| Vladimir
Bukovski: "Mən heç bir yanda öz yerimdə deyiləm" |
 |
| İrena Levandovskayanın müsahibəsi |
Sual: - Düz iyirmi iki
H sonra, Rusiya sizin üçün nə deməkdir?
V.B.: - Rusiya? Düz beş
ildir ki, Rusiyada olmamışam. Orda mənim üçün iş yoxdur. Hər şey
yenə də öz əwəlki yerinə qayıdıb. Hakimiyyət başında yenə də köhnə
bürokratik partiya nomenklaturasıdır.
Sual: - Yenə də? Bəlkə
elə həmişə belə olub?
V.B. - Doğru deyirsiniz,
ancaq Rusiyanın tarixində kommunizmdən uzaqlaşdığı anlar da olub.
İndi hər şey geri qayıdır. Məsələn, götürək elə arxivlərin açılması
məsələsini. Bütün arxivlər yenə də qapalıdır. Hətta bir neçə il
əwəl mənim dərc etdirdiyim sənədlər bu gün tam məxfi elan olunub.
Gülməlidir, elə deyilmi?
Sual: - Nə vaxtsa Rusiyaya
qayıtmağı düşünmüsüz?
V.B. - Bilirsiz, həyatımın
hər zaman hansısa bir işlə bağlı olmasına öyrəşmişəm. Əgər mənim
Rusiyaya getməyimi zəruri edə biləcək konkret bir iş ortaya çıxsa
onda gedərəm. Hələlik elə bir şey yoxdur.
Sual: - Bəs Rusiyanın
taleyi sizi maraqlandırmır?
V.B. - Bu gün əminliklə
deyə bilərəm ki, xeyr, artıq o, mənim işim deyil. Məncə, ömrümün
axırınacan orada heç nə dəyişməyəcək. Hər şey məlum ssenari üzrə
inkişaf edir. Əminəm ki, orda mənə yer yoxdur. Süqut, siyasi oyunlar,
boşluq, süstlük... hamı hər şeydən bezib ... mən orda neyləyəcəkdim
ki? Yeni nəsil hələ indi böyüyür. Əlbəttə, o yetişəcək, başqa insanlar
gələcək və lazım olan hər şeyi edəcəklər, ancaq mən o vaxta qalmaram.
Sual: - Bəs onda, 1976-cı
ildə, hara enəcəyini belə bilmədiyiniz təyyarədə uçarkən düşünürdünüzmü
ki, vaxt gələcək hər şey dəyişəcək və siz geri dönə biləcəksiniz?
V.B. - Mən həmişə bilirdim
ki, bu rejimin sonu çatacaq. Ancaq fikirləşirdim ki, bu hadisə əsrimizin
sonunda baş verəcək, ondan tez yox. Və o vaxta kimi mən qocalacam.
Və istəyimdən asılı olmayaraq bütün həyatımı qürbətdə yaşamalı olacam.
Onun üçün də şəxsi planlarımı heç vaxt Rusiya ilə bağlamamışam.
Sual: - Qurbətdə yaşamaq
sizin Uçiin çətindir?
V.B. - Artıq öyrəşmişəm
buna. Bir də ki, mən heç vaxt öz ölkəmdə yaşamamışam. SSRİ-də də
həmişə özümü yad kimi hiss eləmişəm, hətta 15 yaşımda belə. Bir
şeyə öyrəşmişəm ki, mən heç vaxt öz yerimdə deyiləm.
Sual: - Rusiya və Sovet İttifaqı - bunlar eyni şeylərdir?
V.B. - Əlbəttə ki, yox.
Hərçənd indi onlar bir-birlərindən elə də çox fərqlənmirlər. Hər
halda bu fərq o dərəcədə deyil ki, məsələn, Rusiyada mən özümü evdəki
kimi hiss
eləyəm.
Sual: - Rusiyada özünüzü
evdə kimi hiss eləmirsiz?
V.B. - Xeyr.
Sual: - Hansı ölkə sizin
üçün daha doğmadır?
V.B. - Belə bir ölkə
adı çəkə bilməyəcəm.
Sual: - Bəs eviniz hardadır?
V.B. - Kembricdə. 20
ildir ki, orada yaşayıram. Əslində mənim üçün torpaq, məkan, ev
problemi yoxdur. Bir dəfə Nabokovdan soruşanda ki, o harda yaşamaq
istərdi, cavabında belə deyib: "Mümkünsə böyük və lüks bir oteldə".
Mənim üçün isə heç fərqi yoxdur. Mən yeni mühitə, adət və dilə çox
tez uyğunlaşıram...
Sual: - Bayaq dediniz
ki, SSRİ-də özünüzü xarici ölkə vətəndaşı kimi hiss edirdiniz. Onda
nə üçün orda yaşayarkən sonralar sizə baha başa gələn hərəkətlərə
əl atdınız?
 |
V.B. - Mən bunu Rusiya
üçün eləmirdim. Biz dissidentlər həmişə bir-birimizə açıq şəkildə
deyirdik ki, biz bunu öziimüz üçün edirik. Elə olur ki, insan bəzən
özünü başqa cür apara bilmir, əks təqdirdə o başqalaşa bilər. Bilmək
istəyirsinizsə, əslində bu, şəxsi azadlığın müdafiəsi idi. Və bu
Rusiyadakı dissident hərəkatının əsas xarakterik xüsusiyyəti idi.
Məsələn, Polşada və Çexoslovakiyada məsələ bir az başqa cür idi.
Oradakı müxalifət siyasiləşmişdi və milli azadlıq hissi aparıcı
idi. Rusiya dissidentləri isə millilikdən azad idilər. Məsələn,
bu gün Peterburqda əllərinə svastika götürüb küçələrə çıxan adamları
görəndə nə baş verdiyini heç cür anlamıram. Bir də ki, həm Rusiyada,
həm də Qərbin özündə bizim kommunizmə qarşı apardığımız mübarizəni
həmişə qlobal, beynəlxalq bir mübarizə kimi qəbul edirdim. Kommunizm
ümumbəşəri bəla idi. Lakin tarix kommunizmin məhz Rusiyada yuva
salmasının qayğısına qaldı, sonra Şərqi Avropa, Çin, Kuba və Afrikanın
tən yarısını başına götürdü. Kommunizmlə dünyanın istənilən nöqtəsində
mübarizə aparmaq olar. Bu lap güzgü əksinə bənzəyir -kommunistlər
özləri də hər yerdə kommunizm uğrunda mücadilədəydilər - Trotski
Meksikada, digərləri İspaniyada və s. Eynən biz də kommunizmlə istənilən
yerdə mücadilə edə bilərdik. Lap elə Leninin portreti altında hansısa
bir "qırmızı guşədə" ...
Sual: - Deməli, Rusiya
sizin üçün yalnız doğulduğunuz məkan deməkdir?
V.B. - Bəli.... Xeyir,
bir o qədər də yox. Rusiya mədəniyyətinin hansısa bir parçasını
mən özümlə götürmüşəm. Ancaq yenə də dünyanın heç bir nöqtəsi ilə
bağlı deyiləm. Mən yalnız ideya, prinsip və konsepsiyalara bağlıyam.
Rusiyaya 1991-ci ildə, hələ kommunizm vaxtında getmişdim. Onda öz-özümdən
soruşdum: heç olmasa nəsə bir sentimentalllıq reaksiyası özünü göstərməlidir
axı ...
Sual:-Və?...
V.B. - Heç nə. Telejurnalistlər
məni oxuduğum məktəbə apardılar...
Sual:-Və?...
V.B. - Yenə də heç nə...
Məktəb xatirimdəkindən də kiçik göründü gözümə. Yaşadığım evin izi-tozu
qalmamışdı. Azacıq olsa da sentimental ola bilmədim. Yeganə hiss
etdiyim şey vardısa, o da kədər idi. İnsanlara yazığım gəlirdi.
O insanlara ki, uzun illər gözlədilər, amma bu giin öz illüziyalarının
xarabalıqları üstündə oturublar...
Sual: - Bəs Siz?
V.B. - Mən isə özüm
üçün sakitcə işləyirəm. Böyük bir bağım var, hərdən bağbanlıq da
edirəm...
Sual: - Sonuncu dəfə
Rusiyada olanda Sizi ən çox təəccübləndirən nə oldu?
V.B. - Dil. İddialı
meşşanın, oğru jarqonunda və tamamilə mənasız yerə işlədilən ingilis
sözləri ilə qarışdırılmış dili. Rusiyada məni ən çox qıcıqlandıran
şey daimi yalandı. Bir yandan fikirləşirsən ki, kommunizm artıq
yoxdur, amma yalan hələ də yaşayır. Uzun illərin vərdişidir...
Sual: - Bəs istifadə
etdiyiniz arxiv sənədləri necə? Əminsiniz ki, onlar yalan danışmır?
V.B. - Sənədləri saxtalaşdırmaq qeyri-mümkündür.
Ən azı ona görə ki, Rusiyada düz 162 arxiv var. Bir arxivdə işləyən
adamın başqa arxivdə nələrin olduğundan xəbəri yoxdur. Heç o da
məlum deyil ki, konkret bir sənədin haradasa surəti var, ya yox.
Saxtalaşdırmağa qalsaydı, onda gərək bütün arxivləri saxtalaşdıraydılar.
Kommunistlər tarixi saxtalaşdıra bilərdilər, ancaq sənədləri saxtalaşdırmaq
gücündə deyildilər.
Əlbəttə, ideologiyanın özü başdan-ayağa yalan idi.
Məsələn, sənədlərdə həbsdə yatan adamın məhz rejimə qarşı mübarizə
apardığı açıqlanmır. Orda ancaq belə ifadələr var: "imperialist
burjua təbliğatı və təxribatçı cəsus dairələrin təsiri altında"
və s. Bu ifadənin özü də yalan idi. Ancaq kommunistlər başqa cür
danışa bilmirdilər.
O ki, qaldı faktlara, bacardıqları qədər ört-basdır
eləməyə çalışsalar da, kommunistlər faktları saxtalaşdırmırdılar.
Məsələn, Əfqanıstana qoşun yeridilməsi qərarı verilərkən Çernenkonun
əllə yazdığı sənəddə sovet ordusunun tezliklə yeridiləcəyi ölkənin
adı sadəcə "A dövləti" kimi qeyd olunmuşdu. Əvəzində isə siyasi
büronun bütün üzvləri, hətta həmin iclasda iştirak etməyənlər də
sənədə imza atmışdılar, ona görə ki, heç kəsə "bilmirdim, ya da
istəmirdim" deməyə əl yeri qoyulmasın.
Sənədlər heç vaxt itmir. Yalnız 1991-ci ilin avqust
qiyamına aid olan sənədlər məhv edilib. Aydın olub ki, onların hamısı
xüsusi kağızkəsən maşında məhv edilib.
Sual: - Artıq Kembricə
qayıdırsız. Yəqin, vaxtaşın Rusiyanı ziyarət edəcəksiniz?...
V.B. - Əlbəttə, digər
ölkələrə səyahət etdiyim kimi Rusiyaya da gələcəm. Yeri gəlmişkən,
1996-cı ildə sonuncu dəfə Rusiyaya getmək üçün viza ala bilməmişdim.
Sual: - Deyəsən zarafat
edirsiz?...
V.B. - Heç də yox. İnkombank
məni özünün səkkiz illik yubileyinə dəvət etmişdi. Bir həftədən
sonra zəng edib bildirdilər ki, XİN sizə viza vermək istəmir. Səbəbini
dəqiq bilmirəm. Çox guman ki, o ərəfədə "Moskva prosesi" kitabım
çapdan çıxmışdı. Görünür kitab Rusiyada kimlərinsə xoşuna gəlməmişdi.
Bundan əlavə o zaman casusluqda ittiham olunan Aleksandr Nikitin
həbsdə yatırdı. Səfərdən əwəl Peterburqdakı dostlarıma təklif elədim
ki, mən gələndə Nikitinin müdaftəsi naminə mitinq, ya da mətbuat
konfrası keçirsinlər. Ola bilsin ki, kimsə o vaxt hakimiyyətlə müəyyən
problemləri olan İnkombankı xəbərdar etmək istəyirmiş. Səbəbini
də belə izah etdilər ki, Bukovski Rusiya vətəndaşıdır, viza onun
nəyinə lazımdır ki. Bu da növbəti yalanlardan biridir. Mən Rusiya
vətəndaşlığından çoxdan imtina eləmişəm, yəni 1992-ci ildə həmin
vətəndaşlığı mənə qaytarandan dərhal sonra. Gülməli odur ki, həmin
vaxtlar mən Rusiyanın teleekranlarından düşmürdüm. Viza məsələm
böyük bir diskussiyaya səbəb olmuşdu. Fikirləşirdilər ki, vizanı
versinlər, ya verməsinlər? Əsl dəlixanadır. Kommunizm dövründə bu
ölkə şizofrenik ölkə idi, amma o vaxtlar bu başadüşülən hal idi,
çünkü məqsəd var idi. Ancaq bugünkü şizofreniyanın heç səbəbi də
aydın deyil.
Sual: - Bəs, Luis Korvalanın
axm necə oldu?
V.B. - 1989-cu ildən
leqal şəkildə Çilidə yaşayır. Düz altı il Siyasi Bürodan xahiş edirdi
ki, ona plastik əməliyyat etməyə şərait yaratsınlar və saxta sənədlər
hazırlasınlar.
Korvalan Çiliyə qayıdıb, Pinoçetlə mübarizə aparmaq istəyirdi. Elə
də oldu. 1989-cu ilə
qədər Luis Korvalan Çili də qeyri-leqal yaşayaraq Çili xalqının
mübarizəsinə gizli başçılıq
edirdi.
Sual: - Bəs Çili xalqının
bundan xəbəri var idi?
V.B. - Xeyr. Ümumiyyətlə
Çili xalqının ona kiminsə rəhbərlik etdiyindən xəbəri yox idi. Düzdür,
həmin vaxtlar bir neçə avtomobil göyə sovrulsa da bunu çoxları hiss
eləmədi. Nəhayət, 1989-cu ildə seçkilər oldu və Pinoçet hakimiyyətdən
getdi. Ancaq Korvalan yenə də, meşələrdə gizlənib nəyisə partladırdı.
Nəhayət, o da başa düşür ki, vəziyyət dəyişib. Moskvaya yazaraq
yeni plastik əməliyyat keçirilməsini xahiş edir. O, əwəlki görkəminə
qayıdıb öz həqiqi sənədlərini əldə edərək Çiliyə leqal şəkildə getməyə
can atırdı. İstədiyi kimi də oldu. Düzdür, əwəlki görkəminə tam
qayıtmaq ona nəsib olmasa da, hazırda Çilidə yaşayır və heç kim
onunla maraqlanmır.
Sual: - Siz Korvalanla
nə vaxtsa görüşmüsüz?
V.B. - Xeyr, heç vaxt.
Korvolan prinsipial olaraq həmişə görüşdən qaçırdı. Bir dəfə İtaliya
televiziyası bizim ikimizi də eyni proqramda iştirak etməyə dəvət
etdi. O gəti olaraq bundan boyun qaçırdı. Bu yaxınlarda da bir Qərb
qəzetinə müsahibə verərək deyib ki, biz kommunistlər həmişə düzünü
deyirdik və doğru hərəkət edirdik. Bir az gözləyin biz hələ qayıdacağıq.
Bu sadəcə kiçik bir fasilədi.
Sual: - Bəlkə düz deyir?
Bəlkə kommunizmə oxşar hansısa sistem doğrudan da qayıdacaq?
V.B. - Xeyr, bu istisnadır.
Əgər Stalini də diriltsək belə, o neynəyə biləcək ki? Uzaq başı
gizli mafioz ola bilər. Hər şey - ictimai inkişafın dinamikası,
ictimai strukturlar çoxdan dəyişilib. Stalin isə artıq o Stalin
deyil. Elə Stalinsiz də mənim Rusiya üçün proqnozlarım pessimistdir.
Mənə elə gəlir ki, ekoloji fəlakətlər mümkündür. Əmin deyiləm ki,
nüvə arsenalı kifayət qədər yaxşı qorunur, bundan da əlavə korrupsiya
günü-gündən artmaqdadır. Öz növbəsində bütün bunlar Rusiyanın yaxın
qonşularına təsir etməyə bilməz. Deyəsən siz polyaklar bunu hiss
edirsiniz. Münasibətlərin köhnə modeli bir də heç vaxt geri dönməyəcək.
O model ki, Rusiyada hökumət dəyişikliyi Polşada böhrana səbəb olurdu,
Moskvada asqıranda, Polşada artıq dərman içirdilər. Bu, bir də mümkün
olan şey deyil.
Sual: - Bəs Rusiyanın
özündə necə?
V.B. - Orada hər şey
pisdir. Nə dəyişiləcəksə, yalnız pis tərəfə dəyişiləcək. Rusiyada
böhrandır və bu böhranın sonu, hələ ki, görünmür.
Çevirdi: Cahan Əliyev
|