 |
DEMOKRATİK
MÜBARİZƏ TARlXİ |
 |
 |
|
APARTEİD - AFRİKASAYAĞI FAŞİZM |
 |
| Rövşən Ramizoğlu |
Mən həmişə ağdərililərin də, qaradərililərin
də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların
birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları
demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam.
Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir.
Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram.
Nelson Mandela
Cənubi Afrika Respublikasının əsası 1652-ci ildə
Yan van Ribekin rəhbərlik etdiyi holland şirkəti tərəfindən qoyulub.
Korrupsiyaya bulaşdığına və digər qeyri-qanuni işlərlə məşğul olduğuna
görə Afrikaya sürgün edilən Yan van Ribek Avropadan Asiyaya hərəkət
edən gəmilər üçün təchizat məntəqəsi yaratmaq məqsədilə ətrafına
90 nəfərdən ibarət bir qrup toplayır. Məhz bu adamlar CAR-ın ilk
ağ sakinləri sayılır. Hazırda şəkli CAR-ın kağız və dəmir pullarının
üstünü bəzəyən van Ribek başına topladığı adamlarla birgə yerli
əhaliyə divan tutmaqla ağlagəlməz cinayətlər törədib: "Biz
çalışırdıq ki, yerli sakinləri hürkütməyək. Dlverişli şərait yetişən
kimi isə onlardan 1000 və ya 1200 nəfərini, eləcə də 600 baş ən
yaxşı iribuynuzlu mal-qaranı qamarlayıb götürürdük. Korrupsioner
holland məmurunun siyasətinin əsl məğzini onun bu sözlərindən açıq-aydın
anlamaq olar.
Ağdərili ilk kolonistlərin apardığı bu siyasəti onlardan
sonrakı nəsilləri də davam etdirdi. Afrikanın əliyalın yerli camaatının
müqaviməti ağdərili işğalçıların ölkəyə gəlişinin qarşısını almaq
üçün yetərli olmur. Kolonistlər işğal etdikləri ərazilərdə öz müstəqil
dövlətlərini yaradırlar. Natal, Transvaal və Müstəqil Narıncı Dövlət
ağdərililərin yaratdığı bu cür dövlətlərdən idi.
XIX əsrdə iki müstəqil dövlət (Transvaal və Müstəqil
Narıncı Dövlət) də daxil olmaqla, bütün qitəni işğal etmək qərarına
gələn britaniyalılar burada bir neçə müharibə ocağı alovlandırırlar.
1899-cu ildə başlayan ingilis-bur müharibəsi 1902-ci ildə imzalanan
sülh müqaviləsi ilə başa çatır. Müqavilənin şərtlərinə görə, ingilislər
bur respublikaları üzərində tam nəzarətə yiyələnirlər. 1910-cu ildə
bu respublikalar Britaniya dominionunun, yəni Cənubi Afrika Birliyinin
tərkibinə daxil edilir. 1961-ci ildə ağdərili əhali arasında keçirilən
referendumdan sonra dominionun adı dəyişdirilir və dominion paytaxtı
Pretoriya şəhəri olan Cənubi Afrika Respublikası adlandırılır. Kolonistlərin
"birlik sözünü "respublika sözüylə əvəzləməsi dövlətin
hələ "xalqın malına çevrilməsi demək deyildi. Dksinə, Cənubi
Afrika Respublikasında seçmək və seçilmək, qanunları qəbul etmək
və ya dəyişdirmək hüququna yalnız əhalinin azlıq təşkil edən hissəsi
-ağdərililər malik idi. Dəyişən bircə şey idi. Dgər işğalın ilk
mərhələsində hər ağdərili kolonistin payına bir afrikalı qul düşürdüsə,
bu dövrdən başlayaraq ölkənin ağdərili olmayan bütün əhalisi qula
çevrilir. DƏhalinin qula çevrilməsinin, bütün insani və vətəndaş
hüquqlarından məhrum edilməsinin zirvəsi kimi aparteid meydana çıxır.
İrlandiyalı hüquqşünas A.Kaderin fikrincə, aparteid nasizmin müasir
formalarından birinin irqçi kolonialist vəhşiliklərlə qarışığı,
ağdərili azlığın üstünlüklərinin hüquqi cəhətdən möhkəmləndirilməsi
olmuşdur.
Cənubi Afrikanın Avropadan köçüb gələn əhalisinin
dilində "aparteid (apartheid) "müstəqil inkişaf, "təcridolunma
anlamını verirdi. CAR-da bu ifadə ilk dəfə 1948-ci il seçki kampaniyası
dövründə işlədilib. Milli Partiya "müstəqil inkişaf şüarını
ortaya atıb. Dslində bu, CAR-ın 23 milyondan çox olan afrikalı,
5 milyon ağdərili və 2,5 milyon Asiya mənşəli əhalisinin hərəsinin
öz inkişaf yolunun müəyyənləşdirilməsi demək idi. Şübhəsiz, bu inkişaf
yolunu "ağdərililərin mərhəmətli rəhbərliyi altında müəyyənləşdirmək
lazım gələcəkdi. Öz qəddarlığı ilə ad çıxarmış ingilis kolonizatoru
Sesil Rods hələ 1877-ci ildə afrikalıların gələcəyini belə təsəvvür
edirdi: "Biz onların ağası olaraq qalmalıyıq: bu mənim siyasətimdir
və bu siyasət bütün Cənubi Afrikanın siyasətinə çevriləcək. Ondan
bir qədər əvvəl isə Yan Smits bu məsələylə bağlı öz mövqeyini belə
ifadə etmişdi: "Dəliləri saymasaq, bütün cənubi afrikalıların
bir məsələdə həmrəy olduğunu deyə bilərik: bu, aparılan indiki siyasətin
axıra qədər davam etdirilməsidir. Bu siyasətin əsasını ağdərililərin
Cənubi Afrikada ağalığının qorunub saxlanması təşkil edir. "Aparteidin
atası, "ağalar irqi ideyasının tərəfdarı Fenvurd da öz mövqeyini
kifayət qədər aydın şəkildə ortaya qoyur: "Sadə dillə desək,
bu problemin (aparteidin) məğzini bizim Cənubi Afrikanı ağdərililərin
ölkəsi kimi qoruyub saxlaya bilməyimiz təşkil edir. Onu bu cur qoruyub
saxlaya bilməyin isə bir yolu var - ağdərililərin ağalığı. "Liderliyi
və ya "rəhbərliyi yox, məhz ağalığı. CAR-ın keçmiş baş naziri
Forsterin fikirləri də çox maraqlıdır: "Biz milli sosializmin
müttəfiqi olan xaçpərəst millətçiliyi yoluna qədəm qoyuruq. Bu yolu
diktaturanın antidemokratik prinsipi də adlandırmaq olar. İtaliyada
buna faşizm, Almaniyada isə milli sosializm deyirlər.
 |
Kütlələrin şüuruna zorla yeridilən irqçilik nəzəriyyəsi
ən qədim nəzəriyyələrdən sayılır. Müstəmləkəçilik və imperializm
tərəfdarları praktikada bu nəzəriyyədən geniş istifadə edirlər.
İrqçilik nəzəriyyəsinin əsasında insanların "ağa və "nökərlərə
bölünməsi kimi elmi cəhətdən saxta, mənəvi cəhətdən yanlış, sosial
cəhətdən isə ədalətsiz bir ideya durur. Bu ideyaya görə, tarixi
"ağalar yaradır. "Nökərlər isə burada, sadəcə, vasitə
rolunu oynayır. Bizim dövrdə rasizmin ən təhlükəli formaları nasizm,
sionizm və aparteid olaraq qalır. Milli Partiyanın 1948-ci ildən
başlayaraq formalaşdırdığı rasist hökumətlərinin başlıca cinayətləri
onların bəşəriyyətin ən humanist prinsipi olan "Bütün insanlar
azad və bərabərhüquqlu doğulur prinsipini bilərəkdən ayaqlar altına
atıb tapdalamalarıdır. "Müstəqil inkişaf doktrinasını həyata
keçirmək üçün rasist hökumətləri maddi istehsaldan tutmuş mədəniyyətə,
incəsənətə qədər cəmiyyət həyatının ayrı-ayrı sahələrində müxtəlif
tədbirlər gerçəkləşdirirlər. Bu addımlarına hüquqi don geydirmək
üçün onlar fəaliyyətləri dövründə mövcud olan qanunlara əlavələr,
düzəlişlər etməkdən belə çəkinmirlər. Belə əlavələrdən biri əhalinin
qeydiyyata alınması ilə bağlı 1950-ci ildə qüvvəyə minmiş qanun
idi. Qanuna görə, ölkədə yaşayan hər bir vətəndaş mövcud olan irqi
qruplardan birinə -ağdərililər (avropalılar), qaradərililər (afrikalılar),
qarışıqlar (metislər) və yaxud asiyalılara (daha çox Hindistandan
gəlmələr) aid edilməliydi. İrqi mənsubiyyət, sadəcə, xarici görkəmə
baxmaqla, yəni "gözəyarı müəyyənləşdirilirdi. YUNESKO-nun 1969-cu
ildə nəşr etdiyi bildirişdə deyilir: "Özlərini həmişə ağdərililərə
aid edən və birdən-birə qarışıqların (metislərin) siyahısına salındıqlarından
xəbər tutan insanların heyrətlərini sözlə təsvir etmək mümkün deyil.
Bundan sonra çoxlu intihar aktlarına, ailələrin dağılması hallarına
rast gəlinir. Eyni ailənin bəzi üzvləri o birilərindən daha ağ sayılırdı.
Hətta bəzən ər bir qrupa, arvad isə digər qrupa aid edilirdi. Hökumətin
hər il dərc etdiyi statistik məlumatlara görə, 1982-ci ildə 977
adam öz irq qrupuna deyil, digərinə aid edilib. 1984-cü ildə 518
metis ağdəriliyə, 14 ağdərili və 50 hindli metisə, 17 hindli malaya,
5 metis və 1 malay çinliyə, 89 qaradərili metisə və 5 metis qaradəriliyə
"çevrilib. ƏDhali qruplar üzrə bölüşdürüldükdən sonra ölkə
ərazisinin sektorlara bölünməsinə başlanılıb. Bu bölgü 1950-ci ildə
qəbul edilmiş qanunla öz hüquqi əsasını tapıb. Qanuna görə, hökumət
ölkənin istənilən hissəsini yalnız bir irq qrupuna aid olunan əhalinin
yaşayış yeri elan etmək ixtiyarına malikdir. 1936-cı ildə qəbul
edilən qanuna görə isə, hökumət ölkə xəritəsindəki "qara ləkələri,
yəni qaradərililərin yaşadıqları yerləri ləğv etmək üçün ağdərililərdən
torpaq payı alıb zənciləri ora köçürür. Bu proses sona çatdıqdan
sonra ağdərililərin yaşaması üçün ayrılan ərazilərdən "qara
ləkələr birdəfəlik silinir. Təkcə 1939-1964-cü illərdə hökumət bu
məqsədlə ağdərili əhalidən 6 milyon morqen torpaq sahəsi satın alır.
 |
Buna paralel olaraq digər tədbirlər də həyata keçirilir.
1970-ci ildə "bantustanlarda vətəndaşlıq hüququ haqqında qanun
qəbul edilir. Qanuna görə doğum, yaşayış və ya iş yerlərindən asılı
olmayaraq, afrikalılar bu və ya digər bantustanın vətəndaşı elan
edilir və onlar CAR vətəndaşlığından çıxarılır. Bu yolla Pretoriyanın
rasist ağaları Afrika xalqının öz müqəddəratını təyin etmək və bantustanların
siyasi statusu ilə bağlı məsələlərdə öz mövqeyini azad şəkildə bildirmək
hüququnu onun əlindən alırlar. Bunun ardınca CAR hökuməti afrikalıları
zorla bu və ya digər bantustana yerləşdirməyə başlayır. Bu illər
ərzində ən azı 3 milyon afrikalı öz yerindən-yurdundan didərgin
salınır. 1960-cı ildə qaradərili ölkə əhalisinin 40%-i bantustanlarda
yaşayırdısa, 1980-ci ildə bu rəqəm 54%-ə çatdırılır. Bantustanlaşdırma
siyasəti afrikalılar üçün əsl fəlakətə çevrilir. Çünki "müstəqil
bantustanlarda nə əkin üçün yararlı torpaqlar, nə sənaye obyektləri,
nə də insan yaşayışı üçün lazım olan şərait vardı. Hər yerdən əli
üzülənlərin bir çıxış yolu qalırdı - gizli şəkildə Cənubi Afrikanın
"ağlar yaşayan ərazilərinə soxulmaq və burada iş yeri tapmaq.
1949-cu ildə qəbul edilən qarışıq nikahların yasaqlanması qanununa
və 1957-ci ildə qüvvəyə minən əxlaq normaları haqqında qanuna görə,
müxtəlif irqlərə aid qadın və kişilər arasında bağlanan nikah cinayət
sayılırdı və "cinayətkarlar yeddi ilə qədər həbs cəzası ilə
cəzalandırılırdı. Afrikalıların müqavimətini tamamilə qırmaq üçün
rasistlər onların müstəqil siyasi partiyalar və peşə birlikləri
yaratmaq hüquqlarını əlindən alırlar. 1924-cü ildə iqtisadi sahədə
qəbul edilən 28 saylı qanuna görə, afrikalılar sənaye müəssisələrində
fəhlə və işçi statuslarını itirirlər. Yalnız 1979-cu ildə bu qanun
afrikalılara özlərinin həmkarlar ittifaqlarını yaratmağa (çoxlu
məhdudiyyətlərlə) və sahibkarlarla əmək müqaviləsi bağlamağa imkan
verən 94 saylı qanunla əvəzlənir. Amma bu qanuna görə, yalnız "ağlara
məxsus şəhərlərdə yaşayan və işləyən afrikalılar fəhlə və işçi hesab
edildiyindən, işləyən zəncilərin təxminən 75-80%-i onun təsirindən
kənarda qalır. Yəni bantustanlardan və digər qonşu dövlətlərdən
köçüb gələn, evlərdə xidmətçi işləyən afrikalılar bu işçi statusuna
mane ola bilmirlər.
Ağdərili vətəndaşların uşaqları ölkədə pulsuz təhsil
almaq imkanına malik olduqları halda, qaradərililər öz uşaqlarının
təhsilinə, imtahan verməsinə, dərsliklərinə, məktəb geyiminə, nahar
yeməyinə görə pul ödəməyə məcbur edilirlər. 1959-cu ildə universitet
təhsili ilə bağlı qanuna edilən düzəlişlərdən sonra dərisinin rəngi
ağ olmayan tələbələr universitetlərin çoxundan xaric olunur. Onlara
yalnız müəyyən universitetlərin bəzi fakültələrində təhsil almağa
icazə verilir.
CƏZA TƏDBİRLƏRİ
CAR-ın 224 həbsxanası dustaq baxımından heç vaxt korluq
çəkməyib. Bu həbsxanalarda həmişə ən azı 100-120 min məhbus saxlanılıb.
Bəs bu məhbuslar kimlər idi? Bu suala birmənalı şəkildə cavab vermək
o qədər də asan deyil. Rəsmi mənbələr dustaqlarla bağlı məlumatları
daim saxtalaşdırmağa çalışırdı. Amma həqiqəti gizlətmək onlara heç
də həmişə müyəssər olmurdu. Həbsxanalardan canını qurtara bilmiş
insanların hamısı məhbusların üçdə dördünün siyasi hüquqlar və azadlıqlar
uğrunda mübarizə aparan adamlar olduğunu bildirirdi. Bütün həbsxanalarda
siyasi dustaqların saxlandıqları şərait, demək olar ki, eyni idi.
Ölkənin əsas həbsxanası sayılan Robbin adasındakı türmədə 1 kamerada
azı 10 adam saxlanılırdı. Onların hamısı daş döşəmədə yatır və əlüzyuyandan
həm yuyunmaq, həm də su içmək üçün istifadə edirdilər. Siyasi məhbusların
vəziyyəti adi cinayətkarların vəziyyətindən daha ağır olurdu. Onların
nəzarətçiləri, bir qayda olaraq, ən zalım və qaniçən nəzarətçilər
arasından seçilirdi. Aparteidin həqiqi və təxmin edilən əleyhdarlarının
kütləvi şəkildə məhvinə sonrakı illərdə də ara verilmirdi. 1980-ci
ildə zəncilərin yaşadıqları ərazilərə basqın zamanı 40-dan çox afrikalı
güllələnmişdi. 1983-cü ildə rasistlər 200-dən artıq adamı qətlə
yetirmişdilər. Öldürülənlərin hamısı qaradərililər idi. Polis onları
öz əməkdaşlarına qarşı zor işlətməkdə ittiham edirdi. "Röyter
agentliyinin müxbiri 1983-cü il aprel ayının 7-də Yohannesburqdan
hazırladığı verilişdə polislərdən soruşurdu: "Bu necə olan
şeydir - zoru işlədən də afrikalılardır, qətlə yetirilən də? 1984-cü
ildə "konstitusiya islahatları dövrü iflasa uğrayandan sonra
qaradərili vətəndaşların qətlə yetirilməsi adi hala çevrildi. 1986-cı
ilin sentyabrına qədər aparteidə qarşı çıxan 2000-dən çox zənci
öldürüldü.
 |
Rasistlər ordunun və polisin afrikalılara işgəncə
verməsi ilə bağlı iddiaları rədd edirdilər. Amma həbsxanadan sağ
çıxan adamların danışdıqlarından aydın olur ki, orada məhbuslara
işgəncələr verilməsi polisin və ordunun küçələrdə camaatı dəyənəklərlə
döyməsi, güllə-boran etməsi qədər adi bir haldır.
ÖLÜM HÖKMÜ
Aparteidin vətəni olan CAR-da ölüm hökmü çox "təbii
qəbul edilir. Bu ölkənin əhalisi dünya əhalisinin bir faizindən
azını təşkil etsə də, bütün dünyada icra edilən ölüm hökmlərinin
50%-i onun payına düşürdü. Başqa sözlə desək, CAR-da hər il 150-170
ölüm hökmü icra edilirdi. Rasist rəhbərlər heç bir xahişi nəzərə
almırdılar. Məsələn, 1984-cü ildə dünya ictimaiyyəti P.Botudan şair
B.Malaizini əfv etməyi xahiş etdi. Amma nə xeyri? Səhər tezdən cəlladlar
şairin saxlanıldığı kameraya daxil olub onu qətlə yetirdilər.
MANDELANIN MÜBARİZƏSİ
Nelson Mandela 1918-ci ildə anadan olub. 1942-ci ildə
universitet kollecində oxuyarkən Afrika Milli Konqresini birləşdirməklə
siyasətə qoşulub. 1952-ci ildə Afrika Milli Konqresi ədalətsiz qanunlara
qarşı kampaniyaya başlayanda Mandela milli baş könüllü seçilib.
Baş könüllü kimi bu kampaniyanın məsuliyyətini öz üzərinə götürüb
və ölkəni başdan-başa qəzib, ayrı-seçkilik qanunlarına qarşı müqavimət
hərəkatı yaradıb. Həmin kampaniyada iştirakına görə məhkəmə məsuliyyətinə
cəlb edilərək həbs olunub. Sonrakı illərdə konfransda iştirak etmək
üçün Efiopiyaya gizli yolla getdiyinə görə və s. ittihamlarla üst-üstə
30 ilə yaxın həbsdə yatıb.
1990-cı ilin fevralında silahlı mübarizənin dayandırılması
şərti ilə həbsdən azad olunub. ƏDlli il ərzində cürbəcür repressiya
formasının qurbanı olan Mandela illərlə ailəsindən ayrı yaşamaq
məcburiyyətində qalıb, dəfələrlə təqiblərdən yayınaraq ailəsi ilə
görüşmək üçün maskalanmağa məcbur olub. 1993-cü ildə Nobel Sülh
mükafatına layiq görülüb.
1994-cü ildə Nelson Mandelanın Cənubi Afrika Respublikasının
ilk demokratik prezidenti seçilməsiylə yuxarıda haqqında danışdığımız
aparteid afrikalıların tarixində qara səhifə kimi tarixin arxivinə
göndərilir. 1999-cu ilin iyununda ictimai-siyasi həyatdan ayrılan
Mandela hazırda doğulduğu Qunu kəndində yaşayır. Afrika xalqlarının
azadlıq mübarizəsi isə bu gün də davam edir.
NELSON MANDELANIN CAR PREZİDENTİ
SEÇİLMƏSİ MÜNASİBƏTİLƏ
KEÇİRİLƏN İNAUQURASİYA MƏRASİMİNDƏ SÖYLƏDİYİ NİTQ
Pretoriya, 10 may 1994-cü il
Hörmətli qonaqlar!
Yoldaşlar və dostlar.
Bu gün bizim hamımız burada iştirak etməklə, ölkənin və dünyanın
digər
yerlərində şənliklər keçirməklə yeni doğulan azadlığı bayram, ona
olan
ümidlərimizi ifadə edirik.
Həddən artıq uzun sürən bu misli görünməmiş insan
fəlakətləri təcrübəsindən bütün bəşəriyyətin fəxr edəcəyi bir cəmiyyət
doğulmalıdır.
Bütün bunlar üçün biz həm özümüzə, həm də bu gün
burada layiqincə təmsil edilən dünya xalqlarına borcluyuq.
Şübhə etmirəm ki, mənim həmvətənlərimin hər biri
bu gözəl ölkəmizin torpağına Pretoriyanın məşhur cakaranda ağaclarının
kökləri qədər dərindən bağlıdır.
Bizlər hər dəfə bu torpağın üstünə ayaq basanda daxilən
saflaşdığımızı duyuruq. Milli əhval-ruhiyyə ilin fəsilləritək dəyişir.
Çəmənliklər göyərəndə, ağaclar çiçək açanda bizim
də qəlbimiz cuşə gəlir, ruhumuz sevinc hissiylə dolur.
Dünənə qədər qanunsuzluqlar içində boğulsa da, bu
gün bir ev sahibi kimi öz torpağında bütün xalqların nümayəndələrini
qəbul etmək şərəfinə nail olan biz Cənubi Afrika xalqı bundan böyük
qürur duyuruq.
Bu gün bizim qəlbimizi, son nəticə etibarilə haqq-ədalət,
sülh və insan ləyaqəti uğrunda ümumi qələbəmizi bizimlə birlikdə
bayram etməyə gəlmiş bütün dəyərli qonaqlarımıza dərin təşəkkürümüzü
bildiririk.
Əminik ki, siz bundan sonra sülh içində yaşayan,
çiçəklənməkdə olan, cinsi və irqi ayrı-seçkilikdən uzaq, demokratik
bir cəmiyyət qurmaq uğrunda mübarizəmizdə həmişə bizimlə olacaqsınız.
Biz xalq kütlələrinin, onların kütləvi, siyasi, demokratik,
gənclər, qadınlar, biznes, ənənəvi və eləcə də digər təşkilatlarının
bu qələbəmizdə oynadıqları rolu yüksək qiymətləndiririk. Mənim vitse-prezidentim
F.V.Klerk də bu sıradan öndə gədənlər arasındadır.
Biz, həmçinin, rütbəsindən asılı olmyaraq təhlükəsizlik
orqanlarımızın hər bir əməkdaşına ilk demokratik seçkilərin uğurla
keçirilməsinin təmin edilməsində və demokratiyaya keçidin hələ də
işığa kor baxan, onu görməkdən imtina edən qana susamış qüvvələrdən
qorunmasında göstərdikləri xidmətlərə görə minnətdarlığımızı bildiririk.
Yaraları sağaltmaq vaxtı artıq yetişib.
Bizi bir-birimizdən ayıran uçurumun üstündən indi
körpü salmaq zamanıdır. Bizim üçün indi quruculuqla məşğul olmaq
vaxtıdır.
Nəhayət ki, biz öz siyasi emansipasiyamıza nail olmuşuq.
Biz bütün qüvvəmizi insanlarımızın yoxsulluğun, məhrumiyyətlərin,
ağrı-acıların, cinsi və digər ayrı-seçkiliklərin davam etməkdə olan
qandallarından azad edilməsinə sərf edəcəyimizə söz veririk.
Biz azadlığa doğru son addımlarımızı sülh şəraitində
atmağa nail olmuşuq. Biz var gücümüzü tam, ədalətli və uzunmüddətli
sülhün yaradılmasına sərf edəcəyik.
Biz milyonlarla insanımızın qəlbində ümid toxumu
əkmək istiqamətində böyük zəfər qazanmışıq. Biz ağlı-qaralı bütün
cənubi afrikalıların heç bir qorxu hiss etmədən bir-biriylə uzun-uzadı
söhbət edə biləcəyi, onların insan ləyaqəti hüququnun təmin edildiyi
bir cəmiyyət - öz aralarında və dünya ilə dinc şəraitdə yaşayan,
göyqurşağı kimi əlvan bir cəmiyyət quracağımız barədə razılıq mərhələsinə
qədəm qoymuşuq.
Ölkəmizin yenidən qurulması ilə bağlı öz üzərinə
götürdüyü öhdəliyin ilk əlaməti olaraq müvəqqəti Milli Birlik hökuməti
hazırda müxtəlif səbəblərdən həbsxanada cəza çəkən vətəndaşlarımızın
bir çoxu üçün əfv elan edəcəkdir.
Biz bu günü bizim azad olmamız üçün öz canını qurban
vermiş ölkəmizdəki və bütün dünyadakı qəhrəman bacı və qardaşlarımıza
həsr edirik.
Onların arzuları çin oldu. Azadlıq onların mükafatıdır.
Sizin, Cənubi Afrika xalqının irqi və cinsi ayrı-seçkiliyi
qəbul etməyən, demokratik, birlik hökumətinin ilk prezidenti kimi
bizə göstərdiyiniz etibar və etimadı, qarşınızda baş əyərək qəbul
edir və bunu özümüz üçün böyük şərəf sayırıq.
Biz başa düşürük ki, azadlığa aparan yol asan yol
deyil.
Biz yaxşı anlayırıq ki, təklikdə heç birimiz uğur
qazana bilmərik.
Ona görə də milli həmrəylik əldə edə, milləti birləşdirə,
yeni dünya qura bilmək üçün hamımız bir yerdə çalışmalıyıq.
Qoy haqq-ədalət hamı üçün olsun.
Qoy hər yerdə sülh hökm sürsün.
Qoy hamının işi, bir loxma duz-çörəyi, içməyə suyu
olsun.
Qoy hamı bilsin ki, bu gündən sonra hər kəsin cismi,
düşüncəsi və qəlbi özünü tam azad və sərbəst hiss etməlidir.
Bu gözəl ölkə bir də heç zaman, heç vaxt insanların
bir-birinə işgəncə verdiyi, bütün dünyada nifrətlə anılan bir yer
olmayacaqdır.
Qoy hər yerdə azadlıq hökm sürsün!
Qoy hər yerdə azadlıq günəşi işıq saçsın.
Tanrı özü Afrikanın yardımçısı olsun.
|