SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
TƏQDİMAT

"VNEŞNAYA POLİTİKA İRAKA (1968-2003 QODI)" BAKI, ADİLOĞLU, 2003
Aida Baqirova

Bu gün dünyanın nəzərləri yenidən İraqa dikilib. 2003-cü ilin aprelində ABŞ Silahlı Qüvvələrinin başçılığı altında beynəlxalq hərbi güclərin İraqa müdaxiləsini ciddi müqavimətlə qarşılamayan və bəlkə də avtoritar Səddam Hüseyn rejiminin devrilməsinə sevinən Iraq xalqı düz bir il sonra ABŞ və onun müttəfiqlərinə qarşı geniş mübarizə hərəkatına başladı. İndi demək olar ki, hamı çoxlarını, xüsusilə ABŞ administrasiyasını şoka salan bu hadisələrin kökləri və səbəblərini araşdırmaqla məşğuldur.

Bu baxımdan tarix elmləri namizədi Aidə Bağırovanın "Adiloğlu nəşriyyatı tərəfindən nəşr edilən "İraqın xarici siyasəti (1968-2003-cü illər) adlı kitabı ciddi maraq doğurur. Rus dilində yazılmış bu monoqrafiyada BƏƏS partiyasının hakimiyyəti (1968-2003-cü illər) dövründə İraqın yeritdiyi xarici siyasətin formalaşma mərhələləri və onun əsas istiqamətləri tədqiq obyektinə çevrilmişdir. Həmin dövrdə İraqın Yaxın Şərq regionu, Qərb dövlətləri və keçmiş SSRİ başda olmaqla, digər sabiq sosialist ölkələriylə münasibətlərinin dinamikası xarakterizə edilmiş və bu siyasət kursunun təkamül istiqamətləri müəyyənləşdirilmişdir.

Müəllifin fikrincə, BƏƏS iqtidarının ilk on ilində hakim partiyanın yeritdiyi xarici siyasətin başlıca vəzifəsi Iraqi tədricən ərəb dünyasının lider dövlətinə və bütün Yaxın Şərqdə yeganə güc mərkəzinə çevirmək olmuşdur. Bu məqsədlə ölkədə siyasi rəhbərliyin möhkəmlənməsinə və daxili vəziyyətin stabilliyinin təmin olunmasına çalışılmışdır.

80-ci illərin əvvəllərindən S.Hüseyn İraqın ərəb dünyasının "xüsusi missiyasından danışmağa başlamışdır. Körfəzdə lider dövlətə çevrilmək iddiasının inkişafı 8 illik İran-İraq müharibəsiylə nəticələnmişdir. Ancaq bu silahlı münaqişə nəinki İraqın regionda və beynəlxalq aləmdəki mövqelərini möhkəmlətməmiş, əksinə, ona güclü zərbə vurmuşdur.

1990-cı ildə Küveytin işğal edilməsi isə Iraq rejimi tərəfindən həyata keçirilən ekspansionist siyasətin və S.Hüseynin ambisiyalarının iflasının başlanğıcını qoymuşdur. ABŞ-ın rəhbərliyi altında çoxmillətli koalisiyanın həyata keçirdiyi "Səhrada fırtına əməliyyatı nəticəsində ölkənin silahlı qüvvələri darmadağın edilmiş və Iraq beynəlxalq birliyin ciddi sanksiyaları ilə üz-üzə qalmışdır.

Bütün bunlardan heç bir nəticə çıxarmayan Iraq iqtidarı yeritdiyi xarici siyasətin sonunda bu ölkənin ABŞ və digər beynəlxalq güclərin terrorizmə qarşı mübarizədə başlıca hədəfinə çevrilmiş və İraqın işğalına, BƏƏS partiyası və onun lideri S.Hüseynin isə birdəfəlik siyasi arenadan kənarlaşdırılmasına gətirib çıxarmışdır.
Son 35 ildə İraqın tarixini təkbaşına yazmağa cəhd göstərən təkpartiyalı avtoritar bir rejimi iflasa sürükləyən səbəbləri anlamaq istəyirsinizsə, hökmən bu kitabı oxuyun!