SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
CONTACTS

 

REDAKSİYA HEYƏTİ:

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Mustafa C. Krımoğlu
(Ukrayna)

Vahid Qazi
(Azərbaycan)

Irena Lasota
(USA)

Ivlian Haindrava
(Georgia)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

Tehran Vəliyev
(Azərbaycan)

Təsisçi ve baş redaktor:
Vahid Qazi

Məsul redaktor:
Tehran İmranoğlu

Redaktor:
İlahə Rafaelqızı

Dizayner:
Fuad Əliyev

Veb dizayner:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@azdata.net

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
MONİTORİNG

NƏTİCƏLƏR O QƏDƏR DƏ ÜRƏK AÇAN DEYİL
 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə aparılan monitorinqin nəticələri mart ayının sonlarında açıqlandı. Monitorinqi 29 oktyabr 2003-cü ildən 29 yanvar 2004-cü ilə qədər "Qlobal Creendrants Fund təşkilatının maliyyə dəstəyi ilə Ağstafa, Tovuz və Şəmkir rayonlarında Həmid Xəlilov, Zamin Hacı, Mətanət Əsgərova və Mətanət Əzizova aparıblar. Ötən il noyabrın 1-dən 2004-cü il martin 1-dək Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə Ağdaş, Ucar və Yevlax rayonlarının 28 kəndində isə bu layihəni Asif Bəkirov, Zamin Hacı və Ramil Həsənov gerçəkləşdirmişlər.

Hər iki monitorinqdə BTC boru kəməri üçün Torpaq Ayırma Proqramı (TAP) həyata keçirilən zaman layihənin təsirinə məruz qalmış əhalinin əmək və mülki hüquqlarının vəziyyəti, yerli işçi qüvvəsindən istifadə, yerli işçilərlə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Əmək Məcəlləsinə uyğunluğu, subpodrat işlərində yerli təşkilatların tikintiyə cəlb edilməsi, kəmərlər keçən ərazilərdə İctimai Sərmayə Proqramının (İSP) həyata keçirilməsi problemləri əsas götürülüb. BTC neft boru kəməri TAP-ın əsas prinsipləri (noyabr 2002-ci il), Azərbaycan, Gürcüstan və Türkiyə boru kəmərləri TAP (sentyabr 2003-cü il), BTC və Cənubi Qafqaz boru kəməri layihələri ilə bağlı Azərbaycan İSP kimi sənədlər monitorinqdə əsas götürülüb, layihələrlə bağlı bu istiqamətdə çalışan ekspertlərlə, mütəxəssislərlə görüşlər təşkil edilib.

Sorğuların nəticələrinə görə:

  • torpaqayırma komissiyası kəmərin keçəcəyi ərazilərdə təsirə məruz qalacaq torpaq mülkiyyətçilərini müəyyənləşdirdikdən sonra əhali arasında aparmalı olduğu maarifləndirici və izahat işlərini səthi yerinə yetirib; bu işlər ictimaiyyət nümayəndələri üçün açıq olmayıb və onlar məlumatlandırılmayıblar; Ağstafa, Tovuz və Şəmkir rayonlarında məsləhətləşmələr prosesində nə yerli əhali, nə də özünüidarəetmə orqanlarının (bələdiyyə) təkliflər verməsinə şərait yaradılıb;

  • əhalidə kəmər haqqında biliklər əsasən dövri mətbuat, xüsusilə də televiziyadan alınan informasiyalar vasitəsilə formalaşıb;

  • kəndlilərin müqavilə bağlamaq haqqında anlayışları olmamış və latın qrafikasını yaxşı bilmədiklərindən müqavilələrin məzmunu haqqında çox səthi məlumatlara əsasən onları oxumadan imzalamışlar;

  • mülkiyyətçilərin bir qismi ayrılan kompensasiyanın az olmasından narazıdır. Əgər mülkiyyətçilər torpaqdan ildə ən azı 2 dəfə məhsul götürürdülərsə, hazırda onlara kompensasiya bir məhsula görə hesablanıb;

  • Tovuzun bir kəndi istisna olmaqla, bütün rayon, Ağstafanın isə bəzi kəndlərində nişanlama işləri aparılmayıb;

  • monitorinq zamanı rəyi soruşulanların 80 faizi konkret nişanlama işləri aparılmadığına görə artıq ikinci mövsümdür ki, öz torpaqlarından istifadə edə bilmədiklərini bildirib;

  • Ağdaş, Ucar və Yevlax rayonlarında da mülkiyyətçilərin torpaqdan istifadə edən hissəsinin təsərrüfatlarının rentabelliyi nəzərə alınmayıb;

  • təsirə məruz qalan ərazilərdə toprağa mülkiyyət hüququ ilə əlaqədar bəzi mübahisələrə məhkəmə qaydasında baxılmayıb;

  • kompensasiya verilməsi zamanı mülkiyyətçilərdən rüşvət alma faktları da açıqlanıb. Kompensasiyanın ödənilməsi üzrə bank sənədləri və hesablanma müqavilələri qanunvericiliyə uyğun tərtib edilməyib.

Müşahidələr nəticəsində kompensasiyaların miqdarından razı olan mülkiyyətçilərin əsas motivlərinin bu pulların onlar üçün "göydəndüşmə kimi olması aşkar edilib.

Bundan əlavə, BTC boru kəmərinin tikintisinə Ağstafa, Tovuz və Şəmkir bölgələrində hələ də başlanmayıb. Tikinti şirkətinin kəmər boyu ərazilərdə yaşayan əhalidən işçi qəbul olunması üçün yerli ofisləri yaradılıb. Rayon mərkəzlərində işəgötürmə ilə əlaqədar müşavirələr keçirilib. Kəndlərdə işçi qəbulu haqqında elanlar və tələb olunan peşə ixtisasları, bu peşə və ixtisaslar üzrə işçilərə qoyulan bir sıra tələb və şərtlərin siyahısı asılıb. Əhali işəgötürmədə də şəffaflıq prinsipinə düzgün əməl olunacağına az ümid edir. Monitorinqdə o da aydın olub ki, işə qəbul üçün Ağstafada 597, Tovuzda 59, Şəmkirdə 20 ərizə təqdim olunub. Ucar və Ağdaşda isə heç kim işə götürülməyib. Yevlax rayonundan isə bir neçə nəfər işlə təmin olunub. İşçilərlə 3 aylıq əmək müqaviləsi imzalansa da, onlarla tibbi və həyati sığorta müqaviləsi imzalanmayıb. Azərbaycan Əmək Məcəlləsinə zidd olaraq iş saatı səhər 7-dən axşam 7-dək müəyyənləşdirilib.

Aparılan sorğudan sonra monitorinq üzvləri bir sıra yeni təkliflər irəli sürüblər. Azərbaycan, Gürcüstan və Türkiyə boru kəmərləri TAP üzrə kompensasiyaların verilməsinin yenidən araşdırılması, İSP üzrə seçilmiş kəndlərin siyahısının yenidən aydınlaşdırılması, Azəsrbaycan, Gürcüstan və Türkiyə boru kəmərlərinin təsirinə məruz qalmış rayonlardan işə qəbulla əlaqədar kəmərin çəkilişi ilə məşğul şirkətlərin öz üzərlərinə götürdükləri öhdəlikləri reallaşdırması və Azərbaycan, Gürcüstan və Türkiyə boru kəmərlərinin çəkilişinə başlanıldıqda yerli fermerlərin, yerli müəssisələrin xidmətlərindən istifadəyə xüsusi diqqət yetirilməsi həmin təkliflər sırasındadır.

Günel Səmədova