SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
MƏNZƏRƏ

ÖLKƏ QHT-LƏRİ NƏ EDİB?
Aprel-İyun, 2004
 

Aprel

Bakı Dirçəliş İttifaqıyla Yeni Yazarlar və Sənətçilər Qurumu Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə 3 1 Mart soyqırımına həsr olunmuş "Tarix unutqanlığı bağışlamır" mövzusunda dəyirmi masa keçirib.

"Yeni Nəsil" Jurnalistlər Birliyi Avropa Birliyi ilə "Diffamasiya problemləri (şərəf-ləyaqət, işgüzar nüfuz)" mövzusunda 3 sessiyadan ibarət seminar təşkil edib.

"Elektron seçki" İctimai Birliyinin təşəbbüsü ilə "Elektron seçkinin keçirilməsinin müasir Azərbaycanda əhəmiyyəti" mövzusunda dəyirmi masa düzənlənib.

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondu vətəndaşların bələdiyyə seçkilərində iştirakı, Konstitusiya Məhkəməsinə və insan hüquqları üzrə müvəkkilə (ombudsmana) müraciət etmə qaydaları ilə bağlı bukletlər çap edib və paylayıb.

Qarabağ Azadlıq Təşkilatı (QAT) İsveçin Malmö şəhərində Şahin Tağıyevin rəhbərlik etdiyi yeni şöbə açıb.
Mətbuat Şurası bəzi aparıcı KİV təmsilçilərinə vahid jurnalist vəsiqələri və xüsusi geyimlər təqdim edib.
Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Azərbaycanda sosial dialoq və məşğulluq" mövzusunda seminar keçirib.

Azərbaycan Naminə Hərəkatın Koordinasiya Şurası Qarabağa həsr olunan mahnı müsabiqəsi və BMT-nin Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını nəzərdə tutan qətnamələrinin icrası tələbiylə imzatoplama kampaniyası keçirəcəklərini açıqlayıb.

Milli Qeyri - Hökumət Təşkilatları Forumunun (MQF) gənclər sektoru və Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Destruktiv dini sektalar Azərbaycan dövlətçiliyinə təhlükədir" mövzusunda dəyirmi masa keçirilib.

Bakıda professor Nizami Cəfərovun rəhbərliyi ilə Atatürk Mərkəzinin rəsmi açılışı olub.

Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı yayılan məlumatlarla əlaqədar Türkiyə prezidenti Əhməd Necdət Sezərə və baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edib.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti QHT-nin fəaliyyətinin genişləndirilməsi, problemlərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi layihə və təklifləri açıqlayıb.

Rəssam Soltan Soltanlının sədrliyi ilə Azərbaycan Karikatura evi açılıb.

Repressiya Qurbanları Assosiasiyası Milli ordunun zabiti Ramil Səfərovun hüquqlarını müdafiə məqsədilə imzatoplama kampaniyası keçirib.

KİV-in maliyyə fəaliyyətinin düzgün qurulmasına kömək məqsədilə "Yeni Nəsil"in tərkibində Media-Audit Mərkəzi yaradılıb.

Azərbaycan Ziyalılar Birliyi İslam Partiyası ilə birgə "Milli mənəviyyat və əxlaq problemləri"ni müzakirə edib.
"Sabah" Gənclər Birliyi 5 illik yubileyini keçirib.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Milli Demokratiyaya Yardım Təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə proqram rəhbəri Miriam Loiska ilə görüşüb.

QAT Qarabağa dinc yürüş edəcəyi barədə məlumat yayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu ilin birinci rübündə, o cümlədən mart ayında Cənubi Qafqaz regionunda baş verən ictimai-siyasi proseslərin yekunlarına dair hesabat açıqlayıb.

Avropa Şurasının baş katibi Valter Şvimmer azərbaycanlı hüquq müdafiəçiləri ilə görüş keçirib.

"Vətəndaş cəmiyyəti uğrunda müstəqil Məsləhət və Yardım Mərkəzi "Azərbaycanda seçki kampaniyasının təşkili və təkmilləşdirilməsi mövzusunda dəyirmi masa keçirib.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi Daxili İşlər Nazirliyi ilə birgə daxili qoşun və polis zabitləri üçün seminar gerçəkləşdirib.

Ailə Krizis Mərkəzi Sorosun Qadın Şəbəkə Proqramının maliyyə dəstəyi və Psixoloji Məsləhət Mərkəzinin təşəbbüsü ilə zorakılığa məruz qalan qadınların hüquqlarının qorunması mövzusunu əhatə edən layihənin təqdimat mərasimini gerçəkləşdirib.

"Ümidli Gələcək" Gənclər Təşkilatı kor və zəif görən uşaqlar üçün internat məktəblərində təhsil alan 300 Bakı məktəblisini Brayl əlifbası əsasında hazırlanan xüsusi kitablarla təchiz etmək məqsədilə yeni layihənin icrasına başlayıb.

"Yeni Nəsil"in yaratdığı koalisiya "QHT və KİV arasında əməkdaşlıq şəbəkəsi vasitəsilə ictimai maraqların qorunması" layihəsi çərçivəsində konfrans keçirib.

Milli Dirçəliş Hərəkatı Türkiyəyə qarşı artan beynəlxalq təzyiqlərin qarşısının alınması yönündə türk dövlətlərinin səylərinin birləşdirilməsi üçün "Türk evinin açılması təklifiylə çıxış edib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun tətbiq edilməsi barədə imzalanan fərman qüvvəyə minib.

"Ekspert" jurnalının təşəbbüsü ilə "Büdcə şəffaflığının artırılmasında ictimai iştirak" mövzusunda dəyirmi masa keçirilib.

CRS humanitar təşkilatının maliyyə dəstəyi ilə "Azərbaycanda QHT-nin inkişafı üçün əlverişli mühit yaradılması" kampaniyası çərçivəsində "QHT-nin fəaliyyətinin hüquqi əsasları" mövzusunda tədbir gerçəkləşdirilib.

"Elektron seçki" İB-in sədri Mübariz Tağıyev dünyada təcrübədən keçirilmiş elektron seçki sisteminin Azərbaycanda tətbiq edilməsinə dair fikir və təkliflərini açıqlayıb.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində uşaq problemləri ilə bağlı dəyirmi masa keçirilib.

Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi ilə İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndrmə Mərkəzi "İnsan ticarətiylə mübarizədə QHT şəbəkəsinin yaradılması" mövzusunda dəyirmi masa gerçəkləşdirib.

Azərbaycan Jurnalistlər Konfederasiyası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ATV telekanalına qarşı iddiadan əl çəkməyə çağırıb.

QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda bu xəstəliyin vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Azərbaycan dilində hüquqi ədəbiyyat nəşr etməyi qərara ahb.

Berlində 50-dən artıq icma və birliyi özündə birləşdirən Avropa Azərbaycanlıları Konqresi təsis olunub.

Qadın Krizis Mərkəzi paytaxtda qadın əməyinin istismarı ilə bağlı tədqiqatlara başlayıb.

Avropa Fondunun təşkilatçılığı ilə Gürcüstanda Cənubi Qafqazda KİV problemlərinə, əməkdaşlıq perspektivlərinə dair ənənəvi regional konfrans keçirlib.

"Yeni Nəsil"in rəhbəri Arif Əliyev "KİV-in maliyyə menecmenti, vergi problemlərinin təhlili, onların həlli yollarının göstərilməsi və konkret tədbirlər planı" ilə bağlı mətbuat konfransı keçirib.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əliövsət Əliyev mətbuata Azərbaycanda 10 min nəfərə yaxın əcnəbinin qanunsuz yaşadığını dedi.

Milli Dirçəliş Hərəkatı Dağlıq Qarabağ probleminin həlliylə bağlı DQ parlamentinin və polisinin yaradılması təklifi ilə çıxış edib.

QHT-nin Seçki Monitorinq Mərkəzinin nümayəndələri seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, qarşıdan gələn bələdiyyə seçkiləriylə əlaqədar görülən işlər, aparılan sorğular barədə məlumat veriblər.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası Gənclər, İdman və Turizm Nazirliyi ilə bərabər "Yerli özünüidarəetmə orqanları və gənclər" mövzusunda dəyirmi masa gerçəkləşdirib.

Azərbaycanlı hüquq müdafiəçiləri "Bakinski bulvar"qəzetinin əməkdaşı İradə Hüseynovanın barəsindəki cinayət işinin xətm olunması xahişi ilə prezidentə müraciət ediblər.

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu, CasAm Butan Texl LLS ABŞ təşkilatı və Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşəbbüsü ilə "Neftlə çirklənmiş torpaqların rekultivasiyası problemləri" mövzusunda dəyirmi masa keçirilib.

CRS Humanitar Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi "Gender bərabərliyi üzrə ictimaiyyətin maarifləndirilməsi" layihəsi çərçivəsində Gəncədə ilk müzakirə keçirib.

"Azərbaycan tarix müəllimləri" İctimai Birliyi ali məktəblərə qəbul imtahanlarındakı ziddiyyətli məqamlar barədə mətbuat konfransı keçirib.

Hüquq və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Yerli özünüidarə orqanları ilə bağlı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər" mövzusunda dəyirmi masa keçirilib.

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və bp Azərbaydankı QHT-lər vasitəsilə Sorosun Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi üzrə monitorinqinin əlaqələndirilməsini təmin edəcək müqavilə imzalayıblar.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov 7 ay müddətində sınaq layihəsi çərçivəsində görülən işlər üzrə hesabat verib.

Azərbaycan jurnalistlərinin ikinci qurultayı keçirilib. Azərbaycan-İsrail Dostluq Cəmiyyəti təsis edilib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, AGT Monitorinq Qrupunun rəhbəri Mais Güləliyev Böyük Britaniyaya səfərləri barədə məlumat veriblər.

Azərbaycanın hüquq müdafiə təşkilatları, QHT və KİV rəhbərlərindən ibarət monitoriq qrupu ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi durumunu müzakirə edib.

CRS-in maliyyə dəstəyi ilə "QHT xəbərlər xidməti və qaynar xətt" layihəsinin təqdimat mərasimi keçirilib.

İFES Seçki Fondunun təşkilatçılığı ilə bələdiyyə seçkisinə hazırlıq məqsədilə dəyirmi masa düzənlənib.

Beynəlxalq Mətbuat Mərkəzi BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə jurnalistlər üçün insan inkişafıyla bağlı seminar təşkil edib.

"Simurq" Milli Mükafat Fondu ilin yekunlarına görə müxtəlif sahələr üzrə xüsusilə fərqlənən şəxsləri mükafatlandırıb.

Demokratik İslahatlar Uğrunda Cəmiyyət Alfred Mozer və Demokratiya və Həmrəylik Uğrunda Avropa Forumunun dəstəyi ilə Azərbaycanda gənc siyasətçilər üçün 3 günlük treninq kurslar keçirib.

CRS "World Learning" təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə bələdiyyə seçkisiylə bağlı layihəni təqdim edib.

Bəzi QHT-lər Seçki Məcəlləsi ilə bağlı təkliflərini beynəlxalq qurumlara təqdim edəcəklərini açıqlayıblar.

MAY

"İnam" Plüralizm Mərkəzinin ABŞ-ın Şərqi Avropada Demokratiya İnstitutu ilə birgə "Vətəndaş körpüləri - Orta Asiya" proqramı çərçivəsində Zuğulbada "Vətəndaş iştirakı və demokratiyanın müxtəlif yolları" mövzusunda 3 günlük beynəlxalq seminar keçirib. Seminarda beş Orta Asiya ölkəsi, həmçinin ABŞ, Çex Respublikası, Ukrayna, Qürcüstan və Azərbaycanın 50-dək QHT və siyasi partiya nümayəndələri və parlament təmsilçiləri iştirak edib. Seminarın aparıcı mövzusu Orta Asiyada demokratiya problemləri idi. İştirakçılar ölkələrində vətəndaş azadlıqları və insan hüquqları məsələləri ətrafında müzakirələr aparmış, gələcək inkişaf yollarını araşdırmışlar. Tədbirdə Fərqanə vadisində vətəndaş cəmiyyətinin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub.
Ayrı-ayrı sessiyalarda "Qafqazda və Orta Asiyada demokratiya problemləri: siyasi partiyalar, hökumət, vətəndaş cəmiyyətləri və KİV, "QHT-nin seçkilərdə iştirak problemləri, "Geopolitika və 11 sentyabr hadisələrindən sonra Qafqaz və Orta Asiya ölkələrinə münasibət, "İslam, demokratiya və insan haqları, "Korrupsiyaya qarşı vətəndaş mübarizəsinin müxtəlif üsulları, "Müxtəlif ölkələrin müxtəlif yolu - Gürcüstan yolu" ətrafında çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.
Seminarda ŞADİ prezidenti İrena Lasota, Gürcüstan Respublikaçılar Partiyasının liderləri, parlament üzvləri İvlian Haindrava və David Berdzenişvili, çexiyalı jurnalist Petruşka Şustrova, Qırğızıstanın Korrupsiya Əleyhinə Vətəndaş Cəmiyyəti Mərkəzinin direktoru Tolekan İsmayılova və "Ar-namus" partiyasının sədr müavini Emil Əliyev, Krım Müəllimlər Şurasının sədri Dilara Seyitveliyeva, Qazaxıstan Demokratik Seçim Xalq Partiyasının xarici əlaqələr üzrə müavini Natalya Malarçuk və "Transparensy İnternational"ın Qazaxıstan ofisinin rəhbəri Sergey Zlotnikov, azərbaycanlı politoltq Leyla Əliyeva, Cümə məscidinin imamı İlqar Allahverdi və başqaları məruzə edib.

"İnternyus" (Azərbaycan) Ümumdünya söz azadlığı günü münasibətilə bayram tədbiri keçirib.
"İnternyus" "İctimai bilgilərə çatım haqqında" qanun layihəsini təqdim edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Gürcüstanın "Polis, sürücü və ədalət" birliyi ilə "Cənubi Qafqaz hüquq müdafiə təşkilatlarının əməkdaşlığı region yollarında sürücülərin hüquqlarını müdafiədə effektiv metoddur" adlı layihənin icrasına başlayıb.

"Azlegal Company" hüquq firması "Əmək qanunvericiliyinin təbliğinin praktiki aspektləri" mövzusunda təlim kurslarının ikinci mərhələsini həyata keçirib.

Mətbuat Şurasının təşəbbüsüylə "Azərbaycanda söz və fikir azadlığı" mövzusunda 3 may informasiya və söz azadlığı gününə həsr edilən dəyirmi masa keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Azərbaycan jurnalistlər Konfederasiyasının birgə təşkilatçılığı ilə 3 may söz azadlığı gününə həsr edilən tədbir düzənlənib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Kosovo Həmkarlar İttifaqının rəhbəri Bahri Şabani ilə müzakirələr aparıb.

Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası IFES-Azərbaycan təşkilaı ilə bir yerdə Xirdalan qəsəbəsində qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar olaraq "Üçüncü sekor-QHT, icma və bələdiyyə adlı layihə həyaa keçirib.

"İnsan hüquqları XXI əsr - Azərbaycan" fondu Beyləqan rayonunnda qaçqın qadınlar arasında sosial vəziyyətlə bağlı sorğu keçirib.

"Sərhədsiz reportyorlar" Təşkilatı 3 may ümumdünya söz azadlığı günü münasibətilə hesabat açıqlayıb.

Beynəlxalq Mətbuat Mərkəzində "Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi Avrasiya Fondunun dəstəyi ilə "Azərbaycandakı yerli donorluğun durumu və inkişaf perspektivləri" mövzusunda konfrans keçirib.

"BUTA" Uşaq Humanitar Fondu və "Vətəndaş cəmiyyətində debat" mərkəzi Avrasiya Fondu və "Ekson Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dəstəklənən "Dünyanı dəyişdirmək istəyirsənsə, özünü dəyişdir" layihəsinin başa çatdırıb.

"İnsan hüquqları XXI əsr - Azərbaycan" fondu məktəblilərin insan hüquqları sahəsində maarifləndirilməsi məqsədilə seminar keçirib. Seminarda Bakı şəhər orta məktəblərinin şagirdləri, həmçinin Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun, Təhsil Problemləri İnstitutunun və Azərbaycan Dillər Universitetinin nümayəndələri iştirak edib.

Azərbaycan Gənclərin Avroatlantika Təşkilatının təşəbbüsü ilə "Sülh naminə tərəfdaşlıq yolunda 10 il" mövzusunda tədbir keçirilib.

CRS-in gerçəkləşdirdiyi "Gender bərabərliyi üzrə ictimaiyyətin maarifləndirilməsi" layihəsi ilə bağlı növbəti toplantı gerçəkləşdirilib.

MQF Şuşanın işğalı ilə bağlı tədbir keçirib.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus "2004-cü ilin may ayında siyasi məhbusların problemlərinin həlli mümkünlüyü", AŞ PA-nın deputatı Malkolm Bryusla görüşdə təqdim olunan təkliflər mövzusunda mətbuat kofnransı keçirib.

Təhsil İşçiləri və Tələbələrin Xeyriyyə Fondunun təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə toplantı keçirilib.

QAT-ın Şuşanın işğal günü münasibətilə Qarabağa dinc yürüşü Ağdam rayonunda başa çatıb.
"Ümidli gələcək" Gənclər Təşkilatı Ombudsman Aparatı və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi ilə birgə məhbusların hüquq və azadlıqları ilə bağlı yeni layihə həyata keçirib.

Bakı Biznes Mərkəzində mina təhlükəsizliyi üzrə maarifləndirmə ilə bağlı təhsil naziri Misir Mərdanov, UNİCEF-in ölkəmizdəki rəhbəri Akif Saatçıoğlu və ANAMA-nın direktoru Nazim İsmayılov memorandum imzalayıblar.
Beynəlxalq Mətbuat Mərkəzində MQF-nin "QHT sektorunun inkişafı və perspektivləri" layihəsinin təqdimat mərasimi keçirilib.

Tatyana Çaladzenin rəhbərliyi ilə Azərbaycan Qaçqınlar və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzi yaradılıb.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri növbəti əfv fərmanının siyasi məhbuslara şamil olunmasından narızılıqlarını bəyanlayıblar.

Azərbaycan Naminə Hərəkatın "Qarabağ - ağrım, qürurum mənim" festivalının ilk turu keçirilib.

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov UNİCEF-in maliyyə dəstəyilə un və un məmulatlarının istehsalında və satışında dəmir elementlərindən istifadənin monitorinqi və yod çatışmazlığı ilə bağlı həyata keçirəcəkləri iki layihə haqqında məlumat verib.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində Zərdüşt Əlizadənin rəhbərlik etdiyi "Qafqazda böhranlı vəziyyətin tədqiqatı" mərkəzinin təşəbbüsü ilə "Atəşkəsin 10 ili: münaqişənin həlli imkanları" mövzulu dəyirmi masa keçirilib.

CRS humanitar təşkilatının regional mütəxəssisi regionlarda QHT təmsinçiləriylə görüşüb.

Beynəlxalq Mətbuat Mərkəzində Mübariz Gənclər Təşkilatının təşəbbüsüylə "Gürcüstanda baş verən son siyasi proseslərin regiona təsiri" mövzusunda dəyirmi masa gerçəkləşdirilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının təşəbbüsü ilə Samux rayonunun bir qrup sakini BTC ilə bağlı problemlərini jurnalistlərlə bölüşüb.

Respulika Uşaq Təşkilatı və "Ukrayna - uşaqlar üçün" Anaların və Uşaqların Sosial Müdafiəsi Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Yeni Yazarlar və Sənətçilər Qurumu Mədəniyyət Nazirliyinin təşkilati və texniki dəstəyi ilə dördüncü dəfə Bakı Kitab bayramına hazırlıq işlərinə başlayıb.

Bakıda Amerika Neftçi-geoloqlar Assosiasiyasının "Göl şəraitində qumbaşı çöküntüləri" mövzusunda Beynəlxalq Hedberq konfransı keçirilib.

ANAMA ilə Slovakiyanın "Vay industry" şirkəti arasında Azərbaycana minatəmizləyən maşın gətirilməsi üçün müqavilə imzalanıb.

"Azad və ədalətli seçkilər uğrunda əlaqələndirici məşvərət şurasının təşəbbüsü ilə "Bələdiyyə seçkilərində Seçki Məcəlləsinin tətbiqi zamanı yarana biləcək problemlər və onun həlli yolları" mövzusunda dəyirmi masa olub.

Gənc Liderlər Mərkəzinin təşkilatçılığı ilə "Gənclik terrorizmin əleyhinədir" mövzusunda Dəyirmi masa keçirilib.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində "2003-cü il 15 oktyabr prezident seçkiləri" kitabının təqdimat mərasimi keçirilib.

Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andreas Qross Mətbuat Şurasının üzvləri ilə görüşüb, Azərbaycan jurnalistikasının problemləri barədə müzakirələr aparıb.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Bakiya qaçmış Ermənistan vətəndaşları Artur Apresyan və Roman Teryana siyasi qaçqın statusu və üçüncü ölkədə sığınacaq verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Azərbaycan Xalq Cümhuriyyətinin Varisləri Təşkilatının üzvləri cümhuriyyətin yaranmasının 86-cı ildönümü münasibətilə toplantı keçiriblər.

Mətbuat Şurasının növbəti iclasında qurumun 2004-cü il üçün iş planı təsdiqlənib.

"Sabah" və "Mübariz gənclər" birliklərinin təşəbbüsü ilə "Azərbaycan gəncliyinin müasir vəziyyəti və problemlərin mövzusunda dəyirmi masa keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində "QHT sektorunun problemləri və inkişaf perspektivləri" layihəsi çərçivəsində "QHT-nin qərarların qəbulunda iştirakı və ictimai sektorun maraqlarının lobbiləşdirilməsi" mövzusunda seminar keçirilib.

"Yeni Nəsil" jurnalistlər Birliyi və "Article 19" təşkilatı Avropa Şurasının tövsiyələri ilə hazırlanmış 4 sənədin - "İctimai televiziya haqqında", "İnformasiya azadlığı haqqında", "Şərəf və ləyaqətin (diffamasiya) müdafiəsi haqqında" və "Dövlət sirri haqqında" qanun layihələrinin müzakirəsinə həsr olunan 2 günlük seminar keçirib.

"Lider qadınlar" İctimai Birliyi və Britaniya Şurası "Qadınlar ictimai həyatda" layihəsi çərçivəsində mətbuat nümayəndələri üçün seminar gerçəkləşdirib.

Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının (İFEX) növbəti ümumi toplantısı Bakıda keçirilib. Qeyd edək ki, qurumun mərkəzi qərargahı Torontoda yerləşir. Təşkilat əsasən dünyanın müxtəlif ölkələrində hüquqları pozulmuş jurnalistlərin haqlarını bərpa etmək uğrunda mübarizə aparır və ildə bir dəfə bütün üzvlərinin iştirakı ilə toplantı keçirir.

Bakıdakı toplantı Azərbaycan jurnalist Təşkilatları Konfederasiyasının baş katibi Azər Həsrətin təşkilatçılığı ilə baş tutub. 50 ölkədən 80-dək nümayəndənin qatıldığı toplantı, ümumi qaydalara görə, qapalı (media nümayəndələri üçün açıqlanan bəzi hissələri çıxmaqla) keçirilib. Toplantının ilk günündə seminar təşkil olunub, ayrı-ayrı sessiyalarda media problemləri çözülüb, İFEX-in fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatlar verilib. Həmçinin donorlardan faydalanma üsulları, strateji planların müəyyənləşdirilməsi yolları və effektiv layihələrin işlənməsi mexanizmi müzakirə olunub. Daha sonra mətbuat azadlığı məsələləri ilə bağlı kampaniyaların təşkilindən, KİV-in səviyyəsinin yüksəldilməsi problemlərindən danışılıb.

Yığıncaqlarda internet üzərində senzuranın tətbiqi, Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrinin media azadlığı problemlərinə də toxunulub. Əsasən Özbəkistan, Qazaxıstan və Türkmənistanda internetdən istifadəyə qoyulan məhdudiyyətlər müzakirə edilib. Özbəkistan həbsxanalarında saxlanılan 5 yerli jurnalistin taleyi barədə məlumat verilib. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun həbsi, "Bakinski bulvar" qəzetinin əməkdaşı İradə Hüseynovaya təzyiqlər də diqqət mərkəzinə çəkilib. Toplantıda beynəlxalq terrorizmlə mübarizədə jurnalistikanın rolundan da söhbət açılıb. İFEX-ə 8 təşkilatın üzvlük məsələsinə də baxılıb. Bunlardan 7-si daimi, biri isə assosiativ üzv seçilib. İFEX şurası üzvlərinin sayı isə 12-dən 14-ə qaldırılıb.

Azərbaycan Naminə Hərəkatın təşəbbüsü ilə Respublika günü münasibətilə "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi təcrübənin dərsləri və əhəmiyyəti" mövzusunda toplantı keçirilib.

"Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi "Azərbaycanda yerli QHT-nin seçkilərin monitorinqində iştirakı" mövzusunda dəyirmi təşkil edib.

bp-nin maliyyə dəstəyi ilə "Hayat" Humanitar Milli QHT "Binəqədi rayonunda məcburi köçkün icmalarında gəlir gətirən fəaliyyətin yaradılması və inkişafı" layihəsinin icrasını bitirib.

"İnam" Plüralizm Mərkəzinin nümayəndələri İradə və Samir Rəhimovlar Kiyevdə keçirilən Beynəlxalq Liberal Gənclər Forumunda Azərbaycanı təmsil ediblər.

"İnam" Plüralizm Mərkəzi ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutu ilə birgə "Vətəndaş körpüləri - Orta Asiya" proqramı çərçivəsində "Vətəndaş iştirakı və demokratiyanın müxtəlif yolları" mövzusunda 3 günlük seminar keçirib.

"Qadınlar arasında həmrəylik" İctimai Birliyi Sorosun maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Yerli özünüidarəetmədə qadın liderliyi" layihəsi çərçivəsində "Qadınlar və bələdiyyələr perspektivdədir" mövzusunda dəyirmi masa keçirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə fövqəladə halların qarşısının alınması və elmi-texniki əməkdaşlığı, bu sahədə birgə təcrübələrin artırılması məqsədini daşıyan saziş imzalayıb.

İYUN

İnsan Alveriylə Mübarizə üzrə QHT İnformasiya və Əməkdaşlıq Şəbəkəsinin təşəbbüsüylə "İnsan alveri üzrə milli fəaliyyət planının həyata keçirilməsində QHT-nin rolu: reallıqlar, problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov 1 iyun Uşaqları Beynəlxalq müdafiə günü münasibətilə toplantı gerçəkləşdirərək ölkədə bu istiqamətdə mövcud ciddi problemlərdən danışıb.

"İnsan hüquqları XXI əsr - Azərbaycan" fondunun "Vətəndaş və cəmiyyət" adlı aylıq qəzetinin dördüncü sayı çapdan çıxıb.

Ölkədə fəaliyyət göstərən bir qrup QHT seçki prosesində müşahidəçiliklə bağlı məhdudiyyətlərin aradan qaldırılması xahişiylə ölkə prezidentinə müraciət edib.

"Yeni Nəsil" Jurnalistlər Birlyi və Nəcəf Nəcəfov adına Fondun təşəbbüsü ilə ölkənin ali məktəblərinin jurnalistika fakültələrinin son kurs tələbələri üçün seminar keçirilib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin qərargahında 1 iyun Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunan "Azərbaycanda uşaqların gələcəyi varmı?" mövzusunda dəyirmi masa gerçəkləşdirilib.

"Kainat" Gənclik Mərkəzi Naxçıvan Muxtar Respublikasının qədim tarixi mədəniyyəti, etnoqrafiyası ilə bağlı layihə həyata keçirib.

"İnternyus"un Media Hüquqları İnstitutu "İnformasiya azadlığı haqqında" alternativ qanun layihəsi hazırlayıb.

Avropa Şurası və insan hüquqlarına dair Avropa Komissiyasının maliyyə dəstəyi, İqtisadi Hüquqi Maarifçilik Mərkəzinin təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri ilə birgə proqram çərçivəsində "Hakimiyyət strukturları və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində Hüquqşünaslar Forumunun təşəbbüsü ilə "Azərbaycan Respublikasında qanunların qəbulu və tətbiqində yaranan problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib.
QAT işğal olunmuş ərazilərin bələdiyyələrinin yaradılmasını təklif edib.

"Dirçəliş" Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzi ANAMA işçi qrupunun tərkibində "Mina və partlamamış hərbi sursatlardan zərər çəkənlərə yardım proqramı"nı həyata keçirib.

Yevlaxda əhaliyə pulsuz hüquqi xidmət göstərəcək Hüquqi Məsləhət Mərkəzi açılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasında sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl olunmasının aktual məsələlərinə dair seminar keçirilib.

Gənc Hüquqşünaslar Birliyi İsveçin məşhur Lund Universiteti İnsan Haqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu ilə birgə "İnsan hüquqları üzrə yay məktəbi" təşkil edib.

Gənc Hüquqşünaslar Birliyi ATƏT-in Bakı ofisinin dəstəyi ilə "İnsan hüquqları üzrə hüquq klinikası" layihəsini həyata keçirib.

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Hüquqşünaslar Forumunun təşkilatçılığı ilə Milli Məclisdə müzakirəyə çıxarılan "Vəkillik haqqında qanuna əlavə və dəyişikliklər" layihəsinə həsr edilən dəyirmi masa gerçəkləşdirilib.

Tacirlər və İstehsalçılar Birliyi duzun yodlaşdırılması ilə bağlı layihə çərçivəsində dəyirmi masa keçirib.

"İnsan hüquqları XXI əsr - Azərbaycan" fondunun nəzdində Hüquqi Məsləhət Mərkəzi yaradılıb. Mərkəz vətəndaşlara pulsuz hüquqi məsləhət və digər yardımlar edəcək.

İtkin düşənlərin axtarışı, əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu Dağlıq Qarabağa və Ermənistana səfərini başa çatdırıb. Səfərdə qrupun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov da olub.

Parisdə yerləşən "Sərhədsiz reportyorlar" hüquq müdafiə təşkilatı Naxçıvanda müstəqil jurnalistikanın müntəzəm təqibə məruz qalmasına etiraz bildirib.

"Sahil" İnformasiya Texnologiyaları Mərkəzi Qarabağla bağlı www.qarabah.az veb səhifəsini hazırlayıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası talassemiya və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirib.

"Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan-Estoniya Dostluq Cəmiyyəti və MQF Diaspora Mərkəzinin təşəbbüsü ilə Tallinn evinin təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanlı mətbuat konfransında Cənubi Koreyada keçirilən düyna kulinariya çempionatında qurumun ikinci yerə çıxdığını bildirib.

"Saniyə" Humanitar İnformasiya Agentliyinin təşəbbüsü ilə məktəblilərin rəsm və inşa əsərlərinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.

Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda Milli Kompaniyanın rəhbəri Hafiz Səfixanov mətbuat konfransında "Mina qurbanlarının ehtiyaclarının öyrənilməsi" layihəsinin yekunları və Kanadanın Türkiyə və Azərbaycandakı səfiri Mark Lirlə görüşləri barədə məlumat verib.

Mətbuat Surasının dil komissiyası "Demokratiya və dil demokratizmi. Qəzetin dil xüsusiyyətləri, may ayının hesabatı" mövzusunda mətbuat konfransı keçirib.

QAT üzvləri NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Bakıda keçiriləcək kofnransa erməni hərbçilərinin gəlmələrinə etiraz edəcəklərini bildiriblər.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Azərbaycan Hüquqşünaslar Forumunun ikinci toplantısında qurumun nizamnaməsinə bir sıra dəyişikliklər edilib və qərarlar qəbul olunub.

"Təmiz dünya" İctimai Birliyi insan alveri ilə mübarizə məqsədilə qəbul edilən milli fəaliyyət planı ilə bağlı təkliflərini Milli Məclisə göndərib.

Miqrantlara Hüquqi Yardım Mərkəzi və Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi ilə birgə "Cənubi Qafqaz ölkələrində sığınacaq məsələləri və bu sahədə beynəlxalq standartların inkişafı" mövzusunda dəyirmi masa keçirib.

"QHT-hökumət münasibətləri: mövcud vəziyyət və QHT-nin inkişafı üzrə dövlət proqramının qəbulu" mövzusunda dəyirmi masaya hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

"Ehtiyatda və istefada olan zabitlər" İctimai Birliyi, "Silahlı qüvvələrə demokratik vətəndaş nəzarəti" Azərbaycan Mərkəzi, "Əsgər anaları" cəmiyyətinin təşəbbüsü ilə "Demokratik cəmiyyət və ordu: sosial və hüquqi problemlər" mövzusunda dəyirmi masa keçirilib.

"Avropa" mehmanxanası qarşısında erməni zabitlərinin Azərbaycana gəlməsinə etiraz olaraq QAT üzvləri aksiya keçirib.

"Ümidli Gələcək" Gənclər Təşkilatı və "Yuva" Humanitar Mərkəzi Gürcüstanda fəaliyyət göstərən Məcburi Köçkün Qadınlar Assosiasiyası və Helsinki Vətəndaş Assambleyası ilə birgə təhsil sahəsində "Sülh naminə tədris: münaqişələrə son qoyaq, zorakılıqdan əl çəkək və ədaləti bərqərar edək" layihəsinin icrasına başlanıb.
Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsi "Elçibəy və bütöv Azərbaycan" mövzusunda dəyirmi masa keçirib.

Erməni zabitlərinin Bakıya gəlişinə etiraz edərək, aksiya keçirən QAT üzvlərinə Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb və onlar iki ay müddətinə həbs ediliblər.

Gürcü və Azəri Jurnalistlər Birliyinin sədri, "Yeni düşüncə" qəzetinin baş redaktoru Niyazi Hüseynov mətbuat konfransı keçirərək Gürcüstan hakimiyyəti tərəfindən qarşılaşdığı təzyiqlər barədə məlumat verib.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşəbbüsü ilə 26 iyun - Ordu gününə həsr edilən "Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür" mövzusunda dəyirmi masa keçirilib.

Parlament jurnalistləri İttifaqının bir yaşı qeyd olunub. "Təmiz dünya" İctimai Birliyi qadınlara qarşı zorakılıq faktları ilə bağlı mətbuatda gedən yazıların 3 aylıq monitorinqini aparıb.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hemofiliyalı xəstə uşaqların istirahətini təmin etməkdən ötrü 25 uşağın 10 günlük istirahəti üçün layihə həyata keçirib.

Gənclər Təşkilatlarının Milli Şurası quruma daxil olan 8 təşkilatla birgə Xanlar rayonu ərazisində yerləşən Murovdağdakı N saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Həbs olunan QAT üzvlərinin hüquqlarını müdafiə komitəsi yaradılıb.

"Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi yerli donorluğun inkişafı ilə bağlı bağlı layihə hazırlayıb.

"Mübariz", "Mühafizəkar", "Azərbaycan sağlam inkişaf" və "Sabah" gənclər təşkilatlarının birləşdiyi "Dayaq" Demokratik Gənclər Koalisiyası təsis edilib.

"Yeni fikir" Gənclər Birliyi və Mediada İctimai Poblemləri Araşdırma Mərkəzi təhsil sistemində rüşvətxorluq və korrupsiya faktlarının araşdırılması ilə monitorinqin nəticələrini açıqlayıb.

Azərbaycan Marketinq Cəmiyyəti ölkədə bazar münasibətlərinin ən aktual mövzuları üzrə interaktiv sorğular həyata keçirib.

Vətəndaş Təşəbbüsləri Mərkəzi CEE Bankwach, Bank İnformation Center təşkilatları ilə birgə "Beynəlxalq Maliyyə Qurumlarının Azərbaycanda fəaliyyəti" mövzusunda seminar keçirib.

Hüquq Maarifçiliyi Cəmiyyəti ictimai maraqların müdafiəsi layihəsi çərçivəsində "QHT-nin inkişafı üçün əlverişli mühitin yaradılması" mövzusunda növbəti müsabiqə elan edib.

"Ziya" Hüquqi və Sosioloji Araşdırmalar Cəmiyyəti Avrasiya Fondunun maliyyə dəstəyi ilə bələdiyyələrə pulsuz hüquq yardım layihəsinin icrasına başlayıb.

Hüquq Maarifçiliyi Cəmiyyəti ABŞ-ın Demokratiyaya Dəstək Fondunun yardımı ilə ictimai maraqların müdafiəsi üzrə trenerlərin hazırlanması, regionlarda maarifləndirici təlim kurslarının keçirilməsi, iki ali təhsil müəssisəsinin hüquq fakültələrində qeyri-kommersiya hüququ fənninin tədrisi və digər istiqamətlər nəzərdə tutulan yeni layihənin icrasına başlayıb.

Hazırladı:
Günel Səmədova