 |
DEMOKRATİK
MÜBARİZƏ TARlXİ |
 |
 |
"Kommunist rejiminin qeyri-qanuni
elan edilməsi və ona
qarşı müqavimət göstərilməsi haqqında" Çex Respublikasının
QANUN AKTI
Akt N 198/1993 (9 iyul, 1993)
Preambula
Azad seçilmiş parlament kimi öz məsuliyyətini dərk
edərək və kommunist rejimi ilə bağlı bu razılığa gələrək, Parlament
bəyan edir ki, Çexoslovakiya Kommunist Partiyası, onun rəhbərləri
və üzvləri bu ölkənin 1948-1989-cu illər ərzində mövcud olmuş hökumət
sisteminə, xüsusilə də Avropa sivilizasiyasının ənənəvi dəyərlərinin
sistematik məhvinə, insan hüquqları və azadlıqlarının şüurlu şəkildə
pozulmasına, fikir müxtəlifliyi tərəfdarlarına qarşı hüquqi cinayət
və terrorla müşayiət olunan mənəvi və iqtisadi dağıntılara, inkişafda
olan bazar iqtisadiyyatının komanda-inzibatçılıq üsulu ilə əvəz
edilməsinə, xüsusi mülkiyyətçiliyin mənəvi prinsiplərinin ləğv edilməsinə,
təlim, təhsil, elm və mədəniyyətdən siyasi və ideoloji məqsədlər
üçün sui-istifadə edilməsinə və təbiətə amansızcasına zərər vurulmasına
görə məsuliyyət daşıyır və gələcək işində o, bu aktdan istinad nöqtəsi
kimi istifadə edəcəkdir.
Maddə 1
Kommunist rejimi və onun fəal tərəfdarları,
a) vətəndaşları öz siyasi əqidələrini ifadə etməyin bütün imkanlarından
məhrum etmiş, onları ölkədəki və cəmiyyətdəki situasiylar barədə
öz fikirlərini gizlətməyə zorlamış, onları yalan və yaxud cinayət
hesab etdikləri şeylərlə razı olduqlarını ifadə etməyə məcbur etmiş,
bu mənada vətəndaşların özlərini, onların ailə üzvlərini və dostlarını
təqib etmiş və ya təqib olunmaqla təhdid etmişlər;
b) insan hüquqlarını sistematik şəkildə və daim pozmuş,
eyni zamanda müəyyən siyasi, sosial və dini qruplara qarşı xüsusilə
qəddarcasına təzyiq göstərmişlər;
c) qanunçuluğa əsaslanan fundamental demokartik dövlət
prinsiplərini, beynəlxalq sazişləri və öz qanunlarını kobudcasına
pozmuş, praktik olaraq Kommunist Partiyası və onun təmsilçilərinin
istək və maraqlarını qanundan üstün tutmuşlar;
d) vətəndaşları təqib etmək üçün bütün hakimiyyət
üsüllarından istifadə
etmişlər, praktik olaraq onlar:
- vətəndaşları qətlə yetirmiş, öldürmüş, onları
həbsxanalara salmış, zorla
islah düşərgələrinə göndərmiş, onlara qarşı qəddar metodlardan
istifadə
etmiş, istintaq və həbsxana dövründə onlara fiziki və psixi işgəncələr
də
daxil, qeyri-insani əziyyətlər vermişlər,
- qəsdən onları öz əmlaklarından məhrum etmiş və
onların mülkiyyət
hüquqlarını pozmuşlar,
- onları öz peşələri ilə məşğul olmaq və ya öz vəzifələrini
yerinə yetirmək və
yaxud ali təhsil və ixtisas təlimi almaq imkanlarından məhrum
etmişlər,
- onların sərbəst şəkitldə xaricə getmək və xaricdən
sərbəst qayıtmaq
azadlıqlarını məhdudlaşdırmışlar,
- onları məhdudiyyətsiz müddətə texniki himayə batalyonlarına
və texniki
batalyonlara xidmətə çağırmışlar;
e) öz məqsədlərinə çatmaq üçün cinayət törətməkdən
çəkinməmiş, bu
cinayətləri cəzasız qalacaqlarına əminliklə törətmiş və bu cinayətlərdə
və
təqiblərdə iştirak edənləri haqsız imtiyazlarla təmin etmişlər;
ə) xarici dövlət qoşunları ilə sıx əlaqəyə girmiş
və 1968-ci ildən həmin dövlətin işğalçı qoşunlarını müdafiə etmişlər.
Kommunist rejimi dövründə siyasi və ideoloji sahədə
rəsmi məmur, təşkilatçı və təbliğatçı vəzifələrini yerinə yetirənlər
1-ci bənddə müəyyən edilən cinayətlər üçün tam məsuliyyət daşıyırlar.
Maddə 2
Kommunist ideologiyasına əsaslanan və 1948-ci il fevralın
25-dən 1989-cu il noyabrın 17-dək Çexoslovakiya hökumətini və onun
vətəndaşlarının taleyini idarə edən rejim, xüsusilə də hazırkı Aktın
1-ci maddəsinin 1-ci bəndində müəyyən edilən əməlləri törətdiyinə
görə cinayətkar, qeyri-qanuni və təhqiramiz rejim olmuşdur.
Kommunist ideologiyasına əsaslanan və öz fəaliyyətlərini
insan hüquqlarının, demokratik sistemin pozulmasına yönəldən digər
təşkilatlar kimi Çexoslovakiya Kommunist Partiyası cinayətkar və
təhqiramiz təşkilat olmuşdur.
Maddə 3
Vətəndaşların bu rejimə qarşı şüurlu və açıq, fərdi
və kollektiv şəkildə, siyasi, dini və ya etik mahiyyətli demokratik
əqidə əsasında, bu ölkə ərazisində və ya xaricdə, hətta xarici demokratik
güclə işbirliyinə cəlb olunmaqla müqavimət göstərmək və başqa cür
əməllər törətmək mənasında nifrət bəsləməsi qanuni, ədalətli və
mənəvi müdafiə xarakterli olmuşdur və təqdirəlayiqdir.
Maddə 4
Kommunist rejimi tərəfindən haqsız zərərlərə və təqiblərə
məruz qalan və bu Aktın 1-ci maddəsinin 1-ci bəndində sadalanan
fəaliyyətlərdə iştirak etməyənlərin mənən müdafiə olunmaq və mənəvi
kompensasiya almaq haqqı vardır.
Maddə 5
Əgər (fərd) demokratik dövlətin əsas qanuni prinsiplərilə
bir araya sığışmayan siyasi səbəblərə görə aldığı cəzanı sona qədər
və həqiqətən çəkib qurtarmayıbsa və yaxud (ona qarşı) qaldırılan
ittihamlar aradan qalxmayıbsa, 1948-ci il fevralın 25-dən 1989-cu
il dekabrın 29-na qədər olan dövr cinayət əməllərinə görə məhdudlaşdırma
dövrünün bir hissəsi kimi hesablanmayacaqdır.
Maddə 6
Məhkəmə sonrakı tarixlə tənzimləmələrlə bağlı hüquqi
bəraət haqqında 119/1990 saylı Akta görə bəraətə düşməyən cinayət
əməllərinə görə hökmləri o halda ləğv edəcək və yaxud cəza müddətini
azaldacaqdır ki, məhkəmə prosesində və ya sonrakı prosedurlarda
müttəhimin əməllərinin məqsədinin fundamental insan və vətəndaş
hüquqları və azadlıqlarını müdafiə etmək olduğu və istifadə edilən
üsulların açıq- aşkar cinayət tərkibli olmadığı sübut edilmiş olsun.
Bu cür proseslərin məqsədi üçün müvafiq olaraq 4-cü maddənin şərtləri
və hüquqi bəarət haqqında 119/1990 saylı Aktın müddəaları tətbiq
olunacaqdır.
Maddə 7
Hökumətin, hüquqi kompensasiya haqqında 119/1990 saylı
Aktın 23-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq qaldırılan kompensasiya
iddiaları bağlı elan edilən borcları 1995-ci ilin sonundan etibarən
ödənəcəkdir.
Maddə 8
Hökumət kommunist rejiminin düşmənlərinə, sosial,
tibbi və maliyyə sahələrində təqiblərdən əziyyət çəkmiş insanlara
qarşı edilmiş bəzi səhvləri fərman vasitəsilə düzəltməyə vəkil edilmişdir.
Maddə 9
Hazırkı Akt 1993-cü il avqustun 1-dən etibarən qüwəyə
minir.
|