SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7---- Payız|2004
PROBLEM

SƏLAHİYYƏTSİZ BƏLƏDİYYƏLƏR
Parlamentin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov bələdiyyələrin səlahiyyətlərini artırmağı vacib sayır

Dekabrın 17-də Azərbaycanda ikinci bələdiyyə seçkiləri keçiriləcək. Qanunvericiliyə uyğun olaraq ölkədə 1700-ə yaxın bələdiyyənin formalaşacağı və təxminən 21 min bələdiyyə üzvünün seçiləcəyi gözlənilir. Artıq seçkilərin əsas mərhələlərindən biri - namizədlərin qeydə alınması prosesi başa çatıb. İlkin məlumatlara görə, dairə seçki komissiyaları təxminən 40 min nəfəri qeydiyyatdan keçirib.

Xatırladaq ki, Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ötən beş ildə bələdiyyə institutunun formalaşdırılması prosesi ölkə parlamentinin regional məsələlər daimi komissiyasının yaxından iştirakıyla müşayiət olunub. Komissiyanın sədri professor Zahid Qaralovu müsahib kimi seçməyimizin səbəbi də budur. Onunla söhbətdə bələdiyyələrin fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq. Öncə bələdiyyələrin formalaşmasında əsas aparıcı qüvvə kimi yerli özünüidarəetmə qurumlarının beş illik fəaliyyətinin onu qane edib- etməməsi ilə maraqlandıq.

- Bir müddət öncə bələdiyyələrin beş illik fəaliyyətinə həsr olunmuş böyük bir konfrans keçirdik və sizin indi qoyduğunuz sualı ətraflı cavablandırdıq. Qısaca deyəsi olsaq, ölkə konstitusiyasında və qanunlarda bələdiyyələrlə bağlı nəzərdə tutulan müddəaları əsasən gerçəkləşdirə bildik. Bu, danılmaz faktdır. Bələdiyyə Azərbaycan xalqının həyatına tamamilə uyğun olan, cəmiyyətin qəbul etdiyi və özünü təsdiqləyən bir instituta çevrilib. Bir sözlə, demokratiyanın dərinləşməsində böyük rolu olan bələdiyyələrin fəaliyyəti bir parlament komissiyası olaraq bizi qane edir.

- Zahid müəllim, son vaxtlar bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı fikirlər səsləndirilir, ən müxtəlif variantlar irəli sürülür. Məsələn, elə bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının Monitorinq Qrupunun Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross ölkə mediasına verdiyi acıqlamada bələdiyyələrin statusunun genişləndirilməsinin vacibliyini vurğulayıb. Bir mütəxəssis kimi bu kimi təkliflərə münasibətiniz necədir?
- Əgər Andreas Qross belə bir fikir söyləyibsə, tamamilə haqlıdır. Doğrudan da bu gün Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına böyük ehtiyac var. Və heç şübhəsiz ki, bu ehtiyac ödənilməlidir. Düzdür, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi məsələləri müxtəlif qanunlarda öz əksini tapıb, ancaq ayrı-ayrı icra strukturları, nazirliklər və digər qurumlar bələdiyyələrə qanunlarla verilmiş bu səlahiyyətləri müntəzəm məhdudlaşdırır. Ona görə də istər Andreas Qrossun, istərsə də digər beynəlxalq ekspertlərin Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi haqda fikirləri və tövsiyələri yerindədir.

Siz necə hesab edirsiniz, bələdiyyələrin səlahiyyətləri bəzi variantlarda təklif olunduğu kimi yerli icra hakimiyyəti orqanlarının ləğvi hesabına genişləndirilməlidir, yoxsa?..
-  Bilirsiniz, söhbət heç də ondan getmir ki, bələdiyyələrin səlahiyyətləri kimin və ya nəyin hesabına genişləndirilsin. Söhbət ondan gedir ki, bələdiyyələrin səlahiyyətləri müvafiq qanunlarla onlara verilmiş formada artırılmalıdır və onlar da öz növbələrində əhaliyə sosial, iqtisadi, mədəni xidmətlər göstərməlidirlər. Elmi, iqtisadi, sosial, mədəni sahələrdə yerli şəraitə uyğun ehtiyacları ödəmək funksiyaları bələdiyyələrə verilib. Və bu funksiyaların hansı yollarla həyata keçirilməsi də qanunlarımızda açıq-aydın göstərilib. Ancaq bir daha təkrar edirəm ki, icra strukturları və digər qurumlar bələdiyyələrin konstitusion səlahiyyətlərinin bir hissəsini onlara vermək istəmirlər. Məsələn, kəndarası, kəndiçi, şəhəriçi yolların təmiri, parkların saxlanılması, mənzil tikintilərinə torpaq sahələrinin ayrılması və tikinti layihələrinin təsdiqi, məktəblərin, uşaq bağçalarının, yerli mədəniyyət mərkəzlərinin təmiri və yeniləşdirilməsi, su, qaz təchizatı, bir sözlə, yerli mikrostrukturların həyatıyla bağlı hər şey ölkə konstitusiyası və qanunlarla bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Ancaq məsələn, Təhsil Nazirliyi məktəblərin təmiri və yeniləşdirilməsi işini bələdiyyələrin səlahiyyətlərinə aid edilməsi ilə razılaşmır və buna qəti etirazını bildirir. Deyir ki, bu işləri heç cür bələdiyyələrə həvalə etmək olmaz. Başqa bir misal: Mədəniyyət Nazirliyi bildirir ki, yerlərdə mədəniyyət müəssisələri ilə bağlı nə varsa, onunkudur, o özü xidmət göstərməlidir. Və yaxud icra strukturları şəhərlərdə təmizlik işlərini öz səlahiyyətlərinə aid edir və deyirlər ki, küçələrdəki zir-zibili özümüz təmizlətdirəcəyik. Qaz təchizatı ilə məşğul olan səhmdar cəmiyyət isə deyir ki, qazı özüm paylayıb, pulunu da özüm yığacam. Halbuki siyasətə dolayı yolla, amma iqtisadi, sosial problemlərlə birbaşa bağlı nələr varsa, hamısı bələdiyyələrə verilməlidir. Çünki bütün dünyada belədir. Bizdə isə hələlik bu səlahiyyətlər bələdiyyələrə verilməyib. Bu səlahiyyətlərin bələdiyyələrə verilməsi heç də o demək deyil ki, bununla nazirliklərin, icra strukturlarının funksiyaları azalacaq. Əksinə, bu səlahiyyətlərin bələdiyyələrə verilməsi ilə onlar mərkəzi aparat kimi daha da qüdrətlənəcəklər.

Bələdiyyələrin əlavə mənbələr hesabına maliyyələşdirilməsi məsələləri nə yerdədir? Vəziyyət sizi qane edirmi?
-  Xeyr, qane etmir. Bilirsiniz, torpaq vergisi, mehmanxanalardan, ekskursiya səfərlərindən əldə edilən gəlir vergisi, hüquqi şəxslərdən əmlak vergisi və başqa vergilər bələdiyyələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan əlavə mənbələrdir. O da nəzərdə tutulub ki, bu mənbələr dayanıqlı, bələdiyyələri saxlayan səviyyədə olmalıdır. Əgər bu mənbələr dayanıqlı deyilsə, dövlət təcili surətdə bələdiyyələrin maliyyələşdirilməsi üçün yeni dayanıqlı mənbələr tapıb verməlidir. Ancaq çox təəssüflər olsun ki, bu proses bizdə hələ ki, istənilən səviyyədə getmir. Yəni bələdiyyələrin əlavə mənbələr hesabına maliyyəlləşdirilməsi, gücləndirilməsi qaneedici səviyyədə deyil. Sadəcə, yuxarılardan bələdiyyələri saxlamaq üçün beş-altı mənbə ayırıblar ki, onu da hər yandan sıxışdırırlar. Biz isə hesab edirik ki, istər fiziki şəxslər, istərsə də hüquqi şəxslərin vergiləri bələdiyyələrə verilməlidir. Bu, olduqca vacib və zəruridir.

Kamil Həmzəoğlu,
«525-ci qəzet»in parlament müxbiri,
xüsusi olaraq «III Sektor» jurnalı üçün