SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№9 (17) ---- 2005
MÖVQE

Nöyütün iki üzü
Neft və qaz milyonlarla insan üçün
ləyaqətli həyat da gətirə bilər, səfalət də

Çingiz Məmmədov
«Vətən»” Tədqiqatlar Mərkəzi

Azərbaycan neft səltənətidir. Bəziləri onu hətta sultanlıq sayır və buna müvafiq addımlar atırlar. Neftin milyonlar gətirməsi də aydındır. Ancaq bu gün bizi milyonlarla dollar yox, artıq neçə illərdir ki, həmin neft dollarlarından faydalanmaq ümidi ilə yaşayan milyonlarla azərbaycanlı düşündürür.

11 ildir «Əsrin müqaviləsi» imzalanıb. Bakıda tikilən göydələnlərin sayından və hündürlüyündən, ora-bura şütüyən bahalı «araba»ların” çeşidindən görmək olur ki, Azərbaycana artıq kifayət qədər maddi vəsait axır. Ancaq nədənsə milyonlarla azərbaycanlı hələ də həyatın dibində baş girələyir. Buna görə bəzi qaranlıq məqamlara işıq salmaq qərarına gəldik.

Hər hansı faydalı qazıntı (neft, qaz və s.) iki istiqamətdə xeyir gətirə bilər. Birinci, onun çıxarılması, emalı, nəqli ilə əlaqədar yaradılan iş yerləri, insanların bundan faydalanması və ikinci, satışdan əldə olunan gəlir və bu gəlirin sonradan ədalətlə bölünməsi.

Gəlirlərin bölüşdürülməsi tarixi boyu müşkül məsələ olub. Buna görə diqqətimizi neft və qazın çıxarılması, emalı və nəqli ilə bağlı məsələlərə yönəldək.

2004-cü ilin göstəricilərinə əsasən, dünyada üç özəl şirkət təxminən bərabər gəlirlərlə birinci üç yeri tutub. Universal mallar mağazaları şəbəkəsi Wall-Mart 288.189 milyard dollar, bp şirkəti 285 milyard dollar və Exxon Mobil 270.772 milyard dollar gəlir əldə ediblər. Ən maraqlısı budur ki, təxminən eyni gəlir götürdükləri halda Wall-Martın bütün dünyanı əhatə etmiş dükanlarında 1 milyon 600 min insan çalışır, buradan aldığı məvacib hesabına ailə saxlayır, ehtiyaclarını ödəyir. bp-ninsə bütün dünya üzrə 102.900 işçisi var, yəni Wall-Martla müqayisədə 15-16 dəfə az.

Mənfəətə aid rəqəmlərə də fikir verək. Bu üç şirkət təxminən eyni miqdarda gəlir götürdüyü halda onların mənfəətləri, yəni bütün xərclər, o cümlədən çox mühüm göstərici - işçilərin maaşları çıxarılandan sonra qalan təmiz gəlir kəskin fərqlənir. Exxon Mobil 25.330 milyard dollar, bp 15.4 milyard dollar və nəhayət, Wall-Mart 10.267 milyard dollar təmiz gəlir götürüb. Wall-Martla neft şirkətlərinin mənfəəti arasındakı kəskin fərq məhz işçilərə ödənilən maaşlarla əlaqədardır.

Neft və qaz sənayeləri istehsal və xidmət sahələri ilə müqayisədə xeyli az işçi qüvvəsi tələb edir. Təəssüf ki, Azərbaycana investisiyalar əsasən neft və qaz sənayesinə qoyulur. Onların da iş yerləri yaratmaq potensialı olduqca məhduddur.

bp şirkətinin öz göstəricilərinə fikir verək. Şirkətin öz veb saytina əsasən, neftin çıxarılması sahəsində 760 yerli və 120 xarici işçi çalışır. Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisində hazırda üç ölkə üzrə 14 min işçi çalışır. 3500 nəfər Azərbaycanın payına düşür. Bunun 76%-i yerli kadrlardır, yəni təxminən 2660 nəfər. Tikilib qurtarandan sonra kəmər yalnız təmir və texniki nəzarət işləri tələb edəcək. Bunun üçün, təbii, daha da az işçi qüvvəsi tələb olunacaq.

Şahdəniz qaz layihəsində də eyni mənzərədir. Layihə işə düşəndən sonra Gürcüstan və Azərbaycan ərazisində qazın çıxarılmasında, emalında və nəqlində birlikdə cəmi 4200 işçi çalışacaq. Hazırda kəmərin tikintisində elə də çox işçi çalışmır – cəmi 1300 nəfər. Onlar da kəmər başa gələndən sonra başqa iş yerləri axtarmalı olacaqlar.

Bütün bu rəqəmlər göstərir ki, istər Azərbaycan höküməti, istər də insanlar neft və qaz sənayesinin inkişafı ilə əlaqədar illuziyalara qapılmamalıdırlar. Bu, bir sərt reallıqdır ki, neft və qaz milyonlarla insan üçün ləyaqətli həyat gətirə də bilər, bir ovuc insana var-dövlət, yerdə qalanlara isə səfalət də.

Neft gəlirlərinə dövlət nəzarəti və həmin gəlirlərin qeyri-neft sahələrinə investisiya kimi qoyulması tələb olunur. Bunu etməsək, nə işsizliyi aradan qaldıra biləcəyik, nə yoxsulluğu, nə də cəmiyyəti içəridən vərəm kimi yeyən sosial təbəqələşməni. Azərbaycan milyonlar səltənətidir. Bu milyonlar bizik. Hər birimizin də ölkənin sərvətlərində halal payımız var.