SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№4 ---- Qış|2004
Müsəlman xarici siyasəti mövcuddurmu?
Xəzər hövzəsi məsələsi
BRENDA ŞAFFER

Brenda Şaffer Harvard Universiteti, Kennedi İdarəçilik Məktəbində Xəzər Araşdırmaları Proqramının direktorudur. Bu məqalə xarici siyasətin formalaşmasında mədəniyyətin roluna dair geniş həcmli layihənin bir hissəsidir. Bax: Brenda Shaffer, ed. The Limits of Culture: Foreign Policy, Islam and The Caspian (Cambridge: MIT Press, Forthcoming).

Dünyada Samson dövlətləri varmı? Bibliyada, hakimlərin kitabında Samson Allaha son arzusunu bildirərkən ona hətta ölümü bahasına belə öz düşmənlərini məhv edə biləcək güc verilməsini diləyir. Samson Allahdan gözə görünmədən yox olmaq qabiliyyəti, kor gözlərinə nur, yaxud öz hümmətinə əbədi vətən və ya digər maddi şeylər də istəyə bilərdi. Buna baxmayaraq, o öz həyatını qurban vermək bahasına düşmənlərini məhv etməyi üstün tutur. Samson bəşər övladı idi, onu insani hisslər idarə edirdi. Bu gün dünyada öz varlıqlarını - təhlükəsizliklərini mədəni irsin doğurduğu hisslərə və yaxud ideoloji məqsədlərə qurban verə biləcək dövlətlər varmı? Ümumiyyətlə, dövlətlər öz inancları, tarixləri və yaxud mədəni baxışlarının tələbləri y lə hərəkət edərək samsonsayağı qərarlar çıxara bilərmi? Nəhayət, müsəlman dövlətləri Samson dövlətinə başqalarından daha çoxmu oxşayır?

Mədəniyyət - xüsusilə də mədəniyyətin bir forması olan din hər bir ölkənin xarici siyasətinin izahında başlıca amilə çevrilmişdir. Ölkələrin öz xarici siyasətlərini necə formalaşdırmaları ilə bağlı mədəniyyət amilinə əsaslanan izahlar ümumi intuitiv düşüncə ilə səsləşdiyindən daha geniş müdafiə olunur. Samuel Hantinqtonun mədəniyyətin ən aparıcı rola malik olduğunu iddia edən məşhur "Mədəniyyətlərin toqquşması" əsərinin nəşrindən sonra ötən on il ərzində tənqidçilərin əksəriyyəti onun bu toqquşmaların qaçılmazlığı fikrinə ciddi etiraz etsə də, bəziləri həmin müəllifin xarici siyasətlərin müəyyən edilməsində mədəniyyətin mərkəzi rol oynaması fikri y lə razılaşır.

11 sentyabrda baş verən terror aktları və onun ardınca müsəlman ölkələrinin buna reaksiyası, eləcə də Əfqanıstan müharibəsi mədəniyyətin xarici siyasətə təsiri məsələsi y lə bağlı müzakirələri yenidən gündəmə gətirdi və çox guman ki, hər bir dövlətin xarici siyasətində mədəniyyətin aparıcı rol oynaması (xüsusilə də İslam dininin müsəlman dövlətlərinin xarici siyasətinə təsiri) fikrinə tərəfdar çıxanlara haqq qazandırdı. Qərb təhlilçiləri İslamın əsas ehkamlarını anlaya bilmək və müvafiq Quran ayələrinin nüvə silahlarından istifadə, sülhüqoruma missiyaları və müqəddəs Ramazan ayında hərbi əməliyyatların aparılması kimi son dərəcə fərqli xarici siyasət məsələlərinə necə uyğunlaşdırılması üzərində baş sındırırlar. Bir çox müsəlman ölkələrinin xarici siyasət seçimlərinin əsasını dini doktrinaların təşkil etməsi fikri çoxdan qəbul olunmuş bir düşüncədir və bu dövlətlərin liderləri, çox güman ki, generallara və iqtisadçılara üz tutduqları qədər İslam üləmaları ilə də tez-tez məsləhətləşirlər. Akademik jurnallarda və qəzetlərdə bu mövzu ilə bağlı məqalələrin çoxluğu belə suallar doğurur: Müsəlman dövlətləri qeyri-müsəlman dövlətlərindən fərqli hərəkət edirlərmi? Müsəlman dövlətləri Qərb dövlətlərinin etibarlı müttəfiqləri ola bilərlərmi?

İnsanlar fərd və ya qrup şəklində çox vaxt mənsub olduqları mədəniyyətlərdən asılı hərəkət edirlər 1 . Mədəniyyətlə dövlət siyasəti arasındakı əlaqələrlə bağlı bir çox arqumentlər insanların düşüncə və davranışlarını dövlətə si r a y ət etdirir. Ancaq insan elə bir unikal məxluqdur ki, o, özünü qısqanclıq və qalib gəlmək arzusu kimi hisslərinə qurban verə bilir. Dövlət isə fərdi insandan fərqli əsaslara dayanaraq qərar çıxarır və yaxud qərar çıxararkən bu prosesdə iştirak edən bütün insanların görüşlərinin məcmusuna əsaslanır. Bundan əlavə, bir çox hallarda dövlətin hakim rejiminin yeritdiyi təhlükəsizlik strategiyası çoxluq təşkil edən əhalinin mədəniyyətinin doğurduğu hisslərin tələblərindən fərqli olur. Məsələn, Pak i stan, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrdə əhalinin antiamerikan əhval-ruhiyyəsi y lə hakim elitaların yeritdiyi, mahiyyətcə amerikanpərəst siyasətlər arasında dərin bir uçurum var. Çünki bu ölkələr öz ordu quruculuğu və təhlükəsizlik sistemlərini ABŞ-la sıx əməkdaşlıq əsasında inkişaf etdirirlər. Ölkə əhalisinin mədəniyyəti y lə bu ölkələri idarə edənlərin yeritdiyi xarici siyasətlər çox vaxt bir-birinə uyğun gəlmir.

Xarici siyasətin formalaşmasında mədəniyyət amilinin həlledici rolu ilə bağlı fikirlər həqiqət olardısa, İran İslam Respublikasının da daxil olduğu Xəzər regionu bu postulatı təsdiqləyən sanballı dəlillər təqdim edə bilərdi 2 . Sovet İttifaqının dağılmasından sonrakı dövrdə region ölkələrinin xarici siyasətlərinin təhlili buradakı müsəlman dövlətlərinin xarici siyasət seçimlərinin təşəkkülündə İslam dinin in rolunu aydın üzə çıxara bilər. İran da daxil olmaqla , regiondakı müsəlman dövlətləri ən vacib maddi maraqlarını (təhlükəsizlik və rejimlərin qorunub saxlanılması) dini maraqlara sədaqətli qalmaq prinsipi ilə uzlaşdıra bilirlərmi?

İRAN: İSLAM DINI ILƏ SIYASƏT OYUNU

Nəzəri cəhətdən İran İslam Respublikası bir ölkənin xarici siyasətinə İslam dininin xüsusi təsir göstərə bilməsinin bariz nümunəsi olmalıdır. Çünki bu gün dünyada çox az dövlət tapılar ki, öz ideologiyasının rəsmi qaydada mədəniyyətə, konkret halda isə dinə əsaslandığını bu qədər aydın şəkildə bəyan etsin və dövlətin bir alət kimi bu ideologiyaya xidmət etdiyi təsəvvürünü yaratmış olsun. Ancaq İranın Mərkəzi Asiyaya və Qafqaza münasibətdə yeritdiyi siyasət və onun bu bölgələrdəki praktik fəaliyyəti dövlətin bəyan etdiyi ideologiya ilə onun maddi maraqlarının di k tə etdiyi siyasət arasındakı uyğunsuzluğun ən bariz nümunəsi ola bilər.

Sovet İttifaqının süqutu və bunun ardınca İranla həmsərhəd olan, yaxud onun yaxınlığında yerləşən altı müsəlman respublikasının müstəqillik əldə etməsi öz mədəniyyət maraqlarının təsir dairəsini genişləndirə və İslam dini dəyərlərini ixrac edə bilməsi üçün İrana müəyyən imkanlar yaratdı. Eyni zamanda, bu yeni dövlətlərdə İrandakı hakim rejimin stabilliyi üçün potensial təhlükə törədə biləcək çağırışlar meydana çıxdı. Nəticədə İranın Mərkəzi Asiya və Qafqaz ölkələrindəki siyasəti başlıca olaraq təhlükəsizlik və iqtisadi əsaslar üzərində quruldu. İslamın təbliği və digər müsəlman xalqlarının problemləri y lə bağlı məsələlər Tehranın regiondakı fəaliyyətinin yalnız çox az bir qismini təşkil etdi. Beləliklə, dövlətin maddi maraqları " i slam həmrəyliyi"nə dair öhdəliklərlə ziddiyyət təşkil etdiyi hallarda Tehran həmişə təhlükəsizlik və iqtisadi mənfəətlərinə üstünlük verdi. Əlbəttə, İran öz maddi dövlət maraqlarını təmin etmək üçün qonşu rejimlərə müqavimət göstərmək və yaxud onları öz siyasətlərində dəyişikliklər etməyə zorlamaq vasitəsi kimi mədəniyyət eyniliyindən tez-tez istifadə edir. O, rəsmi əlaqələrinin zəif olduğu Özbəkistan və Azərbaycan kimi müsəlman ölkələrinə münasibətdə radikal islamçılara və rejim əleyhdarı hərəkatlara rəvac verir, amma mövcud rejimi Tehranla yaxşı əlaqələr quran Türkmənistan kimi dünyəvi ölkələrə münasibətdə bu niyyətindən əl çəkir.

İran nümunəsi dövlətin öz siyasi qərarları barədə verdiyi ritorik bəyanatlarla faktiki olaraq yeritdiyi siyasət arasında ciddi fərq olduğunu aydın şəkildə əyani nümayiş etdirir. İran liderləri " i slam həmrəyliyi" barədə rəsmən geniş bəyanatlar versələr də , bu bəyanatlar Xəzər regionunda, xüsusilə də İranın təhlükəsizliyinə və yaxud buradakı mövcud rejimin qorunub saxlanılmasına təhdid törədə biləcək əngəllərin mövcud olduğu yerlərə münasibətdə İranın xarici siyasət seçimində öz əksini tapmır.

Son on ildə Tehran Xəzər regionunda bir neçə xarici siyasət dilemması ilə üzləşib. Üç regional münaqişədə Tehranın maddi maraqları ilə şəriət əsaslı maraqları bir-birinə zidd olub: Dağlıq Qarabağ münaqişəsi ( x ristian Ermənistanla şiə-müsəlman Azərbaycan qarşıdurması), Çeçen münaqişəsi (müsəlman ç eçen lərlə Moskva qarşıdurması) və Tacikistanda vətəndaş müharibəsi (Moskva ilə qarşıdurmada Tacikistanın İslamçı Dirçəliş Partiyasının himayə edilməsi). Hər hadisədə Tehran maddi dövlət maraqlarını elan etdiyi İ slam ideologiyasından üstün tutmuş, müsəlmanlar l a deyil, qeyri-müsəlmanlarla əməkdaşlığa üstünlük vermişdir.

Bu üç məsələ ilə bağlı İranın yeritdiyi xarici siyasətdən ən çox söz-söhbətə səbəb olanı onun Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsidir 3 . Bu regionda əhalisinin əksəriyyəti şiə-müsəlmanlardan ibarət yeganə ölkə olan Azərbaycan Ermənistanla müharibədə ərazisinin 20%-ni itirmiş, əhalisinin təqribən onda biri qaçqın vəziyyətinə düşmüşdür. Azərbaycandakı müsəlman qardaşlarının halına dərindən acımaqla bağlı verdiyi bəlağətli, ritorik bəyanatlara baxmayaraq, İran Ermənistanla münasibətlərə açıq-aşkar böyük üstünlük verir. İran dövlətinin təhlükəsizlik siyasəti Azərbaycanla Ermənistan arasındakı münaqişədə öz istiqamətini dəyişir, çünki İran etnik cəhətdən çoxmillətli bir ölkədir. İran əhalisinin yarısını qeyri-fars azlıqları təşkil edir. Əhalinin üçdə birini təşkil edən azərbaycanlılar sayca ən böyük azlıq qrupudur 4 . İranın Azərbaycan Respublikası ilə həmsərhəd olan şimal-qərb əyalətlərində yerləşən yaşayış məntəqələrinin əksəriyyətində azərbaycanlılar məskunlaşmışlar. İranın bu regionda əsas məqsədlərindən biri İran Azərbaycanında muxtariyyət tələblərinə və qeyri-sabitliyə, eləcə də bütövlükdə İrandakı azərbaycanlılar arasında etnik əsasda baş qaldırmalara səbəb ola biləcək meyllərin qarşısını almaqdır. Bu məqsədinə nail olmaq üçün İran Azərbaycanı qonşuluğundakı xristian əsilli Ermənistanla müharibədə dəstəkləməməyi qərara alıb. İran Bakının bu münaqişədə boğulmasını istəyir 5 . Yerevanın və Dağlıq Qarabağ ermənilərinin İrana sülh danışıqları prosesində iştirak etməyi təklif etmələrini, Azərbaycanla Ermənistan sərhədində İran müşahidəçilərinin yerləşdirilməsini istəmələri də daxil olmaqla, digər vasitəçilər arasında Tehrana daha çox üstünlük verdiklərini ifadə etmələrinin İran tərəfindən təkrar-təkrar yüksək qiymətləndirilməsi İranın Ermənistana ilıq münasibət bəsləməsinin ən bariz əlamətlərindən biridir. Bunun əksinə, Azərbaycan liderləri həmişə İranın danışıqlarda iştirakının əleyhinə olmuşlar. Azərbaycanda həm rəsmi iqtidar, həm də müxalifət mətbuatı ardıcıl olaraq Tehranı Yerevana yardım etməkdə günahlandırır. Azərbaycanlılar Şuşanın işğalını və digər böyük it k ilərini Tehranın ayağına yazır və məhz İranda qondarma sülh sammiti keçirilərkən Şuşaya hücum edildiyini xüsusi vurğulayırlar. Tehranın Xəzər regionuna münasibətdə yeritdiyi siyasət bir ölkənin xarici siyasətində monolit təsəvvürün əksinə olaraq bir-birindən fərqli, müxtəlif fikirlərin formalaşmasına, qərarçıxarma prosesində geniş plüralizmə yol verilməsinə yaxşı nümunə ola bilər ( B u isə ehkamçı xarici siyasət yeridilməsinə ciddi əngəl törədir). İran mətbuatı xarici siyasətlə bağlı diskussiyalarla doludur, xarici siyasət məsələləri tez-tez İran parlamentində - Məclisdə açıq müzakirə edilir. Xarici İşlər Nazirliyi İranın maddi dövlət maraqlarının inkişaf etdirilməsində getdikcə daha çox rol oynayır. Bunun əksinə olaraq sərt xətt tərəfdarları Tehranın bütün dünyada İslam dininin liderinə və ölkə hüdudlarından kənardakı din qardaşları ilə həmrəyliyin carçısına çevrilməsini arzulayır və Xarici İşlər Nazirliyinin yeritdiyi siyasəti, xüsusilə də İranın "Cumhuriye-İslami" qəzetində, tez-tez tənqid atəşinə tuturlar.

XƏZƏR HÖVZƏSINDƏ MÜNAQIŞƏ VƏ ƏMƏKDAŞLIQ

Qafqaz və Mərkəzi Asiyadan danışarkən bu dövlətlərin xarici siyasətlərinə təsir mənbələrinin və regiondakı münaqişələrin başlıca səbəblərinin izahında çox zaman tarixi irsə və mədəniyyət fərqliliklərinə (müsəlmanlar və xristianlar) ağırlıq verirlər 6 . Dövlətin inkişaf etdirdiyi və əhalinin birliyini təmin etmək üçün istifadə etdiyi tarixi faktlar və əfsanələr gündəm məsələsi kimi çox zaman ölkə daxilindəki müxtəlif müasir siyasi qüvvələr tərəfindən formalaşdırılır: məsələn, qonşunu düşmən kimi qələmə verə bilən tarixi hadisələr əhalinin mütəşəkkilliyini gücləndirir. Ancaq tarix və ya "keçmiş nifrət" münaqişə törənməsini di k tə edə bilməz.

Sovetlərin süqutunun ilk dövrlərində Türkiyə Ermənistan və Azərbaycana qarşı tarazlaşdırılmış siyasət yürütməyə cəhd göstərirdi. Yalnız Azərbaycan Dağlıq Qarabağda ciddi məğlubiyyətlərə uğradıqdan və yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətinə düşdükdən sonra Ankara Bakının tərəfini saxlayan məhdud addımlar atdı. Türk hökuməti Dağlıq Qarabağ məsələsi Türkiyədə siyasi baxımdan ciddi faktora çevriləndə öz siyasətində bu dəyişikliyə yol verdi. Bu anlamda, yəni siyasi elita ölkə daxilində geniş miqyasda coşan hissləri cavablandırmaq məcburiyyətində qalanda mədəniyyət amili xarici siyasətə təsir göstərir. Adətən dövlətin təhlukəsizliyinə və onun qorunub saxlanılmasına üstünlük verən dövlət elitasının yeritdiyi siyasətlə geniş ictimaiyyətin mədəniyyət eyniliyi ilə motivasiya edilən maraqları arasındakı boşluğun mövcudluğu dövlətin mədəniyyət eyniliyi ilə bağlı maraqlarını maddi maraqlarına tabe etdiyini göstərir.

Müşahidəçilərin də bir çoxu Xəzər regionunda münaqişələrin meydana gəlməsində dini fərqliliklərin əsas rol oynadığına inanır. Buna baxmayaraq, Azərbaycan qonşu Çeçenistandakı dindaşlarına daha az yardım göstərir; bunun əksinə olaraq Gürcüstan xristianları Rusiyadan ayrılmaq istəyən çeçenlərə Moskva ilə ümumi qarşıdurma əsasında daha çox dəstək verdilər. Bəzi analitiklər bu qənaətdədirlər ki, müsəlman Azərbaycanla xristian Ermənistan arasında Dağlıq Qarabağ anklavı üstündə münaqişə dini fərqliliklər səbəbindən baş vermişdir. Ancaq dini ritorika bu münaqişənin meydana çıxmasında və alovlanmasın d a heç bir rol oynamamışdır: praktiki olaraq Azərbaycan tərəfindən digər müsəlman ölkələri və qonşuları arasında heç bir səfərbərlik işi aparılmamışdır və hər iki tərəfin dini liderləri iki dünyəvi xalq arasında baş verən bu münaqişəni dayandırmağa çalışmışlar.

Belə bir fikir də söylənilir ki, ittifaq və koalisiyaların yaradılmasında mədəniyyət ümumiliyi əsas rol oynayır, mədəniyyət fərqlilikləri isə əməkdaşlığa əngəl törədir. Postsovet dövründə Xəzər regionunda meydana çıxan ittifaqlar və əməkdaşlıq faktları bu qənaətlə ziddiyyət təşkil edir. Gördüyümüz kimi, İran Azərbaycanın ziyanına Ermənistanla gözəl əməkdaşlıq əlaqələri saxlayır, halbuki Azərbaycanın da əhalisinin əksər hissəsi , İrandakı kimi , müsəlman şiələrdən ibarətdir. Bundan əlavə, Türkiyə ilə Azərbaycan həm dini, həm də etnik cəhətdən eyni əhaliyə malik olsalar da, Türkiyə dövləti hərbi sahədə Gürcüstanla daha sıx əməkdaşlıq edir.

Xarici siyasətin izah olunmasında mədəniyyət amlinə üstünlük verən analitiklər çox vaxt Rusiya ilə Ermənistan arasındakı yaxın əlaqələri misal gətirirlər: onlar bu ölkələrin hər ikisinin ortodoks xristian kilsəsini paylaşdıqlarını qeyd edirlər. Bəs onda Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginliyini nəylə izah etmək olar? Axı bu halda da hər iki ölkə ortodoks xristian kilsəsinə tapınır? ! Əslində xarici ölkələr yalnız təhlükəsizlik prinsiplərinə əsaslanan ittifaq seçiminə görə mədəniyyət baxımından kateqoriyalaşdırıla bilər. Bunun əksi isə heç cür mümkün deyil. Bu müddəanın doğruluğunu əyani nümayiş etdirmək üçün siyasət alimi Douq Blum Avropa Şurasına, Qərbin digər siyasi və iqtisadi qurumlarına daxil ola bilmək üçün seçkilər keçirən və demokratik ritualları yerinə yetirən Mərkəzi Asiya və Qafqaz ölkələrini misal gətirir 7 . Bundan əlavə, belə bir fikirlə də razılaşmaq olar ki, Səudiyyə Ərəbistanı və Küveytdə, hətta Əfqanıstanda müxtəlif rejimlər tərəfindən əhaliyə qarşı törədilən əməllərə bənzər bir çox fəaliyyətlərə yol verilməsinə baxmayaraq, ABŞ-ın bu ölkələri daha az şeytan qiyafəsində göstərməsi strateji müttəfiqlərin məmnun edilməsində mədəniyyətdən istifadə olunmasının bir nümunəsidir. Ancaq Vaşinqton 11 sentyabr hadisələrinə cavab olaraq gördüyü tədbirlərlə əlaqədar Səudiyyə Ərəbistanın ın loyallığını sorğu-suala tutmağa başlayan kimi qəflətən bu ölkədəki rejimə və mədəniyyət fərqliliklərinə qarşı hücumlar daha aşkar və doğru xarakter aldı.

İSLAM DINI HARALARDA ROL OYNAYA BILƏR?

Xəzər hövzəsi ölkələrində meydana çıxan xarici siyasətlər, qurulan ittifaqlar, eləcə də ideologiyaya daha çox və daha açıq şəkildə üstünlük verən, digər dövlət maraqları hesabına mədəniyyət maraqlarını ilk növbədə genişləndirməyə çalışan dövlətlərin beynəlxalq sistemdə uğursuzluğa düçar olması mədəniyyət arqumentinə münasibətin nəzərəçarpacaq dərəcədə dəyişməsinə səbəb olmuşdur. Buna baxmayaraq, mədəniyyət hər hansı bir rejimin öz ömrünü davam etdirməsi ilə bağlı maddi maraqlarına uyğun gələ, həmin rejimin öz mahiyyəti mədəniyyətin təsirindən asılı da ola bilər. İslam dini də , çox güman ki, xarici siyasət proseslərinin güclü daxili və fərdi təsirlərdən asılı olduğu bir şəraitdə xarici siyasətə təsir göstərə bilər. Beləliklə, Tehran öz xarici siyasət kurslarını hətta onlar rejimin legitimliyini qoruyub saxlamaq doktrinası ilə bir y erə sığmayanda belə "islamçı" kurs kimi təqdim etməkdə davam edəcəkdir.

Hökumətlərin əksəriyyəti öz siyasətlərini mədəniyyət terminləri y lə izah etməyə və onlara bu yolla haqq qazandırmağa çalışırlar. Öz siyasi legitimliklərini gücləndirmək üçün hökumət rəsmiləri öz siyasi seçimlərinin arxasında məhz dövlətin qüdrətinin yüksəldilməsi nin , yaxud dövlətin və ya hakim elitanın iqtisadi gücünün artırılması durduğunu çox nadir hallarda bəyan edirlər. Əksinə, siyasi seçimlər adətən " A llahın iradəsi" kimi uydurma məqsədlərə xidmət edən, "tarixi əlaqələri" davam etdirən bir şey kimi, xaricdəki qardaşların müdafiəsi, insan hüquqlarının qoruma n sı və yaxud inkişafın gücləndirilməsi y lə izah edilir. Son nəticədə biz ölkənin xarici siyasətini onun bəlağətli bəyanlarına görə deyil, faktiki əməllərinə görə təhlil etməliyik.

Müsəlman ölkələrinin xarici siyasətlərini təhlil edən araşdırmaçılar bu qənaətə üstünlük verirlər ki, rəsmi (formal) dini mətnlər dövlətin siyasətinin bələdçisi rolunu oynayır və hətta bir mədəniyyət qrupu daxilində mətnlərin müxtəlif cür şərh olunmasına və seçilməsinə təsir göstərən reallıqlar kompleksini inkar edirlər. Hər hansı bir siyasət təhlilçisinin Almaniya və ya Rusiyanın yeridəcəyi siyasəti qabaqcadan anlamaq üçün İncilə və yaxud İsrailin növbəti addımını anlamaq üçün Tövrata baş vurmasını qeyri-adi, əcaib bir şey kimi qarşılaya biləcəyimiz halda, müsəlman dövlətlərinin siyasətlərini təhlil edərkən bu nəticəyə gəlirik ki, Qurandakı dini öyüdlər bu ölkələrin siyasətlərinin əsasını təşkil edir və bu mətnlərin şərhində guya möhkəm konsensus mövcuddur. "Quran bu və ya digər xarici siyasət məsələsi haqqında nə deyir" sualını vermək əvəzinə biz əslində "Quran bu və ya digər spesifik xarici siyasət prosesinin formalaşmasına uyğun gəlirmi" və yaxud "Spesifik müsəlman ölkəsində qərarçıxarma proseslərində İslam rol oynayırmı, oynayırsa , hansı rolu oynayır" suallarını verməliyik.

Digər tərəfdən, mədəniyyətin xarici siyasətə təsiri təhlil edilərkən mətnlə aktual siyasi davranış arasındakı boşluq nəzərə alınmalıdır (Samson əfsanəsinə bir daha qayıdaraq onu da xatırladaq ki, o, məzlumcasına Allaha yalvardığı gündən əvvəlki gecəni fahişə ilə keçirmişdi). Bundan əlavə, siyasət atını heç də həmişə dini mətn təkbaşına minib çapmır, çünki dini mətnlər və doktrinaların bir-biri y lə rəqabətə girən çoxlu şərhləri ola bilər. Digər tərəfdən, dövlətlərin xarici siyasətlərində mədəniyyətin vacib rol oynaması fikri y lə razılaşanlar özlərindən bunun hansı mədəniyyət olduğunu soruşmalıdılar, çünki qruplar müxtəlif mədəniyyət eyniliklərinə (etnik, dövlət, ideoloji, dini) sahibdirlər: bu səbəbdən biz müsəlman ölkələri ilə bağlı belə bir nəticə çıxara bilmərik ki, İslam dini eyniliyi bu ölkələrin əhalisinin başlıca kollektiv eyniliyini təşkil edir və bu səbəbdən də məhz yalnız həmin eynilik xarici siyasətə təsir göstərə bilər.

Dövlətin siyasi seçimləri arxasında dayanan başlıca gücün mədəniyyət olduğunu təsdiqləmək üçün biz gərək mədəniyyət əsaslı məqsədlərin dövlətin və yaxud hakim elitanın maddi əsaslı məqsədləri y lə toqquşması hallarını eyni məxrəcə gətirmək qüdrətinə malik olaq və mədəniyyət əsaslı məqsədlərin məhv etdiklərinin məsuliyyətini öz üzərimizə götürək. Əgər İslam dini müsəlman ölkələrində hər şeyi müəyyənləşdirən əsas gücdürsə, onda bu dövlətlər haçansa öz dini inanclarını inkişaf etdirmək naminə ciddi maddi qurbanlar vermək və öz təhlükəsizliklərini riskə atmaq istəyəcəklər. Ancaq Xəzər regionundakı müsəlman dövlətlərinə münasibətdə bu müddəa özünü doğrultmayacaq.

Qeydlər:

1Mədəniyyət son dərəcə mübahisəli bir termindir. Bu məqalədə mədəniyyət terminindən spesifik insan kollektivinin predomina n t özünəməxsus eyniliyini müəyyən edən güc və güc qrupu kimi istifadə olunmuşdur. Mədəniyyət termini bu izah altında din, tarix, ideologiya və sivilizasiya kimi amilləri özündə cəmləşdirir. Həmçinin ona burada universal mədəniyyət gücləri kimi deyil, spesifik mədəniyyətlər kimi diqqət yetiriləcəkdir.

2 Xəzər regionuna sahilyanı dövlətlərlə (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) yanaşı, təhlükəsizlik və enerji nəqliyyatı sistemləriylə Xəzər dənizi hövzəsinə bağlı olan qonşu dövlətlər (Gürcüstan, Ermənistan, Türkiyə və Özbəkistan) daxildir.

3Ermənistanla Azərbaycan arasında mübahisə 1980-ci illərin sonlarında Sovet İttifaqının dağılmasından əvvəl başlayıb: hər iki respublika Dağlıq Qarabağ regionuna nəzarət uğrunda mübarizə aparır. Dağlıq Qarabağ Azərbaycan sərhədləri daxilində yerləşsə də, əhalinin çoxunu etnik ermənilər təşkil edir; eyni zamanda burada xeyli sayda azərbaycanlı icması yaşayırdı, Ermənistan onları həmin vaxtdan bu ərazidən qovub çıxarıb. Sovet İttifaqı dağıldıqdan sonra Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında müharibə başladı. 1994-cü ildə hər iki ölkə atəşkəs haqqında razılığa gəldi, burada gedən döyüşlər 30.000-dən çox insanın ölümü və münaqişə aparan hər iki tərəfdən - təxminən 300 min ermənidən və 800 min azərbaycanlıdan ibarət qaçqın icmalarının yaranması ilə nəticələndi. Ermənistan Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən geniş ərazilər də daxil olmaqla Azərbaycan ərazisinin 20%-ni işğal etdi. 1994-cü ildən başlayaraq hər iki ölkənin liderləri davamlı olaraq görüşür, mütəmadi sülh danışıqları aparırlar. Ancaq indiyə qədər onlar əsaslı bir razılığa gələ bilməyiblər.

4 İranın etnik tərkibi haqqında əlavə məlumat üçün bax: Brenda Shaffer. Borders and Brethren: Iran and the Challenge of Azerbaijan: Identify (Cambridge: MIT Press, 2002).

5Siyasi legitimliyini qorumaq məqsədilə Ermənistana bu cür təzimini ört-basdır etməyə çalışan İran hökuməti Azərbaycan əhalisi ilə eyni dindən olduqlarını xüsusi vurğulamağa çalışır. 1992-ci ildə İranın xarici işlər nazirinin müavini bəyan etmişdi ki, "bu regionda dincliyin və sabitliyin qorunub saxlanılması təkcə bizim üçün deyil, həm də qonşularımız, bizdən fərqlənməyən Azərbaycan xalqı üçün də çox vacibdir. Biz azərbaycanlılarla eyni mədəniyyətə və tarixə malik olduğumuz üçün Azərbaycanın müharibədə dağıdılmasına və onun əhalisinin acınacaqlı vəziyyətə düşməsinə biganə qala bilmərik. Buna görə də biz istər beynəlxalq, istərsə də Ermənistan və Azərbaycan daxilindəki təsir vasitələrimizdən istifadə edərək bütün səylərimizi bu müharibənin genişlənməsinin qarşısını almağa yönəltməliyik.

6 2 mart 2002-ci ildə "Nyu-York Tayms"qəzetində verilən Rusiyanın Qafqaz siyasətinə dair bu bəyanatını nəzərə alın: "Rusiya öz sərhədləri yaxınlığında xarici hərbi qüvvələrin yerləşdirilməsinə ənənəvi olaraq şübhə ilə yanaşır". Hansı ölkə öz sərhədlərində xarici qüvvələrin yerləşdirilməsindən qorxmur? Rusiyanın öz təhlükəsizliyilə bağlı narahatlığını ifadə etməsində spesifik olan şey nədir? Əksinə, dünyanın başqa hissələrinə münasibətdə biz çox vaxt bu qənaətə gəlirik ki, cari maraqlar tarixi faktları üstələyir. Məsələn, biz Meksika ilə ABŞ arasındakı əlaqələri təhlil edərkən bu ölkələr arasında vaxtılə baş vermiş müharibəyə və onların potensial ərazi iddialarına nadir hallarda istinad edirik.

7 "Beyond Blood and Belief: Culture and State Foreign Policy Interests"- Brenda Şafferin redaktəsiylə "The Limits of Culture: Islam. Foreign Policy and Caspian" (Cambridge: MIT Press, Forthcoming). Burada belə bir nəticəyə gəlinir ki, dini doktrina bir çox müsəlman ölkələrində xarici siyasət seçimlərinin əsasını təşkil edir və bu dövlətlərin liderləri, çox güman ki, generallara və iqtisadçılara müraciət etdikləri qədər islam üləmaları ilə məsləhətləşirlər.