SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№4 ---- Qış|2004
Şəriətdə islahatlar qaçılmazdırmı?
VAHİD QAZİ

Abdullahi Əhməd ən-Naim və onun "İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq" (Toward an Islamic Reformation: Civil Liberties, Human Rights, and International Law) kitabı haqqında bir neçə söz

A.Ə. ən-Naimin "İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq" kitabının orijinalı ingilis dilində 1990-cı ildə ABŞ-ın Sirakuz Universitetinin nəşriyyatı (Syracuse University Press) tərəfindən çap olunmuşdur. Ön söz və 7 fəsildən ibarət olan bu kitabda müasir dövrün ən ciddi problemlərindən biri -islam hüququ ( Ş əriət) ilə ictimai hüquq sferasını əhatə edən müasir konstitusionalizm, cinayət hüququ, beynəlxalq münasibətlər, insan hüquqları anlayışları arasındakı kəskin və barışmaz ziddiyyətlər təhlil edilir, Şəriət qanunlarında Quran və s ünnə əsasında köklü islahatlar aparılması yolları araşdırılır.

"İslam dünyasında ictimai hüquq" adlandırılan I fəsildə islam aləmində ictimai hüquq sahələrinin müasir vəziyyəti təhlilə cəlb olunur. II fəsildə ("Şəriətin mənbələri və inkişafı haqqında") Şəriətin mənbələri və tarixi inkişaf yolu tədqiq edilir, onun bir çox qanunlarını Allahın deyil, mövcud şəraitə uyğun olaraq insanların yaratdığı və bu səbəbdən də bu qanu nları müasir dövrün tələblərinə uyğun dəyişdirməyin mümkünlüyü sübuta yetirilməyə çalışılır.

III fəsildə ("İslahat metodologiyası axtarışında") həyata keçirilə biləcək islahatların metodologiyası araşdırılır, Quranın indiyədək tədqiq edilməyən a yələrinin və ona müvafiq s ünnələrin tətbiq olunmasına imkan verən yeni şərh prinsipləri irəli sürülür.

IV, V, VI və VII fəsillərdə müvafiq olaraq Şəriətlə müasir konstitusionalizm, cinayət hüququ, beynəlxalq hüquq və əsas insan hüquqları arasındakı ziddiyyətlər, yeni islahatlar sayəsində onların aradan qaldırılması yolları şərh olunur.

Müəllifin yekun qənaətinə görə, indi, minilliklərin kəsişdiyi bu zaman kəsiyində Şəriət qanunlarında inqilabi islahatlar aparılmasına böyük ehtiyac var. Çünki müsəlman dünyasındakı bugünkü oyanış və özünəqayıdış meylləri çağdaş müsəlman dövlətlərində klassik Şəriət qanunlarının tətbiq olunması ilə nəticələnə bilər ki, bu da insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

KİTABIN ƏHƏMİYYƏTİ

18-ci əsrdən başlayaraq dinamik Qərb dünyasından asılı vəziyyətə düşməyə başlayan müsəlman dünyası tədricən avropalaşma y a meyl göstərmiş, Avropa dəyərlərini mənimsəməyə çalışmışdır. Bu yolda bütün mənəvi məhdudiyyətlərdən, hər şeydən əvvəl isə Şəriət qanunlarının məhdudiyyətlərindən qurtulmağa cəhd göstərən müsəlman dövlətləri sek u lyarist (dünyəvi) dövlət quruluşuna üz tutmuşlar.

Heç bir müsəlmanın Şəriəti - Allahın əbədi qanununu inkar etmək və ya onu dəyişdirmək ixtiyarı olmadığından, o , tədricən ictimai həyatın periferiyalarına çəkilməli olmuşdur. Hətta bəzi yerlərdə onun tətbiqi ailə hüququ çərçivəsinə qədər daraldılmışdır. Bu proses özünü dünyəvi dövlət elan edən və hətta Şəriətin zahiri atributlarını belə, məsələn , qadınların ictimai müəssisələrdə baş örtüyü ilə görünməsini qadağan edən Atatürk Türkiyəsində öz kulminasiya nöqtəsinə çatmışdır.

Ancaq tədricən bu prosesin son hüdudları üzə çıxmağa başlamışdır. Müsəlman ölkələri əhalisinin böyük əksəriyyəti bu gün də İslama ürəkdən inanır. Bu isə o deməkdir ki, Şəriət hələ də yaşamaqda davam edir. Şəriət hətta onun tələblərinə əməl etməyən adamların da şüurunda dinin ayrılmaz elementləri kimi yaşayır. Məhz bu səbəbdən ictimai həyatın periferiyasına sıxışdırılmış Şəriətin haçansa yenidən hücuma keçməsi mümkündür.

Bu səbəbdən ən-Naim islam dünyasında vətəndaş azadlıqlarına, insan hüquqlarına, demokratik prinsiplərə əsaslanan dövlət quruluşlarının təşəkkülü prosesini nə sek u lyarizmin, nə də şəriətçiliyin həllində görür. Sek u lyarizm Şəriətlə indiyədək mübarizə aparmaq iqtidarında deyil, çünki heç bir müsəlman ondan tamamilə imtina edə bilməz. Şəriətçilik də müasir insan hüquqları prinsiplərini tamamilə inkar edə bilmir. Çünki bu prinsiplər müasir cəmiyyət quruculuğunun bütün aspektləri ilə ayrılmaz surətdə bağlıdır və hətta "fundamentalistlərin" özlərinin şüurlarına belə yol tapmışdır.

Müəllifin fikrincə, təklif edilən islahat müsəlmanlara klassik Şəriətdən imtina etməyə, bununla belə, öz dini inanclarını qoruyub saxlamağa imkan verər. Bu da müasir müsəlman düşüncəsinin ikiləşməsinin qarşısını alar.

KİTABIN AZƏRBAYCAN ÜÇÜN ƏHƏMİYYƏTİ

Azərbaycan müasir demokratik dəyərləri, ümumbəşər hüquqi və mənəvi normaları, dünyəviliyi qəbul edən, eyni zamanda bir çox hallarda bu prinsiplərə uyğun gəlməyən Şəriətin mövcud olduğu müsəlman ölkələrindən biridir. İslam dəyərləri, Şəriət azərbaycanlılar üçün də müqəddəsdir. Bu səbəbdən İslam dini, İslam dəyərləri ilə bağlı istənilən yeni fikir, nəzəri olsa belə, islahatlar azərbaycanlılar üçün də böyük maraq kəsb edir.

Totalitar sovet rejimindən sonra xalqın dinə olan ehtiyacı ayrı-ayrı dini cərəyanların, İslam adı ilə pərdələnən xarici ölkələrin dini qurumlarının əsl İslamdan uzaq təbliğatı ilə ödənməyə başla n dı. Şimaldan vəhabiliyin inkişaf etməkdə olduğu Dağıstan və Çeçenistan, cənubdan isə İran kimi fundamentalizmi və terroru dəstəkləyən dövlətlə qonşu olduğu nəzərə alınarsa, Azərbaycanda Şəriət qaydalarının müasir demokratik hüquqi prinsiplərə uyğunlaşdırılması yollarını arayan kitabın nəşri əhəmiyyətli olardı.

Kitabın 7-ci fəslini ixtisarla oxucular a təqdim edirik. "III Sektor" mövzu ilə bağlı ölkə mütəxəssislərinin dəyirmi masasını keçirməyi planlaşdırır.