SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№8 (16) ---- 2005
MANİYA

Diktatura "ayələri"

 

Türkmənistan taxt-tacının şəriksiz sahibi Saparmurat Niyazovun -Türkmənbaşının idarə üsulunun xəstəlik həddini lap çoxdan keçmiş şəxsiyyətə pərəstiş üzərində qərar tutduğu bütün dünyaya bəllidir. Dünyanın bu vədəsində tarixə meydan oxuyan padşah-prezident sağlığında az qala bütün nəsil-nəcabətinə heykəllər ucaltmaqla, orden və medallar dənizində üzməklə kifayətlənmir. O, ölkəsinin təkcə bir nömrəli siyasətçisi və dövlət xadimi yox, bir nömrəli yazıçısı və şairi, bir nömrəli övladı və atası, yek kəlmə, bir nömrəli adamıdır. Hamıya bəlli bu həqiqətə azacıq şübhəsi olan varsa, aşağıdakı siyahıya nəzər yetirsin. Bu, 2005-ci ilin

yazında Türkmənistan Təhsil Nazirliyinin orta məktəblərin (özü də rusdilli məktəblərin!) buraxılış siniflərinə təklif etdiyi inşa mövzularından seçmələrdir. Şərhə ehtiyacı olmayan seçmələr...

  • Qoy həmişə sülh olsun, qoy bizim Böyük Türkmənbaşı əbədi var olsun!
  • Böyük Saparmurat Türkmənbaşı - bizim əbədi Prezident
  • Böyük Saparmurat Türkmənbaşı - xalqın, Vətənin və birliyin dayağı
  • Böyük Saparmurat Türkmənbaşı, Məhtumqulu, Müqəddəs Ruhnamə
  • Böyük Saparmurat Türkmənbaşının yaratdığı yeni tikililərin monumental memarlığı ilə fəxr edirəm
  • Müqəddəs Ruhnamə - Qızıl əsrin Qızıl kitabı
  • Böyük Sərdarın həyat kitabı - bizim əsas təlimimiz
  • Böyük Saparmurat Türkmənbaşının əsərlərində yüksək mənəviyyatın vəsfi
  • Böyük Saparmurat Türkmənbaşının gənclərə nəsihəti - tərbiyə məktəbi
  • Böyük Saparmurat Türkmənbaşının həyat Kitablarında Qızıl əsrin təsviri
  • Böyük Sərdarla Qızıl əsrdə
  • Atamurat Niyazov - Milli Qəhrəman, vətənpərvər, ustad-müəllim
  • Qurbansoltan ece - Qəhrəman Ana
  • Sərdarın ləpirləri - sağlamlıq yolu
  • Dünyanı heyran qoyan müqəddəs kitab
  • Böyük Sərdarın uşaqlığı və gəncliyi, əmək yolunun başlanğıcı
  • Müqəddəs Ruhnamə ili - yüksək Mənəviyyat ili
  • Annaniyaz Artık - Böyük Sərdarın Böyük sələfi
  • Böyük Saparmurat Türkmənbaşı - bütün dünya türkmənlərinin hamisi
  • Müqəddəs Ruhnamə - bizim həyat yolumuz
  • Nəhəng İnsan təfəkkürü - Böyük Türkəmənbaşının Müqəddəs Ruhnaməsi
  • Böyük Saparmurat Türkmənbaşı bədii ədəbiyyat haqqında
  • Böyük Saparmurat Türkmənbaşı Qızıl Əsrinin türkmən ədəbiyyatında əsas mövzular
  • Böyük Saparmurat Türkmənbaşının poeziyası - türkmənlərin mənəvi zənginliyi
  • Türkmən səhnə əsərlərində Böyük Saparmurat Türkmənbaşının obrazı
  • Müqəddəs Ruhnamədə ana məhəbbəti
  • Müstəqillik dövrünün poeziyasında Xalq, Vətən, Böyük Türkmənbaşı
  • Bədii ədəbiyyatda Müqəddəs Ruhnamənin vəsfi
  • Böyük Saparmurat Türkmənbaşının Müqəddəs Ruhnaməsində türkmən qadınlarına ehtiramın vəsfi
  • Müqəddəs Ruhnamənin yüksək mənəviyyatından doğan mahnılar
  • Türkmən ədəbiyyatında Böyük Saparmurat Türkmənbaşının Qəhrəman Atası və Qəhrəman Anasının obrazı
  • Böyük Saparmurat Türkmənbaşının həyat Kitablarında mənəviyyatın bədii əksi
  • Böyük Sərdarın "Türkmen ilim aman bolsun" şerlər toplusunda yüksək vətənpərvərlik
  • Böyük Saparmurat Türkmənbaşının "Türkmenin bas eyyamunun ruhu" eposunda məğrurluq duyğusu və vətənə məhəbbət
  • Böyük Saparmurat Türkmənbaşının "Vatana hovp etjek uç apat" poetik toplusunda Vətənin taleyi üçün yüksək məsuliyyət duyğusu
  • Böyük Saparmurat Türkmənbaşının şerlərində yüksək mənəviyyat və humanizmin vəsfi
  • Böyük Sərdarın "Mənim yüksək mənəviyyatımın baharı" kitabında yeni poetik nümunələr - Qızıl əsrin gəncliyinin mənəvi qidası
  • Müqəddəs Ruhnamə - bədii yaradıcılıq mənbəyi
  • Türkmən incəsənətində Böyük Sərdarın obrazı
  • Böyük Saparmurat Türkmənbaşının Qızıl əsrində türkmən poeziyasının inkişafı
  • Yeni nəsr əsərlərində Xalq, Vətən, Böyük Saparmurat Türkmənbaşı ilə qürur duyulmasının təsviri
  • Böyük Saparmurat Türkmənbaşının Qızıl əsrində ədəbiyyatşünaslıq elminin inkişafı
  • Böyük Saparmurat Türkmənbaşının həyat Kitabı - yeni türkmən ədəbiyyatının Şöləsi
  • Böyük Sərdarın poeziya dünyası - yüksək mənəviyyatın əksi
  • Böyük Saparmurat Türkmənbaşının "Müqəddəs Ruhnamə" şerləri