SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
ELM OCAQLARI

"BRITISH COUNSIL"
 

"British Counsil"un ilk ofisi 1934-cü ildə Misirdə yaradılıb. Böyük Britaniya hökumətinin ölkələr arasında yaradıcılıq, təhsil, cəmiyyət və digər münasibətləri yaxşılaşdırmaq məqsədilə yaratdığı qurum sonralar dünyanın əksər ölkələrinə yayılmağa başladı. Hazırda dünyanın 110 ölkəsində nümayəndəliyi olan elm ocağının ən axırıncı nümayəndəliyi bu il İraqda və Əfqanıstanda yaradılıb. Qrumun baş ofisinin rəhbəri Devid Qrindir.

"İngilis dilini Böyük Britaniyada öyrənən milyonlarla insana qoşulun və XXI əsrdə özünüzü inamlı hiss edin!" Bu, "British Counsil"un əsas şüarıdır. "Niyə məhz bu ölkədə" sualını isə "British Counsil"un üzvləri Böyük Britaniyanın ingilis dilinin vətəni olması, həmin ölkədə təhsilin ilk günündən müasir ingilis dilindən istifadə, Britaniya filmləri, televiziya, qəzet və kitablar, əyləncənin mövcudluğu, həmin ölkənin ən yaxşı təhsil mərkəzlərində tədris sahəsində əla keyfiyyət ənənəsi və başqa amillərlə izah edirlər. "British Counsil" ingilis dilini təkmilləşdirmək istəyən hər bir şəxsə Böyük Britaniya məktəblərində kurs keçmək imkanı təklif edir. Bu təhsil ocağı yalnız "English in Britain Accreditation Scheme"nin (EiBA) akkreditasiya etdiyi təhsil mərkəzləri ilə əməkdaşlıq edir. EiBA Böyük Britaniyada fəaliyyət göstərən özəl məktəblər üzrə beynəlxalq miqyasda tanınmış yeganə akkreditasiya sistemidir. Böyük Britaniyada EiBA-nın 380-dən çox mərkəzi mövcuddur. Bu mərkəzlərdə geniş çeşidli kurslar təqdim olunur. Buraya ən qənaətcil kurslardan tutmuş ən yüksək səviyyədə təşkil olunmuş şərait və yaşayış yerləri təqdim edən universitet və özəl məktəblərin kursları daxildir. "British Counsil" akkreditasiyadan keçmiş mərkəzlərin bir sıra keyfiyyət standartlarına cavab verməsi üçün onları ciddi şəkildə yoxlayır.

Artıq on ildir ki, "British Coincil"un Azərbaycanda da nümayəndəliyi (www.britishcouncil.az) fəaliyyət göstərir. Qurumun ikinci rəhbəri, 1998-ci ildən ölkəmizdə işləyən Marqaret Cek Azərbaycanda fəaliyyətini ötən aylarda sona yetirdi. Hazırda "British Council"in Azərbaycandakı nümayəndəliyinə Endi Uilyams rəhbərlik edir.

Azərbaycan vətəndaşları da "British Coincil"in xidmətlərindən istifadə edir. Bu təhsil ocağı ingilis dilində təlim almaq istəyənlərə yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən xidmətlər göstərir. Bu xidmətlər bir sıra təkliflər - ümumi ingilis dili, biznes ingilis dili, korporativ müştərilər, gənc öyrəncilər üçün kurslar, imtahanlara hazırlıq, yerləşdirmə testləri, hesabatlar və sertifikatlar şəklindədir. Ümumi ingilis dili dərsləri gündəlik ünsiyyət mövzularını və qrammatikanı əhatə edir, tələbələrə öncədən dildən istifadəyə şərait yaradır. Dil anlayışına və danışıq qabiliyyətinə üstünlük verilsə də, oxu və yazı metodikanın vacib hissələri kimi tədris olunur. Biznes ingilis dilini isə test imtahanlarında üçüncü səviyyəyə nail olan tələbələr işgüzar ingilis dili kurslarına qoşulmaqla öyrənirlər. Təşkilatlar üçün xüsusi planlaşdırılmış kurslar ümumi ingilis dili, beynəlxalq imtahanlara hazırlıq proqramları və korporativ müştərilər üçün xüsusi bilik proqramlarını əhatə edir. Bu kurslar Kembric Universitetinin imtahanlarına - FCE (First Certificate in English), CAE (Certificate in Advanced English), CPE (Certificate of Proficiency in English) - hazırlaşdırır. "British Coincil"un gənc öyrənci kursları uşaqlar, xüsusən 16 yaşına qədər olan yeniyetmələr üçün nəzərdə tutulub. Bu dərslərdə onlar Böyük Britaniya haqqında yeni biliklər əldə edir, beynəlxalq mühitlə ünsiyyət qurur, bir çox sahələrdə təcrübə toplayırlar. Əgər "British Coincil"un dil kurslarında təlim planlaşdırılırsa, istəyənlər ödənişsiz yerləşdirmə testlərinə dəvət olunur, həmin testlər müraciət edənin yazı və oxuma qabiliyyətini müəyyənləşdirir. Tələbələr isə dərslərindəki uğurdan və imtahan nəticələrindən asılı olaraq sertifikatlarla təmin edilə, həmin məlumata və onların davamiyyətinə əsasən tələbələr səviyyəyə keçə bilərlər. İl ərzində 4 dəfə - hər fəsildə qeydiyyat aparılır və kurslar həm adi, həm də tezləşdirilmiş vaxtlarda keçirilir. Tələbələr isə 8 səviyyədə, müxtəlif istiqamətlərdə, iki həftədən bir ilə kimi, tələbələrin seçimindən asılı olaraq dərs saatlarının müəyyənləşdirilməsi ilə təhsil almaq imkanı qazanırlar. Yalnız təhsilin səviyyəsinə deyil, həmçinin yaşayış şəraitinə (ailədə, tələbə yataqxanalarında və ya mehmanxanada), eləcə də tələbələrin asudə vaxtlarının təşkil olunmasına nəzarət edilir, uşaqlarla işə cəlb olunan müəllim və işçi heyətinin ehtiyatlı seçiminə imkan yaradılır. 1999-cu ildə əsası qoyulan illik təkmilləşdirmə kursları vətəndaşları daha çox cəlb edir.

"British Council" tələbələrinə "Cheveninq Scholarıhirs" - Azərbaycan vətəndaşları üçün Britaniyada təhsil almaq imkanı (www.chevninq.com) və "EFL Placement Scheme" - ingilis dilini Böyük Britaniyada öyrənmək imkanı da yaradır. "British Council"un Bakıdakı informasiya mərkəzi Böyük Britaniya haqqında daha çox məlumat axtaranları həmin sahədə peşəkar xidmətlərlə təmin edir. Bu mərkəz müxtəlif sahələri (siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət və s.) əhatə edən qəzet və jurnallar, BBC televiziya kanalı, ensiklopediyalar, lüğətlər, mərkəzin üzvləri üçün pulsuz elektron xidmətləri təklif edir.