SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
KOALİSİYALAR

"MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI"
KOALİSİYASI
 

Azərbaycan qeyri-hökumət qurumlarının nümayəndələri, ökənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin etmək üçün 13 may 2004-cü ildə "Mədən sənayesində şəffaflığın artırılması" koalisiyasını yaratdı və memarendum imzaladılar.

Bu təşəbbüs Azərbaycan Respublikası Konstitusiyasının "Hakimiyyətin mənbəyi (1-ci maddə)", "Təbii ehtiyatlar (14-cü maddə)", "Məlumat azadlığı (50-ci maddə)", "Dövlətin idarə olunmasında iştirak (55-ci maddə)" və "Birləşmək hüququ (58-ci maddə)" maddələrinə əsaslanır.

Koalisiyanın məqsədləri:

  • Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

  • Təbii sərvətlərin istismarı və əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi və o cümlədən dövlət orqanları və şirkətlərin bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;

  • vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərinin birgə fəaliyyət formasına keçirilməsi və onların sayəsində ictimai fəallığın yüksəldilməsi;

  • Böyük Britaniya hökumətinin elan etdiyi və Azərbaycan hökumətinin qoşulduğu "Mədən sənayesində şəffaflıq" təşəbbüsü”ndə Azərbaycan ictimai qurumlarının təmsil edilməsidir.

Fəaliyyət prinsipləri:

Əməkdaşlığa açıqlıq. Koalisiya istənilən dövlət, qeyri-hökumət qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və sairə ilə əməkdaşlıq etməyə hazırdır.

Qeyri-məhdud üzvlük. İstənilən QHT və fiziki şəxsi Koalisiyanın üzvü ola bilər.

Şəffaflıq. Koalisiyanın fəaliyyəti cəmiyyət üçün tam şəffaf və açıq olacaq.

Dəqiqlik. Koalisiya çalışacaq ki, bütün mülahizə və qərarlarında dəqiqlik maksimum dərəcədə təmin edilsin və söylənilən rəylər, verilən bəyanatlar və qiymətləndirmələr dəqiq məlumatlara və dərin təhlillərə əsaslansın.

Siyasi məqsədlərdən uzaqlıq. Koalisiya siyasi məqsədlər güdən heç bir fəaliyyətdə iştirak etməyəcək.

Qanunilik. Koalisiyanın fəaliyyəti Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçiriləcək.

Quruluş və fəaliyyətin tənzimlənməsi

Koalisiyanın quruluşu və fəaliyyətinin tənzimlənməsi Koalisiyanın Əsasnaməsində öz əksini tapır və bütün Koalisiya üzvləri tərəfindən rəhbər tutulur.

 

Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (APRA)
 

Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (APRA) 2003-cü ilin aprelində yerli və beynəlxalq təşkilatlarda çalışan bir qrup ictimaiyyətlə əlaqələr mütəxəssisinin iştirakıyla tərəfindən yaradılıb. Qurumun əsas məqsədi ictimaiyyətlə əlaqələr işinin problem və perspektivlərini araşdırmaq, bu işin dövlət, QHT və biznes sektorlarında geniş tətbiqnin təmin etməkdir. Assosiasiyada 20-dən çox ictimaiyyətlə əlaqələr mütəxəssisi birləşir. APRA dünyada ictimaiyyətlə əlaqələr təşkilatlarının ən böyük şəbəkəsi olan İctimaiyyətlə Əlaqələr üzrə Qlobal Alyansın (GAPR) daimi üzvüdür. Quruma üzvlük fərdi ola bilər. Təşkilatın direktoru bütün üzvlərin səsverməsi ilə ildə bir dəfə seçilir. Hazırda qurumun direktoru Ramil Məhərrəmovdur.

Assosiasiya şirkətlərin, QHT-lərin, bələdiyyələrin ictimaiyyətlə əlaqələr işini media və maraqlı qruplarla qurmaqla kifayətlənmir. Ictimaiyyətlə əlaqələr işi əhalini faydalandırmalı, onların sosial-iqtisadi problemlərinin dayanıqlı həllini təmin etməlidir. Bunu üçün də ictimaiyyətlə əlaqələr işinin sosial sərmayə təşəbbüsü, sponsorluq kimi üsullarından geniş istifadə olunmalıdır.

APRA-nın əsas fəaliyyət istiaqaməti ictimaiyyətlə əlaqələrin müxtəlif üsulları barədə maarifləndirmə işi, uyğun seminarların təşkili olub. İndiyəcən ictimaiyyətlə əlaqələr işinin müxtəlif aspektləri üzrə dörd uğurlu seminar keçirilib. Onlar İctimaiyyətlə Əlaqələr və İnternet, İctimaiyyətlə Əlaqələr və Fandreyzinqin Kreativ Üsulları, Sosial Sərməyə Təşəbbüsləri, İctimaiyyətlə Əlaqələr İşinin Səmərəli Üsulu kimi və Korporativ Standartlar, Qara PR kimi mövzuları əhatə edib. Bu seminarlara dövlət, biznes və QHT-lərin ümumilikdə 150-dən çox nümayəndəsi qatılıb.

İctimaiyyətlə əlaqələr işi barədə istər Azərbaycan KİV-də, istərsə də xarici mətbuatda çoxsaylı maqələ və müsahibələr verilib. Assosiasiyanın www.azerweb.com/apra ünvanlı internet saytı yaradılıb onun yeni, daha peşəkar saytla əvəzlənməsi gözlənir.

Assosiasiya Azərbaycanda ictimaiyyətlə əlqələr işi üzrə müzakirələr aparılması üçün http://finance.groups.yahoo.com/group/APRA_net/ ünvanında xüsusi elektron səhifə yaradıb.
APRA ictimaiyyətlə əlaqələr işin də xeyrəyyəçilikdən də istifadə edib. Belə ki, assosiasiya 2004-cü ildə təşkil etdiyi seminarın gəlirini xaricdə yaşayan və ya oxuyan azərbaycanlı tələbələrin töhfəsi ilə birləşdirərək Bibiheybət neft mədənlərində yerləşmiş məcburi köçkün məktəbinə yeni komputer, maqnitafon, kitablar və digər dərs ləvazimatları alıb. Bunda əsas məqsəd tədrisin keyfiyyətinin artırılmasına köməkdir. Eyni təşəbbüs çərçivəsində assosiasiya şagirdləri tədrisə həvəsləndirmək üçün "Oxu" yarışmaları keçirib.

Assosiasiyanın dəstəyi ilə Azərbaycanda ictimaiyyətlə əlaqələr işi üzrə ilk kitab buraxılıb.
APRA ölkədə ictimaiyyətlə əlaqələr işinin tədbiqini genişləndirmək üçün bu yöndə araşdırma, maarifləndirmə fəaliyyətini, analoji xarici təşkilatlarla əlqələrin qurulub möhkəmləndirilməsini davam etdirəcək. PR haqqında Azərbaycan dilində kitabların artırılması, araşdırmalar aparılması, prizlərin yaradılması, peşəkar və daimi PR təlimlərinin, PR yarmarkasının təşkili, illik PR konfransların keçirilməsi və s. qurumun gələcək planlarına daxildir.

APRA haqqında daha geniş informasiya almaq üçün əlaqə məlumatları:
Email: apra@aznet.org
ramil_m@azeronline.com
www.azerweb.com/apra