Ötən ilin oktyabrında Azərbaycanda keçirilən prezident
seçkilərindən sonra "Human Rights Watch Beynəlxalq Humanitar
Təşkilatı həm seçkilər, həm də ölkədə baş verən məlum 16 oktyabr
hadisələri barədə hesabat hazırlamışdı.
Əksəriyyəti gənclər və uşaq təşkilatlarından ibarət
olan 114 yerli qeyri-hökumət təşkilatının imzaladığı həmin hesabatın
nəticələrini pisləyən müraciətlə bağlı Beynəlxalq Mətbuat Mərkəzində
toplantı keçirilmişdi. Tədbirdə əsas təşkilatçılardan biri olan
"Narkomaniyaya qarşı mübarizə Gənclər Təşkilatının sədri Zaur
Adıgözəlov Azərbaycanda tamamilə şəffaf və demokratik seçki keçirildiyini
və bununla əlaqədar heç bir beynəlxalq təşkilatın hesabatına ehtiyac
olmadığını (?!) bildirmişdi. O, həmin sənəddə Azərbaycanda bəzi
QHT-nin fəaliyyətinə məhdudiyyətlər qoyulduğunun qeyd olunmasını
əsassız yalan kimi dəyərləndirərək ölkədə QHT sektorunun fəaliyyəti
üçün hər cür şərait yaradıldığını demişdi. Hesabatla dərindən tanış
olduğunu bildirən Z.Adıgözəlov orada göstərilən faktlarla razılaşmadığını
söyləmişdi: "Düzdür, seçkilərdə bir sıra xoşagəlməz problemlər
baş verdi. Lakin həmin çatışmazlıqlar qeyri-hökumət təşkilatları
tərəfindən qeydə alındı və qanun çərçivəsində həll edildi. Hesabatda
regionlardan olan elə adamların adları göstərilir ki, bizim araşdırmalarımız
həmin ərazilərdə belə şəxslərin yaşamadıqlarını ortaya qoyub.
Tədbirdə çıxış edən digər təşkilatların nümayəndələri
də hesabatda yazılanlarla razılaşmadıqlarını demişdilər. Məsələn,
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədimov
öz fikrini belə bildirmişdi: "Bu hesabat da kimlərinsə sifarişi
ilə hazırlanıb və bunu yoxlamaq lazımdır.
Siyahıda adı çəkilən 114 QHT-nin əksəriyyəti tədbirdə
iştirak etmirdi. Biz həmin təşkilatların bəziləri ilə əlaqə saxlayıb
onların bu hesabata münasibətlərini dəqiqləşdirməyə çalışanda bir
sıra maraqlı hallarla, müxtəlif fikirlərlə, hətta qeyri-adi mülahizələrlə
rastlaşdıq. Belə ki, siyahıda adı qeyd olunan "Sahib Əlil və
Kimsəsiz Uşaqlara Yardım Mərkəzinin rəhbəri Zəhra Cəfərova bizim
sualımıza belə cavab verdi: "Tədbir Milli Qeyri-Höku-mət Təşkilatları
Forumu tərəfindən təşkil olunduğuna görə yüksək qiymətləndirirəm
və forumun işindən çox razıyam. O, adı çəkilən hesabatla tanış olduğunu
və oradakı fikirlərlə razılaşmadığını, ölkədə bütün tələblərə cavab
verən seçki keçirildiyini dedi. Qadın və İnkişaf Cəmiyyətinedi.
Qadın və İnkişaf Cəmiyyətinvü rəhbərliyin atdığı bütün addımların
qurum üzvləri tərəfindən dəstəkləndiyini söylədi. Onun "əgər
sədrimiz hesabata etiraz edibsə, biz də onunla razıyıq sözləri orijinallığı
ilə seçilirdi.
"Sehirli aləm Cəmiyyətinin rəhbərliyi
isə tədbirin nə vaxt və kim tərəfindən
gerçəkləşdirilməsi, bu qurumun adının
həmin siyahıya salınmasından xəbərsiz
olduğunu bildirdi. Uşaq və Gənclərin Xeyriyyə
Fondundan Eldar Əliyev əvvəlcə məsələdən
xəbərsiz olduğunu desə də, sonra söhbətin
ölkədə keçirilən prezident seçkilərindən
getdiyini biləndə, fikrinə "Əgər o
hesabatda seçkilərin demokratik keçirildiyi yaızılbsa,
onda mən hesabatla razıyam düzəlişini etdi.
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislərin
Təşkilatı, "Gələcək naminə Gənclər Təşkilatı və Gənclər üçün
Təhsil Mərkəzindən də məsələdən xəbərdar olmadıqlarını bildirdilər.
...Ürəkağrıdan mənzərədir. Hansısa başqa bir qrup
azərbaycanlının belə müraciətlərə imza atıb-atmaması bizi bu qədər
maraqlandırmaz, təəccübləndirməzdi. Amma məqsədinin demokratiya
və vətəndaş cəmiyyətinin qurulmasına yardım etmək olduğunu bəyan
edən bəzi Azərbaycan QHT-nin dünya dövlətlərinin və beynəlxalq təşkilatların
demokratiya fədaisi kimi tanıdığı və hesablaşdığı nüfuzlu "Human
Rights Watch təşkilatını yalanda ittiham etməsi təəssüf doğurur,
başıaşağılıq gətirir, məntiqsiz görünür və adamın yadına "çürüməkdə
olan kapitalizmi lənətləyən sovet komsomolçularını salır.
|