SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№4 ---- Qış|2004
Uzun yol - Çingiz xanın demokratik irsi
PAULA L.V.SABLOFF

Paula L.V.Sabloff Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyində baş elmi işçidir və burada 2001-ci ildə açılan "Müasir Monqolustan: Çingiz xanın mənimsənilməsi" sərgisinin kuratoru olmuşdur.

Demokratiya təkcə demokratik konstitusiyalar və proseslərin deyil, həm də demokratik dəyərlərə və onların təcrübədə həyata keçirilməsinə inanan insanların mövcudluğunu nəzərdə tutur. Demokratiyanın gerçəkləşməsinə və təsdiqinə yalnız demokratik dəyərlərin demokratik təcrübə ilə birləşməsi halında nail olmaq mümkündür. Demokratiya vətəndaşların azadlıq və bərabər ədalət hüquqlarından yararlanmaqdan və əvəzində cəmiyyətin rifahı ilə bağlı məsuliyyətləri öz üzərinə götürməkdən zövq almaq bacarığına və iradəsinə malik olmaları deməkdir. Bu mənada demokratik prinsiplərin demokratik hökumətlə vəhdət təşkil etməsi üçün bəzən uzun illər, bəzən isə uzun əsrlər lazım gəlir. Monqolustan nümunəsi də məhz sonuncu hala aiddir.

Monqolustan kommunist idarəetmə sisteminə və sosialist iqtisadiyyatına malik bir ölkə kimi sovetlərin ilk ardıcılı olmaqla 1 bərabər, demokratiyaya keçid dövrünə də qədəm qoyan ilk ölkələrdən biridir. 1989-cu ildə Berlin divarları dağıldıqdan bir ay sonra monqollar açıq hökumət və çoxpartiyalı seçki sistemi uğrunda nümayişlərə başladılar. 1990-cı ildə bu ölkədə ilk dəfə azad, çoxpartiyalı seçkilər keçirildi və 1992-ci ildə monqol xalqı demokratik, parlamentar konstitusiya qəbul etdi. 90-cı illərdə ABŞ-ın sabiq dövlət katibləri Ceyms Beyker, Madelin Olbrayt və bu ölkənin sabiq birinci xanımı Hillari Rodhem Klinton Monqolustanda səfərdə olarkən burada müşahidə etdikləri demokratiya səviyyəsinə heyran qaldılar. "Fr ee dom Haus e "un 1999-cu il icmalında Monqolustan siyasi hüquqlar və mülki azadlıqların qanunla təsbit edilməsi baxımından demokratik ölkə kimi xarakterizə edilmişdir. Bundan əlavə, köhnə Kommunist Partiyası 2000-ci ilin iyulunda yenidən hakimiyyətə gələndə onun liderləri demokratiyaya, 1992-ci il konstitusiyasına və vətəndaş cəmiyyəti ideallarına sadiq qalacaqlarına söz verməklə legitimlik qazana bildilər.

Monqolustan indi həqiqətən də fəal surətdə liberal demokratiya Qərbdə də qəbul edilmiş demokratiya növü üçün zəruri olan institutlar yaratmaqdadır. Digər tərəfdən, son dövrlərin antropoloji araşdırmaları 2 belə güman etməyə əsas verir ki, monqollar amerikalılarınkına bənzər demokratik dəyərlərə tapınırlar. Yəni monqollar fərdi azadlıq (dini, söz və s. azadlıqlar), çoxpartiyalı seçki sistemi, qanunlara əsaslanan idarəçilik, sərbəst bazar iqtisadiyyatı, mətbuat azadlığı, hökumətdə şəffaflıq (heç bir gizliliyə və korrupsiyaya yol verilməməsi) və qanuna söykənən bərabərlik istəyirlər.

Bu liberal demokratik dəyərlər har a dan gəlir? Onlar Qərbdən ixrac edilibmi? Əlbəttə, onların yenidən aktuallaşmasında Qərblə əlaqələrin də müəyyən rolu olub, ancaq monqolların həmin demokratik dəyərlərə tapınmalarının uzun bir tarixi var. Onların bir qismi bu xalqın köçəri həyat tərzindən miras qalsa da, mən bu fikrə tərəfdaram ki, monqolların 20-ci əsrin sonlarında demokratiyaya bu qədər sürətlə və uğurla uyuşa bilmələrinin başlıca səbəbi onların həmin dəyərləri 800 illik tarixə malik bir ənənə kimi özləri y lə yaşatmalarıdır. Bu dəyərlər böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur 3 .

Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər.

Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Onlardan aşağıdakıları misal göstərmək olar:

Çoxluğun iştirak etdiyi hökumət . Çingiz xan Böyük Məclis - I monqol xuralının (qurultayının) əsasını qoymuşdur: bu xural müntəzəm olaraq toplanır, sülh və müharibə məsələlərinə dair qərarların çıxarılmasında ona köməklik göstərirdi. O, həmçinin Müdriklər Şurası yaratmışdı və bu ş ura ona müntəzəm olaraq məsləhətlər verirdi.

Qanun əsasında idarəçilik . Çingiz xan monqol tayfalarını vahid dövlət şəklində birləşdirdikdən sonra qanunlara əsaslanan idarəçiliyin və hüquqi sistemin əsasını qoymuşdur. Bu cür idarəçilik və hüquqi sistem Çingiz xan imperiyasının hər yerində qüvvədə idi.

Bərabərlik . Çingiz xan siyasi və iqtisadi bərabərlik formalarının yaradılmasına təşəbbüs göstərmiş, ancaq onları heç vaxt tam institutlaşdırmamışdır. Öz ordusu və Müdriklər Şurası üçün xüsusi imtiyazlar təmin etməsinə baxmayaraq, sosial mənşəyindən və rütbəsindən asılı olmayaraq, layiq olduğuna inandığı hər bir adam Müdriklər Şurasına üzv olmağa dəvət ala bilərdi. Digər tərəfdən, Çingiz xan qadınlara da böyük ehtiram bəsləyirdi, bu isə o dövrdə Avrasiyanın istənilən yerində görünməmiş hadisə idi. Monqol xalqının yüksəlişindən və Çingiz xanın həyatından bəhs edən "Monqolların sirli tarixi" adlı dastanda qadınların ən ağır anlarda qərar çıxarmalarına, Çingiz xana necə yaşamağı öyrətmələrinə və hansı siyasi addımları atması ilə bağlı məsləhətlər vermələrinə dair bir neçə nümunə mövcuddur.

İnsan hüquqları və fərdi azadlıqlar . Çingiz xan öz dövrünün insanlarını bugünkü monqolların çox yüksək qiymətləndirdikləri əsas insan hüquqları və azadlıqları ilə təmin etməsə də, müəyyən dərəcədə söz azadlığına icazə vermişdi. Bundan əlavə, şamanlığın din azadlığı konsepsiyasına müvafiq olaraq öz doğma şəhəri Qaraqorumda məlum olan bütün dinlərə xoş münasibət bəslən il məsinə nail olmuşdu.

600 il davam edən əsarət, təzyiq və sıxıntılara baxmayaraq, monqollar Çingiz xan əfsanəsini və yaxud onun həqiqətən öz xalqına bəxş etdiyi demokratik dəyərlər irsini heç vaxt unutmamışlar. 1368-ci ildə Böyük Monqol i mperiyası süquta uğradığı dövrdən 20-ci əsrə qədər monqollar daim özlərinə müstəqillik aramışlar. Bütün 20-ci əsr boyu onlar azadlıq uğrunda mübarizələrini demokratik cəmiyyət qurmaq arzusu ilə birləşdirməyə can atmışlar. Nəhayət, 1990-cı ildə onlar bu məqsədlərinə nail olmuşlar; monqol hökuməti ilə demokratik dəyərlər bir-birinə qovuşmuşdur. Məhz bu cür qovuşma mütəxəssislərin və monqolların əksəriyyətində Monqolustanın demokratik ölkə olaraq qalacağına böyük inam yaratmışdır.

Qeydlər:

1 Monqolustan ikinci kommunist ölkəsidir: Monqolustanın Çin əsarətindən qurtulmasında bolşeviklərin bu ölkəyə göstərdikləri köməyə cavab olaraq monqol liderləri Sovet himayəsini qəbul etmiş və onun nüfuz dairəsinə daxil olmuşlar (1921). 1924-cü ildə isə Monqolustan öz konstitusiyasını kommunist Rusiyasının konstitusiyasına uyğunlaşdırmışdır.

2 Biz kvota seçimindən istifadə edərək iki şəhərdə və onlara yaxın kənd yaşayış məntəqələrində 867 adam arasında sorğu aparmışıq. Bu adamlar seçici hüququna malik olmaqla aşağıdakı demoqrafiq kateqoriyaları əhatə edib: yaş, cins, məşğuliyyət, təhsil, dini və etnik, siyasi mənsubiyyət. Milli statistika idarəsinin məlumatlarını əsas götürsək, bu cür seçim Monqolustanın demoqrafik mənzərəsini, demək olar ki, tam şəkildə əks etdirir.

3 Mən heç də Çingiz xanın demokratik cəmiyyət qurduğunu iddia etmirəm. 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını (Magnu Carta) imzaladığına görə heç kim kral Conun da demokratik cəmiyyət qurduğunu iddia etmir, amma biz Qərb demokratiyasının başlanğıcını bu hadisə ilə bağlayırıq. Çingiz xan isə həmin x artiyanı doqquz il qabaqlamış , həmçinin demokratik prinsipləri k ral Con kimi müəyyən məcburiyyət qarşısında deyil, öz istəyinə görə institutlaşdırmışdır.

Tərcümə etdi: Tehran Vəliyev