyyən edə bilmirsən.

O ki, qaldı Falinə, o, SSRİ-nin Qərbi Almaniyadakı səfiri idi. Falin yenidənqurmanın labüdlüyündən danışmağa başyalayanlardan biri və birincisi idi. Mən onun hələ 77-ci ildə MK-da etdiyi bir məruzəsini tapmışam. Həmin məruzədə insan haqları, informasiya və mədəniyyət sahəsində aparılan səhv siyasətdən danışılır. Qeyd olunur ki, bunun üçün yaxşı nəzarət olunan aşkarlığı təşkil etmək daha yaxşı olar. Sənədin kənarlarındakı imzalardan məlum olur ki, məruzəni Qromıko, Andropov və siyasi büronun bir neçə üzvü də oxuyub.

Tezliklə Falin Moskvaya dəvət olunur və Mərkəzi Komitənin beynəlxalq şöbəsində işləməyə başlayır. Gələcəyin siyasəti olan yenidənqurma və aşkarlıqla məhz Falin məşğul olurdu. 1989-cu ildə bu siyasət həyata keçirilməyə başlayanda Falini Mərkəzi Komitənin beynəlxalq şöbəsinə rəhbər təyin etdilər.

Sovet rejimi dağılandan sonra Falin Rusiyadan qaçdı və bir də heç vaxt Rusiyaya qayıtmadı. İndi o Almaniyada yaşayır. Onun oradakı sahibləri alman sosial demokratlarıdır. Daha doğrusu, onlardan kimin - kimə yiyəlik etdiyini dəqiq demək mənim üçün çətindir.

Sual: Doğrudurmu ki, alman sosial demokratlan bugün məhz Falinin kapitalından faydalanırtar?

Vladimir Bukovski: Əlbəttə. Ancaq mənə elə gəlir ki, Falinin sərvəti daha böyükdür. Partiyanın bütün pulları, ümumiyyətlə Sovet hökumətinin izsiz-soraqsız yoxa çıxmış bütün pulları onun əlinin altından keçib. Bizim ehtimalımıza görə həmin pulları Qorbaçov oğurlatmaq istəyibmiş, amma görünür həmin pullara nəzarəti əldən verib. Bu gün Qorbaçov geninə-boluna yaşamaq üçün pitsa reklam eləməyə məcburdur. Ancaq Falin pitsa reklam eləmir.

Sual: Varşava müqaviləsi ölkələrinin 1980-ci H dekabrın 8-də Polşaya qoşun yeritmək haqqındakı qərarannın blef olduğunu təsdiqləyən sənəd varmı?

Vladimir Bukovski: Qoşun yeridilməsi haqqında siyasi büronun heç bir qərarına rast gəlməmişəm. Siyasi büronun icazəsi olmadan bu cür şeylər hazırlana bilməzdi. Məncə belə bir qərar heç vaxt olmayıb.

Sual: Arxiv sənədlərində 1981-ci H mayın 13-də Roma papasına edilən sui-qəsd haqqında hansısa sənədə rast gəldinizmi?

Vladimir Bukovski: Təəssüf ki yox. Çox istərdim ki, tapım və buna çalışırdım. Məsələ ondadır ki, bu cür qərarlar yalnız siyasi büroda qəbul olunurdu. Siyasi Büronun arxivi isə Mərkəzi Komitənin arxivindən ayrı idi. Çünki 90-cı ildə Siyasi Büronun arxivi Mərkəzi Komitənin arxivindən çıxarılaraq Qorbaçovun prezident arxivinə birləşdirilmişdi. Ona görə də nəyisə axtarmaq olduqca çətindir. Əgər Mərkəzi Komitənin arxivinə gəlib qərarların əslinə baxa bilərdiksə, Siyasi Büronun arxivinə daxil olmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu cür qərarlar, necə deyərlər, xüsusi qovluqlarda saxlanılırdı. Məsələn, bütün məxfi sənədlər belə qovluqlarda qorunurdu. Bu isə onlarda ən ali məxfilik kateqoriyası hesab olunurdu. Belə sənədləri yalnız Mərkəzi Komitənin işçisi və ya Siyasi Büro üzvü görə bilərdi. Özü də yalnız arxivdə. Onları arxivdən götürməyə, surətini çıxarmağa icazə verilmirdi...