SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№4 ---- Qış|2004
"İslam islahatlarına doğru: vətəndaş azadlıqları,
insan hüquqları və beynəlxalq hüquq"
ABDULLAHİ ƏHMƏD ƏN-NAİM

Abdullahi Əhməd ən-Naim Emori Universitetinin hüquq üzrə professorudur. İslamın tədqiqi ilə bağlı bir çox kitab və məqallərin müəllifidir. Hazırda ABŞ-da mühacirətdə yaşayan alim 1985-ci ildə Sudanda Nameyri rejimi tərəfindən qətlə yetirilən görkəmli islamşünas alim və ictimai xadim Mahmud Məhəmməd Taxanın şagirdi olmuşdur.

FƏSİL 7. ŞƏRİƏT VƏ ƏSAS İNSAN HÜQUQLARI

….Fikrimizcə, tarixi Şəriət tətbiq olunduğu təqdirdə müsəlmanlar öz müqəddəratlarını başqalarının hüquqlarını pozmadan həll edə bilməzlər. Amma İslam çərçivəsində bütövlükdə tarazlıq əldə etmək tamamilə mümkündür, bundan ötrü çağdaş İslamın daha çox qəbul olunan ümumi hüquq prinsiplərini inkişaf etdirmək lazımdır. Problemin bu cür qoyulması belə bir sualı qaçılmaz edir: ümumi insan hüquqlarının Şəriətə və ümumiyyətlə, İslama nə dəxli var? Niyə ümumi insan hüquqları Şəriətin qiymətləndirilməsi zamanı başlıca etalona və çağdaş ümumi İslam hüququnun can atmalı olduğu məqsədə çevrilməlidir?

İNSAN HÜQUQUNUN UNİVERSALLIĞI

BMT Nizamnaməsinin 1.3 -cü maddəsi təşkilatın bütün üzvləri üzərinə irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, insan hüquqlarına və hamı üçün başlıca azadlıqlara yardım etmək və hörmət göstərmək öhdəliyi qoyur. Amma nizamnamədə "insan hüquqları" və "əsas azadlıqlar" anlayışlarının mənası tam dəqiqləşdirilməmişdir. Bu vəzifə 1948-ci ildən sonra tərtib və qəbul olunan bəyannamələr, razılaşmalar, müqavilə maddələri ilə yerinə yetirilmişdir. BMT-nin insan hüquqları üzrə bütün sənədləri, həmçinin, Avropa, Amerika və Afrika üçün regional sənədləri eyni prinsipdən çıxış edir - insan hüquqlarının dünyanın bütün ölkələrinin, əgər söhbət regiondan gedirsə, həmin region ölkələrinin riayət etdikləri vahid standartı mövcud olmalıdır.

Amma bu standartlardan bəzilərini , doğrudan da, universal saymaq məsələsində müəyyən çətinliklər var, bundan başqa , həmin standartları həyata keçirməklə əlaqədar ciddi çətinliklər mövcuddur. Bununla belə, bu, həmin universal məcburi standartların ümumiyyətlə mövcud olmadığı, yaxud onları həyata keçirmək cəhdlərindən əl çəkmək lazım gəldiyi demək deyildir. Mənim mövqeyim belədir ki, insan hüquqlarının müəyyən olunmuş standartları var, onlar beynəlxalq hüquq çərçivəsində məcburidir və bu standartları həyata keçirmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.

İnsan hüquqlarının ümumi standartlarının əsası ola biləcək ümumi normativ qaydalar mövcuddur. Dərin zəkaların yaratdığı, bütün başlıca mədəni ənənələrin bölüşdürdüyü həmin qaydalarda deyilir: özünə rəva görmədiyini başqasına da rəva bilmə. Bu "qızıl qayda" bütün başlıca dini ənənələr tərəfindən qəbul edilmişdir. Bundan başqa, bu sadə həqiqətdə o qədər məntiqi və əxlaqi inandırıcılıq vardır ki, hansı mədəni ənənəyə mənsub olmasına, hansı fəlsəfəni təbliğ etməsinə baxmayaraq, bütün insanlar tərəfindən asanlıqla qəbul oluna bilər.

Qarşılıqlılıq prinsipindən istifadənin problemi ondan ibarətdir ki, mədəni, xüsusilə də dini ənənələrə bu prinsipin fəaliyyətini məhdudlaşdırmaq və onu başqa ənənənin adamlarına, hətta həmin ənənənin içindəki bəzi qruplara tətbiq etməmək xasdır. Məsələn, tarixən qarşılıqlılıq prinsipi , Şəriətə görə , müsəlman kişilərə tətbiq olunduğu qədər qadınlara və qeyri-müsəlmanlara tətbiq olunmur. Başqa sözlə desək, Şəriət qadınlara və qeyri-müsəlmanlara daha aşağı status verir və diskriminasiyanı sanksiyalaşdıraraq onları müsəlman kişilərinə bəxş elədiyi şərəf və ləyaqətdən məhrum edir.

Bu ümumi problemi hər mədəni ənənənin çərçivəsində nəzərdən keçirmək lazımdır. Belə ki, İslamda əsas mənbələrin, Quran və s ünnənin reinterpretasiya (təkrar təfsiri) texnikasını işləyib hazırlamaq lazımdır ki, bizə qadınların və qeyri-müsəlmanların hüquqlarını tapdamaqdan imtina etməyə imkan versin. Həmin texnika mənə çox ümidverici görünür və biz onu konstitusiya hüquqları, cinayət hüquqları və beynəlxalq münasibətlərə tətbiq etmişik.

Fikrimcə, mahiyyətinə görə ümumi insan hüquqlarının bünövrəsində insanın hərəkətini müəyyənləşdirən iki ilkin motiv - yaşamaq və azad olmaq arzusu durur . Bu iki ilkin cəhdlə şərtləndirilmiş tələbatın ödənilməsinə can atmaq hüququ hər bir mədəni ənənədə özününkülər üçün tanınır. Halbuki qarşılıqlılıq prinsipi əsasında bu hüquq digər ənənənin hər bir nümayəndəsinə də verilməlidir - bu , bir sıra minimal insan hüquqlarının universallığının əsasıdır…

İNSAN HÜQUQUNUN UYĞUN STANDARTLARI

...Şəriət inkişaf elədiyi tarixi şəraitə uyğun olaraq qarşılıqlılıq prinsipinin tətbiqini məhdudlaşdırdı, onu qadınlara və qeyri-müsəlmanlara şamil etmədi. Şəriətin ümumi hüququnu yalnız İslamın XIII-IX əsrlərdə ilkin mənbələri əsasında öz hüquqi sistemlərini işləyib hazırlayan ilk hüquqşünasları başa düşə və tamamlaya bilərdilər. Həmin şəraitdə hüquqşünaslar üçün qarşılıqlılıq prinsipi haqqında danışaraq öz "başqa şəxsiyyət" haqqında təsəvvürlərini yalnız müsəlman kişiləriylə məhdudlaşdırmaları tamamilə təbii idi. Belə məhdudiyyət bütün tarixən formalaşmış mədəni ənənələr üçün xarakterikdir və bu da müasir milli dövlətlərin həm mövqeyində, həm də siyasətində əks olunur .

İslam mövqeyinə ziyalı mövqeyinin konstruktiv təsir göstərməsi üçün iki şərt yerinə yetirilməlidir. Birincisi, "başqa şəxsiyyət" anlayışının geniş mənada anlamı İslam mədəniyyətinin elementi olmalıdır. Biz bunu yalnız İslamda doğrudan da bu anlayışın məhdud tarixi təfsirini rədd edən daha geniş anlamı əsaslandıra bilən dəlil-sübutlar tapmaq yolu ilə əldə edə bilərik. İkincisi, digər mədəni və dini ənənələr də ziyalı anlayışı yoluna çıxmalıdır. Fikrimcə, şəxsiyyət hüququna sahib olan insan kimi yalnız öz mədəniyyətinin kişi cinsi haqqında tarixən məhdudlaşdırılmış təsəvvürə malik olmaq qaçılmaz idi, çünki onda digər mədəni ənənələr də eyni cür beləcə, öz mədəniyyətləri daxilində qadınlara və yadlara hüquq verməkdən imtina edirdi. Buna görə də bütün mədəniyyətlərin nümayəndələri tarixlə bağlı inciklik və düşmənçilikləri aradan qaldırmalı və ümumi hədəfə çatmaq üçün hər biri öz mədəni ənənəsi çərçivəsində işləməlidir.

… Köləlik yaşamaq və azad olmaq arzusuna çox ciddi maneçilik törədir. Qul ticarətindən imtina edilməsi beynəlxalq miqyasda insan hüquqlarının tanınması yolunda atılan ilk addım idi, bunun arxasınca daxili yurisdiksiyanın məhdudlaşdırılması gəlirdi. Beləliklə, qulların azad edilməsi uğrunda hərəkat örnəyə çevrildi və indi hər hansı bir ölkədə ümumi insan hüquqlarının pozulması digər ölkələrdə narahatlığa səbəb olur.

İnsan hüquqlarını qorumaq üçün erkən beynəlxalq əməkdaşlığın başqa nümunələrindən biri dini azlıqların təqib olunmasının və hüquqlarının tapdanmasının aradan qaldırılmasıdır. Əxlaq nöqteyi-nəzərindən həmin əməlin iyrənc olmasından əlav ə , bu cür hallar beynəlxalq münaqişələrin və müharibələrin başlanmasına səbəb olmuşdur. Nəticədə belə təqiblər və hüquqların tapdanması bir sıra beynəlxalq razılaşmalarla insan hüquqlarının pozulması kimi qəbul edilmişdir.

Hamı tərəfindən qəbul olunmuş ümumi insan hüquqlarının meydana çıxan üçüncü sahəsi cinsi əlamətinə görə hüquqların tapdanmasının qadağan olunmasıdır. Qadın hüquqları beynəlxalq hüququn gündəliyində əvvəlki iki məsələdən xeyli gec dursa da, artıq indi bir çox beynə l xalq konvensiyalarda ümumi insan hüquqları kimi nəzərdən keçirilir.

İNSAN HÜQUQLARININ PRAKTİKİ QARANTLARI

Beynəlxalq hüquq nöqteyi-nəzərindən dövlətlər yalnız beynəlxalq müqavilələrlə, yaxud hamı tərəfindən qəbul olunmuş beynəlxalq qanunlarla könüllü şəkildə öz üzərinə götürdükləri öhdəliklərlə bir-birinə bağlıdırlar. Bununla da çağdaş islam dövləti, əgər onun üzərinə belə bir öhdəlik qoyan beynəlxalq razılaşmanın iştirakçısıdırsa, yaxud üzərinə hansısa adi beynəlxalq hüquq elementinə hörmət etmək və onu dəstəkləmək öhdəliyi götürübsə, insanın hər hansı hüququna yalnız o halda hörmət etməli və həmin hüquqları qorumalıdır. Bir sıra çağdaş islam dövlətləri öz üzərinə beynəlxalq razılaşmalar çərçivəsində köləliyi qadağan, dini və cinsi əlamətlərinə görə diskriminasiyadan imtinanı təsbit edən müqavilə öhdəlikləri götürmüşlər .

…Dövlət suverenliyi haqqında ənənəvi təsəvvürlər beynəlxalq standartların, o cümlədən də insan hüquqlarının ümumi standartlarının təmin olunması cəhdləri ilə ziddiyyət təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, dövlət suverenliyi öz-özlüyündə BMT-nin nizamnaməsi və müxtəlif beynəlxalq sənədlərlə tanınmış, adi beynəlxalq hüquqla müəyyən edilmiş, kollektiv hüququ ilə ifadə olunmuş formadır. Bu hüquq beynəlxalq hüququn prinsipləri haqqında BMT Baş Assambleyasının 1970-ci il oktyabrın 24-də konsensus əsasında qəbul etdiyi dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair b əyannaməyə uyğun olaraq daha nüfuzlu şəkildə müəyyən edilmişdir…

ŞƏRİƏT VƏ İNSAN HÜQUQU

Qeyd etdik ki, yalnız Şəriət qanunlarının formulə edildiyi və müsəlmanlar tərəfindən tətbiq olunduğu tarixi şəraiti nəzərə almaqla Şəriətin qeyri-müsəlmanlara düşmənçilik münasibətini və onlara qarşı zor tətbiq etmək cəhdlərini aydınlaşdırmaq və əxlaqi cəhətdən bu hərəkətlərə haqq qazandırmaq olar. Bu cür də Şəriətin müasir terminologiyada insan hüquqları adlanan məsələlərdə tutduğu mövqeyə haqq qazandırmaq mümkündür. Şəriətin formalaşdığı zamanlarda (və ən azı min il sonra) dünyada vahid ümuminsani qanunlar konsepsiyası mövcud deyildi. Bu müddət ərzində bir çox ölkələrdə köləlik hakimiyyət tərəfindən qəbul edilmiş və qanuniləşdirilmişdi. Bundan başqa , ta XIX əsrə qədər bütün dünyada şəxsiyyətin statusu və hüquqları onun bu və ya digər dinə mənsubiyyəti ilə müəyyənləşdirilirdi, bu isə norma sayılırdı. Eyni lə , ta XIX əsrə qədər qadınlar kişilərə şamil edilmiş qanuni hüquqlara malik deyildi və şəxsiyyət kimi qəbul olunmurdu…

İnsan hüquqları sahəsində Şəriətin məhdud nöqteyi-nəzərini və islamaqədərki şəraitlə müqayisədə onun irəliyə doğru bir addım olduğunu sübut etmək bu mövqeyə hələ də haqq qazandırıldığı demək deyildir. Əksinə, mən belə hesab edirəm ki, məhz Şəriətin bu mövqeyinə həmin tarixi şəraitdə haqq qazandırıldığını nəzərə alaraq həddən artıq fərqli olan müasir şəraitdə bu mövqeyə haqq qazandırıla bilməz . Çağdaş islam hüquqşünasl a r ı nın əsərlərini nəzərdən keçirdikdə görürük ki, İslamda insan hüququnu araşdıran tədqiqatlar bizim üçün faydasızdır, çünki bu əsərlərdə köləlik və qadınların, qeyri-müsəlmanların hüquqlarının tapdanması problemləri təkzib edilir. Amma Sultan Hüseyn Tabandexin "İnsan H üquqlarının Ü mumi Bəyannaməsinə müsəlman şərhi" əsəri istisnadır. Bu kiçik əsərin əhəmiyyəti ondadır ki, qadınların və qeyri-müsəlmanların statusu məsələlərində Şəriətlə 1948-ci ildə qəbul edilmiş İ nsan H üquqlarının Ümumi Bəyannaməsi arasındakı uyğunsuzluqları aydın göstərir.

KÖLƏLİK

Məlumdur ki, köləlik institutunu Şəriət yaratmayıb, bu hal həmin dövrdə normal və ümumi hadisə idi. Şəriət köləliyi bir institut kimi tanıyaraq qul alınması mənbələrini məhdudlaşdırmağa, onların saxlanması şəraitini yaxşılaşdırmağa və azad olunmalarını müxtəlif dini, hüquqi yollarla dəyərləndirməyə çalışırdı. Bununla belə, köləlik bu günədək Şəriət tərəfindən qanuni qüvvəsini saxlamaqdadır. Əlbəttə, köləliyin bu gün hər hansı müasir islam dövlətində formal şəkildə sanksiyalaşdırılması az inandırıcıdır. Amma əgər indi Şəriətin kölə əldə edilməsinə icazə verdiyi şərait yenidən meydana çıxsaydı və kimsə bu şəraitdə köləyə çevrilsəydi, onda Şəriət yüz il əvvəl olduğu kimi həm kölənin, həm də sahibinin "hüquqlarını" müdafiə edərdi.

…Köləliyin qadağan olunması üçün islami dəlil-sübutların tapılmasından ötrü biz əvvəlcə Şəriət tərəfindən onun qanuniləşdirilməsi şəraitini və köləyə çevrilməyin və köləlikdən azad edilməyin Şəriət qaydalarını aydınlaşdırmalıyıq.

Quranda kimisə köləyə çevirmək haqqında bilavasitə söhbət açan ayələr yoxdur, amma elə ayələr vardır ki, orada dolayı şəkildə bu barədə danışılır: məsələn, Quranda deyilir ki, müsəlman öz kənizi ilə yaşamaq hüququna malikdir, bu da , təbii ki, qadın kölələrin olmasını nəzərdə tutur .

Şəriət qanunlarına görə, azad insanların köləyə çevrilməsi üçün yeganə imkan Şəriətin icazə verdiyi müharibələrdə əsirlərin ələ keçirilməsidir. İslam hüquqşünaslarının fikrincə, məğlub edilmiş gavurların köləyə çevrilməsi şəriət qanunlarıyla müsəlmana verilən imkanlardan biridir.

Hərbi məğlubiyyətdən sonra köləyə çevrilmiş və köləlikdə doğulmuş insan ta azad olana kimi köləlikdə qalır. Sahibi qul və kənizdən istədiyi kimi istifadə edir, bununla belə, Şəriətə görə, ona xeyirxah münasibət bəslənilməli və mərhəmətlə yanaşılmalıdır. Prinsipcə kölələrin satılması imkanı istisna edilmir, amma belə alqı-satqı həyata keçirildikdə bir sıra məhdudiyyətlər gözlənilməlidir: məsələn, ananı baladan ayırmaq olmaz.

Nəzərə alaq ki, köləlik həmin dövrdə bütün dünyada dərin kök salmışdı, İslamın bu institutu tanımaqdan başqa bir yolu qalmırdı, amma bununla yanaşı, kölələrin qismətinə düşən şəraiti yaxşılaşdırmağa çalışırdı. Hətta təsdiq etmək olar ki, İslam kölələrin əldə edilməsi şəraitini məhdudlaşdırmaq və onların azad olunmalarını dəyərləndirmək vasitəsilə köləlikdən imtina etməyə çalışırdı. Amma Şəriətin köləliyi qeyri-qanuni saymasına imkan verən daxili mexanizm mövcud olmadığından, bu hal islami hüquq sistemində öz qanuni qüvvəsini günümüzəcən saxlamışdır.

…Fikrimcə, ilk müsəlmanlar Quran və sünnəni erkən İslamın tarixi kontekstində köləlik institutunu tanıyan mənbələr kimi düzgün təfsir etmişlər. Müasir tarixi şəraitdə və mənbələrin prinsipcə yeni təfsirinin köməyi ilə müsəlmanlar köləliyə qarşı bu əsas dəlil-sübutlara istinad edərək, islam hüququ çərçivəsində qətiyyətlə köləliyin əleyhinə çıxa bilərlər. Amma bu, Şəriətin tarixən və hüquqi cəhətdən doğrudan da köləliyi tanıdığı və indi də tanımaqda davam etdiyi faktının üstündən xətt çəkmir, hər halda bunu çağdaş müsəlmanların islam hüququ çərçivəsində köləliyi ləğv etmək cəhdləri sübuta yetirir.

Köləlik müasir islam dövlətlərində Şəriət deyil, dünyəvi qanunlar əsasında (bəzi ölkələrdə 60-cı illərdə və daha sonralar) ləğv edilmişdir. Kimsə belə bir fikir yürüdə bilər ki, artıq köləlik islam ölkələrində formal cəhətdən ləğv edildiyindən bu məsələ daha aktual deyil. Mən bununla razı deyiləm və hesab edirəm ki, köləlik hələ də insan hüquqları sahəsində müsəlmanlar üçün başlıca problem olaraq qalır və islam hüququ ilə qeyri-qanuni hesab edilənədək qalacaq.

CİNSİ VƏ DİNİ ƏLAMƏTLƏRİNƏ GÖRƏ AYRI-SEÇKİLİK

Bu ayrı-seçkilik öz zamanında norma idi. Şəriət prinsip etibarilə bu ayrı-seçkiliyi tanıyır, eyni zamanda onu birtəhər məhdudlaşdırmağa və qaydaya salmağa çalışırdı. Bununla belə, müasir şəraitdə, mənim fikrimcə, belə ayrı-seçkiliyə haqq qazandıran Şəriət prinsipləri tamamilə yolverilməzdir.

Şəriətə görə, müsəlman ölkələrində yaşayan qeyri-müsəlmanlar həmin dövlətin təbəəsi sayılan qeyri-müsəlmanlara verilən zimma statusu, ya da bu ölkədə müvəqqəti yaşayan qeyri-müsəlmanlar üçün onların şəxsi və əmlak təhlükəsizliyinə qarant sayılan aman statusu almalıdırlar . İslam dövlətində yaşayan qeyri-müsəlmanlara münasibətdə şəxsi və fərdi hüquq məsələləri bu ölkələrin öz hüququ və icma idarəçiliyinin qərarı əsasında həll olunurdu.

Şəxsi və fərdi hüquq sahəsində şəriətin ayrı-seçkilik qaydaları aşağıdakı hallarda ifadə olunur:

  • Müsəlman kişi xristian, yaxud yəhudi qadınla evlənə bilər, amma xristian və yəhudi kişi müsəlman qadınla evlənə bilməz.
    Müsəlmanlara - qadınlara və kişilərə dinsizlərlə, yəni heç bir dinə qulluq etməyənlərlə evlənməyə icazə verilmir.
  • Dini mənsubiyyətdəki fərq mülkiyyət hüququnun məhdudlaşdırılmasında mütləq rol oynayır - müsəlman qeyri-müsəlmanın mülkiyyətinə sahib çıxa bilməz, ona miras saxlaya bilməz.

Mülki və ailə hüququnda cinsə görə ayrı-seçkilik nümunələri isə bunlardır :

  • Müsəlman kişi eyni zamanda dörd arvad saxlaya bilər , amma müsəlman qadının yalnız bir əri olmalıdır .
  • Müsəlman kişi birtərəfli qaydada boşanma ( talaq ) haqqında qərar qəbul edərək səbəblərini aydınlaşdırmadan və hakimiyyət orqanının nümayəndəsi , yaxud ümumiyyətlə , kiminsə qarşısında heç bir əsas göstərmədən öz arvadını , yaxud arvadlarından birini boşaya bilər . Amma əksinə , müsəlman qadın yalnız ərinin razılığı ilə , yaxud məhkəmənin qərarı ilə ( bu qərar bir sıra razılaşdırılmış şərtlər olduqda , məsələn , əgər əri qadını saxlamağa qadir deyilsə , yaxud saxlamaq istəmirsə qüvvəyə minir ) boşana bilər .
  • Mülkiyyət mirası zamanı əgər hər ikisi mərhumla eyni qohumluq əlaqəsindədirsə , müsəlman qadın müsəlman kişidən az pay alır .

Bütün deyilənlərdən iki nəticə çıxır .

Birincisi , köləliyi qanuni institut kimi tanımaqda davam edərək nəzəriyyədə də olsa , Şəriət əsas və ümumi insan hüquqları ilə ziddiyyətə girir .

İkincisi , Şəriət əsasında dini və cinsi ayrı - seçkilik müəyyən edilmiş ümumi insan qanunlarını da pozur .

MÜASİR İSLAMIN İNSAN HÜQUQUNA İKİLİ MÜNASİBƏTİ

Şəxsiyyət hüququ və kollektiv hüququn , insan hüquqlarının hamı tərəfindən qəbul olunmuş konsepsiyası ilə tarixi və dini cəhətdən şərtləndirilmiş Şəriət konsepsiyasının uyğunsuzluğu müasir islam dövlətlərinin bu məsələlərdə ikili mövqeyində aydın ifadə edilmişdir . Həmin dövlətlərin mövqeyi şüurlu , yaxud şüursuz , bir - biri y lə ziddiyyət təşkil edən bu qüvvələrin təsiri ilə müəyyən olunur . Bir tərəfdən tarixən formalaşmış dini və cinsi əlamətlərinə görə ayrı - seçkiliyi sanksiyalaşdıran dini ənənələrin təsiri mövcuddur . Digər tərəfdən , müsəlman ölkələrində olduğu kimi , eləcə də bütün dünyada insan hüquqlarını müdafiə edən və ayrı - seçkiliyə qarşı çıxan qüvvələr mövcuddur . Fikrimizcə , ikili mövqe onda meydana çıxır ki , bir sıra islam dövlətləri insan hüquqlarının qorunması haqqında beynəlxalq sənədlərə imza atırlar , amma Şəriətin hüquq sisteminə təsiri üzündən öz milli yurisdiksiyaları çərçivəsində bu hüquqları qorumaq iqtidarında deyillər .

Yoxlanmış dəlil - sübutlar olmadığından islam dövlətlərində insan hüquqlarının çoxsaylı pozulma hallarını sənədli şəkildə təsdiq etmək mümkün deyildir . Bu pozuntuların əlaqəsini sübuta yertirmək daha çətindir , çünki onlar Şəriətin təsiri altında sənədləşdirilmiş di . Bununla belə , i slam dövlətlərinin insan hüquqlarına eyni cür münasibətini hər hansı islam dövlətinin imzaladığı insan hüquqları haqqında beynəlxalq sənədlərin məzmununu həmin ölkədə qanunvericiliyin tərkib hissəsi olan İ slam qaydaları ilə müqayisə edərək göstərmək olar .

Qadınlara və qeyri - müsəlmanlara qarşı ayrı - seçkiliyin müxtəlif xüsusiyyətlərini və Şəriətin müsəlmanların şəxsi və ictimai həyatına güclü təsirini nəzərə alaraq onların insan hüquqlarına ikili münasibətindən daha ağır nəticələr gözləmək olar . Bundan başqa , əgər bu ölkələrdə ictimai həyatın daha da islamlaşdırılması davam edərsə , bu ikili münasibət getdikcə güclənəcəkdir .

Elə burada ca sual meydana çıxır : Şəriəti əsas insan hüquqları ilə necə barışdırmalı ? Oxşar problemlərin ortaya çıxdığı konstitusiya , cinayət və beynəlxalq hüquqda olduğu kimi , barış yalnız Şəriətin radikal islahatları əsasında əldə edilə bilər .

İSLAMDA ÜMUMİ İNSAN HÜQUQLARI

Nə qədər ki, müasir i slam hüququ Mədinə dövrünün Şəriətinin əsasını təşkil eləyən Quran və s ünnə mətnlərinə söykənir, əsas və ümumi insan hüquqlarının kobud şəkildə pozulmasından qaçmaq mümkün deyildir. Şəriət çərçivəsində qalmaqla hüquqi institut kimi köləliyi, qadınların, qeyri-müsəlmanların ayrı-seçkiliyinin bütün formalarını və çalarlarını ləğv etmək də mümkün olmayacaqdır . Şəriət çərçivəsində ənənəvi islahat texnologiyası ilə islahatın lazımi səviyyəsinə çatmaq vacibdir. Bu cür islahat səviyyəsinə yalnız Mədinə dövrünün aydın və müəyyən olunmuş mətnlərini məhdud tarixi vəzifələrini yerinə yetirmiş mətnlər kimi bir kənara qoymaqla və əvvəllər təcrübi tətbiq üçün yararsız sayılan, amma indi bizə yeganə d üzgün yol göstərən Məkkə dövrünün mətnlərinə müraciət etməklə çatmaq mümkündür.

Belə yanaşma isə əvvəllər bizim müəyyən etdiyimiz kriteriyalar əsasında i slam qanunlarının bütün ümumi insan hüquqları ilə uyğunlaşdırılması üçün təklif edilir. Burada o halda uğur əldə etmək mümkündür ki, biz müsəlmanları cinsindən və dinindən asılı olmayaraq hər kəsi şərəf və insan hüququ cəhətdən özünə bərabər saymalarına inandıra bilək. Burada müsəlmanları övliya, bir-birinin dostu və silahdaşı olmağa və qeyri-müsəlmanlardan kənar durmağa çağıran ayələrin artıq bu gün niyə tətbiq edilə bilməyəcəyini aydınlaşdırmaq lazımdır. Eynilə göstərmək lazımdır ki, Quranın kişilər tərəfindən qadınlar üzərində himayəçilik tətbiq edilməsini sanksiyalaşdıran ayəsinin və qadınlara qarşı ayrı-seçkilik qaydalarını müəyyənləşdirən digər ayələrinin tətbiqi daha mümkün deyildir.

İndi, bütün insanların yer üzündə dinc yanaşı yaşaması həyati zərurətə çevrildiyi bir vaxtda, müsəlmanlar Mədinə dövrünün Qurandakı məhdud tarixi əhəmiyyətli müsəlman birliyi ideyasına yox, Məkkə dövrünün Quranındakı ümumi həmrəylik haqqındakı əbədi ideyalara istinad etməlidirlər. Öz əvvəlki mövqelərində qalmaqla müsəlmanlar yalnız qeyri-müsəlmanların əks-reaksiyasını qazanırlar və onları özlərinə qarşı birləşməyə məcbur edirlər, əlbəttə, bu da dinc yanaşı yaşamaq perspektivini və ümumi insan hüquqlarını qoruyub möhkəmləndirmək yönümündə birgə səyləri heçə endirir.

Çevirdi: Nəriman Əbdülrəhmanlı