SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
MONİTORİNG

TƏHSİL OCAQLARINDA QİYMƏT "OXUYURLAR"
 

"Yeni Fikir" Gənclər Birliyi və Mediada İctimai Problemləri Araşdırma Mərkəzi təhsil sistemində rüşvətxorluq və korrupsiya faktlarının araşdırılması ilə bağlı monitorinq keçirib. Ölkənin 12 orta, 9 ali təhsil müəssisəsində keçirilmiş monitorinqdə 4 qrup iştirak edib. Qruplar orta təhsil müəssisələrinin 9-11-ci siniflərində buraxılış imtahanlarına, ali təhsil müəssisələrində isə yay imtahan sessiyası zamanı qapalı müşahidələrə əsasən monitorinq keçirib. Monitorinqi aparan hər bir təşkilatın rəhbərləri - "Yeni Fikir"in sədri Ruslan Bəşirli və Mediada İctimai Problemləri Araşdırma Mərkəzinin sədri Razi Abbasbəyli bugünkü təhsil sistemində korrupsiyanın baş alıb getdiyinin şahidi olduqlarını bildiriblər.

Monitorinq ali təhsil ocaqlarından Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Memarlıq İnşaat Mühəndisləri Universiteti (MİMU), Azərbaycan Texniki Universiteti (ATU), Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Neft Akademiyası (ANA), Xəzər Universiteti, Qafqaz Universiteti və Sumqayıt Dövlət Universitetində (SDU) aparılıb.

Yekun olaraq rüşvət alma göstəricilərinə görə BDU 20 bal, ATU 18 bal, MİMU 18, ANA 18 bal, ABU 24 bal, ADİU 19 bal, SDU 17 bal, Xəzər 2, Qafqaz Universiteti isə 0 bal toplayıblar.

Monitorinqin təşkilatçıları bildiriblər ki, ən çox rüşvət faktları təhsil naziri Misir Mərdanovun ali məktəblərdə tətbiq etdiyi yazılı-eksperiment üsulu zamanı aşkarlanıb. Bu sistem üzrə qrupda olan hər 30 tələbədən 27-28-i imtahan komissiyasının sədrinə rüşvət verir. Toplanan pul isə birbaşa rektorluğa təqdim olunur. Eksperiment olmayan imtahanlar zamanı tələbələrin qiymət göstəriciləri 60-70 faiz civarında dəyişir.

Bir semestr üzrə bir nəfərdən tələb olunan rüşvətin məbləğinə gəlincə, BDU-nun tarix fakültəsinin dekanı Yaqub Mahmudovun 200, hüquq fakültəsinin müəlliməsi Kəmalə Sarıcalinskayanın 700-1000 dollar aldığı deyilir. Bu qiymət ATU-nun maşınqayırma fakültəsində 300, avtomobil nəqliyyatının idarə edilməsi fakültəsində 200-400 dollar arasında dəyişir.

ADİU-nun maliyyə-kredit fakültəsinin müəllimi Şakir Bədəlov tələbələrdən 200-250, iqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsində Kamil Qafarov 400 dollar alıb. SDU-nin tarix fakültəsinin dekanı Adil Baxşəliyevin 300, filologiya fakültəsinin dekanı Aslan Bayramovun 150 dollar aldıqları göstərilir. Xəzər və Qafqaz universitetlərində isə rüşvətlə bağlı faktlar aşkarlanmayıb.

Monitorinq orta ümumtəhsil müəssisələrində də vəziyyətin acınacaqlı olduğunu göstərib. Araşdırmalar Bakı şəhəri üzrə 4 rayonun hər birinin 3 orta məktəbində gerçəkləşdirilib. Ən çox rüşvət alınan məktəblər Səbayel rayonu ərazisində qeydə alınıb. Monitorinqin nəticələrinə görə heç bir məktəb yaxşı qiymətləndirilməyib. Buraxılış sinifləri üzrə hər bir şagirddən alınan rüşvət orta hesabla belədir:

- Səbayel rayonunda imtahanlardan əla qiymət almaq istəyən şagird 500 min
manat, attestat almaq arzusunda olanlar isə 100 dollardan keçmək
məcburiyyətində qalırlar.
- Nizami rayonunda məktəblilər imtahanlarda əla qiymət almaq üçün 400 min
manat, attestat almaq üçün 70-80 dollar xərcləməlidirlər;
- Yasamal rayon məktəblərində imtahanlarda əla qiymət almaq üçün 450-500
min manat, attestat almaq üçün isə 80-100 dollar vermək lazımdır.
- Suraxanı rayon məktəblərində imtahanlardan əla qiymət almaq istəyən şagird 300-350 min manat, məktəbi yaxşı attestatla qurtarmaq istəyən isə 50-60 dollar ödəmək məcburiyyətindədir.

Qeyd edək ki, monitorinq tələbələr və şagirdlər arasında keçirilib və onların anonimliyi qorunur. Monitorinqi aparan qurumlar sadalanan faktların doğruluğunu təsdiq edən sənədlərin olduğunu bildiriblər.

Hazırladı:
Günel Səmədova