Avropa Birliyi (AB) sülh və güclü inkişaf naminə birgə
çalışmağı öz öhdələrinə götürmüş Avropa ölkələri ailəsidir. O, mövcud
dövlətləri əvəz etmək iddiasında olmasa da, istənilən digər beynəlxalq
təşkilatdan daha üstün bir şeydir. AB əslində unikal bir qurumdur.
Ona üzv olan dövlətlər müştərək maraq doğuran spesifik məsələlər
barədə demokratik yolla, Avropa səviyyəsində qərar qəbul edilə bilməsi
üçün özlərinin bəzi suveren hüquqlarını birlikdə yaratdıqları institutlara
həvalə etmişlər. Suverenliyin bu cür birləşdirilməsi həm də, "Avropa
inteqrasiyası" adlanır.
Avropa Birliyinin tarixi kökləri İkinci Dünya Müharibəsinə
gedib çıxır. Avropa inteqrasiyası ideyası bu cür dəhşətli qırğınların
və dağıntıların qarşısını almaq, onların bir daha təkrarlanmaması
məqsədilə düşünülüb. Bu ideyanı ilk dəfə Fransanın xarici işlər
naziri Rubert Şuman 1950-ci il mayın 9-da öz cıxışında irəli sürüb.
Həmin gün indi AB-nin doğum günü hesab olunur və hər il Avropa günü
kimi təntəli şəkildə qeyd edilr.
AB-nin beş inisitutu vardır və onların hər biri spesifik
rola malikdr:
- Avropa Parlamenti (üzv dövlətlərin xalqları tərəfindən seçilir)
- Avropa Birliyi Şurası (üzv dövlətlərin hökumətlərini təmsil
edir)
- Avropa Komissiyası (idarəedici qüvvə və icra quruluşu)
- Ədalət Məhkəməsi (qanunauyğunluğu təmin edir)
- Auditorlar Məhkəməsi (AB büdcəsinin stabilliyinə və qanunililiyinə
nəzarət edir).
Bu institutların işinə digər beş vacib qurum yardım
göstərir.
- Avropa İqtisadi və Sosial Komitəsi (iqtisadi və sosial məsələlər
barədə vətəndaş cəmiyyəti təşkilatlarının rəylərini əks etdirir).
- Regionlar Komitəsi (regional və yerli hakimiyyət orqanlarının
rəylərini əks etdirir).
- Avropa Mərkəzi Bankı (pukl siyasəti və yevronun idarə olunmasına
görə məsuliyyət daşıyır).
- Avropa Ombudsmanı (istənilən AB institutu və qurumu tərəfindən
haqsızlıqla bağlı vətəndaşların şikayətləri ilə məşğul olur)
- Avropa İnvestisiya Bankı (müvafiq investisiya layihələrini
maliyyələşdirməli AB məqsədlərinə nail olunmasına köməklik göstərir)
Bir sıra digər idarə və qurumlarla bütün bunlar AB
sistemini kompleksləşdir.
Qanun əsasında idarəçilik AB-inin bütün qərarları
və prosedurları bütün AB ölkələri tərəfindən razılaşdırılmış müqavilələrə
əsaslanır.İlk vaxtlarda AB cəmi altı ölkədən ibarət olmuşdur. Belçika,
Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya, Danimarka,
İrlandiya və Böyük Britaniya bu quruma 1973-cü, Yunanıstan 1981-ci,
İspaniya və Portuqaliya 1986-cı, Avstriya, Finlandiya və İsveç 1995-ci
ildə qoşulmuşlar. 2004-cü ildə 10 yeni ölkənin ona qoşulması ilə
birlik daha da genişlənmişdir.
İlk dövrlərdə AB ölkələri arasında əməkdaşlıq əsasən
ticarət və iqtisadiyyat sahələrini əhatə etsə, hal-hazırda AB, vətəndaşların
hüquqları, azadlığın, təhlükəsizliliyin və ədalətin təmin edilməsi,
iş yerlərinin yaradılması, regional inkişaf, ətraf mühitin mühafizəsi,
qlobalizasiyanın hər kəsin işinə çevrilməsi kimi gündəlik insan
həyatı üçün vacib əhəmiyyət kəsb edən bir çox digər məsələlərə də
məşgul olur.
Avropa Birliyi yarım əsrlik mövcudluğu ərzində stabilliyə,
sülhə və güclü inkişafa rəvac verib. O, yaşayış standartlarının
yüksəlməsinə, vahid Avropa bazarının yaranmasına kömək etmiş, vahid
Avropa valyutası, yevronu təsis etmiş və dünyaya Avropanın səsini
qüvvətləndirmişdir.
Fərqliliklər birliyi: Avropa bir çox fərqli ənənələr
və dillərlə yanaşı ümumi dəyərlərə də malikdir. AB bu dəyərləri
müdafiə edir. O, Avropa xalqları arasında əməkdaşlığı gücləndirir,
fərqlilikləri qoruyub saxlamaqla birliyi dərinləşdirir və vətəndaşların
həyatı mümkün qədər yaxından bağlı olan qərarların qəbul olunmasını
təmin edir.
21-ci əsr dünyasında qarşılıqlı asılılığın getdikcə daha da artdığı
bir şəraitdə hər bir Avropa ölkəsi vətəndaşının bir-birinə maraq
göstərib, bir-birinə qarşı dözümlü və bir-birilə həmrəy olmaq baxımından
digər ölkələrin insanları ilə əməkdaşlıq xüsusilə zəruri olacaqdır.
Əsrlər boyu Avropa sürətli və qanlı müharibələrə
səhnə olub.1870-ci ildən 1945-cilə qədər olan dövrdə Fransa ilə
Almaniya bir-birilə üç dəfə müharibə etmiş, bu müharibələr çox sayda
insan tələfatı ilə nəticələnmişdir. Bu səbəbdən bir sıra Avropa
liderləri sonda bu qənaətə gəlmişlər ki, Avropa ölkələri arasında
davamlı sülhün təmin olunmasının yeganə çıxış yolu bu ölkələri iqtisadi
və siyasi cəhətdən birləşməsindədr.
Belə ki, Fransanın xarici işlər naziri Robert Şuman 1950-ci ildə
Qərbi Avropanın kömür və polad sənayesi sahələrinin inteqrasiya
olunmasını təklif etmişdir. Nəticədə, 1951-ci ildə altı üzvdən ibarət
Avropa Kömür və Polad Şurası (ECSC) yaradılmışdır: Belçika, Qərbi
Almaniya, Lüksemburq, Fransa, İtaliya və Hollandiya. Bu ölkələrdə
kömür və polad sənayesi sahələri qərar qəbul etmək səlahiyyəti "Ali
orqan" adlanan müstəqil, fövqaldövlət qurumuna həvalə edilmişdir.
Jan Mone onun ilk prezidenti olmuşdur.
Üç Şuradan Avropa Birliyinə doğru
ECSC bir neçə il ərzində o qədər uğurlu fəaliyyət
göstərdi ki, həmin altı ölkə daha da irəli getmək və öz iqtisadiyyatlarının
digər sahələrini də inteqrasiya etmək qərarına gəldi. 1957-ci ildə
onlar Roma Müqaviləsini imzalamaqla Avropa Atom Enerjisi Şurasının
(EVRATOM) və Avropa İqtisadi Şurasını (EEC) yaratdılar. Üzv dövlətlər
öz aralarında ticarət əngəllərini aradan qaldırmağa və "ümumi bazar"
formalaşdırmağa başladılar.
1967-ci ildə bu üç Avropa Şurasının institutları bir-birinə qovuşdururdu.Bu
andan etibarən artıq bir Komissiya, Avropa Parlamenti kimi də fəaliyyət
göstərən bir Nazirlər Şurası vardı.
İlk vaxtlar Avropa Parlamentinin üzvləri kimi parlamentlər
tərəfindən seçilirdi. 1979-cu ildən isə bir başa seçkilər keçirilməyə
başladı. Birbaşa seçkilər üzv dövlətlərin vətəndaşlarına öz namizədlərini
özləri seçmələrinə imkan verdi. O vaxtdan Avropa Parlamentinə beş
ildən bir birbaşa seçkilər keçirildi.
Maastrixt Müqaviləsi (1992) üzv dövlətlərin hökumətləri
arasında məsələn,müdafiə məsələləri sahəsində və "ədalət və daxili
işlər" sferasında yeni əməkdaşlıq formaları təqdim etdi. Bu hökumətlərarası
əməkdaşlığı mövcud "Şura sistemi"nə əlavə etməklə "Maastrixt" Müqaviləsi
Avropa Birliyini (AB) yaratdı.
İnteqrasiya ümumi siyasətlər deməkdir
Avropa Birliyinə üzv dövlətlər arasında iqtisadi
və siyasi inteqrasiya o deməkdir ki, bu ölkələr bir çox məsələlər
barədə birgə qərar çıxarırlar.Yəni onlar kənd təsərrüfatından mədəniyyətə,
gömrük məsələlərindən nəqliyyat məsələlərinə qədər çox geniş sahələrdə
ümumi siyasətlər işləyib, hazırlayırlar.
İlk dövrlərdə əsas diqqət kömür və polad sənayesi
sahələrində ümumi kommersiya siyasətinə və ümumi kənd təssərrüfatı
siyasətinə yönəldilmişdi. Zaman keçdikcə və buna ehtiyac duyulduqca
digər siyasətlər də bu sıraya əlavə olundu. Məsələn, kənd təssərrüfatı
siyasətinin məqsədi mümkün qədər daha ucuz və daha bol qida məhsulları
istehsal etməklə yanaşı, həm də sağlam, yüksək keyfiyyətli qida
məhsulları istehsal etməyə və ətraf mühiti qorumağa imkan verən
kənd təssərrüfatı metodlarını dəstəkləməkdən ibarətdir. Ətraf mühiti
mühafizə ehtiyacı indi, demək olar ki, bütün AB siyasətlərində nəzərə
alınır.
Avropa Birliyinin dünyanın digər hissəsilə əlaqələri
də mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. AB digər ölkələrlə iri
ticarət və yardım sazişləri bağyıdır və Ümumi Xarici və Təhlükəsizlik
Siyasətini inkişaf etdirir.
Vahid bazar: Əngəllərin qadağan edilməsi
Üzv dövlətlərin öz aralarındakı bütün ticarət əngllərini
aradan qaldırmaları və öz "ümumi bazar"larını, malların, xidmətlərin,
insanların və kapitalın sərbəst hərəkət edə bildiyi unikal vahid
bazara çevirmələri üçün müəyyən qədər vaxt keçdi. Vahid bazar rəsmən
1992-ci ilin sonunda tam formalaşdı, hərçənd hələ də bəzi sahələrdə,
bu istiqamətdə məsələn maliyyə xidmətləri vahid bazarın yaradılması
kimi görülən işlər vardır.
1990-cı illər ərzində AB daxilindəki sərhədlərin
çoxunda pasport və gömrük yoxlamaları ləğv edildikcə, insanların
Avropada hərəkəti xeyli asanlaşdı.Bunun nəticələrindən biri AB vətəndaşlarının
mobilliyinin xeyli yüksəlməsi oldu. Məsələn, 1988-ci ildən bəri
bir milyondan çox gənc Avropalı AB-nin dəstəyilə xaricdə təhsil
almışdır.
Ümumi pul vahidi: yevro
1992-ci ildə AB iqtisadi və pul birliyi (EMİ) yaratmaq,
üzv ölkələrə Avropa Mərkəzi Bankı tərəfindən idarə olunan ümumi
Avropa pul vahidi təklif etmək qərarına gəldi. Ümumi pul vahidi-yevro
2002-ci il yanvarın 1-dən etibarən, yevro əskinasları və sikkələri
Avropa Birliyinin 15 ölkəsindən 12-sinin (Belçika, Almaniya, Yunanıstan,
İspaniya, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Avstriya,
Portuqaliya və Finlandiya) milli valyutalarını əvəz etdikdən sonra
reallığa çevrildi.
Daim böyüməkdə olan ailə
Avropa Birliyi durmadan uğurla böyüyür.
Danimarka, İrlandiya, Böyük Britaniya 1973-cü,
Yunanıstan 1981-ci, İspaniya və Portuqaliya 1986-cı,
Avstriya, Finlandiya və İsveç 1995-ci ildə bu
quruma üzv olmuşlar. Avropa Birliyi 2004-cü ildə
daha on ölkəyə: Kipr, Çex Respublikası,
Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya
xoş gəldinz demişdir. Bolqarıstan və Ruminyanın
da bir neçə ildən sonra AB-nə qəbul ediləyi
gözlənir. Türkiyə də AB-nə namizəd
ölkədir. Üzv dövlətlərin sayı
25-ə çatdıqdan sonra AB-nin üz fəaliyyətini
səmərəli şəkildə davam etdirəcəyinə
əmin olmaq üçün onun qərar qəbul etmə
sistemi daha da sadələşdirilməlidir. Məhz
bu səbəbdən Nitsa müqaviləsi AB institutlarının
həcminin və iş üsullarının idarə
edilməsi üçün yeni qaydalar müəyyən
edib. Həmin saziş 2003-cü il fevralın 1-dən
etibarən qüvvəyə minib.
|