SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
CONTACTS

 

REDAKSİYA HEYƏTİ:

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Mustafa C. Krımoğlu
(Ukrayna)

Vahid Qazi
(Azərbaycan)

Irena Lasota
(USA)

Ivlian Haindrava
(Georgia)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

Tehran Vəliyev
(Azərbaycan)

Təsisçi ve baş redaktor:
Vahid Qazi

Məsul redaktor:
Tehran İmranoğlu

Redaktor:
İlahə Rafaelqızı

Dizayner:
Fuad Əliyev

Veb dizayner:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@azdata.net

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
ELM OCAQLARI

ELM ADAMLARI ÜÇÜN VUDRO VİLSON BEYNƏLXALQ MƏRKƏZİ
 

Elm adamları üçün Vudro Vilson Beynəlxalq Mərkəzi (www.wilsoncenter.org) rəsmən ABŞ hökuməti tərəfindən ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun xatirəsinə yaradılmışdır.

"Siyasət müəllimi təxəllüslü Vudro Vilson əsasən siyasət fakültəsinə rəhbərlik etdiyi və Prinston Universitetinin prezidenti olduğu, həmçinin Birinci dünya müharibəsi illərində və ondan sonra milli və dünya səviyyəsində dövlət adamı kimi öz yüksək səviyyəli idealizmi ilə yadda qalmışdır.

Vilson 1856-cı ildə Virciniya ştatının Staunton şəhərində anadan olmuş və ona Tomas Vudro Vilson adı verilmişdir. O, Vətəndaş müharibəsinin dəhşətli acılarını Corciya və Cənubi Karolina ştatlarında yaşayaraq böyümüşdür. Keşiş və kollec müəllimi olmuş atasının presviterianlığı da ona çox təsir etmişdir.

Vilson ilk olaraq Davidson Kollecinə getsə də, səhhəti ilə əlaqədar təhsilini yarımçıq qoymalı olub. O, 1879-cu ildə Nyu Cersi Kollecini (sonralar Prinston Universitetinə çevrilib) bitirib. Dövlət adamı olmağı qərara alan Vilson 1879-1880-ci illər ərzində Virciniya Universitetində hüquq ixtisası üzrə bir illik təhsil almış və 1882-ci ildə Corciyada vəkilliyə başlamışdır, lakin onun vəkillik praktikası uzun sürməmişdir.

Vilson dövlət və onun tarixini öyrənmək üçün 1883-cü ildə Con Hopkins Universitetinə getmişdir. Burada yazdığı "Konqres hökuməti əsəri 1885-ci ildə nəşr olunmuşdur. ABŞ hökumətinin qanunvericilik fəaliyyəti haqda ciddi tədqiqat əsəri kimi bu gün də sevilən həmin kitab onun dissertasiyası hesab edilmiş və növbəti il o, həmin universitetdən politologiya üzrə doktorluq dərəcəsi almışdır. Vilson ABŞ-ın doktorluq dərəcəsi olan yeganə prezidentidir.

Vilson əvvəlcə Brayn Mavr Kollecində, daha sonra isə Vesleyan Universitetində dərs demişdir. 1890-cı ildə Prinston Universitetində hüquq və siyasi iqtisadiyyat professoru olmuşdur. Yeddi kitab yazan Vilson eyni zamanda öz məqalələri ilə tanınmışdır. Prinston Universitetinin himayədarları 1902-ci ildə onu bu müəssisənin prezidenti seçmişdilər.

1910-cu ildə o, Demokrat Partiyası tərəfindən Nyu Cersinin qubernatorluğuna namizəd sürülməsini qəbul etmiş və bu seçkilərdə qalib gəlmişdir. İctimaiyyəti trestlərin istismarından qorumaq məqsədini güdən uğurlu mütərəqqi proqramı onu milli səviyyədə tanıtmış və 1912-ci ildə o, prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi qalib gəlmişdir. Vilsonun Amerika iqtisadiyyatının yenidən canlandırılmasına yönəldilmiş "Yeni Azadlıq platfroması ona 535 seçici səsindən 435-ni əldə etməklə prezidentlik kürsüsünü və Konqresdə demokratik çoxluğu qazandırmışdı.

Bir prezident kimi Vilsonun daxili siyasəti trestlərə qarşı mübarizə kampaniyasını davam etdirmək olmuşdur.
ABŞ-ın Avropada genişlənən müharibəyə qoşulması üçün edilən təhrik və təzyiqlərə baxmayaraq, Vudro Vilson Amerikanın neytrallığını iki il qoruya bildi. 1916-cı il seçkilərində onun başlıca şüarı "o bizi müharibədən uzaq saxladı oldu. Lakin Almaniyanın neytral ölkələrə qarşı da sualtı qayıq müharibəsini sürətlə genişləndirməsi Vilsonu 1917-ci ilin aprelində müharibə elan etmək barədə Konqresə müraciət etməyə məcbur etdi. Dünya Amerikaya və Vilsona Birinci dünya müharibəsinin həll xilaskarı kimi baxırdı. 1919-cu ildə keçirilən Paris Sülh Konfransı Almaniya ilə Versal Sülh Müqaviləsinin imzalanması ilə nəticələndi, lakin ölkədə respublikaçıların üstünlük təşkil etdiyi Konqres Vilsonun başçılığı ilə aparılan danışıqların nəticələri, xüsusilə də Millətlər Liqası və kollektiv təhlükəsizlik aspektləriylə razılaşmadı. Nəticədə Birləşmiş Ştatlar və Almaniya arasında ayrıca sülh danışıqları aparıldı. Vilson 1919-cu ildə Nobel Sülh Mükafatı ilə təltif olundu və Avropada sülhün xilaskarı kimi tanındı.

Versal Müqaviləsinin ratifikasiyası üçün qatarla ölkə boyunca 8.000 mil yol qət edən Vilson sonda əldən düşərək xəstələndi və bir daha tam şəkildə sağalmadı. Vilsonun mübarizə aparmaq iqtidarında olmadığı 1920-ci ilin prezident seçkilərində respublikaçı Uorren Q.Hardinq demokrat Ceyms Koksa qalib gəldi. Təqaüdə çıxan Vilson ömrünün sonuna kimi Vaşinqtonda yaşadı və 1924-cü ildə burada vəfat etdi. Dünyanın böyük liderlərindən biri olaraq Vilsonun idealizmi və statusu ona xatirə olaraq yaradılan Elm adamları üçün Vudro Vilson Beynəlxalq Mərkəzinin yaranmasına səbəb oldu.

Elm ad ami an üçün Vudro Vilson Beynəlxalq Mərkəzi nadir?
Mərkəz 1913-1921-ci illər ərzində ABŞ-ın prezidenti olan Vudro Vilsonun fikir və düşüncələrini daimi yaşatmalı olan təsisat kimi yaradılmışdır. 1968-ci ildə yaradılan bu mərkəz ABŞ hökumətinin Vudro Vilsona rəsmi xatirə-memorialıdır.

Mərkəz nə edir?
Elm adamları üçün beynəlxalq bir mərkəz kimi Vudro Vilson Mərkəzi elmi fəaliyyətə yardım etməklə və bu fəaliyyəti rəsmi Vaşinqtonu maraqlandıran məsələlərə yönəltməklə, müəllim, universitet prezidenti və Amerikanın 28-ci prezidenti olmuş Vudro Vilsonun xatirəsini yaşadır. O bunu yüksək səviyyəli müəllimlər, ictimai işçilər, jurnalistlər, peşəkarlar və digər liderlərə təqaüd və digər yardımlar verməklə həyata keçirir. Mərkəz, həmçinin, elmi fəaliyyəti dəstəkləmək üçün seminar və konfranslar keçirir, bir sıra nəşrlər buraxır və verilişlər həyata keçirir.

Mərkəzin spesifik xüsusiyyati nadir?
ABŞ-ın paytaxtında yerləşməsi mərkəzi günümüzdəki məsələlər və dərin tarixi təcrübələrin araşdırıldığı və müzakirə olunduğu əvəzsiz yerə çevirir. Vudro Vilson xatirəsi haqqında Akta əsasən yaradılan mərkəz elm aləmi ilə ictimai məsələlər aləmi arasında möhkəm və faydalı əlaqələr yaradır. Mərkəz elm adamları ilə siyasətçilər arasında münasibətlərin genişləndirilməsini dəstəkləyir.

Mərkəzin tədqiqat və siyasətproqramı varmı?
Mərkəzin heç bir qanunvericilik və siyasət proqramı yoxdur. Mərkəz əsas diqqətini tarix, politologiya və beynəlxalq münasibətlərə yönəldərək humanitar və sosial elmlərə dair araşdırmaları dəstəkləyir.

İnsanlar mərkəzdən nə əldə edir?
Amerika əhalisi qurum tərəfindən verilişlər, açıq görüşlər, çap materialları və elektron vasitələrlə məlumatlandırılır. Mərkəzin "Dialoq radio proqramının 200 radiostansiyada 200.000 nəfərlik dinləyicisi var və bu proqram ABŞ Silahlı Qüvvələrinin Radio Şəbəkəsi vasitəsilə xaricə yayılır. Hər il mərkəzdə keçirilən 200-dən artıq açıq yığıncaq ictimaiyyətə müvafiq mütəxəssislərə suallar vermək və öz yeni fikirlərini onlara çatdırmaq imkanı verir. "Close UP Fondu ilə birgə səylər nəticəsində yuxarı sinif şagirdləri üçün siyasi məsələlərə dair brifinqlər keçirilir. Üç ayda bir dəfə nəşr olunan rüblük "Vilson jurnalının 60.000 abunəçisi və ondan daha çox oxucusu var. Mərkəzdə 1.000-dən çox kitab yazılıb və onların böyük hissəsi qurumun öz mətbəəsində çap olunub. Jurnal, bülleten, iş vərəqələri və vebsaytların ümumi sayı on minlərlədir.

Mərkəz necə təşkil olunub?
Mərkəz Smisson İnstitutunun nəzdində yaradılıb, lakin onun özünün ABŞ prezidenti tərəfindən təyin olunan hökumət rəsmiləri və adi insanlardan ibarət himayədarlar şurası var. Mərkəzin direktoru və elm adamları, naşirlər, kitabxanaçılar, inzibatçılar və yardımçı işçilərdən ibarət heyət mərkəzin missiyasını yerinə yetirmək öhdəliyi daşıyır. Himayədarlara və işçi heyətə Vilson Şurası adlanan özəl vətəndaşlar qrupu məsləhətlər verir. Dsasən son kurs tələbələrindən ibarət olan praktikantlar yüksək səviyyəli tədqiqat aparmaq işini öyrənərkən dəvət olunan alimlərə və işçi heyətinə köməklik göstərirlər.

Mərkəzin himayədarlar şurasının sədri Cozef Gildenhorn, direktoru isə Li H.Hamiltondur.

Mərkəz necə maliyyələşdirilir?

Mərkəz dövlət-özəl əməkdaşlığı sahəsində maliyyələşdirilir. Mərkəzin əməliyyat fondunun təxminən yarısı hər il ABŞ hökuməti tərəfindən ödənilir. Qalan vəsait isə fondlar, qrantlar, müqavilələr, əməkdaşlıqlar, yardımlar və abunələr hesabına əldə edilir.