SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№9 (17) ---- 2005
ANTIDEMOKRATIYA

Özbəkistan harayı

Milat Cumayev
Oydın Dinarov

Əndican hadisələrilə əlaqədar dünya KİV-də bir yığın «ekspert”» dəyərləndirmələri və hadisələrin sonrakı inkişaf ssenariləri meydana çıxdı. Və nə üçünsə bu «ekspert»lərin” hamısı diktator Kərimovun dəyirmanına su tökürlər. Cənab ekspertlər, sizin dəyərləndirmələrinizə görə İslam Kərimov az qala sivivilizasiyaları cihaddan qoruyan yeganə adamdır! Bu, ağlasığmaz bir cəfəngiyyatdır!!! Belə bir şeyi yazmaq ən azı o mövzudan tamam bixəbər olmaq, Özbəkistanın və bu ölkənin xalqının nə olduğunu tanımamaq deməkdir. 70 ildən çox kommunistlər insanların beynini yuyandan və üstəgəl Kərimovun 15 illik diktaturasından sonra Özbəkistan vətəndaşlarında islam radikalizminə rəğbətin izi belə qalmamışdır; yeri gəlmişkən bu xalqda ona rəğbət ümumiyyətlə heç zaman olmamışdır. Özbəklərin böyük əksəriyyəti hər cür vəhhabilərə, təhrirçilərə və digər «xəlifətçi»lərə” mənfi münasibət bəsləyir.

İslam Kərimovu hökmən durdurmaq lazımdır, özü də təxirə salmadan!!! Əgər yaxın zamanlarda Kərimovun qarşısı alınmasa, o, dünya ictimaiyyətinə, Əndican hadisələrinin arxasınada «Hizbut-təhrir»”in, İDU-nun, «Əl-Qaidə»”nin, İRA-nın, Soros Fondunun, Şamil Basayevin və özünün son dövrlərdəki siyasi təmayüllərinin ruhuna uyğun olaraq ABŞ Dövlət departamentinin dayandığını sübut edən materiallar təqdim edəcəkdir. Hal-hazırda bu diktatorun bütün cəza maşını – MTŞ və digər xüsusi xidmət orqanları saxta sübutların toplanılması, etirafedici ifadələrin alınması, videomaterialların saxtalaşdırılması, silah anbarlarının «üzə çıxarılması”», başqa terror atributları ilə məşğuldur. Bir Allah bilir ki, neçə dustağın dırnaqları qopardılacaq, gözləri oyulacaq, qabırğaları sındırılacaq, arvadı, qızı zorlanacaqdır… Onu da nəzərə almaq lazımdır ki, regionda (Əfqanıstan, Tacikistan, Qırğızıstan) fəaliyyət göstərən Rusiya xüsusi xidmət orqanları tam döyüş hazırlığına gətirilmişdir və onlar Kərimov rejiminə işləyirlər. Rusiya İslam Kərimova kömək məqsədilə hamını və hər kəsi Əndicandakı hadisələrin arxasında İslam ektremistlərinin durduğuna inandırmaq üçün əlindən gələni edəcəkdir. RF XİN-nin rəhbərinin Vladivastokda çeçen separatçılarının Əndican hadisələrində iştirakı barədə Moskvanın əlində məlumatlar olduğunu bəyan etməsi heç də boş-boşuna deyil!!!

Əndican hadisələri ifrat yoxsulluq və hüquqsuzluq həddinə çatdırılmış bir xalqın əlacsız hayqırtısıdır! Və çox təəssüflər olsun ki, qiyamçılar da silah tətbiq ediblər. Onlar düşünülməmiş, öz emosiyalarının basqısı altında buna əl atıblar. Buna görə də «... ekstremistlərin bu həmləsi əvvəlcədən ətraflı ölçülüb-biçilmişdi. Bizdə məlumatlar var ki, onlar bu hadisələrə 3-4 həftə qabaqcadan hazırlaşmışdılar”» və s. kimi cəfəng bəyanatlardan heç danışmağına dəyməz. Əgər əndicanlılar bir qədər dözüb, bu aksiyaya 2-3 həftə gec başlasaydılar, ölkənin digər vilayət və regionlardakı özləri kimi əzilmiş və məhrumyyətlərə düçar olmuş, bütün ümidlərini itirmiş insanlar bu vətəndaş itaətsizliyi aksiyasındadan xəbər tutub ona qoşulacaqdılar və onda Moskva əlaltısının kommunist rejiminə 2, maksimum 3 gün ərzində son qoyulardı. Onda bütün Özbəkistan ayağa qalxardı. Ancaq onların başqa əlacı qalmamışdı. 23 biznesmenə məhkəmə hökmü oxunduqdan sonra heç kim təminat verə bilməzdi ki, onlar haçansa həbsdən çıxa biləcəklər və yaxud onlar nə qədər müddətə sağ qalacaqlar.

Cürbəcür «ekspertlər, politoloqlar və politexnoloqlar» Özbəkistanda «rəngli” inqilab»ların mümkünlüyü haqqında öz mühakimələrində belə bir ümumi qənaətə gəlmişdilər ki, müxalifət qüvvələri mövcud olmadığına görə bu Orta Asiya ölkəsində qansız inqilabi dəyişiklər memarlarının (Qərb, Açıq Cəmiyyət İnstitutu (Soros), ABŞ və digərləri nəzərdə tutlurdu) burada istinad edə biləcəkləri heç kimsə yoxdur. Onda, hörmətli cənablar, bilin ki, Özbəkistanda müxalifət qüvvələri vardır. Bu, 25 milyonluq bütün Özbəkistan xalqıdır: özbəklər, taciklər, qazaxlar, ruslar, tatarlar, qaraqalpaqlardır, bütün özbəkistanlılardır, müsəlmanlar, xristianlar, yəhudilər və ateistlərdi! Mütəşəkkil müxalifət də mövcuddur və bu, hər şeydən əvvəl Birlik partiyasıdır.

İslam Kərimov Özbək xalqının 1 N-li düşmənidir. Hakimiyyətdə olduğu müddətdə o, yaxın qonşuların – qazaxların, qırğızların, taciklərin və türkmənlərin ünvanına tamamilə əsassız böhtan və təqirlər söyləməklə özbəklər haqqında mənfi obraz yaratmış və qardaş xalqlar arasındakı münasibətləri kin-küdurət, bəzi hallarda isə düşmənçilik həddinə çatdırmışdır. Rusiyada qastrabayterlər hər il yüzlərlə, minlərlə özbəyi, taciki doğrayaraq, yandıraraq, döyərək öldürürlər. Və bu fakt ən təxmini hesablamara, necə deyərlər, Rusiya mətbuatında aradabir işıq üzü görən məlumatlara əsaslanır. İslam Kərimov bircə dəfə də olsun isə bu təəbələrinin müdafiəsi üçün nəsə bir iş görməyib.

Kərimovun birdən-birə Qərbdən və demokratiyadan 180 dərəcə üz döndərərək, Rusiyaya və Çinə yönəlməsinin səbəbləri son dərəcə sadə və bayağıdır. Əsas səbəb budur ki, o xirtdəyinə qədər oğurluq girdabına batıb. Və indi onu öz canını qurtarmaq istinkti narahat edir. Ona və ailəsinə sığınacaq verə biləcək yeganə bir ölkə varsa o da Rusiyadır. Öz xalqının milyardlarla malını qəsb etməsinə baxmayaraq o, görünür hələ qocalıb əldən düşənə kimi çox yaşamaq və öz memuarlarını yazmaq ümidindədir. Amma nahaq. Allah göydən baxır və hər şeyi yaxşı görür.

Orta Asiya geopolitik meydanında hal-hazırda üç oyunçu var: Rusiya, Çin və Demokratik Dünya Birliyi. Məhz belədir. Dünya ölkələrinin adbada daxil olduğu BMT deyil, Demokratik Dünya Birliyi; onun da lideri heç şübhəsiz ki, ABŞ-dir. Çin, dağın başında əyləşib, dərədə fillə şirin bir-birilə necə ölüm-dirim savaşı apardığına tamaşa edən meymun rolunu oynamaqdan çoxdan imtina edib. Kommunist Çini indi Orta Asiyanın göbəyinə can atır, ancaq bura onun yeri deyil. Xüsusən də Pekinin Əndicanda nümayişçilərin güllələnməsinə haqq qazandırmasından sonra. Arxasında milyarddan çox yarıac vətəndaşı olan ÇXR rəhbərliyi sülh və stabillik, xüsusilə də ilk növbədə Rusiya üçün xeyli böyük təhlükədir. «Rəngli” inqilablar»da bütün cəbhə boyu tam məğlubiyyətə uğrayan Rusiya əndicanlıların qanına bulaşmış revanş əldə etdi. Özbəkistanın itirilməsi postsovet məkanında Rusiyanın canı çıxmaqda olan hegemonluğuna son qoyacaqdır. Buna görə də hazırda Rusiyanın xüsusi xidmət orqanları diktator Kərimova haqq qazandırmaq üçün saxta informasiyalar hazırlamaqla məşğuldurlar. Rusiya rəhbərliyinin bu ikiüzlülüyü və yalançılığına heç bir ad vermək mükün deyildir, çünki o, Özbəkistanda əsl vəziyyətin nə yerdə olduğunu çox gözəl bilir.

Demokratik Dünya Birliyi uzun müddət yanlışlığa sürüklənmişdi və bu səbəbdən diktator Kərimovu islami cihada qarşı müqavimətin avanqardı hesab edirdi. Kommunistə necə inanmaq olar, axı?! Kərimov güruhu indi Qərb və Amerika əleyhinə isterikanı sürətlə qızışdırır. Çünki İslam Kərimov kimin həqiqətən Demokratiya və İnsan Hüququ carçısı və onun qanlı rejimi üçün real təhlükə olduğunu çox gözəl bilir.

BMT sülhməramlılarını və yaxud, ən yaxşısı NATO qüvvələrini təcili surətdə Özbəkistana yeritmək lazımdır. Və əgər, Qərb və ABŞ insan hüquqları və demokratik dəyərlərin sözdə deyil, əməldə tərəfdarıdırlarsa, onlar Əndican hadisələrinin təhqiqi ilə bağlı Demokratik Dünya Birliyinin bütün tələblərini açıq-aşkar vecinə belə almayan İslam Kərimova qarşı adekvat addım atmağa borcludurlar. Belə olarsa, ABŞ, İraqda (Səddam Hüseyn) və Yuqoslaviyada (Miloşeviç) müsəmanlara qarşı soyqırıma son qoyduğu kimi burada da sadəcə inanclı insanları tiraniyadan və əli qanlı tiranın özbaşınalığından müdafiə etməklə özünün Demokratiya və Azadlıq carçısı olduğunu bir daha nümayiş etdirməlidir. Kərimov ailəsinin xaricdəki bütün hesablarını dərhal dondurmaq lazımdır. Çünki bu pullar Özbəkistan xalqının puludur.

Kərimov rejiminin nümayişçilərə «cavab»ından” sonra jurnalistlərin Əndican hakimiyyətinin binasında tapdıqları qana bulaşmış bir məktubdan sətirləri diqqətinizə çatdırırıq: «Biz dinimizdə azad olmaq, öz əməyimizə görə, qabiliyyətimizə uyğun layiqli əmək haqqı almaq, sərbəst şəkildə sahibkarlıqla məşğul olmaq istəyirik, istəyirik ki, heç kim bizə mane olmasın... Bu hakimiyyət binasına öz ağrılarımızı bildirmək üçün gəlmişik. Biz bura bəd niyyətlə gəlməmişik. Öz dərdlərimizi söyləmək və öz haqlarımızı tələb etmək üçün gəlmişik. Bax indi, burada, hamı vaxtı çatmış məsələlərdən danışır, deyirlər ki, onların hüquqları bərpa olunmalıdır. Amma hanı, hardadır hakimiyyət nümayəndələri. Əgər onlar təmizdirlərsə, heç bir cinayət törətməyiblərsə onda niyə qaçıb gizləniblər. Bax görürsünüzmü, əgər biz hamımız öz hüquqlarımızı tələb etsək, heç kəs bizim ağzımızı yuma bilməz. Həmşəhərlilər! Əziz əndicanlılar! Gəlin öz hüquqlarımızı tələb edək! Qoy vilayətin hakimi bura gəlsin! Qoy prezidentin nümayəndələri bura gəlsin! Qoy bizim dərdlərimizi dinləsinlər! Bizi qoyuna, balığa oxşadırlar! Axı biz insanıq. Həmyerlilər, gəlin bax burda dayanıb öz haqlarımızı tələb edək. Əgər biz bir yerdə olsaq, heç kəs bizə heç nə edə bilməz. Biz xalqıq. Hakimiyyət bizim tələblərimizi eşitməlidir. Əgər biz bir yerdə olsaq, heç kəs bizə heç nə edə bilməz».”

Fikirləşin! Bu gün hər bir özbəkistanlı bu sözlərin altına imza atmağa hazırdır. Kərimovun cavabı isə məlumdur – qadın və uşaqlara arxadan gülləbaran etmək. Rusiyalılar, xahiş edirik biz müəlliflərdən inciməyəsiniz. Bizim sizə sadəcə yazığımız gəlir.

Washington ProFile (11 iyun 2005)
Tərcümə edəni: Tehran Vəliyev

Öldürmək, divan tutmaq, beşiyində boğmaq…
İslam Kərimovun opponentləri yoxdur. Ancaq düşmənləri var

Məmməd Süleymanov

Qırğızıstandakı «Zanbaq inqilabı»ndan bircə ay əvvəl Özbəkistan prezidenti İslam Kərimov ozünə xas olmayan tərzdə həmkarı Əsgər Akayevi tənqid atəşinə tutdu. Kərimov Akayevi fəaliyyətsizlikdə, «müxalifəti beşiyində boğmamaq»da ittiham etdi və Qırğızıstanda durmadan artan narazılıqlarda qınadı. Bundan sonrakı günlərdə də baş özbək baş qırğızı «dalamaq» üçün heç bir fürsəti fövtə vermədi. Sanki bununla Kərimov demək istəyirdi: öz ölkəsində hakimiyyətini heç kəsə güzəştə getməz, qoy müxalifət baş qaldırsın, hamısını qana bələyərəm!

***

Belə də oldu. Mayda Əndicanda baş verən qanlı olaylar MDB məkanında vüsət götürmüş «çiçək inqilabları» seriyasını kəsdi. Xalq gülləbaran edildi, inqilab məğlubiyyətə uğradı.

***

İlin əvvəllərində rəsmi Bişkək Kərimovun atmacalarına reaksiya vermədi. Prezident kürsüsünü itirəndən sonra isə Əsgər Akayev Moskvada verdiyi birinci müsahibəsindəcə boynuna aldı ki, Kərimov haqlı imiş. «Exo Moskva» radiosunun «Siz həmkarlarınıza nəyi məsləhət görərdiniz» sualına Əsgər Akayev cavabında «Mən öz demokratiyamı qorumadım» söylədi və MDB prezidentlərinə «Əgər demokratiyanın müdafiəsi tələb edirsə, bir an belə düşünmədən qüvvə işlətməyi» məsləhət gördü, sonunda da söylədi ki, «MDB-də demokratiya çox zəifdir və özü-özünü qorumağa qadir deyil».

***

İslam Kərimovun qətiyyən Əsgər Akayev olmadığı çox tez aydın oldu. Mayın 13-də Əndicanda qiyam baş qaldırdı. Qırğızıstanda olduğu kimi, Özbəkistanda da inqilab paytaxtdan yox, əyalətdən başladı.

Akayev devrilməsindən əvvəlki 2 ay ərzində kütlə arasında görsənmirdi. Oşda qırğız müxalifəti müsahibələr paylayanda, Akayev, sadəcə, qeybə çəkildi - xarici KİV-lərə görə, o, xəlvəti Moskvaya uçmuşdu. İslam Kərimov isə əksinə, hadisə yerinə - Əndicana getdi və şəhər kənarında qiyamı yatırmaq üçün qərargahını qurdu.

Əsgər Akayev Oşdakı üsyanı yatırmaq üçün gecənin yarısında xüsusi təyinatlıları üsyançıların əlində olan inzibati binaya göndərmiş, hamını küçələrə tökdürmüşdü. Bu əməliyyat zopa zərbələri ilə müşayiət olunmuşdu. Bəzi adamları isə pəncərədən tullamışdılar. Qırğızın qırğıza əl qaldırmayacağını təxmin edən Akayev Oşa qazaxlardan ibarət hərbi dəstələr göndərmişdi. Amma prezident üsyançılara qarşı odlu silah tətbiq etməyə icazə verməmişdi.

İslam Kərimov isə Əndican hadisələrinə tamamilə başqa cür yanaşdı. Gecənin bir yarısında inzibati binaya silahsız xüsusi təyinatlılar yox, BTR-lər yaxınlaşdı və birbaşa, xəbərdarlıqsız-filansız atəş açdı.

***

İslam Kərimov bir daha Qırğızıstan barədə qırğının səhərisi gün – mayın 14-də danışdı. Televiziyaya çıxaraq söylədi ki, «qiyamçılar qırğız ssenarisini həyata keçirmək istəyirdilər». Əsgər Akayevin ünvanına isə «Anlamıram, eyni vaxtda necə həm liberal, həm də klan sisteminin başçısı olmaq mümkündür» dedi. Ümumiyyətlə isə onun 14 may çıxışı bir aksiomun təsdiqinə köklənmişdi: «Kərimov - Akayev deyil».

***

Son illər Özbəkistanın rəsmi təbliğatı büsbütün bir məqsədə – islam təməlçilərinin ifşasına xidmət edib. Hələ 1998-ci ildə Özbəkistan İslam Hərəkatı (ÖİH) yaranır və Kərimov onlarla barışmaz mübarizəyə girişir. Özbək lideri bütün əcnəbi sərmayəçiləri onun rejiminin yeganə alternativinin islam dövləti olmasıyla qorxudur. Yəni repressiyalar azacıq səngisə, islamçılar hakimiyyətə gələcək.

Xüsusilə 2001-ci ilin 11 sentyabr olaylarından sonra Kərimovun bu çağırışları Qərbdə daha çox anlaşma yaratdı. ABŞ Əfqanıstana girdi, ÖİH-in rəhbərləri Cuma Namanqani və Tahir Yoldaşov isə taliblərin tərəfində vuruşmağa başladılar və Vaşinqtonun «terrorçular siyahısı»na düşdülər. Daşkənd Vaşinqtonun bölgədəki terrorla mübarizəsində əsas müttəfiqinə çevrildi və amerikanlar burada öz hərbi bazasını yerləşdirdilər.

Kərimov islamçılarla çox qətiyyətlə vuruşurdu. «İslamçılarla mübarizə» adı altında müxalifəti yox etdi, bütün dini təşkilatları dağıtdı. Cuma Namanqaninin Əfqanıstanda öldürülməsindən və ÖİH-in süqutundan sonra Kərimov nəzərlərini «Hizbut-Tahrir»ə yönəltdi.

Hələ 1999-cu ildə əndicanlı biznesmen Əkrəm Yoldaşov islamçı terrora dəstəkdə ittiham edilərək məhbəsə atılmış və 17 il həbs cəzası almışdı. Bu ilin fevralında isə onun 23 tərəfdarı dini qruplaşma üzvləri kimi mühakimə olundu. Bu «23-lər»i «Əkrəmiyyə» adlı qrup yaratmaqda suçladılar. Onlar doğrudan da dindar adamlardılar, ancaq qətiyyən ekstremist deyildilər. İmkanları vardı deyə məhbəsə salınmışdılar ki, onların biznes sahələri Kərimov klanının nəzarətinə keçsin.
Bu təzyiqlər «əkrəmiyyəçilər»in dostlarını və qohumlarını hakimiyyətə qarşı çıxmağa vadar elədi və onlar Əndicandakı hökumət binasını ələ keçirdilər. Daşkəndin onları «islam terrorçuları» elan etməkdən savayı çıxış yolu qalmadı. Və bu versiyanı sübuta yetirmək üçün dinc etiraz aksiyasını qanlı olaya çevirmək qərara alındı. Rəsmi dairələr Əndicanda çoxminli mitinqin getdiyini inkar edərək iştirakçıların terrorçulardan və onların girovlarından ibarət olduğunu elan etdi.
Əndicandakı qırğının şahidləri təsdiqləyir ki, hökumət onlarla danışıq aparmağa heç bir cəhd etmədi. Sonra da dezinformasiya yaydı ki, guya qırğından bir saat əvvəl danışıq təklifi verib, ancaq «terrorçular»dan rədd cavabı eşidiblər. Odur ki, işə BTR-lər qarışıb.

Şəhərdə nə qədər adamın məhv edildiyi dəqiq bilinmir və yəqin heç vaxt da məlum olmayacaq. Şahidlər isə minlərlə cəsəddən bəhs edirlər. Dünya isə susur.

***

İslam Kərimov bütün hakimiyyəti illərində əsas siyasi müttəfiqlərinin bir-birinə zidd istəkləri arasında orta nöqtəni tapmağı bacararaq heç kəsin yanında pis olmayıb. Onun Vaşinqtonla da, Moskva ilə də, Pekinlə də normal münasibətləri qalmaqdadır. Hamını özünün əvəzedilməzliyinə inandırıb.

Məsələn, ABŞ Əndican qətliamına gərəyindən yumşaq reaksiya verdi. Dövlət Departamentinin ilk reaksiyası «əkrəmiyyəçilər»in günahı ucbatından Əndican türməsindən islamçı dustaqların qaça biləcəyindən narahatlıq izhar etmək oldu. Kondoliza Rays isə Kərimova «hadisələrin təhqiqatını mümkünsə daha aşkar şəraitdə aparmağı» tövsiyə etdi, vəssalam. Tbilisi, yaxud Bişkəkdə ABŞ özünü tamam başqa cür aparmışdı.

Çin də Kərimovun qalmasında maraqlıdır. Onsuz da qırğızların «zanbaq inqilabı»ndan narahat olan Pekinə bu dalğanın yayılması lazım deyil. Üstəlik, uyğur problemi - Özbəkistanda hakimiyyətə islamçılar gələrsə, Sintszyan-Uyğur vilayətinə də bu, mütləq təsirini göstərəcək. Odur ki, Pekin lap ilk saatlardan Kərimovun qətliamını dəstəklədi. Elə Əndican hadisələrindən sonrakı ilk xarici səfərini də Kərimov məhz Pekinə etdi.

Nəhayət, İslam Kərimovun ifrat qəddarlığında maraqlı olan üçüncü dövlət Rusiyadır. Moskva MDB məkanındakı «çiçək inqilablar»ından olduqca narahatdır, odur ki, sipər rolu oynamış Kərimova minnətdardır.

Düzdür, Əndican qırğını Kərimova problemlər də yaradır. İndi o, diqqət mərkəzində, nəzarətdədir. Əndicana qədər çox asanlıqla mitinqləri dağıda, qəzetləri bağlaya, müxalifləri türməyə göndərə və məhv edə bilirdi. İndi isə Kərimov bütün dünyanın nəzərləri altındadır və bu status, bu rol onun üçün yeni, xoşagəlməzdir. Məhz buna görə ikinci qiyamçı şəhərdə - Qarasuda qırğını təkrarlamağa cürət etmədi.

***

Lap əvvəlindən müstəqil Özbəkistanda müxalifət təşəkkül tapa bilməyib. 1980-cı illərin sonlarında, İslam Kərimovun hakimiyyətinin ilk dönəmində ona qarşı «Birlik» və «Erk» partiyaları mübarizə aparırdı. Ancaq bu mübarizənin tarixçəsi çox qısa oldu. Təqiblər nəticəsində bu partiyaların liderləri - Əbdülrəhim Pulatov və Məhəmməd Salih Avropaya qaçdılar. Bundan sonra ölkədə leqal müxalifət qalmadı. Hazırda Özbəkistanda qeydiyyatdan keçmiş bir partiya da yoxdur. Elə bu fakt ölkədə «çəhrayı inqilab»ı mümkünsüz edir - Ukrayna, Gürcüstan və Qırğızıstanda həmişə hakimiyyətlə leqal müxalifət arasında mübarizə gedib.

***

Bütün fərqlərinə baxmayaraq, «çiçək inqilabları» oxşar ssenari ilə baş verib. Hakimiyyətə qarşı ondan ayrılmış qüvvələr, keçmiş baş nazirlər və nazirlər dayanıb. Qarşıdurmanın zirvə nöqtəsi isə saxtalaşdırılmış seçkilər olub. Və sonda «inqilab» köhnə elita ilə qalib gələn yenisinin kompromisi ilə bitib.
Deyək ki, Şevardnadzenin qızına öz ərini məhbəsdən çıxarmaq üçün böyük məbləğdə pul vermək lazım olmuşdusa, Ukrayna və Qırğızıstanda heç bu da olmadı. Nə Kuçma, nə onun ailəsi varidatını itirdi. Elə Akayev Moskvaya qaçsa da, onun ailəsi və var-dövləti təhlükədən kənardadır, qızı isə parlamentin deputatı kimi iclaslara qatılır. Yeni hakimiyyətdə «Akayevin parlamenti» çalışmaqda davam edir - bu, absurd da olsa, belədir. İnqilab parlament seçkisindəki saxtakarlıqlara görə baş verib, qanunverici orqanda isə «saxta parlamentarilər» oturub.

Özbəkistanda isə bütün bunlar mümkünsüzdür. Hətta Əndicanın ardınca bütün Özbəkistan ayağa qalxsa belə, İslam Kərimovla oturub danışıqlar aparası heç bir qüvvə yoxdur. Dağıdılmış «Birlik» və «Erk» partiyaları mühacirətdədir və ölkədaxili vəziyyətə təsir imkanından məhrumdur. Digər qeyri-leqal müxalif qruplaşmalar da Kərimova, xüsusilə Əndicandan sonra, heç bir toxunulmazlıq qarantiyası verməzlər.

Dialoqun mümkün olmadığı indiki vəziyyətdə özünüqoruma instinkti İslam Kərimova hakimiyyətini və həyatını saxlamaq üçün yalnız bir taktika diqtə edir - məhv etmək! Öldürmək, güllələmək, divan tutmaq, beşiyində boğmaq - başqa yol qalmayıb. Kərimovun opponentləri yoxdur, ancaq düşmənləri var. Bu düşmənlər heç də konkret adı olan siyasətçilər, partiyalar deyil. Bu - bütün xalqdır.