İnqilabın 10 şərti
Rusiya ekspertləri bu şərtlərə əsaslanaraq postsovet ölkələrini inqilabın baş verməsi ehtimalının yüksəkliyinə görə üç qrupa bölürlər |
Rusiyanın bəzi internet saytlarının materialları əsasmda hazırlanmış bu yazıda postsovet məkanmda baş verən və ehtimal olunan məxməri inqilablara toxunulur. Hadisə və proseslərə sırf subyektiv yanaşmalar yer alsa da, zənnimizcə, "III Sektor"un bu sayınm aparıcı mövzusu olan inqilablar məsələsi barədə təsəvvürləri genişləndirmək, onun fəlsəfəsini anlamaq baxımmdan yetərincə maraqhdır.
Bu yaxınlarda Rusiya Milli Strategiya İnstitutu postsovet məkanında bir-birinin ardınca baş verən inqilabların səbəblərini müəyyənləşdirən konsepsiya tərtib edib. Bu konsepsiyaya görə, inqilablara əsasən ölkədaxili proseslər təkan verir və bu məsələdə xarici təsirin rolu bir elə də əhəmiyyətli sayılmır, o, inqilabı şərtləndirən 10 amildən yalnız biri kimi qiymətləndirilir.
Milli Strategiya İnstitutu "məxməri inqilabların baş verməsinə münbit zəmin yaradan 10 amili qeyd edir:
1. Hakimiyyətin xalqdan təcrid edilməsi, perspektivli insanların hakim
komandaya buraxılmaması, cəmiyyətin qanuni siyasi mexanizmlər vasitəsilə
hakimiyyətə təsir imkanlarının olmaması.
2. Rejimin legitimliyi məsələsində problemlərin yaranması.
Əslində, legitimlik məsələsinə təkcə hüquqi kateqoriya kimi baxmaq düzgün olmazdı. Mərkəzi seçki komissiyasının namizədin prezident seçildiyini təsdiqləyən protokolu onun legitim prezident olması üçün kifayət deyil. Gürcüstan parlamentinin və Viktor Yanukoviçin aqibəti bunun bariz nümunəsidir. Əsas məsələ xalqm seçilmiş şəxsin legitimliyini qəbul etməsidir.
3. Hakim elita daxilində ciddi fikir ayrılıqlarının mövcudluğu.
4. Hakimiyyətin xalqa xoşbəxt gələcəklə bağlı vədlərinin tükənməsi.
Bu halda hakimiyyətin ölkədə sabitliyin hökm sürdüyünü əsas gətirib bununla fəxr etməsi onun özünə qarşı işləyir. Çünki Ukrayna və Gürcüstanda olduğu kimi, əhalinin böyük bir hissəsi üçün bu sabitlik çarəsizliyin sinoniminə çevrilir.
5. Güclü müxalifətin və müxalif liderin mövcudluğu.
6. Hakimiyyətin güc tətbiq etməyə hazır olmaması.
Bu amil hakimiyyət və güc strukturları arasmda ümumi məqsədlərin olması ilə şərtlənir. Əgər belə bir birlik mövcud deyilsə, güc strukturları böhran anmda mitinqçilərin və nümayişçilərin dağıdılması əmrini yerinə yetirməyə də bilər.
7. Həll olunmamış regional və etnik ziddiyyətlərin mövcudluğu.
8. Bürokratiya ilə siyasi elitanın birləşməsi.
9. Rejimin dəyişdirilməsində xarici qüvvələrin maraqlı olması.
Bu amili bəzən əsas şərt kimi qiymətləndirirlər. Əslində isə inqilabm baş verməsində xarici təsirin rolu çox cüzidir. Şübhəsiz, ABŞ-m hər hansı bir ölkədə inqilabçıları dəstəkləməsi burada inqilabm uğurla sonuclanması şansını artırır. Ancaq bu halda da ölkədaxili proseslərin inkişafmdan çox şey asılıdır.
10. İnqilabın "təkanverici" qüvvəsi olan böhran vəziyyətinin yaranması.
Məsələn, nəticələrini xalqm tanımadığı seçkilər bu cür böhrana səbəb ola bilər.
Belarus uğrunda döyüş olacaq
Siyasi ekspertlər bu şərtlərə əsaslanaraq postsovet ölkələrini inqilabın baş verməsi ehtimalının yüksəkliyinə görə üç qrupa bölürlər. Onlar birinci qrupa Ermənistanı, Qazaxıstanı, Özbəkistanı və Tacikistanı daxil edirlər və bu ölkələrdə yaxın gələcəkdə inqilabın baş verməsi ehtimalının yüksək olduğunu bildirirlər. Ancaq şübhəsiz ki, hakim rejimlərinin könüllü şəkildə hakimiyyətdən əl çəkəcəyi təqdirdə bu ölkələrdə inqilabsız da dəyişikliklər etmək mümkündür.
Ekspertlər ikinci qrupa Rusiya və Azərbaycanı, üçüncü qrupa isə Belarus və Türkmənistanı daxil edirlər. Axırıncı iki dövlətdə inqilabın baş verməsi ən az ehtimal olunandır. Amma bununla belə, bəzi siyasi şərhçilər Belarusu bu gün inqilaba ən real namizəd sayırlar. Bunun başlıca səbəbi beynəlxalq ictimaiyyətin, xüsusilə də başda ABŞ olmaqla Qərb dövlətlərinin Belarusu Avropada sonuncu diktatura kimi dəyərləndirməsidir. Ancaq bu məsələdə Rusiya amilini də nəzərdən qaçırmaq olmaz. Düzdür, Rusiya artıq dünya siyasətində söz sahibi olan dövlətlərin birinci liqasından ikinci liqaya düşüb. Bununla belə, Ukraynada dəstəklədiyi namizədi prezident seçdirə bilməyən, region uğrunda Avropa və ABŞ-la apardığı mübarizədə məğlub olan Rusiya müəyyən nəticələr çıxarıb və o, Belarusda bu ssenarinin təkrarlanmasına, yəqin ki, yol verməyəcək.
Qərb isə Rusiyadan fərqli olaraq öz taktikasını dəyişmək fikrində deyil. Məxməri inqilab modelinin artıq üç postsovet ölkəsində özünü doğrultduğu nəzərə alınsa, onun Belarusda da tətbiq ediləcəyini əvvəlcədən söyləmək olar. Hadisələrin bu yöndə inkişafı isə Qərblə Rusiya arasında ciddi toqquşmalara gətirib çıxara bilər. Aydın məsələdir ki, Lukaşenko Kuçma deyil və o, etirazın istənilən formasını amansızlıqla yatırmağa qadirdir. Şübhəsiz, Qərb Belarus müxalifətinə bacardığı qədər köməklik göstərəcək. Ancaq o da şübhə doğurmur ki, Rusiya da Lukaşenko rejiminə yetərincə yardım edəcək. Rusiya buna məhkumdur. Çünki Ukraynanı itirəndən sonra, demək olar ki, hər tərəfdən "mühasirəyə" alınan bu nəhəng dövlət üçün həm ölkənin müdafiə sisteminin qurulması, həm də Kalininqrad anklavına çıxış saxlanılması baxımından Belarusun əhəmiyyəti ikiqat artıb. Putin Ukraynanın ardınca Belarusun itirilməsi ilə də barışsa, məxməri inqilablar dalğasının Rusiyaya da gəlib çatacağı ehtimalı xeyli böyüyəcək.
Rusiya dağıla bilər
Bu gün postsovet məkanının istənilən ölkəsində məxməri inqilabın baş verməsi ehtimalı böyükdür. Rusiya isə digər postsovet ölkələrindən kəskin surətdə fərqlənir. Postsovet məkanının inqilab baş verən ölkələrində proseslər milli quruculuq işlərinin həyata keçirilməsi ilə davam etdirilir. İnqilabdan sonra həm Gürcüstanda, həm də Ukraynada dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Rusiyada isə inqilab hakimiyyətin öz legitimliyini itirməsinin son mərhələsi ola bilər. Bu səbəbdən inqilabın qarşısının alınması Rusiyanın dağılmasının qarşısını almaqla eyni anlama gəlir.
 |
Dövlətin parçalanması təhlükəsi adətən mərkəzi hakimiyyətin öz təsir gücünü itirməsi və xalqla həmrəy olmaq üçün heç bir stimul verməməsi nəticəsində yaranır. Bu gün Rusiyada mərkəzi hakimiyyət hələ ki Kremlin ənənəvi legitimliyi üzərində dayanmağı bacarır. Bu sistem dağılan kimi - hazırda buna gətirib çıxara biləcək daxili tendensiyalar özünü büruzə verir - Rusiyanın bəzi regionları, məsələn, Tatarıstan, Yakutiya, Sibirin və Uzaq Şərqin böyük bir hissəsi onun tərkibindən çıxmaq istəyəcək. Belə görünür ki, təxminən dörd-beş ildən sonra Sibirin və Uzaq Şərqin çin əsilli əhalisi öz strukturlarını formalaşdıra və de-yure olmasa da, de-fakto hakimiyyətə yiyələnə biləcək. Əgər bütün bunların qarşısı alınmasa, yaxın gələcəkdə Rusiyanın parçalanması prosesi daha da sürətlənəcək. Bununla belə, deyəsən, Rusiyanı bu gün ölkə daxilində cərəyan edən proseslərdən daha çox postsovet məkanının digər ölkələrində baş verən hadisələr maraqlandırır.
Mərkəzi Asiyadan arxayınlıq
Əvvəlcə Gürcüstanda, sonra isə Ukraynada cərəyan edən siyasi hadisələr zamanı Rusiya öz maraqlarını əsas tutub bu ölkələrdə siyasi kursunu yeritməyə çalışdı. Amma bu uğursuz addım nəticədə həmin ölkələrlə, eləcə də Avropa və ABŞ-la münasibətlərdə gərginlik yaranmasına gətirib çıxardı. Qırğızıstanda gedən proseslərə isə Rusiya müəyyən qədər müdaxilə edə bildi.
Bişkekdən fərqli olaraq, bu gün Kiyev və Tbilisi müstəqil xarici siyasət yürütməyə cəhd göstərir. Gürcüstan bu məsələdə daha kəskin mövqe nümayiş etdirir. Tbilisidə baş nazir Zurab Jvaniyanın ölümündə Rusiyanın "barmağının" olması ilə bağlı ən yüksək səviyyədə səslənən ehtimallar, eləcə də Cənubi Osetiyadakı, Abxaziyadakı vəziyyətin nizama salınması məsələsində ortaya çıxan fikir ayrılıqları və Rusiyanın Axalkalakidəki hərbi bazalarının ölkədən çıxarılması ətrafında yaranan qalmaqal bundan xəbər verir.
Ukrayna Gürcüstanla müqayisədə daha loyal siyasət yürüdür və Rusiya ilə mehriban qonşuluq əlaqələrini saxlamaq şərtiylə Avropaya pəncərə açmağa çalışır. Bu ilin fevralında Ukraynanın yeni xarici işlər nazirini ictimaiyyətə təqdim edərkən Viktor Yuşşenko "Sizin qarşınızda qoyduğum birinci vəzifə Rusiya ilə siyasi əlaqələrin inkişaf etdirilməsidir. Rusiya ilə münasibətlərdə üç-dörd çemodan problem toplayıb Avropaya üz tutmaq mümkün deyil" demişdi.
Bununla belə, həm Gürcüstanın, həm Moldovanın, həm də Ukraynanın hakim elitası, ali təhsilli və geniş dünyagörüşlü vətəndaşları Rusiyaya onlara öz arzu və istəklərini həyata keçirməyə maneçilik törədən amil kimi baxırlar. Mərkəzi Asiyada isə vəziyyət tamam başqa cürdür. Bu regionun xalqları üçün Avropaya inteqrasiya məsələsi aktual deyil. Ən azı ona görə ki, region Asiya qitəsinin bir parçasıdır. Bunu Qırğızıstana da aid etmək olar. Əslində, bu ölkədə baş verən inqilab heç nəyi dəyişmədi. Ağalıq taxt-tacında Akayevin əvəzində Rusiyaya daha meyilli olan Bakiyev əyləşdi.
Qırğızıstanda siyasi elitanın böyük bir hissəsi hadisələrin sakit məcrada davam etməsini istəyir. Bu ölkədə Gürcüstan və Ukrayna ilə müqayisədə plüralizm ənənələri az inkişaf edib və burada əhalinin orta təbəqəsi əsasən klan hakimiyyətinin qurulmasının tərəfdarıdır. Belə ki, onlar öz qarşılarında Qərb, Avropa perspektivi görmürlər.
Bütün bunları Mərkəzi Asiyanın digər ölkələri haqda da demək olar. Bu ölkələrdə Qərbmeyilli müxalifət azlıq təşkil edir və onlar məxməri inqilabın simvollarından, Qırğızıstanda olduğu kimi, yalnız öz məqsədlərinə nail olmaq üçün bəhrələnirlər. Ukrayna və Gürcüstandan fərqli olaraq, Rusiyanın bu regionda oynadığı rol bir qədər ehtiyatla "kiçik qardaş"ın daxili işlərinə qarışan ənənəvi tərəfdaş, "böyük qardaş" roludur. Rusiya yaxşı anlayır ki, bu regiona həddən artıq inadlı müdaxiləyə ehtiyac yoxdur. Çünki Mərkəzi Asiya xalqları onsuz da rus işğalçılarına loyal və itaətkar münasibət bəsləyirlər. Məhz bu səbəbdən Putin Qırğızıstanda baş verən inqilab fonunda son dərəcə arxayın görünürdü.
Hazırladı: Rövşən Ramizoğlu |