| İyirmi il sonra: uçüncü dalğanin gələcəyi |
 |
SEMUEL XANTINQTON
"Journal of Democracy", 1997 |
Semuel Xantinqton III AIbert C. Vezerherd Universitetinin
professoru və Havarddakı Con M.OIin adına Strateji Araşdırmalar
İnstitutunun direktorudur. O, çoxsaylı tədqiqat işlərinin, o cümlədən
"Üçüncü dalğa: iyirminci əsrin sonunda demokratikləşmə" (1991) və
"Sivilizasiyaların toqquşması və dünya nizamının hüdudlan" (1996)
adlı əsərlərin müəllifidir. Bu məqalə isə onun bir sıra mühazirələrindən
sonra Mario Soareş Fondunun yardımı ilə 1996-cı Hin oktyabnnda Lissabonda
etdiyi proqram məzmunlu çıxışı əsasında hazırlanıb. Uç iyun1997-ci
il tarixdə o, bu çıxışını ABŞ Konqresində təkrartayıb.
Təqribən 500 il öncə Portuqaliyanın dövlət adamları
və mütəfəkkirlərindən ibarət bir qrup, o cümlədən kral II Juan,
şahzadə Henrix Dəniz Səyyahı, Bartolomey Dias və Vasko da Qama qətiyyət,
inam və qeyri-standart iradə nümayiş etdirərək, bəşər tarixində
yeni eranın - coğrafi kəşflər erasının təməlini qoydular. Bu hadisə
İspaniya, Fransa və Hollandiya üçün nümunə rolunu oynadı. XX əsrdə,
təxminən iyirmi il bundan öncə isə Mario Soareş və onun həmkarları
cəsarət və qətiyyət nümayişində əjdadlarından geri qalmayaraq bəşər
tarixində daha bir eranın - demokratiya erasının təməlçilərinə çevrildilər.
Onlar da öz növbələrində İspaniya, Yunanıstan, Braziliya və bir
çox digər ölkələr üçün nümunə və istinad obyektinə çevrildilər.
Ancaq, bu dəfə tamam başqa bir nəticə üzə çıxa bilərdi.
1974-cü ili aprel ayında Portuqaliyadakı diktatura silahlı qüwələr
tərəfindən devrildikdən sonra burada bir neçə ay ərzində özbaşınalıq
və xaos hökm sürdü. O zaman bu ölkədə demokratiyanın bərqərar olacağına
ümidlər tamamilə puça çıxmaq üzrə idi. Çoxları belə hesab edirdi
ki, Portuqaliyada stalinçi kommunist partiyası hakimiyyətə gələcək.
Belə bir pessimizm ABŞ-ın dövlət katibi Henri Kissencerin mövqeyində
də özünü biruzə vermişdi. Henri Kissencer o zaman ABŞ-da sığınacaq
tapan müvəqqəti hökumətin xarici işlər naziri Mario Soareşi və onun
hökumətini kommunistlərlə liberal davranmaqda ittiham etmişdi.
Kissencer demişdi: "Siz Kerenskisiniz, mən sizin səmimiyyətinizə
inanıram, amma siz çox sadəlövhsünüz".
Soareşin cavabı isə belə olmuşdu: "Mən heç də Kerenski
olmaq istəmirəm", "Kerenski də istəmirdi" - deyə Kissencer onun
sözünü kəsmişdi.
Buna rəğmən Mario Soareş və onun həmkarları Kissencerin haqlı olmadığını
sübut etdilər. Portuqaliyada "kerenskilər" qalib gəldi, demokratiya
möhkəmləndi, Mario Soareş isə əwəlcə baş nazir, sonra isə prezident
kürsüsünə yiyələndi. Əsası Portuqaliyada qoyulmuş üçüncü demokratikləşmə
dalğası faktiki olaraq demokratiya
erasının başlanğıcını qoydu. İndi tarixdə ilk dəfə olaraq dünya
ölkələrinin yarıdan çoxunda bu və ya digər formada demokratik idarəetmə
mövcuddur.
Gəlin hadisələrin ardıcıllığına nəzər salaq. On doqquzuncu
əsrin əwəllərində başlamış birinci demokratiya dalğası 1920 ci ildə
30 ölkədə demokratiyanın qələbəsi ilə başa çatdı. İyirminci və otuzuncu
illərdə yeni avtoritarizm və faşizmin yaranması nəticəsində 1942-ci
ildə demokratik dövlətlərin sayı 10-a endi. Demokratiyanın ikinci
qısa dalğası İkinci Dünya müharibəsindən sonra baş qaldırdı və demokratik
ölkələrin sayı 30-u keçdi, lakin əvvəl olduğu kimi bu ölkələrin
bəzilərində demokratik idarəçilik forması süquta uğradı. Demokratikləşmənin
Portuqaliyadan başlayan üçüncü dalğası isə öz qüdrətinə və inkişaf
sürətinə görə əwəlki iki dalğanı xeyli üstələdi. İyirmi il bundan
öncə dünya ölkələrinin yalnız 30 faizi demokratik idisə, indii onların
altmış faizindən artığında bu və ya digər formada açıq, ədalətli
və rəqabətli seçkilər vasitəsiylə hakimiyyətə gəlmiş hökumətlər
qurulub.
İyirmi beş il öncə kommunist siyasi bürosu, hərbi
xunta, yaxud şəxsi diktatura kimi avtoritar rejimlər adi hal sayılırdı.
Bu gün isə tiraniya əsarətini dadmış yüz milyonlarla insan azad
yaşayır. Bundan başqa demokratik rejimlərin bir-birilə savaşması
xarakterik hal olmadığından Yer kürrəsində sülh zonası xeyli genişlənib
və dövlətlərarası münaqişələrin yaranması təhlükəsi əhəmiyyətli
dərəcədə azalıb. Dünyada demokratik sektorun qısa müddət ərzində
bu qədər inkişaf etməsi, şübhəsiz ki, dünya tarixində ən möhtəşəm
və vacib irəliləyişlərdən biridir.
Bəs, gələcəkdə bizi nə gözləyir? Demokratiya, yenicə
qədəm qoyduğu ölkələrdə möhkəmlənə biləcəkmi? Demokratik dövlətlərin
sayı artacaqmı? Doğrudanmı biz elə bir yeni dünyanın astanasındayıq
ki, bundan sonra demokratiya, nəinki əsas, həm də ümumbəşəri idarəçilik
sisteminə çevriləcək?
İqtisadiyyat və mədəniyyət
Bu sualların cavabı əhəmiyyətli dərəcədə iki amildən
asılıdır: iqtisadi inkişaf və qeyri-qərb mədəniyyətlərinin demokratiyanı
həzmetmə qabiliyyəti.
Birincisi, məlumdur ki, demokratikləşmə ilə iqtisadi
inkişaf səviyyəsi bir-biri ilə sıx əlaqədə olan məsələlərdir. Neft
sərvətləri ilə zəngin olan bəzi ölkələrdəki durumu nəzərə almasaq,
qeyd edə bilərik ki, Sinqapur istisna olmaqla, dünyanın ən zəngin
ölkələri demokratik idarəçilik formasına malikdirlər; dünyanın kasıb
ölkələrinin, demək olar ki, hamısında isə, -Hindistan və iki-üç
digər dövlətin müsbət təcrubəsi istisna olmaqla, - demokratik rejim
qurulmayıb. Orta inkişaf səviyyəsində olan ölkələrin bir qismində
demokratik idarəçilik qurulsa da, digərləri üçün bu, problem olaraq
qalmaqdadır. Lakin, məlum olduğu kimi, demokratikləşmə iqtisadi
inkişafla sıx əlaqəli məsələ olsa da, burada birbaşa asılılıqdan
söhbət gedə bilməz. Beləliklə, bir sıra yeni suallar ortaya çıxır:
iqtisadi inkişaf demokratik dəyişikliklərə təkan verə bilirmi? Demokratikləşmə
iqtisadi inkişafa təkan verə bilirmi? Bəlkə həm iqtisadi inkişaf,
həm də demokratikləşmə hansısa digər hadisənin, dəyişikliyin məhsuludur?
 |
Seymur Martin Lipsetin hələ çox illər bundan öncə
dediyi kimi, bir sıra təkzibedilməz faktlar iqtisadi inkişafın demokratikləşmə
proseslərinə ciddi müsbət təsir göstərdiyinə dəlalət edir. Sadə
dildə desək, əgər sizə demokratiya lazımdırsa, iqtisadi inkişafı
təmin edin. Bu bağlılığı bir sıra amillər şərtləndirir. İqtisadi
inkişaf urbanizasiya səviyyəsinin artmasına, təhsil və savad səviyyəsinin
yüksəlişinə səbəb olur. Digər tərəfdən, məşğulluğun strukturunda
irəliləyişlər baş verir, kəndlilərin sayı və rolu azalır, orta təbəqə
və şəhərdə yaşayan fəhlə təbəqəsi formalaşır. Sonuncu iki təbəqə
öz maraqları çərçivəsində siyasətə müdaxilə və təsir göstərmək imkanlarını
artırmaq üçün getdikcə daha çox səy göstərir. Daha yüksək təhsil
səviyyəsinə malik olan bu təbəqələrin, öz maraqlarının müdafiəsi
üçün həmkarlar ittifaqı təşkilatları, siyasi partiyalar və vətəndaş
assosasiyaları yaratmaq qabiliyyətində olduqları üzə çıxır. İkincisi,
iqtisadi inkişaf cəmiyyətin müxtəlif qrupları arasında bölüşdürülə
biləsi dövlət və özəl mülkiyyət resurslarının artımını təmin edir.
Beləliklə, sərvətləri bölüşdürmək səlahiyyəti uğrunda mübarizədə
siyasətdən vasitə kimi istifadə etmək imkanları məhdudlaşır, bu
isə kompromislərə və dözümlüyə meyli artırır. Üçüncüsü, iqtisadi
inkişaf iqtisadi strukturun mürəkkəbləşməsinə gətirib çıxarır, onun
dövlət tərəfindən idarə olunması çətinləşir -iqtisadiyyatda inzibati
idarəçilik nümunələrindən gördüyümüz kimi, dövlət nəzarətinin qurulması
yalnız iqtisadi staqnasiya bahasına başa gəlir. Dördüncüsü, iqtisadiyyatın
dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi kapital, texnoloqiyalar
və kommunikasiyalar üzərində özəl mülkiyyət hüququna malik olan
müstəqil hakimiyyət mərkəzlərinin yaranmasına və inkişafına səbəb
olur. Deyilənlərə malik olan burjuaziya özünün təsir imkanlarının
artırılmasına imkan verən siyasi sistemin bərqərar olmasına can
atır, bu elə bir sistemdir ki, onda nə hərbi xuntaya, nə kommunist
politbürosuna, nə də diktaturaya, yaxud onun partizan hərəkatına
yer var. Və nəhayət, sürətli iqtisadi inkişaf özünün ilkin mərhələsində
cəmiyyətdə maddi təbəqələşməyə səbəb olsa da, son nəticədə bu, gəlirlərin
bölgüsündə daha çox bərabərliyə nail olunmasına imkan verir.
Demokratiya avtoritar üsullarla məcburən əldə edilən
iqtisadi bərabərlliyi məqbul saymadığı kimi, gəlirlərin bölüşdürülməsi
və rifah səviyyəsində böyük fərqlər olmasını da rədd edir. İqtisadi
inkişaf son nəticədə bu fərqlərin aradan qaldırılmasına gətirib
çıxarır və bunun məntiqi davamı olaraq demokratik institutların
yaradılmasına təkan verir. Nəticədə, iqtisadi inkişafın demokratikləşmə
prosesinə bu müsbət təsirinə istinadən "keçid zonasını" (mən bu
anlayışı "Üçüncü dalğa"da işlətmişəm) müəyyənləşdirmək mümkün olur.
Dövlətlərin iqtisadi inkişafı və iqtisadi dirçəliş mərhələsinə qədəm
qoymaları onlarda aşkarlıq və siyasi sistemin demokratikləşməsi
uğrunda hərəkatın baş qaldırması ilə müşayiət olunur. Son onilliklər
ərzində müşahidə olunan qırxdan artıq demokratiyaya keçidlər məhz
bu keçid zonasında olan dövlətlərdə baş verib. Deməli, bundan sonrakı
mərhələdə də demokratiyaya keçid nümunələrini sürətli iqtisadi inkişafa
malik regionlarda, məsələn Şərqi və Cənubi-Şərqi Asiyada gözləmək
lazımdır.
Biz öz mülahizələrimizdə mədəniyyət anlayışını da
diqqətdən qaçırmamalıyıq. Müasir demokratiya Qərb sivilizasiyasının
məhsuludur. Onun dayaqları sosial plüralizm, sinfi sistem, vətəndaş
cəmiyyəti, hüquqi dövlət, seçkili orqanlar təcrübəsi, dinin hakimiyyətdən
ayrı olması və fərdiçiliyin prioritet sayılmasıdır - bütün bu xüsusiyyətlər
hələ min il bundan öncə məhz Qərbi Avropada inkişaf etməyə başlamışdı.
Bu tarixi irs on yeddinci və on səkkizinci əsrlərdə aristokratiyanın
və inkişaf etməkdə olan orta sinfin siyasi iştirak uğrunda mübarizəsini
şərtləndirdi və nəticədə on doqquzuncu əsrdə siyasi institutların
inkişafına rəvac verdi. Təbii ki, sadalanan xüsusiyyətləri ayrı-ayrılıqda
başqa sivilizasiyalarda da tapmaq mümkündür, lakin cəm halında bütün
bunlar yalnız Qərbdə mövcud olub və olmaqdadır. Müasir demokratiyanın
Qərb sivilizasiyasının məhsulu sayılması da məhz bununla izah edilməlidir.
Kiçik Artur Şlesincerin dediyi kimi, Avropa "şəxsiyyət
azadlığı, siyasi demokratiya, hüquqi dövlət və mədəni azadlıq ideyalarının
əsas, özü də ünikal mənbəyidir... Bu Avropanın ideyalarıdır, onlar
Asiyanın, Afrikanın, yaxud yaxın Şərqin ideyalarına da çevrilə bilər,
lakin bu, yalnız həmin ideyaların həzm edilməsi yolu ilə mümkündür".
Üçüncü dalğanın ən böyük nailiyyəti demokratiyanın bütünlüklə Qərb
aləmində kök salmasında və onun elementlərinin digər sivilizasiyalara
da sirayət etməsindədir. Əgər üçüncü dalğanın gələcəyi varsa, bu,
demokratiyanın bütün qeyri-qərb sivilizasiyalarında da yayılmasında
öz təsdiqini tapacaq. Bu məsələ ilə əlaqədar əsas sualı aşağıdakı
şəkildə ifadə etmək olar: Qərb sivilizasiyasının məhsulu olan müasir
demokratiya qeyri-qərb cəmiyyətlərində möhkəmlənə biləcəkmi?
Seçkilər və demokratiya
Bundan doğan daha bir sual müxtəlif mədəniyyətlərə
mənsub olan insanlar üçün demokratiyanın hansı əhəmiyyət kəsb etməsidir.
İkinci Dünya müharibəsinin başa çatdığı dövrdən bəri müşahidə olunan
əsas təmayül ondan ibarət olub ki, demokratiyanın tərifi, bir qayda
olaraq seçki kontekstində verilib. Demokratiya hakimiyyət orqanlarının
yaradılması və onların səlahiyyətlərinin bölüşdürülməsi üçün vasitə
kimi nəzərdən keçirilib. Digər siyasi sistemlərdə hökmdarlar müəyyən
imtahanlardan və sınaqlardan keçirilsələr də, varidatı və qüwəsi
nəzərə alınmaqla, vərəsəlik hüququna görə təyin edilirlər. Demokratik
cəmiyyətdə isə əksinə, rəhbərlər və idarə olunanlar ya bir sifətdə
üst-üstə düşür, ya da idarə edənlər idarə olunanlar tərəfindən seçilirlər.
Müasir milli dövlətdə siyasi sistemin demokratiklik səviyyəsi, burada
əsas başçıların nə dərəcədə ədalətli, düzgiin seçkilər vasitəsilə
müəyyən edilməsi, seçkilərin mütəmadiliyi, seçkilərdə namizədlərin
seçici səsləri uğrunda bərabər mübarizə aparmaq imkanları və yaşlı
nəslin əksəriyyətinin səsvermədə iştirak etmək hüququnun olması
kimi amilləllə ölçülür. Demokratiyanın bu tərifi hələ 50 ildən artıq
bundan öncə Şumpeterin "Kapitalizm, sosializm və demokratiya" adlı
əsərində verilib və bü sahədə çalışan bütün tədqiqatçılar tərəfindən
qəbul olunub. Bu tərifə əsasən, demokratiyanın məğzi seçkilərdir.
Demokratik sitstemlərin digər xüsusiyyətləri də məhz bu mahiyyətdən
doğan hadisələr kimi səciyyələndirilir. Azad, ədalətli və rəqabətli
seçkilər yalnız söz, mətbuat və sərbəst dolaşmaq azadlığı, müxalifətçi
namizədlərin və partiyaların represiyalardan çəkinməyərək hakimiyyəti
tənqid etmək imkanının olduğu şəraitdə mümkündür.
Belə olan halda, seçkilər demokratiyanın yeganə əlaməti
kimi qiymətləndirilə bilərmi?
 |
Lerri Daymond keçən il "Journal of Democracy"də dərc
etdirdiyi dəyərli məqaləsində liberal demokratiya ilə seçkili demokratiya
arasında əsas fərqi ustalıqla üzə çıxarıb. Liberal demokratiyalar
seçki sistemi ilə məhdudlaşmır. Burada həmçinin demokratiyanın digər
vacib şərtləri mövcuddur: icra hakimiyyəti səlahiyyətinin məhdudlaşdırılması;
qanunun aliliyini təmin edən müstəqil məhkəmə hakimiyyəti; şəxsiyyət
və vicdan azadlığının, söz, sərbəst toplaşmaq, seçmək və seçilmək
hüquqlarının müdafiəsi; azlıqların hüquqlarının müdafiəsi; hakim
partiyanın seçki prosesinə təsir imkanlarının məhdudlaşdırılması;
polis və məhkəmə özbaşınalıqlarına qarşı effektiv təminatlar; senzuranın
olmaması; hakimiyyətin kütləvi informasiya vasitələri üzərində nəzarətinin
minimuma endirilməsi. Seçkili demokratiya şəraitində qismən azad
və ədalətli seçkilər vasitəsiylə formalaşmış hakimiyyət və idarəetmə
sistemi mövcud olsa da, burada liberal demokratiyalarda olan bir
çox digər insan hüquqları və azadlıqları təmin edilmir. Daymondun
qeyd etdiyi kimi, son illər ərzində seçkili demokratiyaların sayı
sürətlə artsa da, liberal demokratiyaların sayı demək olar ki, dəyişməz
qalıb. "Freedom House"un keçirdiyi son tədqiqata əsasən, 118 ölkədə
seçkili demokratiya qurulub. Lakin "Freedom House" onlardan yalnız
79-nu "azad", yəni liberal demokratiya kimi dəyərləndirir. Seçkili
orqanları mövcud olan 39 dövlət "qismən azad" adlandırılıb, onların
arasında Rusiya, Hindistan, Ukraina, Türkiyə, Braziliya, Pakistan
və Kolumbiya kimi ciddi dövlətlərin adları var.
Qeyd edilən fərqin mövcudluğunun dərk edilməsi ona
gətirib çıxardı ki, bəzi tədqiqatçılar demokratiyanın seçkilərlə
eyniləşdirilməsinin düzgünlüyünü şübhə altına aldılar. "Seçki amilinin
etibarsızlığı" və "azad seçki tələsi" haqda mülahizələr meydana
çıxdı. Amerikanın nüfuzlu alimlərindən biri demokratik rejimlərdə
seçkinin hətta, lüzumsuz olması haqda fikir yürütdü: əgər insanlar
sərbəst şəkildə etiraz bildirə, tənqid edə, təşkilatlar yarada,
nümayişlərdə iştirak edə və öz hökumətlərinə təsir göstərə bilirlərsə,
seçkilərə ehtiyac qalmır. Başqa bir tənqidçi isə bəyan etdi ki,
"demokratik cəmiyyət quran ölkələr üçün azad mətbuat azad seçkilərdən
daha vacibdir". Seçkilərə münasibətdə belə məyyusluğun bir neçə
mənbəyi var. Lakin bu məyusluq xeyli dərəcədə qeyri-qərb və qərb
ölkələrində keçirilən seçkilərdə ən fərqli nəticələrin ortaya çıxması
ilə izah edilir.
Birincisi, qeyri-qərb ölkələrində keçirilən seçkilər
ölkədə demokratik institutların mövcudluğu üçün ciddi təhlükə mənbəyi
olan siyasi liderlərin və qrupların qələbəsi ilə başa çata bilir.
Latın Amerikasında və keçmiş Sovet İttifaqı respublikalarında seçkiylə
hakimiyyətə gəlmiş iqtidar sahibləri bir çox hallarda irticaya və
qeyri- demokratik idarəçilik üsullarına əl atır, öz opponentlərini
təqiblərə məruz qoyur və ölkəni sərəncamlarla idarə etməyə üstünlük
verirlər. Nümunə olaraq, Gürcüstanda Zviyad Qamsaxurdianın, Peruda
Alberto Fuximorinin adlarını çəkmək olar. Latın Amerikası ölkərərindəki
bəzi başqa iqtidar sahibləri isə ölkələrinin parlamentlərini özlərinə
tabe etdirib və öz səlahiyyət müddətlərinin uzadılmasına hesablanan
konstitusiya dəyişikliklərinə nail olublar. Qərbin liberalizm vərdişlərinə
yiyələnməmiş qeyri-qərb cəmiyyətlərində seçki vasitəsiylə formalaşan
hakimiyyətlər insan hüquqları məsələsini nadir hallarda diqqətdə
saxlayır, azlıqların hüquqlarını tapdalaya, mətbuat azadlığını məhdudlaşdıra,
hətta polis tərəfindən törədilən kobud pozuntulara göz yuma, buna
rəvac verə bilirlər.
İkincisi, qeyri-qərb ölkələrində müşaiyət olunan müəyyən
seçki situasiyaları siyasətçiləri onlara əlavə səs gətirə bilən,
lakin bir çox hallarda etnik, dini və millətçi səciyyə daşıyan şüarlar
irəli sürməyə təhrik edir. Bu tipli şuarlar ölkə daxilində ziddiyətlərin
kəskinləşməsinə, antiqərb təmayüllü siyasətçilərin və siyasətin
qələbəsinə gətirib çıxara bilər. Paradoksal olsa da, qeyri-qərb
cəmiyyətləri tərəfindən Qərbin demokratik institutlarının həzm edilməsi
bir çox hallarda anti-qərb siyasi hərəkatların inkişafına təkan
verir və onların hakimiyyətə yiyələnməsi ilə sonuclanır. Demokratiya
kosmopolitləşdirən yox, parselarizmləşdirən prosesesə çevrilir.
Qeyri-qərb ölkələrində siyasətçilər özlərinin qərbyönlü meyllərini
nümayiş etdirdikləri halda qalib gələ bilmirlər. Qərb dövlətlərindəki
dünyəviliyə qarşı çıxış edən dini təmayüllü partiyalar Türkiyə,
Hindistan, İsrail, və keçmiş Yuqoslaviya respublikalarında uğurlu
nəticələrə nail olublar. Əlcəzairdə yalnız hərbiçilərin müdaxiləsi
sayəsində fundamentalist İslam Qurtuluş Cəbhəsinin seçkilərdə qələbə
çalmasının qarşısı alınıb. Türkiyədə hərbiçilər islamçı Rifah partiyasının
rəhbərliyi ilə qurulmuş hökuməti istefaya getməyə məcbur ediblər.
Görünür, bəzi müsəlman dövlətlərində məsələ belə qoyulur: ya antidemokratik
dünyəvi dövlət, ya da antiqərb demokratiyası seçilməlidir.
Qərbdə seçki demokratiyası siyasi liberalizm təməli
üzərində qurulur, insan hüquqları və hüquqi dövlət prinsiplərini
özündə ehtiva edir. Lakin qeyri-qərb ölkələrindəki qeyri-liberal
siyasi sistemlərində də seçki demokratiyası müəyyən rol oynaya bilər.
İranın təcrübəsinə nəzər salaq. Bu, fundamentalist ölkədir. Bütün
hakimiyyət ali ayatollanın və dini liderləri özündə cəmləyən Dini
Şuranın əlində cəmlənib. İnqilabın, rejimin və onun dini liderlərinin
hər hansı formada tənqidi qəti qadağan edilib. KİV-lər ya hakim
dairələrin birbaşa sərəncamındadır, ya da amansız senzuraya məruz
qalır. Dini azlıqlar istila edilib, bəziləri isə, məsələn vəhabilər,
təqib olunur. Qanunsuz həbslər, eləcə də bəzi məlumatlara görə məhbuslara
işgəncə verilməsi geniş yer alır. Siyasi məhbusların sayı olduqca
çoxdur. Aydındır ki, İran Qərbin liberal modelindən xeyli geridə
qalıb.
Bütün bunlara rəğmən İranda müəyyən mənada seçki demokratiyası
mövcuddur. 1997-ci ildə keçirilən prezident seçkilərində Məhəmməd
Hatəmi hakim qruplaşmanın namizədi üzərində inamlı qələbə qazandı.
O, seçmək hüququ olan əhalinin 88 faizinin iştirak etdiyi seçkilərdə
səslərin 69 faizini qazanmışdı. 1993-cü ildə Haşəmi Rəfsancani dörd
namizəd arasında olduqca kəskin mübarizə şəraitində keçirilən seçkilərdə
səslərin 63 faizini toplayaraq qalib gəldi. 1992-ci ildə Məclisə
- İran parlamentinə keçirilən seçkilərdə Dini Şura minlərlə şəxsin
namizədliyini rədd etdi. Lakin qalan iki min namizəd 270 yer uğrunda
kəskin mübarizə apardılar. 1996-cı ildə Şura iki min nəfərin namizədlik
hüququnu tanımadı, lakin qalan üç min namizəd 270 yer uğrunda mübarizə
apardılar. Siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğundan,
bu və digər seçkilərdə namizədlər iki firqəvari siyasi qruplaşmalarda
cəmlənirlər. Onlardan biri qismən loyal, digəri isə daha fundamental
baxışları təmsil edir. Qadınlar həm səsvermədə iştirak edir, həm
də öz öz namizədliklərini irəli sürürlər. Məclisin 1997-ci ildə
seçilən tərkibinin 5 faizi qadınlardan ibarətdir. Üstəlik, Məclis
ciddi hakimiyyətə malikdir. Bu struktur prezident tərəfindən nazirlər
kabinetinə təqdim olunan bəzi namizədləri təsdiqləməkdən imtina
etməklə bərabər, bir sıra nazirləri istefaya getməyə də vadar edib.
Məclis iqtisadi siyasətin və digər məsələlərin müzakirəsində fəal
iştirak edir, 1994 və 1995-ci illərdə isə İranın o zamankı prezidenti
Haşimi Rəfsancaninin həyata keçirmək istədiyi islahatlar qarşısında
faktiki olaraq sədd çəkə bilmişdi. Demək olar ki, bütün Yaxın Şərqdə
İran Məclisi İsrail knessnetindən sonra ən fəal parlamentdir. Bir-iki
ölkə istisna olmaqla bütün ərəb dövlətləri və bütün islam dövlətləri
arasında, İran seçkiqabağı mübarizənin ən kəskin formalarda aparıldığı
bir ölkədir. Beləliklə, İranda rəqabətli seçki sistemi, eyni zamanda
fundamentalist represiyalar və insan hüquqlarının kobud pozulması
şəraiti mövcuddur. Fars körfəzi regionunda Səudiyyə Ərəbistanı -
ABŞ-ın ən yaxın müttəfiqi -ən antidemokratik ölkədir, ABŞ-ın əsas
əleyhidarı olan İran isə əksinə, bölgənin ən demokratik ölkəsidir.
Qərbin təsiri
İnsan ləyaqəti anlayışı üzərində köklənən liberal
demokratiya Qərb sivilizasiyasının məhsuludur, bu səbəbdən belə
bir mülahizə də mövcuddur ki, Qərbdən kənarda liberal demokratiyanın
qurulması mümkün deyil. Əslində isə Yer üzündə mövcud olan hər bir
sivilizasiyada azı bir demokratik ölkə mövcuddur. Yəni, liberal
demokratiyanı lokal, qeyri-qərb mədəniyyətləri ilə uzlaşmayan quruluş
saymaq olmaz. Hərçənd, qeyri-qərb cəmiyyətləri tərəfindən liberal
demokratiyanın, yaxud seçkili demokratiyanın qavranılması səviyyəsi
Qərbin onlara təsirinin səviyyəsindən asılı olur. Hakimiyyət və
idarəetmə orqanları qismən açıq və ədalətli seçkilər vasitəsilə
formalaşdırılan 39 ölkədə siyasi və vətəndaş azadlıqları tam şəkildə
təmin olunmayıb. Onlardan onu Latın Amerikasının, səkkizi Afrikanın,
beşi pravoslav-xristian aləminin, beşi isə islam dövlətlərinin payına
düşür. Həmin ölkələrdə heç də həmişə seçkili demokratiya liberal
demokratiyaya keçid mərhələsi rolunu oynamır. Məsələn Hindistan,
Türkiyə və Şri Lankada (təbii ki, başqa nümunələr də göstərmək olar)
hələ yarım əsr bundan öncə seçkili demokratiya qurulub, lakin buna
baxmayaraq indi də bu ölkələrdə vətəndaşların hüquq və azadlıqları
yetərincə təmin olunmur.
 |
Dünyanın nəhəng sivilizasiyaları istər Qərb mədəniyyəti
ilə oxşarlıq səviyyəsi baxımından, istərsə də Qərbin onlara təsiri
səviyyəsi baxımından bir-birindən ciddi şəkildə fərqlənir. Şübhəsiz
ki, Latın Amerikasını Qərblə bağlayan tellər daha sıxdır və bəzi
mülahizələrə görə Latın Amerikası Qərb sivilizasiyasına aid edilə
bilər. Pravoslav aləmi ilə qohumluq daha qədim və daha problemlidir.
Afrikada Qərbin hökmranlığı qısa, təsiri isə, Cənubi Afrika istisna
olmaqla xeyli dərəcədə məhdud olub. İslam aləminə gəlincə, Qərbin
buradakı müxtəlif dövlətlərə təsirinin səviyyəsi müxtəlif olsa da,
həmin regionun özəyi olan ərəb dünyasında bu təsirin məhdudluğu
qeyd edilməlidir. Çindəki durum da təqribən eynidir. Ümumilikdə,
qeyri-qərb cəmiyyətlərində seçki demokratiyasının və liberal demokratiyanın
qavranılması səviyyəsi Qərbin bu ölkələrə təsirinin dərəcəsindən
asılı olub.
Demokratik inkişaf o zaman başlayır ki, siyasi liderlər
ona təkan verməyi özlərinin maraqlarına uyğun saysın və ya bunu
özlərinin borcu bilsinlər. Lakin dünyanın bir çox bölgələrində belə
elitalar mövcud deyil. İslam ölkələrinin əksəriyyətində avtoritar
iqtidarlar vəziyyət üzərində tam nəzarətə malikdirlər və demokratik
dəyişikliklərə cüzi də olsa maraq göstərmirlər. İslam aləmindəki
azsaylı demokratik dövlətlərdə isə başçılar qeyri-demokratik idarəetmə
üsullarından istifadə edir və seçkili demokratiyadan liberal demokratiyaya
keçidə maraq göstərmirlər. Diqqətəlayiq məsələlərdən biri də odur
ki, fundamentalist rejimlərin mövcud olmadığı əksər ölkələrdə fundamentalist
hərəkatlar müxalifət düşərgəsində əhəmiyyətli, bəzənsə aparıcı rol
oynayır. Liberal-demokratik müxalif qruplaşmaların formamalaşmaması
nəzərə çarpır. Fuad Əcəmi demişdi ki, "bütün islam rejimlərində
liberalizmdən və milli burjuaziya ənənələrindən yazmaq , ümidsiz
vəziyyətdə nəsə eləməyə çalışan, lakin heç nəyə nail olmayan insanlar
haqda nekroloq yazmağa bərabərdir". Digər tərəfdən, hamı tərəfindən
dərk edilir ki, demokratiya qüdrətli vətəndaş cəmiyətinə arxalanmalıdır.
Hazırda islam ölkələrində belə vətəndaş cəmiyyəti qurulmaqdadır,
lakin bu, dünyəvi, yaxud liberal deyil, fundamentalist vətəndaş
cəmiyyətidir.
Çində və bir çox Asiya ölkələrində elitalara liberal
demokratiya lazım deyil. Hətta bəzi Qərb alimləri sübut edirlər
ki, Asiya "qeyri-liberal demokratiyanın" vətənidir, elə bir mədəni
irsin daşıyıcısıdır ki, burada insan hüquqlarına yox, insanın davranışında
dövlətin və qanunların marifləndirici və tənzimləyici roluna xüsusi
önəm verilir. Çində siyasi liderlərin demokratiyaya ciddi müvaqimət
göstərmələri müşahidə olunur. Yeni burjuaziya bir qayda olaraq dövlətlə
o qədər sıx tellərlə bağlıdır ki, dövlət hakimiyyətinə etirazını
bildirmək iqtidarında deyil, tələbələr və digər dissidentlər isə
stabil sosial bazaya malik deyillər. Dövlətin səlahiyyətlərini məhdudlaşdıra
bilən insan hüquqları anlayışı Şərqi Asiyada zəif inkişaf edib.
O qədər zəif ki, burada insan hüquqlarının dövlətdən qaynaqlandığını
düşünürlər. Fikir ayrılığı və rəqabətə deyil, həmrəyliyə və əməkdaşlığa
üstünlük verilir. Nizam-intizamın təmin edilməsi və ierarxiyaya
rəğbət təməl dəyərlər kimi qəbul edilir. İdeyaların, qruplaşmaların
və partiyaların toqquşması bir qayda olaraq təhlükəli hesab olunur.
Bu səbəbdən Asiya cəmiyyətlərində müəyyən səviyyədə olan və öz xüsusiyyətinə
görə seçim situasiyasının deyil, kompromisin əldə edilməsinə hesablanan
seçkili demokratiya Qərbdəki seçkili demokratiyadan əhəmiyyətli
dərəcədə fərqlənir, Qərbdən fərqli olaraq liberal institutlara və
prosedurlara söykənmir.
Demokratikləşmə strategiyası
Məsələnin praktik tərəfi isə belədir: Üçüncü dalğanın
bu pilləsində demokratiyanın inkişafı və yayılmasında maraqlı olan
insanlar öz qarşılarına dünyanın 50-dən çox qeyri-azad və hər hansı
demokratik idarəçilik formasına malik olmayan ölkəsində seçkili
demokratiyanın qurulması vəzifəsini qoymalıdırlarmı? Bəlkə, əsas
vəzifə artıq seçkili demokratiya sistemi qurulmuş cəmiyyətlərin
liberal demokratiyaya keçidinə dəstək verməkdən ibarət olmalıdır?
Təbii ki, müəyyən dərəcədə bu işlərin hər ikisinin eyni vaxtda görülməsi
məqsədəuyğun və zəruridir. Lakin mən düşünürəm ki, indiki məqamda
seçkili demokratiyaların liberal demokratiyalara transformasiyasına
daha çox diqqət yetirilməlidir. Bu işə bir neçə ölkəsində liberal
demokratiyanın artıq kök saldığı və on ölkəsində seçkili (qeri-liberal)
demokratiya sisteminin mövcud olduğu Latın Amerikasından başlanılmalıdır.
Latın Amerikasının seçkili-demokratik idarəetmə formaları
"nümayəndəli", "tabe etdirən", "məhdudlaşdıran", "korporativ" və
"kvazidemokratik" adlandırılır. Hərçənd, Latın Amerikasının mədəniyyəti
Qərb mədəniyyətinə olduqca yaxındır. Bu bölgənin insanları Qərb
dillərində danışır və onların böyük əksəriyyəti katolikliyə ibadət
edirlər (protestantların sayı da artmaqdadır). Əhalinin miqrasiyası
və ticarətin inkişafı Latın Amerikası ilə Şimali Amerika arasında
sıx əlaqələr yaradır. Latın Amerikası ölkələrinin böyük əksəriyyəti
iqtisadi baxımdan orta iqtisadi inkişaf səviyyəsindədədir. Latın
Amerikasındakı elitalar digər qeyri-qərb ölkələri ilə müqayisədə
Qərbin liberal demokratik dəyərlərini daha çox bölüşürlər. Bütün
bu amillər icra orqanları tərəfindən hakimiyyətin qəsb edilməsinə
müqavimətin gücləndirilməsini və əsas vəzifə kimi Latın Amerikasında
seçkili demokratiyanın liberal demokratiya ilə əvəzlənməsini əsas
məqsəd kimi qarşıya qoyulmasını diktə edir. Elə həmin məntiqə əsaslanaraq,
bu siyahıda ikinci olaraq pravoslav ölkələri nəzərdə tutulmalıdır.
İkinci vacib məsələ liberal demokratiyalar arasında
birlik hisslərinin formalaşdırılması və onlar arasında əməkdaşlıq
formalarının təkmilləşdirilməsidir. Bu məqsədə çatmaq üçün vasitələrdən
biri həmin ölkələrin əksəriyyətində dövlət və digər institutlar
tərəfindən maliyyələşdirilən və fəaliyyətini demokratiyanın yayılmasına
yönəldən fondların yaradılmasıdır. Üçüncü dalğanın gedişatında artıq
ABŞ-da Milli Demokratiyanı Himayə Fondu, Böyük Britaniyada isə Demokratiya
üçün Vestminister Fondu təsis edilib. Digər Qərb demokratiyaları
da belə institutların yaradılması istiqamətində fəaliyyət göstərirlər.
Bu institutların öz səylərini daha yaxşı əlaqələndirməsi və onların
istər öz milli hökumətlərinə, istərsə də beynəlxalq təşkilatlara
demokratik inkişaf naminə daha effektiv təsir göstərə bilmək məqsədilə,
beynəlxalq assosasiyalarda birləşməsi olduqca səmərəli iş olardı.
Uzun illər bundan öncə - hələ mən Ağ Evdə Karterin administrasiyasında
çalışarkən, biz bütün dünyadakı demokratik hökumətlərin və demokratik
hərəkatların görüşünü təşkil etmək və dünya miqyasında demokratiyaya
dəstək məsələlərini müzakirə etmək barədə məsləhətləşmələr aparırdıq.
Lakin o zaman bizə elə gəldi ki, bu layihənin vaxtı hələ yetişməyib
və biz bu fikirdən vaz keçdik. Başı bir çox digər işlərlə qarışıq
olan hökumətin belə bir yeniliyin məsuliyyətini öz üzərinə götürməsi
çətin məsələ idi. İndi, Üçüncü dalğanın başlanğıcından iyirmi il
keçdikdən sonra həmin layihənin reallaşması üçün daha əlverişli
şərait yaranıb. Mən düşünürəm ki, özəl təşkilatlar bütün dünyada
demokratiyanın yayılması məqsədini daşıyan, eləcə də ayrıca bir
ölkədə demokratik institutların və prosedurların təkmilləşdirilməsinə
çalışan təşkilat və hərəkatların beynəlxalq assosiasiyasının yaradılmasına
başlamalıdır. Artıq Komintern yoxdur. İndi Deminternin zamanı gəlib.
Belə bir assosasiyanın yaradılması insan azadlığının genişlənməsinə
dair 23 il öncə Mario Soareşin liderliyi ilə başlamış möhtəşəm dalğanın
qüwətlənməsi və davam etməsi istiqamətində böyük addım olardı.
Dilimizə çevirdi: Mustafa Hacıbəyli
|