SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

 

DEMOKRATİK MÜBARİZƏ TARlXİ

PRAQA 1968

"Demokratik mübarizə tarixi" rubrikasını çexlərin kommunizmlə mübarizəsinə həsr etməyimizin bir neçə səbəbi var: bu H sovet qoşunlannın Praqaya yeridilməsinin 35-ci Hdönümüdür; bu H eyni zamanda Çex parlamentinin kommunizmi ittiham edən qanun qəbul etməsindən 10 il keçir...Bu il həm də kommunizmlə mübarizə aparan, onu yenərək hakimiyyətə gələn və bu hakimiyyəti qoruyaraq ölkəsində demokratiyanı bərqərar edən, iyirminci əsrin nəhəng demokratlann olan Vatslav Havelin on dörd illik hakimiyyət müddəti başa çatdı...

Elə məhz bu səbəblərdən 1968-ci Hdə sovet qoşunları tərkibində Praqada olmuş azərbaycanlı Ramiz Hüseynovun xatirəsini, Çex parlamentinin 1993-cü Hdə qəbul etdiyi "Kommunist rejiminin qeyri-qanuni elan edilməsi və ona qarşı müqavimət göstərilməsi haqqında" qanunun tam mətnini vəjurnalımızın Redaksiya Heyətinin üzvü, V. Havelin silahdaşı və ilk demokratik hökumətin təmsilçisi olmuş Petruşka Şustrovanın bu qanunun yaranma səbəbləri barədə fikirlərini dərc edirik.

"İşğalçı" əsgərin xatirəsi

1968-ci ilin avqustunda artıq Ukraynanın Xmelnitski vilayətində hərbi xidmətə başlamağımdan 4 ay ötürdü. Dəqiq yadımdadır, avqust ayının 23-də kazarmada növbətçi idim. Gecə saat üç radələrində bizim hərbi hissə də daxil olmaqda, diviziyanı bütövlükdə həyəcan siqnalı ilə ayağa qaldırdılar. Həyəcan siqnalının nə məqsədlə verildiyi, hara qedəcəyimiz barədə bizə heç bir məlumat vermədilər. Gün yarım yol getdikdən sonra Çexoslovakiya ilə həmsərhəd olan Ujqorod şəhəri yaxınlığındakı meşədə dayandıq. Buraya mülkü maşınlarda ehtiyatda olan zabitlər və əsgərlər gətirilirdi. Bu proses başa çatdıqdan sonra diviziya komandiri Rudenko bizi sıraya düzüb həyəcan siqnalının səbəbi və hara gedəcəyimiz barədə məlumat verdi: o deyirdi ki, Çexoslovakiyada əksinqilabçi və millətçi ünsürlər ölkəni sosialist sistemindən ayırmaq məqsədilə çevriliş etməyə çalışırlar. Buna qörə də, sovet dövləti başqa sosialist ölkələri ilə birlikdə, qardaş Çexoslovakiya xalqına bu məsələdə yardım etməyi müqəddəs borc hesab edir. Təbii, bu zaman Dubçekin və diqər əksinqilabçı ünsürlərin ünvanına, rusların leksikonunda olan bütün nalayiq söyüş epitetlərindən istifadə edilirdi.

Axşam saat 11-də əmr verildi; tanklar hərəkətə gəldi, sərhəd dirəkləri, tikanlı məftillər bir an içində yerlə yeksan edildi.

Avqust ayının 27-də biz artıq paytaxt Praqa şəhərinin yaxınlığındakı meşəlikdə hazır vəziyyətdə dayanmışdıq. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, bizim diviziya o məqamda 2-ci zərbə güwəsi hesab olunurdu və bizim diviziyaya yalnız gecələr hərəkət etmək əmri verilmişdi.

Beləliklə, gecələr Praqa şəhərinin küçələrində olurduq, gündüzlərsə Praqaətrafı meşələrə çəkilirdik, bəzənsə gündüzlər də tankların, BTB və BRDM-lərin vasitəsilə küçələrə nəzarət edirdik.

Onu da deyim ki ki, biz Praqaya çatanda SSRİ-nin ADR-də, Polşada və digər qonşu sosialist ölkələrdə olan silahlı güwələri artıq ölkəyə tam nəzarət edirdi. Buna baxmayaraq, əhali küçələrdən çəkilmirdi. Əllərində antisovet şüarlar müxtəlif istiqamətdə hərəkət edirdilər. Divarlarda, asfalt üzərində yazılmış şüarların əksəriyyəti SSRİ rəhbərliyinə, onun silahlı güwələrinə aid idi:"Ey, rus donuzları, bizim ölkəmizdən əlinizi çəkin, rədd olub gedin arvadlannızın yanına", "Siz, qaniçən vəhşilər, bizim ölkəni murdarlamayın, rəbb olub gedin" və s. Bundan başqa, küçələrdə asfalt üzərinə Brejnevin, Kosıginin şəkilləri çəkilirdi. Onlar əsasən donuza, canavara və itə oxşadılır, altındansa müxtəlif təhqiredici ifadələr yazılırdı.

İlk günlərdə əhali olduqca aqressiv idi. İstifadə edilən texnikadan başımızı çıxaran kimi üzərimizə yuxarı mərtəbələrdən kərpiç, daş və başqa şeylər atılırdı. Baxmayaraq ki, Praqa küçə və xiyabanları Sovet tanklarının tırtılları altında xıncım-xıncım edilib pis giinə salınırdı, amma əhali sakitləşmək bilmirdi. Getdikcə Praqa küçələrində əhalinin sayı artırdı. Bundan sonra havada vertolyotlar və qırıcı təyyarələr görünməyə başladı. Artıq Praqanın bəzi yerlərində güllə səsləri eşidilirdi. Hadisənin təxminən 10-15-ci günü olardı, küçələrdə divar qəzetləri görünməyə başladı. Həmin qəzetlərdə törədilmiş hadisələrin izləri öz əksini tapmışdı - dağıdılmış binalar, xarabazara çevrilmiş xiyabanlar, tanklar altında əzilmiş, güllələrə tüş gəlmiş insan meyitləri. Tamamilə, 1990-cı ilin yanvarında Bakıda olduğu kimi...

Kommunizmdən qurtuluş aktı

1989-cu ilin noyabnnda Çexoslovakiyada kommunist rejiminin süqutundan sonra Çex və Slovak dövlətlərinə və cəmiyyətlərinə vurulan iqtisadi, təbii və mənəvi ziyana görə məsuliyyət məsələsi barədə diskussiyalar başladı. Bu diskussiyalann qızışmasının başlıca səbəbi o idi ki, ölkədə ilk dəfə keçirilən azad seçkilərdən sonra Çexoslovakiya federal parlamentinə, eləcə də Çex respublikası parlamentinə köhnə Kommunist Partiyasının siyahısı üzrə də deputatlar seçilmişdi. Bu adamlar deyirdilər: ölkədaxili islahatlan biz keçirmişik və indi də qanunun aliliyinə və sosial həmrəyliyə əsaslanan daha yaxşı sistem qurmaq istəyirik. Ancaq yeni yaradılmış siyasi partiyalann əksəriyyətinin həm sıravi üzvləri, həm də həmin partiyalardan seçilən deputatlar "sosializm""in heç bir variantını qurmaq istəmirdilər və yeni siyasi sistemi kommunist keçmişindən tamam'ilə ayırmağı arzu edirdilər.

Çexoslovakiyada sabiq kommunist partiyası Hderlərini məhkəməyə cəlb etmək arzusunda olan adamlar da çox idi. Ancaq bu mümkün olası iş deyildi, çünki həmin liderlər öz qanunlannı pozmamışdılar. Ayn-ayn fərdlər - məsələn, Çexoslovakiyanın sabiq DTK və yaxud polis zabitləri qanunlan pozmuşdular və bu səbəbdən həbsxanaya göndərilmişdilər. Siyasi günah isə cinayət tərkibli günah deyil...

Bunu da əlavə etmək vacibdir ki, kommunist rejiminin qurbanları, yəni, sabiq siyasi düstaqlar həbsxanada yatdıqlan müddət üçün kompensasiya almışdılar. Kommunist rejimi dövründə müsadirə olunmuş torpaqlar və əmlaklar öz sahiblərinə qaytanlmışdı. Ancaq mənəvi zərər ödənilməmiş qalırdı. 1993-cü il 9 iyul tarixli "Kommunist rejiminin qeyri-qanuni elan edilməsi və ona qarşı müqavimət göstərilməsi haqqında" Akt məhz bu mənəvi zərərlərin ödənilməsi kimi meydana çıxdı. Bu aktı qəbul etməklə deputatlar daha bir məqsədi -ictimai rəyə, hakimlərin və xüsusilə də gənc nəslin düşüncəsinə təsir etmək məqsədini də güdürdülər.

PETRUŞKA ŞUSTROVA "Narodovo Volni"
(Praqa) qəzetinin redaktoru