SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№4 ---- Qış|2004
ABŞ - güney Azərbaycan və iranliliq kimliyi böhrani
ARİF KƏSKİN

Arif Kəskin Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (ASAM) Yaxın Şərq araşdırmalar şöbəsinin aparıcı mütəxəssisdir. Yaxın Şərq, İran və xüsusilə Güney Azərbaycan onun əsas tədqiqat obyektidir. Bir çox kitab və məqalələrin müəllifi olan A. Kəskinin yaradıcılığında strateji təhlil ön planda dayanır.

ABŞ-ın "İran siyasi sistemini dəyişdirmək" istiqamətindəki fəaliyyəti Güney Azərbaycan milli hərəkatını dünya gündəminə gətirmişdir. İran daxilində islahatçı-mühafizəkar toqquşmasından başqa, digər siyasi hadisələrlə maraqlanmayan dünya ictimaiyyəti Güney Azərbaycan milli hərəkatını öyrənməyə başlamışdır. ABŞ-ın Güney Azərbaycan milli hərəkatına maraq göstərməsini müxtəlif prizmalardan dəyərləndirmək mümkündür. ABŞ-ın Güney Azərbaycana marağı İranda etnik hərəkətliliyin siyasiləşdiyni göstərməkdədir. Bu vəziyyət həm də İranda iranlılıq kimliyinin zəiflədiyini də göstərir. Yazımızın məqsədi iranlılıq kimliyinin zəifləmə prosesinı və bunun İranın gələcəyinə təsirini və bu mənada İranda azərbaycanlıların siyasi durumu və tutumunu dəyərləndirmək olacaqdır. Yazıda ABŞ-Güney Azərbaycan münasibətləri də tarixi baxımdan dəyərləndiriləcəkdir. Yazımızın sonunda ümumi dəyərləndirmələrə əsaslanaraq İranın gələcəyi ilə bağlı mülahizələr irəli sürməyə çalışacağıq.

İRANLILIQ KİMLİYİNİN ÇÖKMƏ PROSESİ VƏ GÜNEY AZƏRBAYCAN

İran çox ciddi və dərin bir böhran içərisindədir. İrandakı böhranı , sadəcə , ABŞ-İran ziddiyyətlərinə, islahatçı-mühafizəkar bölünməsinə və i slam r espublikasında dünyəvilik böhranına bağlayaraq təhlil etmək İranda yaşanan böhranın mahiyyətini tam mənası ilə açıqlaya bilməz. İrandakı böhran bu hadisələrdən kənarda cərəyan etməkdədir. Bugünk ü İranda iranlılıq məfhumu ciddi böhran içərisindədir.

İran müxtəlif etnik qrupların yaşadığı coğrafi siyasi bölgə olmasına baxmayaraq , fars kimliyi ilə eyni mənanı daşımışdır. Fars dili tarix boyu mədəni məhsulların yaradıldığı dil olmuşdur. Bu vəziyyət "İran mədəniyyəti" anlayışını "fars mədəniyyəti" anlayışı ilə eyniləşdirmişdi. Fars dili mədəni istehsal dili olduğu üçün İranda bürokratiya, siyasət və məzhəb dili də olmuşdu. İranda şiə məzhəbi bir çox dini ayinləri fars dilində həyata keçirdiyi üçün fars məzhəbi kimi də tanınmışdır. İran ərazisində fars dilinin tarixi üstünlüyü fars kimliyini də üstün vəziyyətə gətirmişdi. Nəticədə İran kimlik baxımından fars mərkəzli bir kimliyə sahib olmuşdur.

1924-cü ildən sonra İranda ölkə-dövlət layihəsi fars mərkəzli bir iranlılıq kimliyi çərçivəsində nəzəri hala salınmışdır. Pəhləvi xanədanının (1924-1979) fars mərkəzli iranlılıq kimliyi anlayışı şiəliyi bir kənara qoyaraq qədim İranı hədəfə alan bir ölkə-dövlət layihəsi idi. İslamı kənarlaşdıran, fars millətçiliyini əsas götürən pəhləvilərin çökməsi ilə "qədim İranı hədəfə alan", " İslamdan uzaqlaşan" və "qərbyönümlü" fars millətçiliyi də iflasa uğramışdır. 1979-cu il inqilabının nəticəsi kimi i slam respublikası qurulmuşdur. İslam r espublikası "qədim İranı hədəfə alan", "İslamdan uzaqlaşan" və "qərbyönümlü" fars millətçiliyinə qarşı müxtəlif sahələrdə mübarizə aparmışdır. İslam r espublikası bu anlayışa sahib olan fars mərkəzli iranlılıq kimliyini rədd etmiş və "İslam tarixini hədəfə alan" " Q ərbi uzaqlaşdıran" və "şiəliyi əsas götürən" yeni bir fars mərkəzli iranlılıq kimliyi ortaya çıxarmışdır. İslam Respublikası şiəliyə əsaslanan yeni fars mərkəzli iranlılıq kimliyini ortaya atmışdır.

İslam respublikasının dünyəvilik böhranı ilə yanaşı , şiəliklə üst-üstə düşən fars mərkəzli iranlılıq kimliyi də böhran keçirmiş , ideoloji və siyasi platformada iflasa uğramışdır.

Fars mərkəzli iranlılıq kimliliyinin böhran keçirməsi ilə yanaşı , İrandakı digər etnik kimliklər də siyasiləşmişdir. Siyasi hərəkətliliyin enerjisini n mərkəzdən əyalətlərə doğru meyl l ənməyə başlaması nəticəsində mərkəzdənqaçma halları ciddi şəkildə güclənmişdir. Bu vəziyyət İran mərkəzli siyasi istiqamətlərin dəyişmə qabiliyyətlərinin azalması anlamına gəlməkdədir. Başqa cür ifadə etsək, İrandakı siyasi dəyişimin istiqaməti fars mərkəzli iranlılıq kimliyinin dəyişəcəyini göstərir.

İranda siyasi inkişafın mahiyyətinə baxıldığında mərkəzdənqaçma halları əsas və müəyyənedici hadisələrə çevrilməkdədir. İslam r espublikası fars mərkəzli iranlılıq kimliyinin hərbi, inzibati və siyasi dayağı kimi özünü göstərir. İslam respublikasının çökməsi iranlılıq kimliyinin ciddi ölçüdə dəyişməsinə yol açacaqdır. İran r espublikasının yıxılması ilə İran parçalanmasa da, etnik kimlikləri diqqətə alan yeni bir quruluşun ortaya çıxması ehtimalı xeyli yüksəkdir.

İRANLILIQ KİMLİYİNİNİ BÖHRANA APARAN YOL

1991-ci ildə "soyuq müharibə"nin bitməsi ilə dünya sisteminin mahiyyəti dəyişməyə başlamışdır. İkiqütblü dünyanın sona çatması nəticəsində kommunizm iflasa uğramış və ABŞ-ın hegemonluğuna yol açan bu dəyiş ik liklə dünyada neoliberalizm güc qazanmışdır. Dünya sistemində neoliberalizmin güclənməsi qloballaşma prosesini çoxçeşidli siyasi-ictimai və mədəni nəticələri olan siyasi bir hadisə halına gətirmişdir. Yeni qlobal sistem qarmaqarışıq, ziddiyyətli və kompleksli bir quruluş halına düşməyə başlamışdır. Bu qarmaq a rışıq və ziddiyyətli sistem bəzi kimliklərə şübhə doğurmaqla yanaşı , bir sıra yeni kimlikləri də siyasi arenaya gətirmişdir. Qloballaşma prosesi İranda kimlik baxımından fars mərkəzli i ranlılıq anlayışına şübhə ilə yanaşmağa başlamışdır.

1979-c u ildən sonra İslam/şiə mərkəzli bir totalitar sistemin iflası kimlik baxımından fars mərkəzli iranlılıq anlayışına ciddi zərbə vurmuşdur. İran İslam Respublikasının öz siyasi davranışlarını şiə-islam yorumu ilə əsa s landırmağa çalışması İranda siyasi islam anlayışına da ciddi zərbə vurmuşdur. İran İslam Respublikasının bir siyasi rejim kimi dünyəvilik böhranı şiə-islam böhranını da özü ilə gətirmişdir. İranda şiə - islamın siyasi səviyyədə böhrana uğraması iranlılıq kimliyini də böhrana düçar etmişdir. Çünki şiə-islam anlayışı iranlılıq kimliyinin təməl daşı olmuşdur. İranlılıq kimliyinin təməl daşı olan şiə-islam anlayışının böhrana düşməsi ilə iranlılıq kimliyi də böhrana düşmüşdür.

İran siyasi sisteminin totalitar məzmunu İran r espublikası üçün də ziddiyyətli bir nəticə doğurmuşdur. Totalitar kimliyi səbəbindən o, xalqı siyasi səfərbərlik halında saxlamaq üçün cəmiyyəti siyasiləşdirməyə çalışmışdır. Həm 1979-cu il inqilabının təsiri ilə, həm də i slam respublikasının totalitar mahiyyəti səbəbindən siyasiləşən xalq siyasi sistem daxilində özünü tapa bilməmişdir. Dövlət öz siyasi hədəfləri üçün səfərbər etdiyi xalqın ehtiyaclarını qarşılamaqda bacarıqsız olmuşdur. "Yeni insan, yeni cəmiyyət"” şüarı ətrafında müxtəlif sahələrdə şiddət və təzyiqi əsas götürən bir forma sərgiləmişdir. Bu vəziyyət siyasi sistemdə ciddi böhrana yol açmışdır. Xalq hər şeydən kənarlaşdırılmış və iqtidar barmaqla sayılacaq qədər insanın əlinə keçmişdir. Belə bir vəziyyət i slam r espublikası ilə İran xalqı arasında ziddiyyətli məsafənin daha da böyüməsinə yol açmışdır.

İran 1979-cu ildən sonra ciddi əhali artımı ilə qarşılaşmış və 24 il içərisində İranın əhalisi 2 dəfə artmışdır. Ciddi əhali artımı ilə üzləşən İran iqtisadi sahədə də bacarıqsız olmuşdur. Nəticədə İranda kütlə yoxsullaşma ğ a başlamışdır. Bu da gənc yaşlı əhali arasında işsizliyin xeyli artmasına səbəb olmuşdur.

İran cəmiyyəti çox geniş bir çevrəni əhatə edən çoxşaxəli böhran yaşamaqdadır. Bütün bu böhranlar iranlılıq kimliyinin şübhə altına alınması ilə nəticələnmişdir. Çünki bu böhranlarla bərabər fars kimliyini əsas götürən İranda bütün ideologiyalar və qurumlar iflasa uğramışdır. Bu prosesin məntiqi nəticəsi olaraq islamçı qruplar öz etibarlarını itirmişlər və başqa bir prosesin davamı olaraq sol qruplar da səfərbərlik güclərini itirmişlər. Belə bir siyasi ortamda etnik milliyyətçilik güc qazanmağa başlamışdır.

GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ YÜKSƏLİŞİ

Fars mərkəzli iranlılıq kimliyinin böhranı daha çox Guney Azərbaycanda özünü göstərir. İran tarixində türklər, xüsusilə də Azərbaycan türkləri hər zaman müəyyənedici rol oynamışlar. 1925-ci ildən əvvəl İran uzun müddət türk xanədanları tərəfindən idarə olunmuşdur. 1925-ci ildən sonra İranda iqtidar türklərin əlindən çıxsa da, onlar hər zaman öz müəyyənedici durumlarını qoruyub saxlamışlar. Çünki azərbaycanlıların İran əhalisi arasında çoxluğa sahib olması və siyasi hadisələrə qarşı həssas və açıq olmaları səbəbindən onlar İrandakı siyasi hərəkatlılıq daxilində də ya aparıcı rol oynamışlar, ya da hərəkat daxilində çox mühüm işlər görmüşlər. Azərbaycanlılar həm 1906-cı ildəki Məşrutiyyət inqilabında, həm də 1979-cu il İran İslam inqilabında əsas və aparcı rol oynamışlar. İranda "Təbriz istəməzsə , heç bir dəyişiklik olmaz" ifadəsi də bu tarixi gerçəkliyi əks etdirir.

İranda türklər uzun müddət iqtidarda olsalar da, farslara və digər etnik qruplara laqeyd olan və türk kimliyinə əsaslanan bir dövlət qurmamışlar. İranda uzun müddət iqtidarda olan türk xanədanları fars dilinə hər zaman say ğ ı göstərmiş və onun inkişafında və yayılmasında önəmli rol oynamışlar. 1924-cü ildən sonra iqtidarı ələ keçirən fars milliyyətçiləri isə çox fərqli davranmışlar. Türk kimliyini yox etmək üçün çoxşaxəli bir assim ily asiya prosesinə başlamışlar. Türk xanədanlarının say ğ ılı davranışlarına rəğmən farsların iqtidarı ələ keçirdikdən sonra türklərin əleyhinə yönəlmiş siyasət həyata keçirmələri Azərbaycan-türk kimliyinin siyasi səviyyədə meydana çıxmasının əsasını və təməl tarixi bilincini təşkil edir.

Azərbaycan-türk kimliyinin siyasiləşməsi üçün aşağıdakı qlobal, sosial, siyasi, mədəni və regional şərtlər zəmin hazırlamışdır:

  • 1979-cu ildən bu günə qədər totalitar sistemin müəyyənedici faktoru kimi görünən və İranın ər a zi bütövlüyünün əsası olan siyasi islamın (şiə) iflası;
  • Dövlətin iqtisadi bacarıqsızlığı və xalqın kütləvi surətdə yoxsullaşması;
  • İnqilabın təsir dairəsində olan toplumun siyasiləşməsi;
  • İran miqyasında səfərbərlik gücünə sahib olan və cəmiyyəti mərkəzə bağlayan ideologiyaların çökməsi (kommunizm, siyasi islam);
  • Beynəlxalq sistemdə kommunizmin çökməsi və Orta Asiya və Qafqazda türk respublikalarının qurulması və bu regionlarda 1988-ci ildən sonra artmaqda olan türkçülük hərəkatı;
  • Şimali Azərbaycan Respublikasının qurulması, Qarabağ problemi və Əbülfəz Elçibəy faktoru;
  • Kommunizmin çökməsi və neoliberalizmin beynəlxalq sistemdə güclənməsi;
  • Qloballaşma prosesi;
  • Dövlətin totalitar quruluş səbəbindən meydana çıxan siyasi durğunluq və siyasi sistemin darlığı;
  • Dövlətin müxalifəti əzməsi və onun fəaliyyətinə imkan verməməsi.

Dünya İranda islahatçı–mühafizəkar toqquşmasından başqa heç bir siyasi hadisə ilə maraqlanmasa da , İran əhalisinin aşağı təbəqəsi ciddi bir təbə dd ü l a t keçirir. İranda iranlı kimliyni ayaqda saxlayacaq bütün faktorlara ciddi ölçüdə zərbə vurulmuşdur. Bu vəziyyət İran kimliyinin şübhə doğurması ilə nəticələnmişdir. İranda adəmi-mərkəziyyətçi siyasi düşüncənin başlıca və müəyyənedici faktoru kimi meydana çıxmışdır. Güney Azərbaycan m illi h ərəkatının böyüməsi tamamilə bunun bir əlamətidir. Aşağı təbəqədəki siyasi proseslərin dinamizmi islahatçı mühafizəkar toqquşması olmaqdan çıxmış, tamam başqa bir istiqamət almışdır. Belə ki, bu gün Güney Azərbaycanda milli anlayış əsas və dominant anlayış halına gəlmişdir. Dəyişiklik tələblərinin də dinamizmi Güney Azərbaycandan gələn milli hərəkatdadır. Güney Azərbaycan milli hərəkatı potensial olaraq Güney Azərbaycandakı siyasi proseslərin dinamizminin ana xəttini təşkil etməkdədir. Güney Azərbaycan m illi h ərəkatının heç bir alternativi yoxdur.

Yuxarıdakı faktorlar Güney Azərbaycanın siyasi öncəliklərini dəyişdirmişdir. Milli kimlik arayışı əsas və müəyyənedici siyasi öncəlik halına gəlmişdir. Güney Azərbaycan tarix boyu öz siyasi enerjisini ya sağa, ya da sola sərf etmişdir. İndi isə solçuların və sağçıların siyasi enerjisi Güney Azərbaycan məsələsinə doğru yönəlməkdədir. Başqa cür desək, Güney Azərbaycan m illi h ərəkatı çox fərqli siyasi enerjiləri özündə birləşdirən bir mərkəzə çevrilməkdədir.

ABŞ-GÜNEY AZƏRBAYCAN YAXINLAŞMASINA TARİXİ -ANALİTİK BAXIŞ

ABŞ İran siyasətini "İran siyasi sistemini dəyişdirmək" istiqamətində müəyyənləşdirməklə yanaşı, çeşidli siyasi arayışlar içərisindədir. ABŞ məhz bu baxımdan Güney Azərbaycan milli h ərəkatı ilə yaxınlıq etməyə başlamışdır.

Güney Azərbaycan m illi h ərəkatına tarixi prizmadan baxıldıqda bu yaxınlaşma tarixdə ilk dəfədir ki, gerçəkləşir. Yaxın tarixdə üç dəfə fərqli bir şəkildə ABŞ tərəfindən Güney Azərbaycana münasibət göstərilmişdir:

Amerika 1906-cı ildən sonra İranda baş verən Məşrutiyyət inqilabında azərbaycanlıları dəstəkləmişdir. 1906-cı il Məşrutiyyət hərəkatında bəzi amerikalılar azərbaycanlıların sıralarında bu inqilaba qarşı çıxanlarla savaşmışlar. Təbrizdə tarix müəllimi işləyən Huvart Baskervil adlı bir amerikalı azərbaycanlı məşrutiyyətçilər arasında həlak olmuşdur. Azərbaycanlılar tərəfindən qurulan Demokrat P artiyasının dəvəti ilə İranda inzibati və siyasi islahatlar həyata keçirməyə gələn Murqan Şüster M əşrutiyyət əle y hdarları tərəfindən 1911-ci ildə devrilmiş, bu hadisə ilə də M əşrutiyyət hərəkatı sona çatmışdır. Amerikalılar 1906-1911-ci illər arasında cərəyan edən Məşrutiyyət İ nqilabını və bu hərəkatın təməl dinamiti olan azərbaycanlıları dəstəkləmişlər;

ABŞ-ın Güney Azərbaycana ikinci münasibəti 1944-1945-ci illərdə meydana çıxmışdır. 1944-1945-ci illərdə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli h ökumət qurulmuşdur. Güney Azərbaycanda qurulan M illi hökumət SSRİ-yə yaxınlığı səbəbindən ABŞ tərəfindən qəbul edilməmişdir. Güney Azərbaycanda kommunist dövlət qurulacağından ehtiyat edən Amerika bu hökuməti devirmək üçün ciddi fəaliyyət göstərmişdir. ABŞ SSRİ ordusunun Azərbaycandan çıxarılmasına nail olmuş və bunun ardınca Tehran ordusu amerikalı general Şvartskopfun komandanlığı altında Azərbaycana hücum etmişdir. 1944-cü ildə Güney Azərbaycanda qurulan M illi hökumət 1945-ci ildə ABŞ-ın dəstəyi ilə devrilmişdir.

ABŞ İran İslam Respublikasını dəyişdirmək məqsədilə üçüncü dəfə Güney Azərbaycana maraq göstərməyə başlamışdır. ABŞ-ın İrandakı siyasi sistemi dəyişdirmək niyyəti baxımından g üney azərbaycanlılara maraq göstərməsi gözlənilən bir siyasi hadisədir. Çünki azərbaycanlılar İran əhalisi arasında çoxluğa sahibdirlər və onlar siyasi hadisələrə qarşı həssas və açıq olduqları üçün İrandakı siyasi yaşam içərisində aparıcı rol oynaya, ya da siyasi hərəkatlar arasında mühüm işlər görə bilərlər. Azərbaycanlılar həm 1906-cı il Məşrutiyyət inqilabında, həm də 1979-cu il İran İslam i nqi la bında əsas və müəyyənedici qüvvə olmuşlar . İranda "Təbriz istəməzsə, heç bir dəyişiklik olmaz" ifadəsi də bu tarixi gerçəkliyi sübut edir.

ABŞ-ın Güney Azərbaycana maraq göstərməsi onun İran daxilində Azərbaycanın bu tarixi funksiyasını qəbul etdiyini açıq-aşkar sübut edir. ABŞ-ın g üney azərbaycanlılara yaxınlaşmasının digər bir səbəbi isə bugünk ü İranda Güney Azərbaycan m illi h ərəkatı qədər geniş gücə və təsir dairəsinə sahib olan heç bir siyasi hərəkatın olmamasıdır. Fars millətçiliyi əsasında qurulan partiyalar İran daxilində ciddi nüfuza sahib deyillər. Bu səbəbdən İranda mərkəzdənqaçma qüvvələri xeyli güclənmişdir. Bu mərkəzdənqaçma hərəkatları içərisində Güney Azərbaycan öz ağırlığını ciddi şəkildə ortaya qoymağı bacarmışdır. ABŞ-ın Güney Azərbaycana yaxınlaşmasının altında həm İran daxilindəki azərbaycanlıların tarixi ağırlıqlarından faydalanmaq, həm də 1979-ci ildən sonra ciddi şəkildə güclənən Güney Azərbaycan m illi h ərəkatının siyasi enerjisindən öz strateji maraqları baxımından faydalanmaq durur.

Amerika ilk dəfə bu əsrin əvvəlində Rusiya və İngiltərənin nüfuzunu məhdudlaşdırmaq üçün 1906-11-ci illərdəki Məşrutiyyət inqilabını və bu inqilabda aparıcı rol oynayan azərbaycanlıları dəstəkləmişdir. 1944-45-ci illər arasında Güney Azərbaycanda qurulan M illi hökumət Amerika tərəfindən SSRİ və kommunizm nüfuzunu əngəlləmək üçün devr il mişdir. Amerika yeni dövrdə İran siyasi sistemini dəyişdirmək niyyəti ilə yenidən g üney azərbaycanlıları dəstəkləməyə başlamışdır.

NƏTİCƏ VƏ ÜMUMİ DƏYƏRLƏNDİRMƏ

İranlılıq kimliyi çox dərin bir böhran içərisindədir. Bu vəziyyət İ randakı dəyişikliklərin gələcəkdə hansı istiqamət alacağı baxımından müəyyən ip ucları irəli sürür. İran İslam Respublikasının yıxılması sadəcə rejim dəyişikliyi deyil, daha fərqli dəyişikliklərə yol aça biləcəyi ehtimalı olduqca yüksəkdir. İranda kimlik səviyyəsində fars mərkəzli iranlılıq yerinə digər etnik qrupların da təmsil olunacağı bir siyasi formanın meydana çıxması mümkün ola bilər. Belə bir vəziyyətdə İrandakı əhali arasında çoxluğa və siyasi həssaslığa malik olan azərbaycanlılar önəmli bir siyasi faktor halına gəlməkdədir. ABŞ-ın g üney azərbaycanlılara yaxınlaşması da bu prizmadan təhlil edilməlidir. ABŞ i slam r espublikası rejiminin yıxılmasından sonra meydana çıxa biləcək etnik formalaşmada söz sahibi olmaq istəyir. O, gələcəkdə İrandakı etnik hərəkatları öz strateji mənafeləri çərçivəsində şəkilləndirmək niyyətindədir.