SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
MƏNZƏRƏ

ÖLKƏ QHT-LƏRİ NƏ EDİR?
YANVAR-MART 2004
 

YANVAR

- "Təkamül Assosiasiyası" əvvəl məhkum olunub sonra azadlığa çıxmış 25 qadına hüquqi yardım etmək məqsədilə Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə yanvar ayından etibarən yeni QHT yaradılmasını nəzərdə tutan 3 aylıq layihənin icrasına başlayıb.

- Soros Fondunun "Şərq-Şərq" proqramı çərçivəsində qadın problemləri ilə məşğul olan QHT rəhbərləri Türkiyədən səfərdən qayıtdıqdan sonra Bakı Mətbuat Klubunda mətbuat konfransı keçirdilər.

- Milli QHT Forumunun (MQF) prezidenti Azay Quliyev mətbuata QHT üçün "İlin ən yaxşı QHT-si" mükafatının veriləcəyini açıqladı.

- Nizami Mətbuat Klubunda QHT Konqresinin sədri Əli Quliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanun layihəsinin Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edilməsi barədə mətbuat konfransı
keçirdi.

- "Tolerans İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin" təsisçisi Asian İsmayılov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) QHT-lərin qeydiyyata alınmasında yaranan problem- lərlə bağlı toplantı düzənlədi.

- Demokratik Seçki Mərkəzinin rəhbəri Rauf Zeyni, qurum üzvləri Sərvər Məsum və İlqar İlkin Gürcüstan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə orada keçirilən prezident seçkilərini müşahidə etdikdən sonra Bakıda nəticələr barədə mətbuat konfransı keçirdilər.

- İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə İctimai Birliyin təşəbbüsü ilə Bakı Mətbuat Klubunda (BMK) Azərbaycanın Avropa Şurasına üzvlüyü, götürülən öhdəliklər haqqında dəyirmi masa təşkil edildi.

- Azərbaycan Naminə Hərəkat 26 fevral Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları keçirilməsi üçün təşkilat komitəsi yaradılması təşəbbüsü ilə çıxış etdi.

- MQF "QHT-lərin fəaliyyəti haqqında dövlət proqramı geri qaytarıldıqdan sonra müəyyən təkliflər irəli sürəcəyini bildirdi.

- İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlının keçmiş məktəb direktoru Mirfaiq Mirheydərlinin verdiyi şikayət ərizəsi əsasında Səbayel Rayon Məhkəməsində işinə başlandı.

- Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov BMK-da QHT və ictimai birliklərin fəaliyyətini gücləndirmək məqsədilə İctimai Nəzarət Qurumunun yaradılması haqqında məlumat verdi.

- bp-nin Biznes Mərkəzində MQF Diaspor Mərkəzinin təşəbbüsü ilə "Heydər Əliyev və dünya azərbaycanlıları" mövzusunda dəyirmi masa gerçəkləşdirildi.

- Hüquq müdafiəsi ilə məşğul olan təşkilatların rəhbərləri 15-16 oktyabr hadisələrində təqsirləndirilənlərin məhkəməsində iştirak edə bilmək üçün prezidentə müraciət ünvanlayıblar.

- Telman Zeynalov mətbuata QHT-lərin bp-nin investisiya qoyuluşundan narazı olduqlarını bildirdi.

- Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi BMM-də "20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır mövzusunda dəyirmi masa keçirdi.

- BMM Avrasiya Fondunun maliyyə dəstəyi ilə "KİV və hökumət layihəsi çərçivəsində" Azərbaycanda hökumət və KİV mövzusunda toplantı düzənlədi.

- "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi Fərqanə vadisindəki yerli QHT-lərin fəaliyyətilə tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək məqsədilə Özbə-kistana və Qırğızıstana səfər etdi.

- "Vətəndaş cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi BMM-də" Seçki kampaniyasının təşkilində KİV-in rolu mövzusunda seminar təşkil etdi.

- Gənclər üçün Təhsil Mərkəzi "Kimsəsizlərə qayğı" proqramının tərkib hissəsi kimi eyniadlı şəbəkə yaratdı.

- MQF rəhbəri Azay Quliyev və digər QHT rəhbərləri prezidentə təşkilatlarının keçdiyi yol, əldə edilən uğurlar, problemlər əks olunan məktub ünvanladılar.

- Gənc Hüquqşünaslar Birliyi "Azərbaycanda və Şimali Qafqazda qaçqınlara dair qanunvericilik və gender məsələləri" adlı bir aylıq layihənin icrasına başladı.

- Gənclər Təşkilatları Resurs Mərkəzinin təmsilçisi Elməddin Behbud təhsilin hazırkı durumu və problemləri ilə bağlı 90 nəfər arasında keçirdikləri sorğunun nəticələrini açıqladı.

- Qarabağ Qaziləri Birliyinin üzvləri Avropa Şurasına qurumun rəhbəri Etimad Əsədovun azadlığa buraxılması üçün müraciət ünvanladı.

- Azərbaycan Gənclərinin Avroatlantika təşkilatı yaradıldı. Qurum azərbaycanlı gənclərin Avroatlantika qurumlarına inteqrasiyası üçün fəaliyyət göstərəcək.

- Hüquq müdafiəçiləri 15-16 oktyabr hadisələrində həbs edilənlər barədə qəti imkan tədbirlərinin dəyişdirilməsi xahişi ilə daxili işlər naziri Ramil Üsubov və baş prokuror Zakir Qaralovla görüşdülər.

- BMM-də Qarabağ Azadlıq Təşkilatının (QAT) "Qarabağ harayı yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

- Müstəqil Hüquqşünaslar Liqası BMK-da "Andlılar Məhkəməsi" mövzusunda seminar keçirdi.

- Murov Döyüşçülər Cəmiyyəti 2 Fevral - Gənclər günü münasibətilə "Müasir gənclik və hərbi vətənpərvərlik mövzusunda dəyirmi masa gerçəkləşdirdi.

FEVRAL

- "Lotos Əlilliyin Dərki və Təlim Mərkəzi" Gənc əlillərin beynəlxalq şəbəkəsi - müfəssəl təhsil uğrunda adlı layihəsini təqdim etdi.

- Azərbaycan hüquq müdafiəçiləri Avropa Şurası Nazirlər Komitəsinin Aqo qrupunun üzvləri ilə görüşdülər.

- Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası "Azərbaycanda gənc sahibkarlığın inkişafı" çərçivəsində Heydər Əliyev iqtisadi siyasətinin gerçəkləşdirilməsi perspektivləri mövzusunda dəyirmi masa keçirdi.

- "İnam Plüralizm Mərkəzinin" rəhbəri Vahid Qazi bir qrup QHT təmsilçisi ilə Demokratiya uğrunda 3-cü Ümumdünya Assambleyasında iştirak etmək üçün CAR-ın Durban şəhərinə getdi.

- Soros Fondu BMK-da illik hesabat verdi.

- Gənc Hüquqşünaslar Birliyi Amerika Hüquqşünaslar Assosiasiyasının maliyyə dəstəyi ilə gənclərin mülki və siyasi hüquqlarına dair məlumat sessiyası keçirdi.

- "Puls-R Sosioloji Xidməti" bir il ərzində apardığı sorğunun nəticələrini BMK-da elan etdi.

- Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev veteranların Qarabağ probleminin həlli məqsədilə aparılan sülh danışıqlarının uğurlu olması üçün Azərbaycanın öz hərbi gücünü nümayiş
etdirməsi təklifi ilə çıxış etdi.

- Sərhədsiz Jurnalistlər Birliyi bir neçə nominasiya üzrə mükafatlar təqdim etdi.

- "Ümidli gələcək Gənclər Təşkilatı" UNİSEF-in maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi "Valideyn-müəllim assosiasiyalarının yaradılması" layihəsi çərçivəsində tədbir keçirdi.

- Azərbaycan Mətbuat Şurasının növbəti iclası keçirildi.

- "Sel Analitik İnformasiya və Sorğu Mərkəzi prezident İlham Əliyevin fəaliyyətinin 100 gününə həsr edilmiş sorğunun nəticələrini elan etdi.

- Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2004-cü ilin ilk ayında dünyada və Cənubi Qafqaz dövlətlərində baş verən hadisələrlə bağlı hesabat açıqladı.

- BMM-də Qarabağ Azadlıq Təşkilatı (QAT) "Erməni təcavüzünün aradan qaldırılmasına dair yeni təkliflər və ziddiyyətli məqamlar" mövzusunda dəyirmi masa keçirdi.

- Bütöv Azərbaycan Birliyi BMM-də "Azərbaycan davası beynəlxalq hüquqa görə mövzusunda elmi-praktik konfrans keçirdi.

- Azərbaycandakı hüquq müdafiəçiləri ABŞ-ın ölkəmizdəki səfirliyində görüşdə oldular.

- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun və Oruc Məmmədəliyevin hüquqlarını müdafiə komitəsi yaradıldı.

- Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi BMM-də milli qəhrəmanların plakatlarını təqdim etdi.

- Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin tibb komissiyasının üzvləri mətbuat konfransı keçirdilər.

- Azərbaycan Millətçi Hərəkatının təşkilat komitəsinin rəhbəri Arif Paşanın BMK-da mətbuat konfransı oldu.

- BMM-də Humanitar Tədqiqatlar Cəmiyyətinin təsis etdiyi "Azərbaycanda insan hüquqları jurnalının ikinci ilinə həsr edilən toplantı oldu.

- Azərbaycanda fəaliyyət göstərən QHT-dən 114-ü "Human Rights Wa-ch təşkilatının prezident seçkiləriylə bağlı hesabatına etirazını bildirdi.

- Qadın Hüquqlarını Müdafiə Komitəsi CRS və USAİD-in köməyi ilə "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı proqramı çərçivəsində tədbir keçirdi.

- Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyası yazıçı-deputat Maqsud İbrahimbəyovun Andreas Qrossu tənqid etməsi ilə bağlı bəyanat yaydı.

- Həmrəylik Jurnalistlər Birliyinin qurultayı keçirildi.

- Milli Dirçəliş Hərəkatının təşkilat komitəsi şəhid ailələrinin himayə olunması ilə bağlı toplantı keçirdi.

- Müstəqil Hüquqşünaslar Liqasının Andlılar Məhkəməsi ilə bağlı BMK-da növbəti seminarı oldu.

- BMK-da Təhsildə İslahatlar Mərkəzinin ilk dəyirmi masası keçirildi.

- "Dünya ana və uşaqları İctimai Birliyi BMM-də Xocalı faciəsinin 12-ci ildönümünə həsr edilən dəyirmi masa keçirdi.

- Azərbaycan Naminə Hərəkatın Koordinasiya Şurasının sədri İlqar Qasımov mətbuat konfransı təşkil etdi.

- Qarabağ Azadlıq Təşkilatı (QAT) Xocalı faciəsi ilə əlaqədar "Analar döyüşə çağırır devizi altında qadınların forumunu keçirdi.

- Azərbaycan Naminə Hərəkat "Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin ədalətli həllinin əsas prinsipləri mövzusunda dəyirmi masa təşkil etdi.

- BMM-də Qadınlar Sülh və Ekoloji Təmizlik Uğrunda İctimai Birliyinin təşəbbüsüylə Xocalı faciəsi ilə bağlı toplantı oldu.

- İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə İctimai Birlik BMM-də "Xocalı soyqırımı və insan hüquqları mövzusunda dəyirmi masa keçirdi.

- Azərbaycanlı zabit Ramil Səfərovun hüquqlarını müdafiə komitəsi yaradıldı.

- Qarabağ Azadlıq Təşkilatı "Gənclər döyüşə hazırdır devizi altında forum keçirdi.

- "Gülüm Uşaq Ekoloji Təşkilatı və "Ekoestetik Uşaq Estetik Mərkəzinin iştirakı ilə Bakıda beynəlxalq uşaq rəsmləri festivalı keçiriləcəyi barədə mətbuata məlumat verildi.

- "Vətəndaş cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi mətbuata xarici donor təşkilatların Azərbaycana marağının azaldığını açıqladı.

- Müstəqil Təhqiqat Mərkəzi milli siyasi barışıq konsepsiyası hazırladı.

- Azərbaycan Naminə Hərəkat Xocalı soyqırımı ilə bağlı "Hyatt Regency mehmanxanasında toplantı keçirdi.

- Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun döyülməsi faktı ilə bağlı Yasamal Rayon Polls İdarəsinin təhqiqat şöbəsində araşdırmalar aparıldı.

- Gənclərin Nailiyyəti Təşkilatı gerçəkləşdirdiyi layihə çərçivəsində 220 saylı orta məktəbə kompüter bağışladı.

- Zabit Ramil Səfərovu müdafiə edən təşkilatların Koordinasiya Şurası yaradıldı.

- Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus "Azərbaycanda siyasi məhbusların problemləri mövzusunda mətbuat konfransı keçirdi.

- Mediada Müxtəliflik İnstitutu "Yeni nəsil Jurnalistlər Birliyi ilə birlikdə azərbaycanlı jurnalistlər üçün 3 günlük seminar keçirdi.

- Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti azərbaycanlı jurnalistlər üçün "Mülki işlərin işıqlandırılması mövzusunda 3 aylıq treninq-seminara başladı.

- Xətai Fondu Şah İsmayıl Xətaiyə həsr olunmuş sərgi təşkil etdi.

- Türkiyədə fəaliyyət göstərən "ABAD Azərbaycan təşkilatı Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər gerçəkləşdirdi.

- "ABAD Azərbaycan təşkilatı Xocalı faciəsinin beynəlxalq arenada soyqırım kimi tanınması üçün Haaqa məhkəməsinə müraciət etdi.

MART

- QHT Konqresi və Demokratik Seçkilərə Yardım Mərkəzinin təşəbbüsü ilə bələdiyyə üzvləri üçün 3 günlük treninq keçirildi.

- "İnam" Plüralizm Mərkəzi "ABŞ iqtisadiyyatı", "ABŞ dövləti" və "Demokratiya məqalələri" adlı kitabların ingilis dilindən tərcüməsini başa çatdırdı. Kitablar ABŞ səfirliyinin maliyyəsilə nəşr olunacaq.

- Demokratiyanın İnkişafı Fondunun sədri Fuad Mustafayev və hüquq müdafiəçisi Səidə Qocamanlı BMK-da ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair illik hesabatı ilə bağlı mətbuat konfransı keçirdilər.

- Azad Cəmiyyət Uğrunda İctimai Birlik sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdi.

- Azərbaycan Ziyalı Hərəkatının "Azərbaycan ziyalıları adlanacağı bildirildi.

- Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Sahib Məmmədovun aldığı qrantı qeydiyyatdan keçirdi.

- MQF-də zabit Ramil Səfərovun hüquqlarını müdafiə komitəsinin Koordinasiya Şurasının növbəti toplantısı oldu.

- Azərbaycan Jurnalistlər Konfederasiyasının təşkilatçılığı ilə "KİV dili mövzusunda dəyirmi masa keçirildi.

- "Yeni nəsil Jurnalistlər Birliyinin təşkilatçılığı ilə "İnformasiya azadlığı haqqında qanun layihəsi müzakirə olundu.

- QHT Konqresinin rəhbəri Əli Quliyev xarici donorların ölkəmizə marağının azalmasının QHT-ləri iflic vəziyyətinə sala biləcəyini və dövlət strukturlarının bununla məşğul olmalarının vacibliyini qeyd etdi.

- Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə jurnalistlər üçün treninq keçiriləcəyi barədə məlumat verildi.

- Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı azərbaycanlı zabit Ramil Səfərovun müdafiəsi ilə bağlı narazılığını və məsələ ilə əlaqədar bir neçə yerdə etiraz aksiyası keçiriləcəyini bildirdi.

- Müstəqil Təhqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay ADP-nin həbsdə olan baş katibi Sərdar Cəlaloğlunun fəaliyyəti ilə bağlı təhlillərini jurnalistlərə təqdim etdi.

- Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov BMK-da mətbuat konfransı keçirdi.

- Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislərin Təşkilatı "Qarabağ, torpaq və insanlar adlı kompakt diskin təqdimat mərasimini təşkil etdi.

- Bütöv Azərbaycan Birliyinin sədr müavini Arzu Səməd-bəyli bu qurumla DAK-ın birləşməsi üçün tərəflərin bir araya gələcəyini bildirdi.

- ADP Müstəqil Təhqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayı məhkəməyə verdi.

- Müstəqil Memarlar Assosiasiyası tarixi abidələrin qorunmasında yaranmış problemlərlə bağlı prezidentə müraciət ünvanladı.

- Sahibkarlar Təşkilatları Milli Konfederasiyası illik hesabat verdi.

- Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi BTC neft kəmərinin çəkilişi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqladı.

- Miqrantlara Hüquqi Yardım Mərkəzi qadınlara qarşı zorakılığa, həmçinin cinsi köləlik və digər məqsədlərlə qadın və uşaq alverinə şərait yaradan halları aradan qaldırmağa çağıran bəyanat yaydı.

- Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Gəncə körpələr evində xeyriyyə aksiyası keçirdi.

- Azərbaycan Naminə Hərəkatın üzvləri Ermənistanın Moskvadakı səfirliyi qarşısında işğal olunmuş torpaqların azad edilməsi, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağa aid qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi tələbləri ilə etiraz aksiyası keçirdi.

- İFES Şəkidə gənc müəllimlər üçün Demokratiya Düşər-gəsi yaradılacağı haqda məlumat verdi.

- Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmiz-lənməsi üzrə Milli Agentlik (ANAMA) BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti ilə birgə ölkədə mina təmizləmənin durumu barədə brifinq keçirdi.

- "Exxon - Azərbaycan Əməliyyat Şirkəti cənub rayonlarında yerləşən qaçqın düşərgələrində uşaq ensiklopediyasını payladı.

- Demokratik Seçkilərə Yardım Mərkəzi Sorosun "Şərq-Şərq proqramı çərçivəsində Polşanın "Partners ictimai qurumu ilə birgə "Bələdiyyə maarifçilik məktəbinin yaradılması layihəsi çərçivəsində növbəti tədbir keçirdi.

- Hemofiliyalı Xəstələr Assosiasiyasından mətbuata verilən məlumatda bildirildi ki, qurum 17 aprel Beynəlxalq Hemofiliya xəstəliyi günü ilə əlaqədar tədbirlər həyata keçirməyə hazırlaşır.

- "Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov ölkə üzrə mətbuat yayımının vəziyyəti ilə bağlı konfrans keçirdi.

- Bir sıra QHT rəhbərləri azərbaycanlı zabit Ramil Səfərovun məhkəməsinin Azərbaycanda keçirliməsi üçün beynəlxalq təşkilatlara müraciət etdi.

- Azərbaycan Internet Forumunun rəhbəri Osman Gündüz milli internet ünvanlarının qeydiyyatı sahəsində xoşa-gəlməz vəziyyətlərlə əlaqədar mətbuat konfransı keçirdi.

- "Həmrəylik Jurnalistlər Birliyi media nümayəndələrinə sarı kartların verilməsi ilə bağlı dəyirmi masa gerçəkləşdirdi.

- Mətbuat Şurası qurumun ikinci qurultayı ilə bağlı növbəti iclas keçirdi. - "İnternyus Amerika QHT-nin nəzdində fəaliyyət göstərən "Qlobal internetin siyasi təşəbbüsü layihə qrupu "Azərbaycan elektron biznesinin hüquqi aspektləri. Avropa Parlamenti və Avropa İttifaqının tövsiyələri mövzusunda dəyirmi masa təşkil etdi.

- Bakı Dirçəliş İttifaqı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə erməni terrorçularının 1994-cü il martin 19-da metronun "20 Yanvar stansiyasında törətdikləri aktın 10-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirdi.

- Qarabağ Azadlıq Təşkilatı azərbaycanlı zabit Ramil Səfərovun internet saytını yaratdı.

- Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti "Hüququn KİV-də yayılması proqramı çərçivəsində "Fərdin Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət hüququ mövzusunda müsabiqə elan etdi.

- Mətbuat Şurası qurumun apreldə keçiriləcək ikinci qurultayına hazırlıq işləri üzrə təşkilat komitəsi yaratdı.

- Azərbaycan Mədəniyyət Fondunda "Teatr dünən, bu gün və sabah mövzusunda dəyirmi masa keçirildi.

- "Krizis mərkəzi və "İnternyus Avrasiya Fondunun dəstəyi ilə evdə zorakılıq, boşanma, əmlakın bölünməsi, QİÇS, zöhrəvi xəstəlik və digər mövzuları əhatə edən bədii-sənədli teleserial layihəsini reallaşdırmağa başladı.

- Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı "Hyatt-Regency mehmanxanasında "Məktəbli-tələbə şirkətlər qrupunun təqdimat mərasimini keçirdi.

- Qarabağ Qazilər Birliyi qurumun rəhbəri Etimad Əsədovun azadlığa buraxılmasına kömək göstərməsi üçün Avropa Şurasının baş katibi Valter Şvimmerə müraciət etdi.

- Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində monitorinq keçirməsi ilə razılaşmadığını bildirdi.

- Azərbaycan Skautlar Assosiasiyası mətbuat konfransında Avrasiya skautlarının 2-ci konfransının Bakıda təşkil olunacağını bildirdi.

- Milli Qeyri-Hökumət Təşkilatları Forumu "Azərbaycan rəmzlərini necə qoruyuruq mövzusunda dəyirmi masa keçirdi.

- Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Hyatt-Regency mehmanxanasında "Azərbaycanda sosial dialoq və məşğulluq mövzusunda iki günlük seminar keçirdi.

- Seçki Monitorinq Mərkəzi seçki komissiyasının tərkibinin dəyişdirilməsi ilə bağlı müzakirələrin başlaması təklifini irəli sürdü.

- Qarabağ Azadlıq Təşkilatı 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı qaçqın və məcburi köçkünlərin forumunu təşkil etdi.

- Azərbaycan Jurnalistlər Konfederasiyası "Reket jurnalistikaya qarşı mübarizə mövzusunda dəyirmi masa keçirdi.

- Azad Jurnalistlər Birliyi İdarə Heyətinin bir qrup üzvü ABŞ Milli Demokratiya İnstitutunun Beynəlxalq Əlaqələr üzrə Proqramının məsul işçisi Adrianna Stonla görüşdü. Görüşdə 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərindən sonra Azərbaycanda yaranmış ictimai- siyasi durum, mətbuatın vəziyyəti, seçkilərdən sonra jurnalistlərin qarşılaşdığı təzyiqlər, müstəqil mediaya qarşı repressiyalar başlıca müzakirə mövzusu oldu.

Hazırladı: Günel Səmədova