|
«RƏNGLİ” İNQİLABLAR». ARA FİNİŞİ
|
Amerikalı ekspertlər Gürcüstan, Ukrayna və
Qırğızıstanda rəngli inqilabların ilkin yekunları haqqında öz
düşüncülərini bildirirlər.
Anders Oslund (Anders Aslund), Karnegi
Beynəlxalq Sülh Fondunun böyük elmi əməkdaşı:
Fikirləşmirəm ki, bəzi MDB ölkələrində baş verən
«rəngli” inqilab»ların başlıca səbəbi korrupsiya və yaxud işsizlik
olub. Başlıca səbəb, hər şeydən əvvəl, həmin ölkələrin xalqlarının
demokratiya və öz azadlıqlarına can atmalarıdır. Bu ölkələrin
iqtisadi durumuna nəzər salsaq, mənim gümanlarımın doğruluğu təsdiq
olunar. Gürcüstan və Qırğızıstan həqiqətən də çox kasıb ölkələrdir.
Bu dövlətlərdə hər hansı bir iqtisadi artım olsaydı belə, onsuz da
onların geniş əhali kütlələri bunu hiss etməyəcəkdilər. Ukrayna
iqtisadiyyatı isə əksinə, «narıncı” inqilab»dan əvvəlki beş il
ərzində yüksəlişdə olmuşdur. Beləliklə, bu inqilabların başlıca
səbəbi korrupsiya və yoxsulluq deyil, ölkədə törədilən ədalətsizlik,
haqsızlıq olmuşdur.
Bu gün biz artıq Ukraynada «narıncı” inqilab»ın başa
çatmaqda olduğunu görürük. Yulia Timoşenkonun təşkil etdiyi kabinet
ifrat dərəcədə populist iqtisadi siyasət yürütmüşdür ki, bu da
indiki halda heç bir məna kəsb etməmişdir. Timoşenko bütün ölkə
miqyasında təkrar özəlləşdirmə proqramını gerçəkləşdirməyə cəhd
göstərirdi. Təbii ki, bu ideya dağıdıcı amilə çevrilmişdir, çünki
Timoşenko artıq formalaşmış sahibkar təbəqəsinin hüquqlarını
pozurdu. Bu, həmçinin Ukraynada iqtisadi artıma məni təsir
göstərmişdir. Bundan əlavə, Yuliya Timoşenko kabineti sosial
xərcləri xeyli artırmışdır ki, bu da öz növbəsində vergi
normalarının xeyli artmasına gətirib çıxarmalıydı. Və nəhayət,
Timoşenko dövlətin iqtisadiyyata, – xüsusilə də qiymətlərin
tənzimlənməsi sahəsində, – fəal müdaxiləsinin tərəfdarıydı.
Prezident Yuşşenko isə diametrik şəkildə tamamilə bunun əksi olan
bir iqtisadi siyasətdən danışırdı.
Qırğızıstanda elə də çox şeylər dəyişməyib. Demək
olar ki, hakmiyyətdə bir qrup insan digərini əvəz edib. Hansısa
dəyişiklikdən danışmaq xeyli çətindir. Gürcüstanda bir sıra ciddi
iqtisadi islahatlar keçirilmiş, qısa müddət ərzində korrupsiya
səviyyəsinin kəskin şəkildə azaldılmasına nail olunmuşdur. Buna
baxmayaraq, Gürcüstan rəhbərliyi bu günədək, ölkənin konkret
inkişafı ilə bağlı heç bir plan işləyib hazırlaya bilməmişdir.
Castin Loqan (Justin Loqan), «Cato
İnstitute» iqtisadi tədqiqat institutunun elmi əməkdaşı:
Ukraynanın timsalında görmək olar ki, «rəngli”
inqilab»ların baş verdiyi ölkələrdə islahatların keçirilməsinin
zəruriliyi barədə fikir birliyi mövcud olmuşdur. Lakin heç də
hansısa konkret bir yanaşma metodunun seçildiyini söyləmək olmaz.
Köhnə rejim aradan çıxmışdır, yeni və özü də tərkibi etibarı ilə çox
qarışıq siyasi elita hakimiyyətə gəlmişdir. Belə şəraitdə hamının
rəy və istəklərini nəzərə almaq son dərəcə çətindir. Buna görə də
elə bilirəm ki, bu inqlabları yaşamış ölkələrdə hansısa ciddi
dəyişikliklərdən danışmaq hələ tezdir. Müşahidə edə bildiyimiz digər
problem, - xüsusilə də Qırğızıstada, - ondan ibarətdir ki,
hakimiyyətdəki məmur strukturları dəyişməmiş qalmışdır. Beləliklə,
bu respublikada köhnə hakimiyyətin yalnız üst təbəqəsi dəyişmişdir.
Yuliya Timoşenkonun istefasından sonra Ukrayna
przidenti Viktor Yuşşenkonun Rusiyaya üz tutacağını söyləmək hələ
həddindən artıq tezdir. Axı hələ «narıncı” inqilab»a qədər də bir
çox məsələlərdə Timoşenkonun baxışları Yuşşenkonun görüşlərindən
köklü şəkildə fərqlənirdi. Onları yalnız Kuçmadan qurtulmaq istəyi
birləşdirirdi. Təbii ki, Ukraynanın Rusiyadan, məsələn enerji
sahəsində müəyyən asılılığı mövcuddur. Buna baxmayaraq, Ukrayna
rəhbərliyinin yenidən Moskvaya «meyllənəcəyi»” barədə söz-söhbətlər
vaxtından qabaq ortalığa atılmışdır.
Mark fon Hagen (Mark von Hagen), Kolumbiya
Universitetinin tarix fakultəsinin Rusiya və Şərqi Avropa
tədqiqatları şöbəsinin professoru:
Ukraynada yeni hökumətə qarşı məyusluq hissi
güclənməkdədir. Ancaq hər şeyin yaxşılığa doğru dəyişəcəyinə hələ də
müəyyən ümid qalır. Mən belə hesab edirəm ki, son hadisələr bu cür
dəyişiklərin başlanğıcıdır. Yuşşşenko, necə deyərlər «narıncı”
inqilab»dan sonra hakmiyyətə gələndə seçki zamanı ona kömək edən
insanlardan ibarət kompromis hökümət qurmuşdu. Problem ondadır ki,
bu adamlar bir-birilə yola gedə bilmək üçün həddən artıq ambisiyalı
idilər. Onların hər biri çox təkəbbürlüdür. Nəticədə hökumətdə
müxtəlif «eqo»”lar bir-biriylə mübarizə aparırdı.
Son aylar ərzində Ukraynada çox qalmaqallar olub və
bir çox tənqidi bəyanatlar verilib, lakin iqtisadi, siyasi, hüquqi
və hərbi sistemlər sahəsində elə bir nailiyyət müşahidə olunmayıb.
Xarici siyasət sahəsində Ukrayna özünün qərb yönümlü mövqelərini
səylə möhkəmlədir və Rusiya ilə yeni münasibətlər ideologiyası
işləyib hazırlamağa çalışır. Lakin ritorikadan başqa, çox az şey
dəyişib. Buna rəğmən mən belə hesab edirəm ki, situasiyanın
yaxşılaşması şansı mövcud olaraq qalır.
Yeni hökuməti kimin quracağını bilmədən Ukraynanın
yaxın perspektivlərinin necə olacağını söyləmək çətindir. Əgər
hakimiyyət başına eyni adamlar gələcəksə, onda islahatların
perspektivi o qədər də yaxşı deyil. Hökumətin tərkibinə korrupsiyaya
bulaşmamış və səmərəli idarəçilər daxil ediləcəksə, bu başqa məsələ.
Hərçənd, onu da deyim ki, Timoşenko hökumətinə nə qədər oliqarx və
onlarla yaxından bağlı olan adamların daxil edildiyi lap əvvəldən
məni heyrətə salmışdı. Əgər bu dəfə də hakmiyyətə yeni oliqarxlar
gətiriləcəksə, onda onlara qarşı necə mübarizə aparacaqlar. Əlbəttə,
Ukrayna bu cür problemləri olan yeganə ölkə deyil, sadəcə olaraq
başqa şeylərə ümidlər vardı. Ancaq rusların dediyi kimi, «daha
yaxşısını istəyirdik, amma həmişəki alındı». ”Tezliklə seçkilər
keçiriləcək. Əgər ölkə yaxşılığa doğru hansısa dəyişikliklər
görməsə, Yuşşenko Radada malik olduğu çoxluğu itirə bilər. Nəticədə
hökumət onu çalışmaqdan imtina edə bilər və o buna qarşı heç nə edə
bilməz. Hələ qarşıda ölkəni parlament respublikasına çevirəcək
konstitusiya islahatları məsələsi də durur. Bu da bəzi
siyasətçilərin, o cümlədən Yuşşenkonun maraqlarına uyğun deyil.
Ukraynada baş verənlər bizə siyasi dəyişikliyə real
yanaşmağı öyrədir. Cəmiyyət xeyli fəallaşdığına görə yalnızca «ura»”
deyib qışqırmaq və sonra da arxayınlaşmaq lazım deyil. Demokratik
tərəqqi uğrunda mübarizə bundan çox çətindir və daha çox vaxt tələb
edir. O, həmçinin düşünüldüyü qədər də romantik bir şey deyil.
Rafis Abazov (Rafis Abazov) – Harriman
İnstitunun elmi əməkdaşı:
Keçmişə nə qədər emosional yanaşsaq da, ən başlıcası
budur ki, ehtirasların soyuduğu, qarşıdurmaların kəskinliyinin
azalması hiss olunur. 2005-ci ilin martınadək Qırğızıstanda ağır
qarşıdurma vardı və tərəflərin hər biri öz məqsədinə çatmaq üçün,
hətta opponentlərini dinləmədən belə ən radikal tədbirlərə əl atmağa
hazırdır. Əlbəttə, Qırğızıstanda inqilab dərslik qaydalarına uyğun
getmədi, bir çox xoşagəlməz hallar qeydə alındı – hansısa məqamda
xaos, anarxiya vəziyyətə hakim kəsildi. Demək olmaz ki, indi
respublikanın bütün problemləri arxada qalıb.
Görünür ki, Qırğızıstan, Gürcüstan və Ukrayna
arasında müəyyən analogiya tapmaq mümkündür. Bu ölkələrin hamısında
seçkilərdən əvvəl qarşıdurma gücləndi və o, çox ciddi
qarmaqarışıqlığa çevrilə bilərdi. «Rəngli» inqilablar, – əgər onları
inqilab adlandırmaq mümkündürsə, – gərginlik havasını zəiflətdi və
hakimiyyətə başqa adamları gətirildi. Biz hələ yeni liderlərin
ölkədə problemləri necə həll edəcəklərini, demokratiktəşmə, sosial
və iqtisadi islahatlar, korrupsiya ilə mübarizə sahəsində öz
vədlərini yerinə-yetirib yetirməyəcəklərini dəqiq bilmirik. Çox
təəssüf ki, bu üç respublikanın liderlərinin hər biri demokratik
şüarlar və ideyalar irəli sürmələrinə baxmayaraq, kadr məsələsində
özlərini bitirmişlər – hakimiyyət strukturlarında yenə də eyni
adamlardır. Əgər islahatlar həyata keçirilərsə və hakimiyyət
sahibkarlığı təşviq edərsə ölkədə əhəmiyyətli gücə malik «orta
sinif» formalaşacaqdır. «Orta sinif» nümayəndələri öz siyasi
simpatiya və antipatiyalarını dərindən götür-qoy edən adamlardır.
«Orta sinif»in yüksəlişi ölkənin həm iqtisadi, həm də siyasi planda
stabil inkişafına imkan yaradacaqdır.
Maykl Svetlik (Michael Svetlik) – Bütün
dünyada demokratik cəmiyyətlərin dəstəklənməsi ilə məşğul olan 1FES
araşdırma təşkilatının Avropa və Asiya proqramlarının regional
direktoru:
Bu ölkələrin hər üçündə – Gürcüstan, Ukrayna və
Qırğızıstanda, – baş verən inqilablar cəmiyyətin sosial və siyasi
inkişafının yeni mərhələsində baş vermişdir. Bu hadisələrin
nəticələri hələ məlum deyil – hər hansı bir nəticə çıxarmaq üçün
hələ çox tezdir. Bu ölkələrdə vətəndaş cəmiyyətinin inkişafını
göstərən bəzi əlamətlərin mövcud olduğunu qeyd etmək olar. Lakin,
əks tendensiyaları da görməmək mümkün deyil, – xüsusən də
Gürcüstanda. Hər bir inqilabın öz səbəbi var, hər bir ölkədə unikal
proseslər gedib. Onu da unutmaq lazım deyil ki, bu ölkələr
demokratikləşmə prosesinin fərqli mərhələlərindədirlər.
Gürcüstanda müxalifət qəti qələbə qazandı.
Opponentləri hələ güc toplamağa macal tapmamış o Saakaşvili hökuməti
ətrafında möhkəm birləşdi. Ukraynada isə vəziyyət başqa cürdür: bir
güclü siyasi koalisiya digəri ilə üz-üzə dayanıb. Qırğızıstanda
qüvvələrin paylaşımı Gürcüstandakını xatırladır. Hakimiyyətə gələn
siyasətçilərin öz vədlərini reallaşdıracaqlarını söyləmək çətindir.
Bir şey məlumdur: bütün bunlar azad seçkilərdir və inqilab deyillər.
Növbəti seçkilər çox şeyi həll edəcək və bu inqilabların və
inqilabçıların nəyə qadir olduqlarını aydın göstərəcəkdir.
Ceyms Vertş (James Wertsch) – Sent-Luisdəki
Vaşinqton Universitetində beynəlxalq tədqiqatlar şöbəsinin
direktoru:
Gürcüstanda və Ukraynada vəziyyət bir-birindən çox
fərqlidir. Gürcüstanın yeni hakimiyyəti kifayət qədər uğurlu
fəaliyyət göstərir – iqtisadiyyat inkişaf edir, turistlərin sayı
artır. Ən mühümü vergilər daha yaxşı toplanır, bu da onu göstərir
ki, əhali dövlət hakimiyyətinə təkcə hörmət deyil, həm də etibar
edir. Ukraynadakı vergi vəziyyəti haqqında çox az şey bilirəm.
Hərçənd bunu da deyə bilərəm ki, Yuşşenkonun hökuməti dəyişdirmək
barədə qərarı çox təhlükəli bir əlamətdir. Növbəti parlament
seçkilərində kimin qalib gələcəyi məlum deyil, bu səbəbdən Ukrayna
indi «havadan asılı» vəziyyətdədir.
Ukrayna ilə Gürcüstan arasında başlıca fərq ondan
ibarətdir ki, Gürcüstanda qalib gələn qüvvələr hətta Zurab
Jvaniyanın faicəvi ölümündən sonra da parçalanmadı. Bəlkə də bu
onların ən böyük nailiyyətidir. Gürcüstanın regionda demokratiya və
vətəndaş cəmiyyəti quruculuğu üçün laboratoriya olaraq qalması üçün
yaxşı perspektivləri var. Respublika iqtisadiyyatının möhkəmlənməsi
ərazi problemlərinin həllində ən yaxşı yoldur. Çiçəklənən Gürcüstan
qonşuları üçün, o cümlədən Abxaziya və Cənubi Osetiya üçün cazibəli
bir nümunə olacaqdır. Belə ümid var ki, Gürcüstandan qopmuş
regionlar iqtisadi səbəblərə görə ona birləşmək istəyəcəklər. Çox
təəssüf ki, Gürcüstanda müxalifətə təzyiq göstərmək, siyasi
rəqiblərə qəsd etmək, müxalifət yönümlü teleşirkətləri bağlamaq
tendensiyası hiss olunur.
Timoşenkonun gedişindən sonra Ukraynanın gələcəyi
barədə nəsə söyləmək çox çətindir. İndi Ukrayna öz ağır dövrünü
yaşayır. Ümidvaram ki, ölkənin Ukrayna və rus hissəsinə bölünməsi
baş verməyəcəkdir.
14 sentyabr 2005-ci il
«Washingto ProFile»
|