SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№2 ---- Yaz|2003
MÖVQE

Üçüncü sektorun Azərbaycanda yeri
ZƏRDÜŞT ƏLİZADƏ

 

Dünyanın bütün demokratik dövlətlərində üçüncü sektor mühüm mövqe tutur. Hökumət strukturuna daxil olmayan ictimai təşkilatlar və siyasi partiyalar üçüncü sektora aid edilir. Demokratiyanın inkişaf istiqaməti geniş xalq kütlələrinin dövlət idarəçiliyinə cəlb edilməsindən keçir. Bu baxımdan hər hansı bir ölkədə üçüncü sektor qurumlarının sayı nə qədər çox olsa və onların cəmiyyətdə və dövlətdə icra etdikləri vəzifələr nə qədər geniş olsa, həmin ölkədə demokratiyanın inkişafı da bir o qədər kamil olar. Sabit demokratik quruluşu olan ölkələrdə qeyri-hökumət təşkilatları dövlətin sifarişi və pulu ilə müəyyən dövlət əhəmiyyətli işlər görür, ictimai təşkilatlar hökumətə məsləhət verir, həmkarlar təşkilatları, siyasi partiyalar, hökumət və biznes-strukturlarla sıx əməkdaşlıq edir, parlamentlər məsləhət üçün ictimai təşkilatlara və elmi mərkəzlərə müraciət edir. Bütün bunların sayəsində dövlətlə cəmiyyət, hökumətlə xalq arasında sədd götürülür, millətin zehni qüdrəti səmərəli qərarlar qəbul edilməsi üçün səfərbər edilir və bundan bütün xalq udur.

ABŞ-a bütün dünyadan qonaqlar gəlir. Amerika təcrübəsini öyrənməyə gələnlər üçün qeyri-hökumət təşkilatı "Meridian"ın xidmətindən istifadə edilir. Hökumət "Meridian" QHT-na pul ayırır, "Meridian" isə qonaqların səfər və təlimini təşkil edir. Azərbaycan hökuməti xaricdən qonaq çağıranda nə qədər dövlət məmuru işini atıb vaxtını onlara sərf edir? ABŞ hökuməti hansısa vacib məsələ ilə bağlı siyasətini müəyyənləşdirmək, düzgün qərar çıxarmaq istəyir. Amerika hökuməti hər hansı bir elmi mərkəzə ("beyin mərkəzi", universitet, tanınmış müstəqil ekspert) sifariş verir, xərcini ödəyir, sonra iş müzakirədən keçir və elmi əsasda qərar qəbul edilir. Azərbaycanda müxtəlif sahələrdə hökumət qərarı necə qəbul edilir? Xalqın zəka qüdrətinin daşıyıcıları olan ziyalılar bu işə cəlb edilirmi? Neçə savadlı, tanınmış ziyalı-mütəxəssis xalqın müqəddəratı üçün zəruri qərarların hazırlanması prosesinə cəlb edilmişdir?

Azərbaycanda üçüncü sektorun inkişafına hökumət süni əngəllər törədir. Səbəb isə aydındır. Əgər azad və firavan ölkələrdə xalq dövlət üçün vacib qərarların qəbuluna cəlb edilirsə, Azərbaycanda dövlət işlərini bilərəkdən sirr kimi təqdim edirlər, xalqa belə bir yanlış fikir aşılayırlar ki, "dövləti idarə etmək vətəndaşın hünəri deyil". Ölkəmizin təcrübəsi isə sadə bir həqiqəti bir daha sübut edir ki, dövlət bir şəxsin və ya bir qrup insanın inhisarına keçirsə, qəbul edilən qərarların və onların icrasının səmərəsi azalır və son nəticədə dövlət tənəzzülə uğrayır.

Azərbaycanda yürüdülən dövlət siyasəti açıq-aşkar hakim zümrənin şəxsi və qrup mənafeyinə uyğun qurulub və bütünlük də xalqa ziyan gətirir. Belə olan halda hökumət xalqın üçüncü sektor vasitəsilə ölkənin idarəçiliyinə qatılmasını istəmir və bu səbəbdən də siyasi partiyaların, həmkarların, qeyri-hökumət təşkilatlarının və müstəqil KİV-lərin fəaliyyəti qarşısında hüquqi və qeyri-hüquqi maneələr yaradır, onları daxili və xarici maliyyə qaynaqlarından məhrum edir və bir çox hallarda qanunsuz cəza tədbirlərindən də çəkinmir. Axı ortada Azərbaycanın sərvətləri, nəhəng pul gəlirləri var. Hakim zümrə bu gəlirlərin xalqa bölüşdürülməsinə heç vaxt razı ola bilməz!

Bu, Azərbaycanda üçüncü sektorun qarşılaşdığı əngəllərin iqtisadi səbəbidir. Hakimiyyət sözdə demokratiyadan ağızdolusu danışa da demokratiyanın əsas ünsürləri olan azad seçkini və üçüncü sektorun azad inkişafını boğur. Belə şəraitdə demokratiyaya can atan hər bir xalqın ümdə vəzifəsi təşkilatlanıb demokratik seçkiyə nail olmaq hakimiyyəti qəsb etmiş cinayətkar və müstəbid şəxsləri və qurumları bu seçkidə hakimiyyətdən kənarlaşdırmaq, xalqın hökumət və cəmiyyətin dövlət üzərində nəzarət mexanizmlərini nəzərdə tutan yeni Konstitusiya qəbul etmək və qanunun aliliyini ən müqəddəs meyar götürərək, Azərbaycanı yuvarlandığı gerilik və avtoritarizm bataqlığından addım-addım çıxarmaqdır.