 |
FRENSIS FUKUYAMA
"Journal of Democracy", 1995-ci il |
Frensis Fukuyama Vaşinqtonda "RAND" şirkətində böyük
elmi işçi vəzifəsində çalışır. ƏwəllərABŞ Dövlət departamentinin
Siyasi Planlaşdırma İdarəsinin direktor müavini olub. "Tarixin Sonu
və Sonuncu İnsan" kitabının (1992) müəllifidir. Sosial kapital və
iqtisadiyyat problemlərinə həsr olunmuş digər bir kitabı 1995-ci
ildə işıq üzü görüb. Aşağıdakı yazı 1994-cü ildə Tayvanın Taybey
şəhərində Milli Siyasət Araşdırmaları İnstitutu tərəfindən keçirilən
konfransda oxunmuş məruzənin mətnidir.
Gələcəkdə demokratiya üçün daha çox hansı əsas ideoloji
və siyasi rəqiblərin meydana çıxacağı güman edilə bilər? Belə zənn
edirəm ki, ən ciddi rəqib hazırda Asiyada doğulur. Mən, həmçinin
elə bilirəm ki, ideologiya səviyyəsində baş verənlər vətəndaş cəmiyyəti
və mədəniyyət səviyyəsində baş verənlərdən asılı olacaqdır. Bunun
səbəblərini izah etmək üçün qısa metodoloji şərh vermək lazım gələcəkdir.
Demokratiyanın, üzərində möhkəmlənməli olduğu dörd
səviyyə mövcuddur və hər bir səviyyə müvafiq təhlil tələb edir.
Səviyyə 1: İdeologiya.
Bu, demokratik institutların və onları dəstəkləyən bazar strukturlarının
düzgün olub-olmaması barədə normativ qəti fikirlər səviyyəsidir.
Aydın məsələdir ki, əgər insanlar demokratiyanın legitim idarəçilik
forması olduğuna inanmazlarsa, demokratik cəmiyyətlər uzun ömürlü
ola bilməz. Digər tərəfdən, demokratiyanın legitimliyinə geniş yayılmış
inam demokratik institutlar yaratmaq və ya onları səfərbər etmək
qabiliyyətinin yoxluğu ilə yanaşı da mövcud ola bilər. Birinci səviyyə
rasional şüur sferasıdır və burada legitimliyin qəbul edilməsi ilə
bağlı dəyişikliklər tamamilə gözlənilmədən baş verə bilər. Demokratiya
və bazar iqtisadiyyatı üçün əlverişli olan belə dəyişikliklər son
15 ildə bütün dünyada baş vermişdir.
Səviyyə 2: İnstitutlar.
Bu sferaya konstitusiyalar, məhkəmə sistemləri, partiya sistemləri,
bazar strukturları və s. daxildir. İnstitutlar legitimlik ideyalarından
fərqli olaraq o qədər də tez dəyişmirlər, amma dövlət siyasəti vasitəsilə
onlarla manipulyasiya etmək olar. Son vaxtlar siyasi mübarizə məhz
bu səviyyədə gedirdi: yeni demokratik dövlətlər, əwəllər meydana
gələnlərin köməyilə dövlət müəssisələrini özəlləşdirməyə, yeni konstitusiyalar
yazmağa, partiyaları möhkəmləndirməyə və s. can atırdılar. Neoklassik
iqtisadiyyatın təmsilçilərinin əksəriyyəti bu səviyyədə İkinci Dünya
müharibəsindən sonrakı dövrdəki politoloqların çoxu kimi təhlillər
əsasında çalışırlar.
Səviyyə 3: Vətəndaş cəmivvəti.
Bu, dövlətdən ayrı olan və demokratik siyasi institutların əsasını
təşkil edən, öz-özünə törəyən sosial strukturlar padşahlığıdır.
Bu strukturlar siyasi institutlardan da ləng təşəkkül tapır. Onlar
dövlət siyasəti tərəfindən daha az manipulyasiya edilə bilirlər
və çox vaxt dövlət hakimiyyət orqanlarından əks asılılıqda olurlar:
dövlət geri çəkildikcə güclənirlər və ya əksinə. Bu yaxınlara qədər
vətəndaş cəmiyyəti çox nadir hallarda təhlil predmetinə çevrilirdi.
Qərbdə çox vaxt onu modernləşmənin qaçılmaz yol yoldaşı kimi təbii
bir hal kimi qəbul edirdilər, Şərqdə isə marksistlər onu saxta bir
şey kimi inkar edirdilər. Vətəndaş cəmiyyəti kommunizmin süqutundan
sonra yenidən dəbə mindi. Çünki, etiraf olundu ki, post-totalitar
cəmiyyətlər, stabil demokratik institutların meydana gəlməsinin
məcburi ilkin şərti olan sosial strukturlar sarıdan xüsusilə kasaddır.
Son iyirmi il ərzində həmin təhlil səviyyəsində politologiya sahəsində
böyuk həcmdə maraqlı işlər görülmüşdür və bunun da nəticəsində müasir
vətəndaş cəmiyyətinin demokratik institutlara münasibətinin təsviri
üçün zəngin taksanomiya və dil işlənib hazırlanmışdır.
Səviyyə 4: Mədəniyyət.
Bu, ən dərin səviyyə, öziində ailə strukturu, din, mənəvi dəyərlər,
etnik şüur, "vətəndaşlıq" və partikulyarist tarixi ənənələr kimi
təzahürləri əks etdirir. Demokratik institutlar sağlam vətəndaş
cəmiyyəti üzərində qurulduğu kimi, vətəndaş cəmiyyəti də, öz növbəsində,
mədəniyyət səviyyəsində öz sələflərinə və ilkin şərtlərinə malikdir.
Mədəniyyəti ənənə vasitəsilə ötürülən arasional etik vərdiş kimi
müəyyən etmək olar. O, tez təsir altına düşə bilsə də və digər üç
üst səviyyədə baş verən hadisələrin təsiri altında öz şəklini asanlıqla
dəyişsə də, yalnız ən ləng dəyişikliklərə meyllidir. Təhlil baxımından
bu, sosiaologiya və antropologiya sferasıdır. Politologiya sahəsində
mədəniyyət səviyyəsi və bu səviyyənin vətəndaş cəmiyyətinə təsiri
ilə bağlı araşdırmalar vətəndaş cəmiyyəti ilə bağlı araşdırmalarla
müqayisədə çox az aparılmışdır.
Samuel P.Xantinqtonun demokratiyaya keçidin "üçüncü
dalğası" adlandırdığı şey bir çox cəhətdən birinci səviyyə - yəni,
ideologiya səviyyəsi səbəbindən doğmuşdur. Legitimliyin qavranılması
bu və ya digər səbəbdən 70-ci illərin sonlarında və 80-cı illərdə
sürətlə və ciddi şəkildə müsbət dəyişikliklərə uğramağa başladı
və bu da, məsələn, ona gətirib çıxardı ki, bazar iqtisadiyyatına
meyl göstərən maliyyə nazirləri Latın Amreikasında hakimiyyətə gəldilər,
keçmiş kommunist dünyasında demokratiya tərəfdarı hərəkatlar meydana
çıxdı və həm sağda, həm də solda avtoritarizm tərəfdarları ümumən
ruh düşgünlüyünə uğradılar. İdeologiyadakı bu cür dəyişikliklər
ikinci səviyyədə, yəni institutlar səviyyəində böyük dəyişikliklər
baş verməsini sürətləndirdi və məsələn, "qradualizmlə" "şok terapiyası"
arasında, "əwəlcə iqtisadi islahatlar" və "əwəlcə demokratiya" tezisləri
arasında seçim zamanı olduğu kimi daha münasib strategiyalar barədə
çoxsaylı debatlar doğurdu. İnstitutsional möhkəmlənmə prosesi başa
çatmaqdan hələ çox uzaq olsa da, 80-ci illərin inqilablarının baş
verdiyi biitiin regionlarda həmin səviyyədə xeyli nailiyyətlər əldə
edilmişdir.
Üçüncü səviyyədə, yəni vətəndaş cəmiyyəti səviyyəsində
dəyişikliklər xeyli ləng baş verdi. Bax burada, dəyişikliklərin
tempi açıq-aşkar xeyli dərəcədə dördüncü səviyyənin -mədəniyyət
səviyyəsinin xarakteristikalarından asılı olur. Vətəndaş cəmiyyəti
Polşa, Macarıstan, Çex Respublikası və Baltikyanı ölkələrdə nisbətən
daha sürətlə meydana gəldi, çünki burada güclü alternativ elitalar
var idi və onlar, həm də, köhnə kommunist elitasını bir kənara atmağa
hazır idi. Sağlam özəl sektorun meydana çıxması ilə bu ölkələrdə
iqtisadi böhranın daha da dərinləşməsinə son qoyuldu, siyasi həyat
isə tanış Qərbi Avropa nümunələrinə doğru irəliləməyə başladı. Vətəndaş
cəmiyyəti Belarus, Ukrayna və Rusiyada daha ağır əzab-əziyyətlə
doğuldu: bu ölkələr yeni (bəzən isə çox da yeni olmayan) institutlardakı
boş vəzifələri doldurarkən köhnə kommunist elitalarından hələ xeyli
dərəcədə asılı idi. Bu fərqləri mədəniyyətə qədərki səviyyədə izləmək
mümkündür. Üçüncü və dördüncü səviyyələr arasında qarşılıqlı təsirin
spesifik mexanizmlərinin izahı demokratikləşmə prosesinin gələcək
tədqiqatçılarının əsas vəzifəsi olacaqdır.
Qətiyyətlə demək olar ki, son dörd və ya beş il ərzində
dünyanın hər yerində "üçüncü dalğa"nın" tənəzzülə uğramasının
müşahidə edilməsi, bu dörd səviyyədə baş verən dəyişikliklərin tempindəki
fərqlərlə izah olunur. Normativ düşüncələrdə, demək olar ki, bir
an içərisində baş verən dəyişikliklərin doğurduğu böyük ümidlər,
ardıcıl olaraq daha dərin səviyyələrdə dəyişikliklərə qarşı müşahidə
edilən böyük müqavimətlər nəticəsində özünü doğrultmadı. Bəzi ölkələrdə
bu müqavimət demokratiyaya doğru irəliləyişi, hələ bu institutların
yaranma imkanı meydana çıxmamışdan əwəl yerində saymağa məcbur etdi.
Ümidlə reallıq arasındakı uçurum digər ölkələrdə institutların möhkəmlənməsi
nəticəsində əldə edilən əsl tərəqqini təhdid etməyə başladı, çiinki
o, demokratik inqilabların əsasını təşkil edən normativ düşüncələrə
nüfuz edirdi.
Liberal demokratiyanın gələcəkdə üzləşməli olacağı
əsas çətinliklərə, çox güman ki, üçüncü və xüsusilə də dördüncü
səviyyədə rast gəlinəcəkdir. Hazırda birinci və ikinci səviyyələrdə
böyük fərqlər mövcud deyil: mümkün ideoloji rəqiblərin adını çəkmək
çox çətindir və hansısa entuziazm doğura biləcək alternativ institutların
sayı olduqca azdır. Bu səviyyələrdə mübahisələr marginal xarakter
daşıyır, çünki bu zaman yalnız ümumi rifah dövlətinin imkanlarını
necə genişləndirmək və yaxud məhdudlaşdırmaq, prezident idarəçiliyinin
parlament idarəçiliyindən üstünlükləri və s. kimi məsələlər müzakirə
olunur. Əslində, mən, hətta bunu təsdiqləməyə cəsarət edərdim ki,
institutlar səviyyəsində sosial quruculuq daşdan tikilmiş möhkəm
divara dirənmişdir. Ötən yüzilliyin təcrübəsi demokratik dövlətlərə
əyani surətdə göstərmişdir ki, institutların iddialı şəkildə yenidən
qurulması çox vaxt nəyisə həll etmək əvəzinə böyük gözlənilməz problemlər
törədir. Əksinə, müasir demokratik dövlətlərin həyat keyfiyyətlərinə
təsir göstərən real çətinliklər sosial və mədəni normadan yayınmalara
aiddir: görünür onlar institutsional qərarların imkanları xaricində
qalırlar, deməli, dövlət siyasətinin də imkanları xaricindədir.
Belə olan halda, mədəniyyət məsələsi dərhal önə çıxır.
DEMOKRATİYANIN
RƏQİBLƏRİ
Demokratiyanın ən aşkar sistematik rəqiblərindən biri
sürətlə qüwə toplayır və deyəsən doğma ərazisində belə ona meydan
oxumaq iqtidarındadır. Bu yeganə ciddi rəqib -Asiya avtoritarizminin
paternalist formasıdır. Digər güman edilən mümkün rəqiblər isə:
1) ifrat millətçilik və ya faşizm; 2) islam; 3) dirçəlmiş neobolşevizmdir.
Bu son üç hərəkatın hər biri ümumdünya miqyasında ideoloji hərəkata
çevilməyə cəhd göstərərkən ciddi çətinliklərlə üzləşirlər. Nəzərə
çarpan odur ki, bu hərəkatların hər üçünün müasir təbiyyət elmlərinin
tələblərinə uyğunlaşmaq qabiliyyəti məhduddur və deməli, onlar,
texnoloji cəhətdən getdikcə daha da qloballaşan iqtisadiyyata inteqrasiya
olunmaqdan imtina etməyə məcburdurlar.
Misal üçün faşizmi nəzərdən keçirək. Son illərdə etnik
münaqişələr və miqrasiyalar ənənəvi liberal siyasət nəzəriyyəsində
iri dəliklər üzə çıxarmışdır: vətəndaşları yalnız fərdlər kimi nəzərdən
keçirməklə liberal dövlət real dünya xalqlarının qrup oriyentasiyasına
məhəl qoymur, halbuki, onlar, pis və ya yaxşı olmasına baxmayaraq,
mənşə ümumiliyi əsasında özlərini başqaları ilə eyniləşdirməkdən
böyük məmnunluq duyurlar. Ancaq, bu heç də o demək deyil ki, həmin
problem liberal dövlətlər üçün dəf edilməz bir şeydir. Onların əksəriyyəti,
qlobal şəkildə fərdi hüquq prinsiplərinə istiqamətlənmiş bir mühitdə
qrup plüralizminə əsaslanan institutlara müəyyən qədər yer ayırmağı
bacarmışdır. Əksinə, məsələn, Serbiya kimi millətçiliyin daha ifrat
təzahürlərinə meyl göstərən və dözümlülüyün fundamental liberal
prinsiplərini pozan dövlətlər heç nəyə müvəffəq olmadılar. Belə
ölkələrdə əhali bircinsli olmadığından, onların etnik təmizləmə
aparmağa can atmaları faktı münaqişələrə, müharibələrə və müasir
dövlətin iqtisadi əsaslarının dağılmasına gətirib çıxarır. Buna
görə heç də qəribə görünməməlidir ki, Rusiya, Moldova və Macarıstan
kimi ölkələrdəki bir neçə marginal narazı insan qrupundan savayı,
Serbiya nə Şərqdə, nə də Qərbdə heç kim üçün nümunəvi cəmiyyət ola
bilmədi. Etnik münaqişələrin yaxın zaman kəsiyində demokratiya üçün
ciddi təhlükə olmasına baxmayaraq, bunun ötəri bir təzahür olacağını
guman etməyə əsas verən bütöv bir səbəblər silsiləsi mövcuddur.
Eynilə də, islam fundamentalizmi dalğası alovunun Yaxın Şərqin marginallaşmış
qrupları arasında hələ də sönməməsinə baxmayaraq, heç bir fundamentalist
dövlət industrializasiya prosesinin öhdəsindən gəlməyə qadir olduğunu
sübut edə bilməyib. Hətta, zəngin təbii resurslara irsən yiyənməkdə
bəxti gətirən dövlətlərdə belə, onlar, hakimiyyəti ələ keçirmələrinə
kömək edən sosial problemləri səmərəli şəkildə həll edə bilməyiblər.
İndiki İranda narazılıq səviyyəsi son dərəcə yüksək olaraq qalır.
Elə bircə bu cəhət islam mədəniyyəti ənənəsi ilə bağlı olmayanların
hamısında islam fundamentalizminə ikrah hissi oyadır.
 |
Liberal demokratiyanın bütün ideoloji rəqibləri adasında
nisbətən ən az ciddi olanı kommunizmin yeniləşmiş formasıdır. Doğrudur,
keçmiş kommunistlər Litvada, Polşada, Macarıstanda və Şərqi Almaniyada
hakimiyyətə qayıdıblar və bununla bərabər keçmiş kommunist dünyasının
digər hissələrində onlar hakimiyyəti müəyyən mənada, ümumiyyətlə,
heç zaman əldən verməyiblər. Lakin bu qruplar yalnız kapitalzmə
keçid tempini bir qədər aşağı salmağa çalışır və geniş sosial sığorta
sisteminin yaradılmasını tələb edirlər. İctimai rəy sorğularının
nəticələri göstərir ki, onları başlıca olaraq təqaüdçülər, keçmiş
kommunist elitasının üzvləri və köhnə sistem tərəfdarları olan digər
xırda qruplar müdafiə edirlər. Neobolşeviklərin, iqtisadi proqramlarının
perspektivdə uzunmüddətli iqtisadi yeniləşmə vəd etmədiyini isə
heç xatırlatmamaq da olar.
Faşizm, islam və neobolşevizmin qlobal ideoloqiyaya
çevrilişi üçün kifayət qədər əsaslara malik olmamaları faktı, heç
də o demək deyil ki, onlar öz reqional sferaları çərçivəsində yayılmaqda
davam etməyəcəklər. Burada onlar yerli əhalinin həyat keyfiyətinə
xeyli ziyan vuracaq və işlək demokratik siyasi sistemlərin birləşməsini
geçikdirə və yaxud bəzi hallarda isə qeyri-mümkün edəçəklər. Lakin,
onların bu regionların hüdudlarından kənarda etibar qazanaçaqlarına
və hakimiyyətə gələçəklərinə ümid çox azdır.
Nətiçədə paternalist Asiya avtoritarizmi özunun hansı
formasındasa liberal demokratiyanın yeganə ciddi rəqibi olaraq qalır.
Aydındır ki, Asiya avtoritarizmi də faşizm və ya islam kimi reqional
hadisədir. Şimali Amerikada və ya Avropada heç kim konfusiyaçılığı
milli ideologiya kimi qəbul etmək haqqında çiddi düşünmür. Lakin
Asiya təçrübəsi, Qərb insanlarını Qərb cəmiyyətlərinin çatışmazlıqlarını
elə bir həddə dərk etməyə məçbur etdi ki, buna yuxarıda sadalanan
üç ideoloqiyadan heç biri nail ola bilməmişdir. Yalnız asiyalılar
muasir texnologiya dünyasina uyğunlaşmağı və Qərblə rəqabət apara,
özu də, demək olar ki, bir çox munasibətlərdə hətta, Qərbi üstələyə
bilən kapitalist çəmiyyətləri qurmağı baçardılar. Asiyanın qlobal
hakimiyyətdə payının durmadan artdığını güman etmək üçün təkcə bu
fakt kifayətdir. Lakin Asiya dünyaya həm də ideoloji cəhətdən meydan
oxuyur.
Asiya alternativinə verilən məlum təriflər müasir
Qərb siyasi fəlsəfəsinin sosial-siyasi sistemlərə yalnız institutsionalizm
terminləri vasitəsilə tərif vermək həvəsinin ifratçılığı səbəbindən
axsayır. Buna görə də tez-tez belə bir fikir eşitmək mümkündür ki,
"yumşaq" Asiya avtoritarizmi nisbətən azad bazarı nisbətən güçlü
siyasi hakimiyyətlə -fərdi hüquqlar hesabına qrup konsensusunu dəstəkləyən
hakimiyyətlə birləşdirir. Bu cür təhlil müəyyən ölçüdə doğrudur,
ancaq onda Asiya cəmiyyətlərinin əhəmiyyətli bir xüsusiyyəti nəzərdən
qaçırılır. Ənənəvi Asiya mədəniyyətlərində siyasi hakimiyyət, institutların
düzgün qurulmasından daha çox fundamental sosial strukturların uzlaşmasını
təmin edən geniş kütlə mənəvi tərbiyəsinə əsaslanır. (Bu mənada
konfusiyaçılığın oriyentasiyası klassik Qərb siyasi fəlsəfəsi oriyentasiyasını
xatırladır). Başqa sözlə, müasir Qərb siyasi düşüncəsi birinci və
ikinci səviyyələrə söykənərək, yuxarıdan aşağıya ədalətli sosial
quruluş qurmağa çalışdığı halda, ənənəvi Asiya mədəniyyətləri dördüncü
və üçüncü səviyyələrdən başlayaraq yuxarıya doğru irəliləyir. Buna
görə də, konfusiyaçılıq fərdi individualizmi ailəyə - Çin cəmiyyətinin
fundamental tikinti blokuna tabe etdirmək üçün fərdləri sosiallaşdırır.
Daha iri siyasi strukturlar daha aşağı səviyyəli bu cür elementlərdən
təşkil olunmuşdur: nəsil ailələrin ailəsini təmsil edir, bütün Çin
imperiya sistemi isə bütövlükdə Çin xalqının ailəsi deməkdir, özü
də imperatorun hakimiyyəti ailələr atasının hakimiyyəti nümunəsi
üzərində qurulur.
Asiya cəmiyyətləri dördüncü səviyyədən başladığına
və sonra yuxarı irəlilədiklərinə görə onların yaratdıqları və yaxud
bir araya sığışa bildikləri siyasi strukturlar tipi bir qədər qeyri-müəyyən
olaraq qalır. Buna görə də modernləşmiş Asiya cəmiyyətləri iyirminci
yüzillikdə konfusi alimi Du Veyminin "Siyasi konfusiyaçılıq" adlandırdığı
şeyi "adi həyat" konfusiyaçılığından ayıra bilməyə müvəffəq oldular.
Müfəssəl işlənib hazırlanmış mandarinlər və xeyirxah alimlər iyerarxiyasına
malik imperiya sisteminin mövcudluğunu diqtə edən ənənəvi siyasi
konfusiyaçılıq nisbətən xeyli asanlıqla bir kənara atıla və cəmiyyətdəki
fikir birliyinə heç bir ziyan vurulmadan müxtəlif formalı siyasi
institutlarla əvəz edilə bilərdi. Buna görə də, Asiya alternativini
parlamentin mövcudluğu kimi konkret institutların varlığı və yaxud
bəzi fərdi hüquqların yoxluğu ilə eyniləşdirmək doğru deyildir.
Asiya alternativinin mahiyyəti ondan ibarətdir ki, o, fərd əsasında
hüquqlar deyil, güclü sosial strukturların və ictimai həyatın özülünü
təşkil edən dərindən kök atmış mənəviyyat kodeksi əsasında qurulmuş
bir cəmiyyətdir. Belə cəmiyyət həm demokratik (Yaponiya), həm də
yarıavtoritar (Sinqapur) dövlətdə mövcud ola bilər. Bəzi institutların
bu tip sosial quruluşla (məsələn, kommunizm) bir araya sığmadığı
aydın görünsə də, o, institutlara görə deyil, sosial strukturlara
və onların mədəni fikir birliyinə əsasən müəyyən edilir.
ASİYA VƏ AMERİKADA
VƏTƏNDAŞ CƏMİYYƏTİ
Əgər Asiya alternativinin bu cür qeyri-institutsional
formaya malik olması fikrilə razılaşsaq, onda bütün dünyada demokratiyanın
gələcəyi üçün bəzi maraqlı nəticələrin onunla bağlı olduğunu dərk
edə bilərik. Əwələn, konfusiyaçılığın və digər ənənəvi Asiya mədəniyyəti
elementlərinin Asiyada liberal demokratiyanın genişlənməsinə ciddi
maneələr törədə biləcəyi çox şübhəlidir. Onların belə bir maneə
təşkil edəcəyini, Sinqapurun keçmiş baş naziri Li Kvanyu kimi asiyalılar
və Qərbin Samuel P.Xantinqton kimi nümayəndələri iddia edirlər.
Li Kvanyunun fikrincə bunun əksini düşünmək konfusiyaçılığı bilərəkdən,
tamahkarcasına təhrif etməkdir; o, konfusiyaçılığı, hakimiyyətdə
olduğu konkret vaxtda Sinqapurda qurmağı münasib saydığı siyasi
quruluşla eyniləşdirir. Tayvan və Koreya kimi digər Asiya cəmiyyətləri
son on il ərzində yaxşı tanınan Qərb demokratiyası istiqamətində
irəliləmiş və bununla yanaşı öz konfusiyaçı xarakterlərini itirməmişlər.
Burada, Yaponiyanın yarıkonfusian mədəniyyətinin iki nəslin həyatı
boyunca demokratik institutlara tamamilə uyğun gəldiyini xatırlatmamaq
da olar. 1993-cü ilin iyulunda, liberal-demokrat partiyası öz hakimiyyətini
itirərkən başlayan siyasi həcrmərclik bir müddətdən sonra Yaponiyanı,
indikindən daha da çox amerikan tipli demokratik dövlətə çevirəcək
prosesin başlanğıcı demək idi. Son illərdə Qərb və demokratiya əlehinə
Sinqapurda və Malaziyada rəsmi şəxslər və intellektuallardan eşidilən
təcavüzkar ritorika daha çox Li və Malaziyanın baş naziri Datun
Seri Maxatir kimi xadimlərlə bağlıdır. Onları yeni liderlər nəsli
əvəz edəndə, çox güman ki, hər iki cəmiyyət demokratiyanın yapon-tayvan-koreya
versiyasının əksinə deyil, elə o istiqamətdə hərəkətə başlayacaqdır.
Xantinqtonun səhvi təbiəti etibarilə konseptual səhvdir.
O, konfusiyaçılığın mahiyyətini siyasi konfusiyaçılıq kimi müəyyən
edir, halbuki konfusiyaçılıq daha aşağı səviyyədə ailə və digər
sosial münasibətlər haqqında təlimdir. Nəzəri cəhətdən, konfusian
sosial strukturlara demokratik siyasi institutlarla birgə və çox
uyumlu şəkildə yaşamağa imkan verməyəcək heç bir səbəb mövcud deyil.
Əslinə, qalsa hətta bunun əksini, son illərdə sonuncuların məhz
birincilər sayəsində daha da gücləndiyini sübut etmək olar.
Digər tərəfdən, konfusiyaçılığın müasir demokratiya
ilə uyuşa bilməsi faktı heç də o demək deyildir ki, demokratiya
hökmən Asiyaya nüfuz edəcəkdir. Gələcəkdə Asiyada demokratik institutların
nüfuzu, burada Qərb institutlarının səmərəli cəhətlərinin deyil,
Qərb cəmiyyəti və mədəniyyətinə xas problemlərin necə qəbul ediləcəyindən
asılı olacaqdır. Bu nüfuz son iyirmi ildə xeyli sönükləşmişdir:
təkcə ona görə yox ki, müasir kommunikasiya vasitələri Asiya əhalisini
ABŞ-da nələr baş verdiyi ilə daha yaxşı tanış etdi, həm də ona görə
ki, Amerikanın sosial problemlərinin (adətən zorakılıq halları,
narkotika, irqi gərginlik, yoxsulluq, natamam ailələr və s. kimi
tez-tez sadalanan problemlər) özü daha dərinləşmişdir. Başqa sözlə,
amerikalılar birinci və ikinci səviyyələrdə müqayisə zamanı asiyalılara
həqarətlə yanaşarkən, asiyalılar da üçüncü və dördüncü səviyyələrdə
öz cəmiyyətlərinin Amerika üzərində müəyyən sayda başlıca üstünlüklərə
malik olduqlarını dərk edirlər. Li Kvanyu kimi ABŞ-ın asiyalı tənqidçiləri
belə güman edirlər ki, birinci və ikinci səviyyə üçüncü və dördüncü
səviyyə ilə qırılmaz şəkildə bağlıdır, yəni fərdi hüquqlara əsaslanan
liberal institutlar vətəndaş cəmiyyətinə və mədəniyyətə dağıdıcı
təsir göstərir və demokratiya hökmən sosial strukturların iflasına
gətirib çıxarır. Bu səbəbdən Asiyada liberal demokratiyanın taleyi
xeyli dərəcədə ABŞ-ın nisbətən xırda instititsional problemlərin
deyil, daha sərt sosio-mədəni problemlərin öhdəsindən nə qədər uğurla
gələ biləcəyindən asılı olacaqdır.
Doğrudan da, bir tərəfdə birinci və ikinci səviyyələr,
digər tərəfdə isə üçüncü və dördüncü səviyyələr arasında müəyyən
əlaqə mövcuddur, lakin bu əlaqə, Li və digərlərinin təsəwür etdiklərindən
də xeyli qarışıq əlaqədir. Fərdi hüquqlara əsaslanan liberalizm,
icma xarakterli güclü sosial strukturlar və dissiplinli mədəni vərdişlərlə
tamamilə bir araya sığa bilər. Əslində, belə bir fikri təsdiq etmək
olar ki, müasir demokratik dövlətdə vətəndaş cəmiyyəti və mədəniyyətin
əsl əhəmiyyəti məhz elə onların həm siyasi, həm də iqtisadi ənənəvi
liberal doktrinaya xas olan ayırıcı fərdiyyətçiliyi tarazlaşdırmaq
və yaxud səngitmək qabiliyyətindədir. Amerika cəmiyyətinin Tokvil,
Veber və bu kimi digər araşdırmaçılarının qeyd etdikləri kimi, Amerika
heç vaxt bir-birindən ayrı düşmüş fərdlərin "qum yığını"na bənzəməmişdir,
çünki digər amillər (amerikan protestantizminin təriqət xarakteri
kimi) qrupların sıx birləşməsinə tarazlaşdırıcı təsir göstərmişdir.
Yalnız son 50 ildə fərdiyyətçi istiqamət icma istiqamətini üstələmişdir.
Amerikan sisteminin belə bir nəticəyə gəlib çıxması təsadüfi deyil.
Ancaq onu heç cür qaçılmaz adlandırmaq olmaz, və o, heç də demokratiyanın
məcburi nəticəsi deyildir. Konstitutsiyaların tədqiqatçısı Meri
Enn Qlendonun qeyd etdiyi kimi, ABŞ, yalnız özünəməxsus bu cür Avropa
demokratiyalarından tamamilə fərqli olan, "hüquqlar dilinə" malikdir.
Bu liberal amerikan dialekti asiyalıların çoxunun ağlında per se
demokratiya ilə səsləşməyə başlamışdır.
Beləliklə, liberal demokratiyanın taleyini müəyyəndirməyə
kömək edəcək mübarizə institutların hansı təbiətdə olmasına görə
aparılmayacaqdır, çünki artıq bu məsələ barədə bütün dünyada xeyli
dərəcədə konsensus əldə edilmişdir. Əsl mübarizə vətəndaş cəmiyyəti
və mədəniyyət səviyyələrində gedəcəkdir. Öz avtoritar keçmişlərindən
doğulan yeni demokratik dövlətlər üçün bu sferaların tənqidi əhəmiyyət
kəsb etdiyi çoxları tərəfindən etiraf olunur. Ancaq, hazırda ABŞ-da
baş verən "mədəniyyət müharibələri" göstərir ki, vətəndaş cəmiyyətinin
sağlamlığı və dinamikası çoxdan mövcud olan və açıq-aşkar stabillik
dövrünü yaşayan demokratik dövlətlərdə də problematik məsələ olaraq
qalır.
Dilimizə çevirdi: T.İmranoğlu
|