SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№3 ---- Payız|2003
QHT XƏBƏRLƏRI

DÜNYA PLÜRALISTLƏRI BAKIDA TOPLAŞDILAR

Aprelin 4-dən 6-dək Bakıda ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutu (İDEE) və İNAM Plüralizm Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin 18-ci konfransı keçirilib. Şəbəkənin 10-cu ildönümünə həsr olunan konfransda ABŞ, Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Ba l kan və Qafqazın 25 ölkəsindən 60-dan çox ictimai xadim, siyasi lider, jurnalist, hüquq müdafiəçisi və QHT nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə "İnam" Plüralizm Mərkəzinin direktoru Vahid Qazi açıb. O, qonaqları salamladıqdan sonra Şəbəkənin 18-ci konfransının Bakıda keçirilməsinin səbəbləri haqqında danışıb: "Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, etnik baxımdan türk xalqlarının, geosiyasi baxımdan demokratik Avropa ilə avtoritar Asiya arasında yerləşən yarımdemokratik ölkədir. Bu tədbirin Azərbaycanda, özu də seçki ərəfəsində, keçirilməsi bir çox baxımdan önəmlidir".

Sonra konfransın digər təşkilatçısı, Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota çıxış edərək Şəbəkənin 10 illik fəaliyyəti barədə məlumat verib. "Şəbəkəni təsis edərkən onun belə geniş məkanı əhatə edəcəyini təsəvvürümə gətirməzdim" deyən xanım Lasota plüralizm mərkəzlərinin birgə proqramlar gerçəkləşdirmək, təşkilatlararası informasiya və təcrübə mübadiləsi aparmaq, regionda demokratiya və sivil dəyərlərin inkişaf etdirilməsinə şərait yaratmaq məqsədi daşıdığını bildirib.

Konfransın "Orta Asiya və Qafqazda demokratiya ola bilərmi?" adlı ilk sessiyasında çıxış edən Gürcüstan Respublikaçılar Partiyasının sədri David Berdzenişvili, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Qırğızıstan Korrupsiya Əleyhinə Vətəndaş Mərkəzinin sədri Tolekan İsmayılovanın məruzələri geniş müzakirələrə səbəb olub.

"Demokratiyanın köhnə və yeni təhlükələri" adlı ikinci sessiyada isə Serbiya Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri Milenko Dereta, Rumıniya Apador-Helsinki Komitəsinin sədri Gabriel Andreecu, Rusiyanın "Prima" Xəbərlər Agentliyinin direktoru Aleksandr Podrabinek mövzu ilə bağlı geniş məruzə ediblər. Mövzu ətrafında maraqlı diskussiya aparılıb.

Kofransın ikinci günü "Demokratiya necə müdafiə oluna bilər?" mövzusuna həsr olunmuş üçüncü sessiya ilə başlayıb. Rumıniyanın "Liqa Pro Europa" təşkilatının rəhbəri Smaranda Enaçenin və Ukrayna Krım Tatarları Məclisinin Baş q anı, Ukrayna Ali Radasının üzvü, məşhur dissident Mustafa Krımoğlu Cəmilov, Gürcüstanın Əməkdaşlıq və İnkişaf Mərkəzinin direktoru İvlian Haindrava və Vətəndaş Təşəbbüslərinin Kosovo Hərəkatının lideri Ylber Hysa bu mövzuda çıxış ediblər. Məruzələrdən sonra iştirakçılar sessiyanın davamı olaraq, qruplara bölünüblər və "Bugünkü və gələcək nəslin təlimi", "Təşkilatlanma və icma quruculuğu", "Demokratiyaya uyğun leqal sistemin yaradılması", "Milli azadlıqların hüquqları və etnik konfliktlərin öhdəsindən necə gəlməli" mövzuları ətrafında müzakirələr aparıblar.

Növbəti sessiyada Polşa Seyminin üzvü, senator Zbiqnev Romaşevski "Müxalifətin siyasəti, koalisiyalar və qələbə" mövzusunda məruzə edib. Bundan sonra iştirakçılar bir daha qruplara bölünərək "QHT və seçkilər", "Monit o rinq və seçkilər", "Mətbuat və seçkilər" və "Legal əngəllər" mövzusunda problemləri müzakirə ediblər. Həmin gün "Dünya hadisələri və onların regiona təsiri" adlı xüsusi sessiya ilə başa çatıb.

Konfransın son sessiyası "Plüralizm Mərkəzlərinin Gələcəyi" adlanırdı. Bu sessiyada Şəbəkənin 10 illik tarixi həmin dövrdə postkommunist məkanda baş verən yeniliklər kontekstində müzakirə olunub. Plüralistlər, həmçinin "Missiya başa çatdımı?", "Gələcək lazımdırmı?" və "Növb ə ti 3,5,10 ilin prioritetləri nədən ibarət olmalıdır?" sualları ətrafında Şəbəkənin gələcək fəaliyyət proqramını müzakirə ediblər.

Konfrans günlərində və sonra qonaqlar ölkənin bir sıra ictimai-siyasi təşkilatlarında görüşlər keçirmiş, Şəhidlər Xiyabanını və Bakının başqa görməli yerlərində olmuşlar. Krım Tatarlarının lideri, 17 il sovet həbs düşərgələrində yatan məşhur dissident və eyni zamanda jurnalımızın redaksiya heyətinin üzvü Mustafa Cəmilovun Azərbaycana ilk səfəri isə ictimaiyyətin və mətbuatın marağına səbəb olub.

"SOS-03" SEÇKI LIQASI SEÇKILƏRI BIRGƏ MÜŞAHIDƏYƏ ÇAĞIRIR

İyun ayında "SOS-03" Seçki Liqası "Prezident seçkisində yerli və beynəlxalq müşahidənin effektli təşkili" mövzusunda beynəlxalq konfrans keçirib. Tədbirdə hökumət təmsilçiləri, beynəlxalq təşkilat və diplomatik korpus nümayəndələri, siyasi partiya, QHT və KİV rəhbərləri iştirak ediblər. Konfransı açan Liqanın sədr müavini Vahid Qazi qarşıdakı prezident seçkisinin bu il Azərbaycan ictimai-siyasi həyatının ən əsas hadisəsi olduğunu, onun həm ölkə daxilində, həm də xaricdə diqqətlə izləndiyini, öyrəndiyini bildirdi: "Bu diqqət ilk növbədə önümüzdəki seçkinin istər Azərbaycan, istərsə də ümumilikdə region üçün strate j i əhəmiyyət daşıması ilə bağlıdır. Məhz bu seçkiyə demokratik inkişafın, sülh və sabitliyin uzunmüddətli qarantı kimi baxılır. Bütün bu və digər amillər legitimliyi yerli və beynəlxalq təşkilatlar tərəfindən şübhə altına alınmayan seçkilərin keçirilməsini zəruri edir".

Kofransda Gürcüstanlı politoloq İvlian Haindrava "Cənubi Qafqaz ölkələrində beynəlxalq müşahidə problemləri", Müsavat Partiyası Seçki Qərargahının sədri Arif Hacılı "Seçkilərin real nəticələrinin müəyyənləşdirilməsində müşahidənin rolu", ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Devid Sip və İFES təşkilatının yerli nümayəndəliyinin rəhbəri Çarlz Laşam məruzə ilə çıxış etdilər.

Məruzələrdən sonra mövzu ətrafında qızğın müzakirələr aparıldı, rəylər, təkliflər dinlənildi. Konfransın sonunda "SOS-03" Seçki Liqasının hazırladığı memorandum layihəsi geniş müzakirəyə səbəb oldu. Memorandumda təklif olunurdu ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün çalışan beynəlxalq təşkilatlar, institutlar və yerli QHT-lər prezident seçkisinin müşahidəsi ilə bağlı öz fəaliyyətlərini əlaqələndirmək məqsədilə Koordinasiya Mərkəzi yaratsınlar. İştirakçılar təklifi rəğbət qarşılayaraq, memorandumu qəbul ediblər.

BAKI-CEYHANIN İCTIMAI SƏRMAYƏ PROQRAMI ÜZRƏ QRANTLAR VERILIB. PROQRAMI DÖRD BEYNƏLXALQ QHT HƏYATA KEÇIRƏCƏK

Bakı-Tiflis-Ceyhan (BTC) neft və Cənubi Qafqaz qaz kəməri layihələri üzrə İctimai Sərmayə Proqramının həyata keçirilməsi üçün ilk qrantlar verilib. Qrantlar üçün təkliflər ötən ilin noyabrından bu ilin yanvarınadək qəbul edilib. Həmin müddətdə 30 təşkilatdan təklif alınıb ki, üç mərhələli seçim prosesindən sonra onlardan dördünün üzərində dayanılıb. Bunlar Beynəlxalq İctimai Yardım Fondu (FİNCA Azərbaycan), Beynəlxalq Xilas Komitəsi (BXK), Save the Children Federasiyası və İnternational Medical Corps (İMK) təşkilatlarıdır. Təkliflərin qiymətləndirilməsində layihə tərəfdaşlarından başqa, Açıq Cəmiyyət İnstitutu, Avrasiya Fondu, TACİS və ATƏT-in mütəxəssisləri də iştirak ediblər.

Ümumi dəyəri 8 milyon dollar olan İctimai Sərmayə Proqramının (İSM) 5,5 milyon dollarını əhatə edəcək ilk qrant layihələri iki il müddətində həyata keçirilməlidir. Proqramın məqsədi kimi kəmər boyu ərazilərdə yaşayan ictimaiyyət üçün davamlı sosial və iqtisadi inkişaf imkanı yaratmaqdır. Proqram kəmərlərin keçdiyi ərazilərdə 4 kilometrlik zolaq boyu yerləşən 82 yaşayış məntəqəsini əhatə edəcək.

Qrant alan təşkilatlar bir sıra mühüm işləri həyata keçirməlidirlər. Bunlardan birincisi kəmərboyu ərazilərdə xırda sahibkarlığın inkişafına yönəlik mikrokreditlərin verilməsidir. Bu işlə FİNCA Azərbaycan təşkilatı məşğul olacaq. Layihənin ümumi dəyəri 1 milyon 309 min 953 dollardır. Onun 1 milyon 56 min 684 dollarını BTC və CQBK tərəfdaşları, qalanını isə FİNCA Azərbaycanın özü maliyyələşdirəcək. Proqramda biznesin inkişafı üçün yerli mikro-müəssisələrə dəyəri adambaşına 85 dollardan 5 min dollara qədər olan borcların verilməsi nəzərdə tutulur.

BXK kəmərin Səngəçaldan Yevlaxa, Save the Children Federasiyası isə Yevlaxdan Gürcüstan sərhədinə qədər olan hissəsində ictimai səfərbərlik və inkişaf layihələrini həyata keçirəcəklər. BXK layihəni Aqro İnformasiya Mərkəzi, Mülki Cəmiyyətə Doğru, Gəncə Biznes Qrupu kimi yerli QHT-lərlə birlikdə həyata keçirəcək. Layihənini ümumi dəyəri 1 milyon 544 min 651 dollardır ki, bunun da 1 milyon 461 min 702 dolları BTC və CQBK tərəfdaşları, qalanı BXK və ictimaiyyətin özü tərəfindən ödəniləcək. Layihə 2005-ci ilin iyulunda başa çatdırılmalıdır.

Save the Children Federasiyası isə Aqro İnformasiya Mərkəzi və "Ümid" təşkilatları ilə tərəfdaşlıq edəcək. Proqramın 1 milyon 642 min 968 dollar olan ümumi məbləğinin 1,5 milyon dollarını BTC və CQBK tərəfdaşları, qalanını icraçı təşkilat maliyyələşdirəcək.

İMC kəmərboyu ərazilərdə ictimai səhiyyənin inkişafı üzrə birləşmiş proqram çərçivəsində sağlamlıq üzrə layihələri həyata keçirəcək. Onun dörd yerli tərəfdaşı olacaq. Bunlar Səhiyyə Nazirliyi Milli Reproduktiv Sağlamlıq İdarəsi, Şəfalı Əllər Təşkilatı, Azərbaycan Milli Şəfqət Bacıları Assosiasiyası və Azərbaycan Qadın və İnkişaf Mərkəzidir.

GƏNCLƏR ƏHALINI SEÇKILƏRƏ SƏSLƏYIR

Gənclər üçün Təhsil Mərkəzi ABŞ-ın ölkəmizdəki səfirliyinin Demokratiya Komitəsinin maliyyə dəstəyi ilə yeni layihə həyata keçirir. "Əhali arasında seçki marifçiliyi" adlanan bu layihənin əsas məqsədi region əhalisinə seçki hüquqlarının izah olunması, seçkilərin praktik təşkili, səsvermə prosedurası, komis s iyaların fəaliyyəti və nəzarət, bütün seçki sisteminin iş ahəngi və seçkiyə dair digər praktiki məsələlər barədə biliklərin çatdırılmasıdır.

Mərkəzin direktoru Vüsal Quliyevin məlumatına əsasən Ağcabədi və Saatlı rayonunda icra edilən bu layihə əhalinin demokratik prinsiplər əsasında seçki proseslərində iştirakını təmin etmək, hətta gələcəkdə onlara seçkilərin təşkilində və seçkilərə nəzarət funksiyalarının əldə olunmasında ən böyük yardımçı d ır.

4 ay davam edən layihə çərçivəsində artıq mütəmadi olaraq müxtəlif seminar və görüşlər keçirilir, əhaliyə yeni Seçki Məcəlləsi tədris olunur. Həmçinin keçirilən seminarların nəticəsi olaraq yeni könüllü trenerlər qrupu da yaradılır ki, onlar da əlil və veteran insanların evlərində birbaşa maarifləndirməyə kömək edirlər.

Layihənin təbliğat işinin daha geniş olması üçün Mərkəz bir sıra maarifləndirici nəşrlər də hazırlayır və onları əhali arasında yaymağı planlaşdırır.

SERBLƏR AZƏRBAYCANLILARLA TƏCRÜBƏ MÜBADILƏSI APARIB

Milli Demokratiya Fondu Açıq Cəmiyyət İnstitutu/Yardım Fondunun "Şərq-Şərq" proqramı çərçivəsində "QHT-lərin Seçki Prosesində rolu" adlı beynəlxalq təcrübə mübadiləsi layihəsini başa çatdırıb. Proqrama əsasən Azərbaycanın və Serbiyanın 10 QHT-nin təmsilçiləri bir-birlərinə qarşılıqlı səfərlər etmiş, yerli təşkilatlarda ictimai fəallarla görüşmüş, informasiya və təcrübə mübadiləsi aparmışlar.

Proqram çərçivəsində "Seçki monitorinqi, vətəndaşların səfərbərliyi və seçki kampaniyasının təşkili", "QHT-lərin seçici fəallığının artırılmasında rolu", "Azərbaycan mətbuatı və seçki prosesinin mətbuatda işıqlandırılması", "Tələbə və gənclərin demokratik seçki islahatlarının aparılmasında rolu", "Demokratik seçkilərə dəstək:Serbiya təcrübəsi" və s. mövzularda görüş, seminar və dəyirmi masa keçirilmişdir.

"İNAM" PLÜRALIZM MƏRKƏZI "QARABAĞ EVI" ILƏ BIRLIKDƏ ÇADIR ŞƏHƏRCIKLƏRINDƏ SEÇKI KAMPANIYASI APARIR

"İnam" Plüralizm Mərkəzi bu ilki prezident seçkilərində "Qarabağ evi" ictimai birliyi ilə birgə Mingəçevir və Bərdə rayonlarında yerləşən 5 çadır şəhərjiyində "Özün səs ver, özün seç" adlı seçki kampaniyası həyata keçirir. Kampaniyada əsas məqsəd qaçqınlar arasında seçki hüquqları ilə bağlı maarifləndirmə işi aparmaq, demokratik seçkilərə inam yaratmaq və onları seçki prosesinə mobilizə etməkdir. Bunun üçün yerlərdə seçki klubları yaradılır, təşviqat materialları hazırlanır və yayılır.