SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7---- Payız|2004
MƏNZƏRƏ

ÖLKƏ QHT-LƏRİ NƏ EDİR?
İYUL - SENTYABR
 

İYUL

- Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə «Bələdiyyə seçkilərinin demokratik keçirilməsi uğrunda: problemlər, təkliflər və müzakirələr» mövzusunda dəyirmi masa keçirilib.

- CRS-in «QHT xəbərlər xidməti və qaynar xətt» layihəsi çərçivəsində «QHT xəbərləri xülasəsi» aylıq məlumat bülleteninin təqdimat mərasimi keçirilib.

- Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndələri NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanda keçirilən hərbi təlimlərdə erməni zabitlərinin iştirakına etiraz edərkən həbs olunan qurum üzvlərinin azadlığa buraxılması üçün Şeyxülislam Allahşükür Paşazadəyə müraciət ediblər.

- MQF «QHT sektorunun problemləri və inkişafı perspektivləri» layihəsi çərçivəsində QHT-nin problemlərini öyrənmək məqsədilə silsilə tədbirlər həyata keçirib.

- QAT fəallarının işinə Apellyasiya Məhkəməsində baxılıb və Nəsimi Rayon Məhkəməsinin onlar barəsində Cinayət Məcəlləsinin 221.3, 233 və 315-ci maddələriylə qaldırdığı 2 aylıq həbs-qəti imkan tədbiri qüvvədə saxlanılıb.

- Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası «Eyni şəklin qırıqları» adlı çoxhissəli elmi-publisistik filmin birinci hissəsini başa çatdırıb.

- İqtisadi Tədqiqatlar Mərkəzi Soros Fondunun maliyyə dəstəyi ilə «Yerli büdcə prosesi və ictimai iştirak» mövzusunda ikigünlük treninq proqramları həyata keçirib.

- Bir sıra QHT və jurnalistlərin birləşdiyi «Azərbaycanda rüşvətə qarşı» Araşdırma Qrupu təsis edilib.

- bp şirkəti ilə Soros Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında elan edilən tenderdə 69 QHT-nin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin monitorinqinə qatıldığı məlum olub.

- Soros Fondunun Budapest ofisi, Hollandiya Helsinki Komitəsi, «İnterrayts» təşkilatı və Hüquq Maarifçiliyi Cəmiyyətinin dəstəyi ilə hüquqşünaslar üçün praktiki təlim keçirilib.

- Avrasiya Fondu İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi, «İrşad» Birgə Müəssisəsi, Azərbaycan Universiteti və Sahibkarlığın İnkişaf Fonduna 90 min dollar qrant ayırıb.

- Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçıları «2003-cü il prezident seçkisindən sonra ölkədə demokratiyanın vəziyyəti» mövzusunda dəyirmi masa təşkil edib.

- İctimai Fikri Araşdırma Mərkəzinin üzvləri ölkədə sosial vəziyyətlə bağlı apardıqları sorğunun nəticələrini açıqlayıblar.

- QAT üzvləri yoldaşlarının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirib.

- Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi 30-a yaxın məcburi köçkün qadın sahibkardan ibarət qrupu müəyyən etmək və onlara öz biznes-planlarını hazırlamaqda kömək məqsədilə yeni layihənin icrasına başlayıb.

- bp şirkəti Azərbaycanda bioloji müxtəliflik üzrə üçüncü müsabiqənin qaliblərini mükafatlandırıb. Qiymətləndirmə prosesinin nəticəsi olaraq Azərbaycan Quşların Ekologiyası və Mühafizəsi İctimai Birliyi, Azərbaycan Zooloqlar Cəmiyyəti, «Qızıl pətək», «Cəmiyyət və hüquq» təşkilatlarının layihələri qalib elan olunub.

- «Hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda İctimai Birliyi «Penitensiar sistemdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanun layihəsini ictimaiyyətə təqdim edib.

- Azad İstehlakçılar Birlyi Qubada duzun yodlaşdırılması ilə bağlı seminarlar keçirib.

- «Vətəndaş cəmiyyəti uğrunda Müstəqil Məsələhət və Yardım Mərkəzinin təşəbbüsü ilə «Azərbaycanda yerli donorluq və filantropiyanın əsas inkişaf istiqamətləri» layihəsi çərçivəsində eyni adlı sənədin təqdimatı keçirilib.

- CRS beynəlxalq humanitar təşkilatı Soros Fondunun maliyyə dəstəyi ilə BTC boru kəməri üzrə monitorinq təlimlərini uğurla bitirənlərə sertifikat təqdim edib.

- «Qafqaz-media» İctimai Birliyinin təsis etdiyi «Peşəkar jurnalist» mükafatı bir sıra KİV nümayəndələrinə təqdim olunub.

- Mətbuat Şurası 22 iyul Mətbuat Gününü Gülüstan sarayında qeyd edib.

- «Təmiz Dünya» Vətəndaş Hüquqları uğrunda İctimai Birlik mətbuat orqanlarında qadınlara qarşı törədilən zorakılıqların nə dərəcədə işıqlandırılması məqsədilə apardıqları 3 aylıq monitorinqin nəticələrini açıqlayıb.

- Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə «Ümidli gələcək» Gənclər Təşkilatının qərb bölgələrində bələdiyyələrin əlaqələndirmə şuraları üçün həyata keçirdiyi təlimlər başa çatıb.

- Azərbaycanın «Sərhədsiz gənclər» təşkilatı 6 rayonda region gənclərinin gündəlik həyatında zorakılıq hallarını araşdırmaq məqsədilə layihə həyata keçirib.

- «Azad cəmiyyət uğrunda» İctimai Birlik iqtisadi amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib.

- QHT-lərlə İş üzrə Dövlət Komitəsinin yaradılması üçün işçi qrupu formalaşıb.

- Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi «Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli yol» mövzusunda elan etdiyi yazı müsabiqəsinin qaliblərini - media nümayəndələrini mükafatlandırıb.

- Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqub mətbuat konfransı keçirərək mətbuat gününə həsr etdiyi «Azad fikir» analitik informasiya buraxılışını təqdim edib.

- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası UNİCEF və Səhiyyə Nazirliyi ilə birgə dəmir defisitli anemiyalı xəstə uşaqlara həsr edilən «Uşaqların sağlam gələcəyi naminə» layihəsi çərçivəsində konsert proqramı düzənləyib.

- Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin əks olunduğu bir neçə kitabın təqdimatını keçiriblər.

- «Yeni fikir» Gənclər Birliyi «Təhsildə rüşvətə son qoyulsun!» tələbi ilə Təhsil Nazirliyi qarşısında piket keçirib.

- Redaktolar Birliyi «Bakı-Xəbər» qəzetinin Baş redaktoru Aydın Quliyev və «Montior» jurnalının əməkdaşı Eynulla Fətullayevə qarşı təzyiqlərlə bağlı qeyri-hökumət təşkilatlarının rəhbərləri və hüquq müdafiəçiləri ilə görüş keçirib.

- Beynəlxalq Sülhsevərlər Birliyində şəhid Hikmət Allahverdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

- «Yeni Nəsil» Jurnalistlər Birliyi KİV nümayəndələri üçün «Vergi və maliyyə idarəetməsi» adlı keçirdiyi treninq iştirakçılarına sertifikatlar verib.

AVQUST

- Mətbuat Şurası Masallı rayonunda «Regional mətbuatın problemləri və əyalətdə «reket jurnalistikası»na qarşı mübarizə» mövzusunda konfrans keçirib.

- «ASM - 2000» Müstəqil Analitik Sosioloji Mərkəzi əhalinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına dair bilik səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib.

- İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının maliyyə dəstəyi ilə universitet və orta məktəblərin iqtisadiyyat müəllimləri, iqtisadiyyatın tədrisi sahəsində ixtisaslaşmış metodist-təlimçilər üçün seminar keçirib.

- «İnam» Plüralizm Mərkəzi 1998-2004-cü illərdə tərcümə etdiyi insan hüquqlarına dair 17 beynəlxalq sənədi - konvensiya, bəyannamə, pakt və xartiyanı www.inamcfp.org/human_rights_az.h-m saytında yerləşdirib.

- «Vətəndaş cəmiyyətində debat» Mərkəzi yeni hüquqi «Street Law - Deba-e» təhsil proqramına başlayıb. Proqramın əsas məqsədi debat texnologiyası əsasında hüquq mədəniyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyəti dəyərlərinin formalaşdırılmasıdır.

- Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Naxçıvanda fəaliyyət göstərən QHT-nin fəaliyyətilə tanış olmaq və oradakı vəziyyəti öyrənmək məqsədilə muxtar respublikaya gediblər.

- Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ilə Türkiyənin Ulusal Güvənlik Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

- «Human Rights Watch» hüquq-müdafiə təşkilatı Azərbaycanda 2003-cü il prezident seçkisinə qədər və ondan sonrakı dövrdə KİV, söz azadlığı sahəsində vəziyyətə dair hesabat yayıb.

- Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və İsveçin İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu Bakıda insan hüquqları üzrə növbəti yay məktəbi təşkil edib.

- İqtisadi Tədqiqatlar Mərkəzi Gəncədə Soros Fondunun maliyyə dəstəyi ilə «Bələdiyyə büdcəsinin şəffaflığı» layihəsi çərçivəsində bələdiyyə üzvləri və qulluqçular üçün iki günlük treninq keçirib.

- CRS Amerika Beynəlxalq İnkişaf Agentliyi və «Dünyanı öyrən» təşkilatı ilə birgə reallaşdırdığı «Bələdiyyə seçkiləri sizin üçün nə deməkdir? Seçilmiş və yaxud təyin edilmiş şəxslər icma problemlərini necə ünvanlaya bilərlər» layihəsi çərçivəsində Xaçmazda, Qubada forumlar keçirib.

- ATƏT-in Bakı ofisi «Hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında» qanunun icra vəziyyətini öyrənmək üçün monitorinq aparıb.

- Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ABŞ-ın Avropa Komandanlığının təlimatçıları ilə birgə rayonlarda təlimlər keçirməyə başlayıb.

- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Sumqayıtda regional ofis açıb.

- Müxtəlif kütləvi informasiya vasitələrində çalışan bir qrup jurnalist tərəfindən Azərbaycan Gənc Jurnalistlər İctimai Birliyi təsis edilib.

- «Təmiz dünya» və «Nur» Vətəndaş Təhsili Mərkəzinin üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyinin xətti ilə bu ölkədə insan alverinin qurbanları problemini öyrəniblər.

- MQF «İctimai sektorun davamlılığı: reallıqlar və imkanlar» mövzusunda seminar keçirib.

SENTYABR

- «Azad və ədalətli seçkilər uğrunda» Əlaqələndirici Məşvərət Şurası azad və ədalətli seçkilər naminə ümumrespublika forumu keçirib.

- Qadın Krizis Mərkəzi insan alveri ilə bağlı Ağstafa, Tovuz, Şəmkir, Ağsu, Ağdaş rayonlarında araşdırma aparıb.

- «Lotos» Əlilliyin Dərki və Təlimi Mərkəzi 3 uşaq təşkilatı ilə bərabər Milli parkda «Asfalt üzərində rəsm» aksiyası keçirib.

- Qeyri-Hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzi İdarə Heyətinin toplantısında bələdiyyə seçkisinin hazırlıq prosesi, qurumun seçkiylə bağlı tədbirlər proqramı, təşkilati məsələlər müzakirə olunub.

- ACCELS FSAİ/FLEX proqramının qalibi Tohidə Kazımova bu qurumun ayırdığı qrant hesabına Lənkəranda gənc qızlar üçün Yay Mərkəzi təşkil edib.

- Media Hüquqları İnstitutu böhtan və təhqir adı altında cinayət cəzası verilməsinə yol açan qanunların ləğvinə çağıran bəyanat verib.

- D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Avropa Şurasının Beynəlxalq Qadın Komissiyasının dəvətiylə Strasburqa gedəcəyini bildirib, qurumun Azərbaycan təmsilçisi kimi ölkədə bu istiqamətdə aparılan işlərlə bağlı məlumat verəcəyini deyib.

- Azərbaycan Naminə Hərəkat Qarabağla bağlı reallaşdırdığı silsilə etiraz aksiyaları çərçivəsində Rusiya paytaxtındakı Teatr meydanında aksiya keçirib.

- Söz Azadlığını Müdafiə Fondu ABŞ-da baş verən 11 sentyabr terrorunun ildönümü ilə bağlı aksiya keçirib.

- Böyük Britaniyanın OXFAM humanitar təşkilatı və onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən «Sağlam dünya» təşkilatı səhiyyə xidmətləri ilə bağlı yeni layihənin icrasına başlayıb.

- Mətbuat Şurası şikayətlər komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Bir sıra qəzetlərə qarşı qaldırılan iddialara baxılıb.

- Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birlyi Türkiyənin ölkəmizdəki səfirliyi ilə birgə 15 sentyabr - Bakının ermənilərdən azad olunması münasibətilə silsilə tədbirlər keçirib, bu mövzuda elan edilən yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb.

- «Dirçəliş» Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə xaricdəki soydaşlarımıza doğma dildə Azərbaycan haqqında və müxtəlif sahələrə aid nəşrlərin çatdırılmasında yardım göstərmək məqsədilə kitabtoplama kampaniyasına başlanıb.

- «Ümidli gələcək» Gənclər Təşkilatı Təhsil Nazirliyi və Danimarka Qaçqınlar Şurası ilə birgə Bakıda «Sülh mədəniyyəti və münaqişələrin həlli istiqamətində tədrisin inkişafı» mövzusunda beynəlxalq konfrans keçirib.

- Xəzər İşgüzar İnteqrasiya Klubu əsrin müqaviləsinin 10 illiyinə həsr olunmuş tədbir keçirib.

- Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası Xətai rayon bələdiyyəsində «Bələdiyyə seçkisində gənclərin iştirakı və seçilməsi» mövzusunda dəyirmi masa keçirib.

- Demokratik İslahatlar Mərkəzinin növbəti informasiya bülleteni işıq üzü görüb.

- «İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi «Vətəndaş körpüləri - Mərkəzi Asiya» proqramı çərçivəsində Qırğızıstanda keçirilən «Demokratiya uğrunda vətəndaş körpüləri quruculuğu» adlı ikinci regional konfransda iştirak edib.

- Soros Fondunun jurnalist tədqiqatlarının aparılmasına dəstək məqsədilə reallaşdırdığı neft gəlirlərinin şəffaflığı yolları, neft şirkətlərinin fəaliyyəti, Azərbaycana verilən beynəlxalq kreditlər və onların istifadəsi, təhsil və ictimai səhiyyəyə ayrılan dövlət vəsaitinin səmərəliliyi və şəffaflığı mövzusunda müsabiqədə 27 jurnalist iştirak edib və 8-i seçilib.

- QAT üzvləri həbsdən azad edilib.

- Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsüylə «Lipman» şirkətinin yeni məhsulları ilə bağlı seminar keçirilib.

- «Təmiz Dünya» İctimai Birliyi, «Münaqişəsiz gənclər» təşkilatı, Azərbaycan Uşaqlar Birliyi ABŞ səfirliyinin maliyyə dəstəyi ilə keçirilən «İnsan alveri problemləri» adlı bir illik layihə çərçivəsində reallaşdırılan jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb.

- Mətbuat Şurasının növbəti iclasında şikayətlər üzrə komissiyanın qərar layihələri, dil və hüquq komissiyalarının tərkibi, şuranın rəmzlərinin - bayraq, marş və döş nişanlarının müəyyənləşdirilməsi üçün elan edilən müsabiqə şərtləri təsdiqlənib, şuraya yeni üzvlərin qəbulu məsələsi həll olunub.

- «Musiqili əsər müəlliflərinin əmək hüquqlarının idarəçiliyi» İctimai Birliyinin rəhbərliyi fəaliyyət göstərdikləri 6 ay ərzində gördükləri işlər barədə mətbuat konfransı keçirib.

- «Bilik» Maarifçilik Cəmiyyəti elm, maarifçilik, mədəniyyət, təhsil sisteminin inkişafında xidmətlərinə görə bir sıra şəxsləri Y.Məmmədəliyev adına medalla mükafatlandırıb.

- Avropa Şurası, Böyük Britaniyanın «İnterrayts» təşkilatı və İqtisadi Hüquq Maarifçilik Cəmiyyətinin birgə təşəbbüsü ilə Masallıda hüquqşünaslar üçün «Avropa Məhkəməsinə müraciət mexanizmi» adlı seminar keçirilib.

- MQF «İctimai nəzarətin təmin olunmasında QHT-nin rolu: çətinlik və bacarıqlar» mövzusunda seminar keçirib.

- Milli Strateji Təşəbbüslər Mərkəzinin təşkilatçılığı və Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının yardımı ilə «Bakı payız debatları» adlı həftəlik silsilə görüşlər keçirilib. Politoloqlar, iqtisadçılar, tarixçilər, diplomatlar, QHT nümayəndələri və digər sahələrdə çalışan mütəxəssislərin iştirak etdiyi debatların əsas məqsədi Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin müzakirəsi olub.

- Misir Mədəniyyət Mərkəzində «Nəcib xanımlar» İncəsənət Birliyi üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.

- «İnam» Plüralizm Mərkəzi Belarusda keçirilən konstitusiyaya dəyişikliklə bağlı referendum və parlament seçkisini müşahidə edib.

- Azərbaycan Jurnalistlər Konfederasiyasının Baş katibi Azər Həsrət Düşənbədə VI Orta Asiya Media Konfransına qatılıb.

- Demokratik İslahatlar Mərkəzinin təşkilatçılıgı ilə «Mətbuatda təhqir və ekspert məsuliyyəti» mövzusunda dəyirmi masa keçirilib.

- Demokratik islahatlar uğrunda Cəmiyyət Bakı-Tbilisi-Ceyhan neft kəmərinin monitorinqi layihəsinin icrasına başlayıb.

- Demokratik İslahatlar Mərkəzi «Jurnalistin əxlaq kodeksi niyə işlək sənədə çevrilmədi?» mövzusunda seminar keçirib.

- bp şirkətinin ofisində Azərbaycan Biznes Mərkəzinin dəstəyi ilə «Vətəndaş cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumu, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə «Azərbaycanda idarəetmə mədəniyyəti» mövzusunda seminar keçirilib.

- Mətbuat Şurası mətbuat orqanlarının balansında olan avtomobillərin sahiblərinə ilk press-kartları təqdim edib.

- Novella Cəfəroğlu bəzi hüquq müdafiəçiləri ilə bərabər təcridxanalarda apardıqları monitorinqin nəticələrini açıqlayıb.

- Təhsildə İslahatlara Yardım Mərkəzinin təşəbbüsü ilə «Məktəblərə pulsuz verilən dərsliklərin vəziyyəti və paylama qaydaları» mövzusunda dəyirmi masa keçirilib.

- Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası və Humanitar Tədqiqatlar Cəmiyyəti ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Şəki, Lənkəran, İsmayıllı, Xaçmaz, Mingəçevir və Bakı şəhərini əhatə edəcək «Azərbaycanda gənclərin insan hüquqları üzrə şəbəkəsi» adlı layihəsini təqdim edib.

- «Simurq» Mədəniyyət Assosiasiyası «Azərbaycanda idarəetmə mədəniyyəti» mövzusunda kulturoloji seminar keçirib.

- «Sağlam dünya» təşkilatı «Uşaqları qoruyun» beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Ailə planlaşdırılması və reproduktiv sağlamlığa dair biliklərin möhkəmləndirilməsi» və OXFAM-ın köməyi ilə reallaşdırılan «İcma əsaslı ilkin səhiyyə xidmətləri» adlı layihələri barədə məlumat verib.

- Azərbaycan Gənc Jurnalistlər İctimai Birliyinin təşəbbüsü ilə «Bələdiyyələr ötən 5 ildə» mövzusunda təşkil edilən tədbirdə bələdiyyələrin bu müddətdə gördüyü işlər, qarşıya çıxan problemlər və digər məsələlər müzakirə olunub.

- QHT Konqresinin rəhbəri Əli Quliyev mətbuata açıqlamasında ATƏT-in yerli QHT-lərin qeydiyyat probleminin həlli ilə bağlı tövsiyələr hazırlayacağını bildirib.

- Gözdən Əlillər Cəmiyyəti OXFAM beynəlxalq humanitar təşkilatı ilə birlikdə əlil insanların məşğulluq problemləri üzrə metodoloji seminar keçirib.

- «Hərb və sülh Jurnalistika İnstitutu Azərbaycanda «Regional mətbuatın inkişafı» layihəsi çərçivəsində seminar keçirib.

- «İnam» Plüralizm Mərkəzi «III Sektor» jurnalı ilə birlikdə ABŞ səfirliyi və Avrasiya Fondunun dəstəyilə «Regionlarda gənclərin bələdiyyə seçkilərinə səfərbər edilməsi və gənc namizədlərin dəstəklənməsi» adlı layihəsi çərçivəsində treninqlərə başlayıb.

- ATƏT və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi «Korrupsiyaya qarşı mübarizə»yə həsr olunmuş dəyirmi masa keçirib.

- Azərbaycan-ABŞ Gəncləri İctimai Birliyi Dünya Bankının Bakıdakı ofisinin, Açıq Cəmiyyət İnstitutunun və Avrasiya Fondunun maliyyə dəstəyilə «Bələdiyyə orqanları və gənclər arasında əməkdaşlığın və əlaqələrin inkişaf e-dirilməsi» layihəsi əsasında Füzuli rayonunun qəsəbə və kəndlərində seminarlar keçirib. Bələdiyyə seçkisinə hazırlıq məqsədilə təşkil olunan tədbirlərdə «Demokratiya şəraitində yerli özünüidarəetmə orqanlarının əhəmiyyəti və zəruriliyi», «Bu proseslərdə iştirak formaları», «İcra orqanları ilə bələdiyyələr arasındakı idarəetmə fərqi» mövzularında məruzələr edilib.

Hazırladı: Günel Səmədova