SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№8 (16) ---- 2005
FİLANTROPİYA MƏŞHURLARI

Pavel Tretyakov

 

Qalereyasını Moskva hökumətinə bağışlayarkən onun şərəfinə təşkil olunan təntənəli mərasimə qatılmayıb

Pavel Mixayloviç Tretyakov məşhur rəsm kolleksiyaçısıdır. 1832-ci ilin dekabrında Moskvada doğulub, 1898-ci ilin dekabrında elə bu şəhərdə də dünyasını dəyişib. Düz 25 il qardaşı Sergeylə birlikdə rus rəssamlarının əsərlərini bahasına əldə edərək Rusiyanın ən zəngin və ən məşhur şəxsi şəkil qalereyasını yaradıb. 1892-ci ildə o, məşhur Tretyakov qalereyasını Moskva şəhərinə bağışlayıb. Məhz bağışlayıb. Pulsuz-parasız.

Ömrünün əsas məramını "cəmiyyətin yaratdığını cəmiyyətə qaytarmaqda" görən Pavel Tretyakov hamını heyran qoyan qalereyanın banisidir. Bu işi və ölkə rəssamlarına hərtərəfli köməyi ilə Tretyakov Rusiya rəssamlıq mədəniyyətini irəli apararaq dünyada tanıdıb. Onun vaxtında rəsmlər toplamaq dvoryan işi sayılmırdı. Bu işlə daha çox tacirlər və ziyalılar məşğul olurdular. Tretyakov da tacir mühitindən çıxmışdı və ömrünün sonuna qədər də tacir olaraq qaldı -qardaşı Sergeylə bərabər Kostromada manufaktura sahibiydilər və maddi təminatlı olması ona incəsənətlə bir həvəskar kimi maraqlanmağa, habelə istədiyi rəsmi almağa imkan verirdi.

Tretyakov ev təhsili almışdı və özünün dediyi kimi, "gəncliyindən incəsənəti təmənnasız sevirdi".

O, ilk rəsm əsərlərini hələ 20 yaşında almağa başlayır, 1853-cü ildə holland rəssamlarına məxsus 9 köhnə rəsm əldə edir və bu əsərlər ölənədək onun evinin divarlarını bəzəyir. Ancaq vətənpərvərlik hisslərinin təsiri altında o, sonrakı illər yalnız rus rəssamlarının əsərlərini toplamaq qərarına gəlir.

Məşhur Tretyakov qalereyasının yaranma ili 1856-cı il sayılır. Həmin il o, Şilderin "Tamah" və Xudyakovun "Fin qaçaqmalçıları" əsərlərini əldə edir. Hövbəti əsərlər Trutnevə, Savrasova, Trutovskiyə, Bruniyə, Bryullova məxsus olur. Bu yolla illər boyu gedəcək proses - qalereyanın yaranması başlayır. Reklamı xoşlamayan Tretyakov hətta qalereyasını Moskva hökumətinə bağışlayarkən onun şərəfinə təşkil olunan təntənəli mərasimdə iştirak etməmək üçün şəhərdən kənara yollanır.

1860-cı ildə tərtib etdiyi vəsiyyətnaməsində Tretyakov qeyd edirdi: "Mənim üçün ən böyük istək bu nəcib əsərlərin hamıya sevinc və həzz gətirməsinə nail olmaqdır". Tretyakov rus rəssamlarına maddi cəhətdən dayaq olmağı özünə borc bilirdi. O, illər boyu məşhur rəssamlar Perova, Kramskiyə, Vasilyevə və başqalarına yardım göstərirdi. Bundan əlavə, Tretyakov lal-karlar üçün məktəbə vəsait köçürür, yoxsul rəssamların dul qadınları və yetimlər üçün ictimai evlər açırdı. Rəssamlardan şəkilləri alanda o, bilərəkdən yuxarı qiymət söyləyirdi. Onun xarakterindəki bu cəhətlər Tretyakova böyük şöhrət və hörmət qazandırmışdı. Rəssamlar da əsərlərini birinci olaraq Tretyakova göstərməklə ona bir kolleksiyaçı kimi sayğılarını ifadə edirdilər. Onu Kramski, Repin, Perov, Stasov, Maksimov, Polenov, Surikov, Pryanişnikov kimi nəhəng rəssamlarla çoxillik dostluq münasibətləri bağlayırdı.

1892-ci ildə qalereya Moskva şəhərinə bağışlandı və hamının istifadəsi üçün açıq ictimai muzeyə çevrildi. Kolleksiyaya onun mərhum qardaşı Sergeyin topladığı rəsmlər də daxil idi. 1918-ci ildə Vladimir Leninin dekreti ilə qalereya hazırkı adını - Dövlət Tretyakov qalereyası adını aldı. Bununla da onun yaradıcısının adı əbədiləşdirildi.

Hazırladı: Məmməd Süleymanov