|
SUAL:
"Müstəqil dövlətdə və demokratik cəmivvətdə vaşamaq
bütün insanların arzusudur. Biz də bu idevalar uqrunda qanlı mübarizə
aparmış xalqlardanıq. Artıq on ildir müstəqil Azərbavcanın vətəndaşlarıvıq.
Bu müddətdə biz demokratik cəmivvət quruculuqu sahəsində hansısa
köklü dəvişikliklərə nail lomuşuqmu. voxsa verimizdə savmışıq?"
CAVABLAR:
 |
| Milli Məclisin deputatı Siyasi
elmlər namizədi |
Azərbaycanın dövlət müstəqilliyinin on iki ilində
ən böyük uğurumuz müstəqilliyimizin qorunub saxlanılmasıdır. Regiona
böyük marağa və müxtəlif təzyiqlərə baxmayaraq, iqtidar və cəmiyət
ölkəmizdə xarici qoşunların yerləşdirilməsinə, xarici və daxili
siyasətimizin təsir altına alınmasına imkan vermədi. Bu amil bundan
sonra da dövlətçiliyimizdə aparıcı xətt təşkil edəcəkdir.
Müstəqillik xalqımızın əldə etdiyi ən böyük və ən qiymətli tarixi
nailiyyətdir. Onu ancaq dövlətçilik atributlarını qəbul etməklə
qorumaq olmaz. Müasir dövlətçilik hüquqi, demokratik dövlət quruculuğu,
insan hüquq və azaldıqlarını təmin edilməsini, azad sahibkarlıq,
milli maraqlara cavab verən çevik xarici siyasətin yeridilməsini
diqtə edir. Ötən dövrdə bu istiqamətlər üzrə böyük işlər görülməsi
göz qarşısındadır.
1995-ci ildə ölkənin demokratik Konstitusiyası qəbul
edilmiş, keçən ilin avqustun 24-də referendumda ona bir sıra mütərəqqi
dəyişikliklər olunmuşdur. Əsas qanun demokratik dövlətin bütün tələblərinə
cavab verir.
Gündəlik həyatımızda insanın özünü sərbət şəkildə
realizə etməsi üçün bütün şərait vardır. Ölkədə 40-dan çox müxtəlif
ideoloji istiqamətli siyasi partiya, 1500-ə qədər qeyri-hökumət
təşkilatı, 800-ə qədər mətbuat vasitəsi, o cümlədən 30-a yaxın müstəqil
teleradio şirkəti vardır.
Azərbaycan Respublikası özünü dünya üçün açıq cəmiyyət
kimi də təsdiqlədə bilmişdir. Vətəndaşların digər ölkələrə gediş-gəlişində,
ölkəmizə yeniliklərin gəlməsinə heç bir məhdudiyyət yoxdur. Dövlətimiz
sürətlə dünya birliyinə, ilk növbədə Avropa məkanına inteqrasiya
olunmaqdadır. Həm iqtidar, həm müxalifət dairələrinin dünya və Avropanın
nüfuzlu beynəlxalq təsisatları ilə sıx əlaqələri vardır. Yanvar
ayının sonunda Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili
İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasına vitse-prezident
seçilməsi ölkəmizin demokratik cəmiyyət quruculuğuna verilən yüksək
qiymət oldu.
Demokratiyanın inkişafı Azərbaycan üçün məqsəd deyil,
vasitədir. Bu mütərəqqi proses son nəticə olaraq iqtisadiyyatın
inkişafında, müasir infrastrukturun qurulmasında, əhalinin sosial
vəziyyətinin yaxşılaşdırılmasında özünü göstərməlidir. Bu sahədə
də respublikamızın yaxşı göstəriciləri vardır. İqtisadi göstəricilərimiz
ildən - ilə yaxşılaşır. Ötən ilə nisbətən bu il ölkə büdcəsi 25
faiz artaraq 6,1 trilyon manata, orta əmək haqqı 250 min manatdan
315 min manata çatmışdır. İnflyasiyanın illik tempi 1,5 faizdən
yuxarı qalxmır.
Bu uğurlarla yanaşı demokratik inkişafda problemlərimiz
və çatışmazlıqlar da var. Əgər onlar gizlədilmirsə və həlli yolları
axtarılırsa, bunun özü də demokratiyanın göstəricisidir.
 |
| Politoloq |
Təəssüf ki, bizdə çoxları "müstəqillik" və "azadlıq"
anlayışlarını dəyişik salırlar. Çox tez-tez bizim demokratik fəalların
çıxışlarında belə kəlmələr eşidirsən: "Məgər bu müstəqillikdir?
Biz belə müstəqillik lazım deyil; biz əsl müstəqillik istəyirik"
Bu yerdə biz anlayışları düz seçmirik. Bizim müstəqilliyimiz əsl
müstəqillikdir, başqa müstəqillik olmur. Belə bir qarışıqlıqda anlayışları
ayırd etmək lazımdır, daha dəqiq desək, "müstəqil ölkə" və "azad
insan" deyilməlidir. Müstəqil ölkə olmaq hələ vətəndaşları azad
və əsas insan hüquqlarına malik ölkə olmaq demək deyil. Məsələn
18-ci əsrdə dünyada müstəqil düvlət çox idi, ancaq onlardan yalnız
ikisi demokratik idi, yəni yalnız ikisində insanın hüquq və azadlıqları
qorunurdu. 20-ci əsrin əwəlində dünyada insanın azadlığını tanıyan
yalnız 12 dövlət vardı. 20-ci əsrin axırlarında dünyadakı 160-dan
çox müstəqil dövlətdən yalnız 60-ı insan haqlarını və azadlıqlarını
tanıyır.
"Müstəqillik" və "azadlıq" anlayışlarının qarışdırılmasından
bu günkü rejimin nümayəndələri tez-tez istifadə edirlər. Biz tez-tez
eşidirik: "müstəqillik uğrunda mübarizə aparmırdız? Artıq müstəqilikdir
də, daha nə istəyirsiz?"
Bizə gözlənilməz tarixi təzadları bəzi Asiya və demək
olar bütün Afraka ölkələri göstərdilər. Orada müstəqillik əldə olunandan
sonra həyat səviyyəsi aşağı düşdü, insan hüquq və azadlıqlarından
isə heç nə qalmadı...
Bəs Azərbaycanda nə baş verir? 80-ci illərin sonunda
biz ölkədə Rusiyadan müstəqil olmaq uğrunda kütləvi, demək olar
ki, ümumxalq hərəkatına malik idik. Və biz bu müstəqilliyi qazandıq.
Lakin bizdə hələlik insan hüquq və azadlıqlar uğrunda kütləvi hərəkat
yoxdur. Mənim müşahidələrimə görə, əhalinin yalnız 1/3 hissəsi hakimiyyətdən
öz hüquq və azadlıqlarını almaq üçün fəal çalışır. Gördüyümüz kimi
əsas güstəricisi azad seçkilər olan demokratik rejimin təsdiqi üçün
hələlik bu azdır.
Əlbəttə, Orta Asiyadakı qonşularımıza baxanda azadlıq
istiqamətində müəyyən uğurlar qazanıldığını demək olar. Bütün səylərə
baxmayaraq, hazırkı rejim müstəqil mətbuatı əzə, müxalifət partiyalarını
özünə tabe etdirə, QHT-ləri nəzarətə götürə, mitinq və nümayişləri
qadağan edə bilmədi. Yada salaq, 1993-cü ildə indiki rejim qurulandan
sonra ilk kütləvi nümayəş 12 sentyabr 1998-ci ildə oldu. İcazə verilməyən
bu nümayaşdə polislə kütləvi toqquşma baş verdi. Bundan sonra bu
cür toqquşmalardan ehtiyat edən hakimiyyət nümayəşlərin şəhərdən
kənarda - Matadromda keçirilməsinə icazə verdi. Sonra nümayişlər
tədricən şəhərin özünə keçdi...
Göründüyü kimi, biz hansısa azadlıq əldə etmişik,
yerimizdə saymamışıq. 1993-cü ildən 2003-cü ilədək keçilən qəhrəmanlıq
yolu, xüsusilə insan azadlığı uğrunda əhalinin yalnız 1/3 hissəsinin
mübarizə apardığı halda, demokratik dəyişikliklərin necə çətin olduğunu
bizə aydın göstərir. Bütün bunları qısaca belə adlandırmaq olar:
hələ "...gediləsi uzun bir yol" var.
 |
| Professor |
Demokratik cəmiyyətdə və dövlətdə yaşamaq hər bir
xalqın, hər bir fərdin ən böyük arzusudur.
Demokratiyanın neçə minillik yolu həm Şərqin, həm
də Qərbin ən böyük nailiyyətidir. Demokratiyanı yalnız Qərblə bağlamaq
və Qərb kontekstində dəyərləndirmək doğru deyil. Əski Şərq abidələrində
("Avesta", "Dədə Qorqud" dastanları, eləcə də mübarək "Quran"da)
demokratiyanın norma və prinsipləri öz zamanına və öz janrına -
xarakterinə uyğun şəkildə ifadə olunmuşdur.
Şübhəsiz ki, dövlət və cəmiyyətin demokratik inkişaf
və mövcudluq yolu Qərbdə daha geniş və tutarlı bir şəkildə öz əksini
tapmışdır. XIX yüzillik Azərbaycanda Qərb-Şərq dəyərlərinin birləşdirilərək
demokratiyanın bir cəmiyyət gerçəkliyi kimi ortaya qoyulduğu zamandır.
M.F.Axundzadə, H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Cəlil, M.Ə.Rəsulzadə
... demokratik düşüncəni, demokratik cəmiyyət və dövlət modelini
ortaya qoyan mütəfəkkirlərimizdir.
Təsadüfi deyil ki, Şərqdə ilk demokratik dövlət -
respublika Azərbaycanda qurulmuşdur (1918-20). Rus işğalından sonra
(1920-1991), milli-azadlıq hərəkatından sonra Azərbaycan yenidən
demokratik inkişaf yoluna daxil olmuş, bu yolda uğurlu-uğursuz 10
illik zaman məsafəsi keçmişdir.
Köklü dəyişikliklər olubmu? Məncə, olub. Azərbaycan
demokratiya, hüquqlu dövlət, azad bazar iqtisadiyyat, milli, liberal
dəyərlər yoluna daxil olub. Bu, milli-azadlıq hərəkatının qazandırdığı,
geriyə dönüşü olmayan yoludur. Azərbaycan dünyəvi dövlətdir, eyni
zamanda dini-əxlaqi dəyərləri yüksək qiymətləndirən cəmiyyət və
dövlət quruculuğu yolunu seçib. Bütün bunlarla yanaşı yeni demokratik
dövlət və cəmiyyətin ziddiyyətlərini yaşayır.
1993-cü ildə hakimiyyətə qiyamla gəlmiş H.ƏIiyev hökuməti
demokratiya yolunu geriyə çevirə bilmədi, fəqət rüşvət və korrupsiya,
tayfaçılıq və yerliçilik idarə üsulu ilə bu yoldakı sürəti ləngitdi,
demokratiya quruculuğunu gecikdirdi. Bu son 10 il Azərbaycanda demokratik
düşüncə ilə kommunist düşüncənin, demokratik dövlət və cəmiyyət
modeli ilə kommunist dövlət və cəmiyyət modelinin mübarizə dövrüdür.
Bu mübarizədə H.ƏIiyev güclü dövlət xarakteri olan
avtoritar rejim təmsilçisidir. H.ƏIiyevin qarşısında olan demokratik
müxalifət (Ə.EIçibəy, İ.Qəmbər, Ə.Kərimov...) zamanın və yolun ifadəsi
olduğu üçün H.ƏIiyev istəməsə də, ürəkdən qəbul etməsə də, bu yolun
dilini, məntiqini, forma və strukturasını qəbul etməyə məcburdur.
Çox ağır və ağrılı keçən bu son illərdə Azərbaycan
öz siyasi, ictimai, iqtisadi müstəqilliyinin müəyyən yolunu keçmiş,
dövlət və cəmiyyət dəyərləri qazana bilmişdir. Postsovet məkanında
müqayisə aparsaq Azərbaycan demokratik cəmiyyət quruculuğunda Baltikyanı
ölkələrdən və Ukraynadan sonra gəlir.
Demokratik seçki Azərbaycanda demokratik cəmiyyət
və demokratik dövlət quruculuğunda həlledici rol oynayacaqdır. Demokratik
seçkiyə nail olmaq Azərbaycanda demokratiyanın taleyini birdəfəlik
müəyyənləşdirəcəkdir.
 |
| "Turan" informasiya agentliyinin
eksperti |
Bütün maneələrə baxmayaraq bu 11 müstəqil il daxilində
demokratiya üzdə, yəni zahirən xeyli inkişaf edib. "Zahirən"
sözünü heç də mənfi mənada qəbul etmək lazım deyil. Hər bir şeyin
zahiri görkəmi gec-tez öz daxili məzmununu da tapır.
Demokratiyanın "köklü" təzahürlərini sadalamağa
dəyər.
Birincisi, çoxpartiyalı (və gələcəkdə ola bilsin ikipartiyalı)
bir cəmiyyət yarandı. Düzü bütövlükdə siyasi sistemə bunun hələ
də böyük təsiri yoxdur, amma onların mövcudluğu qaçılmaz bir faktdır.
Artıq partiyalar var və heç bir vəchlə onları siyasi arenadan təcrid
etmək mümkün deyil. Ən ümdəsi də odur ki, cəmiyyət tədricən qəbul
edir ki, siyasətçi ayrıca bir peşədir.
İkincisi, bələdiyyələr yaranıb. Təəsüflər olsun ki,
bələdiyyə seçkiləri müəyyən dərəcədə parlament seçkilərinin kölgəsində
keçdi və seçkilər inzibati təzyiqlərə məruz qaldı. Hazırda hakimiyyət
heç də tələsmir ki, bələdiyyələrin payına düşən əmlakı onların sərəncamına
versin. Bu haqda qanunlar da var, normativ aktlar da - lakin vəziyyət
dəyişmir. Halbuki bələdiyyələrin cəmiyyətdəki rolu artsaydı, bu,
demokratiyanın inkişafına - axı demokratiya ilk növbədə özünüidaretmədir
- gözəl təkan ola bilərdi. Hər halda bələdiyyələr var və şübhə yoxdur
ki, 2005 ilin bələdiyyə seçkiləri qızğın şəraitdə keçəcək.
Üçüncüsü, qeyri hökumət təşkilarları geniş vüsət alıb
və ilk növbədə bunların vasitəsilə sivil cəmiyyət formalaşır. Düzdür,
bir neçə min QHT-dən yalnız 400-450-si fəaliiyət göstərir və real
iş görən QHT-lər daha azdır, amma hər halda proses davam edir və
onun qabağını almaq (belə cəhdlər da var) heç cür mümkün deyil.
Burada növbəti mərhələ QHT-nın xaricdən yox, yerli sahibkarlar tərəfindən
maliyyələşdirilməsidir. Ola bilsin ki, biz bu QHT yaranma prosesinin
ictimai əhəmiyyətini axıra kimi dərk edə bilimrik. QHT cəmiyyətlə
hakimiyyəti bağlayan bir körpüdür.
Dördüncüsü, Konstitusiya məhkəməsinin yaranması və
əhalin ora müraciət etmək imkanıdır. Düzdür, hələlik belə mürəcətlər
yox dərəcəsindədir, çünki bunun mexanizmləri hələlik müəyyən olunmaqdadır.
Amma heç şübhə yoxdur ki, bu proses yaxın vaxtda başlanacaq və davam
edəcək.
Beşincisi. Mənəvi dəyişiklikləri də müşahidə etmək
olar. Demokratik ölkələr - peşəkarlar ölkəsidir. Peşəkarlara olan
tələbat artmaqdadır. Düzdür, hələlik elə peşəkarların özləri də
inkişaf etmək üçün hətta "dirsəklərini" də hərəkətə gətirməli
olur - amma bu keçən şeydi. Hüquqçu sənətinə olan marağı da təhlil
etmək diqqəti çəkir. Bir vaxtlar, ötən dövrlərdə çox adam hakim
və ya prokuror olmağa can atırdı. Əsas bilik deyil, vəzifə tutmaq
idi. Qismən elə bu gün də belədir. Amma bu sahədə biliyə meyl artıb,
çünki cəmiyyətdə bilikli hüquqçulara olan tələbat artır.
Baş verən proseslərin mənfi tərəfi də göz qabağındadır.
Demokratik azadlıqlar (tam ya qismən olduğu halda) iqtisadi azadlıq
olmayan yerdə boş və məzmunsuz bir nəsnədir. Hədsiz azadlıq isə
(məsələn, seksual azlıqların hüquqlarının ifrat dərəcəsində müdəfiəsi)
milli mənəviyyatı uçuruma apara bilər. Eyni zamanda avtoritar üslublarının
istifadəsi demokratiyanı hər anda qəfəsə salmağa çalışır.
Yarıdemokratiya yarıhamiləlik kimi bir şeydir. Şəkk-şübhə
yoxdur ki, hazırda iqtisadi azadlıqların təminatçısı, mühərriki
ancaq hakimiyətin özü ola bilər. O ki qaldı ümümi demokratik ab-havaya,
siyasi mədəniyyətin artmasına, seçkilərə meyl, seçici mübarilizyi
-bu ilk növbədə məhz cəmiyyətin özündən asılıdır və onun mənəvi
borcudur.
|