|
1. Siyasi plüralizm və çoxpartiyalı
demokratiya
Rasim Musabəyov, 39 səh.
Broşüra siyasi partiyaların hüquqi
tənzimlənməsi, funksiyaları və
fəaliyyət formaları, klassifikasiyası,
parlament fəaliyyəti, postkommunist məkanda
çoxpartiyalı demokratiyanın formalaşması
problemlərindən bəhs edir.
2. Etnik azlıqların hüquqları
və siyasi təminatları
Rasim Musabəyov, 24 səh.
Bu broşürda milli azlıqların hüquqlarının
qorunmasında beynəlxalq təcrübə,
BMT və ATƏT-in bu sahədə gördüyü
mütəmadi tədbirlərdən danışılır.
3. Cəmiyyətin və dövlətin
hüquqi əsasları
Qulamhüseyn Əliyev, 27 səh.
Burada cəmiyyətin siyasi sistemi, sosial nizamasalma
və dövlətin konstitusiya-hüquqi
səciyyəsi məsələlərinə
toxunulub.
4. İnsan hüquqları müdafiəsinin
nəzəri əsasları, təşkilatları,
vəzifələri, vasitələri
Arzu Abdullayeva, 23 səh.
Broşurada insan haqları nədir, insan
haqlarının müdafiəsi vasitələri,
insan hüquqlarını müdafiə edən
qurumlar və onların vəzifələri
haqqında danışılır və
bu təşkilatların ünvanları
çap edilib.
5. Azad mətbuat və onun cəmiyyətdə
rolu
Arif Əliyev, 28 səh.
Broşürda Avropa ölkələrində,
Kanada, Avstraliya və ABŞ-da mətbuatın
fəaliyyət təcrübəsinin və
kütləvi informasiya vasitələri sahəsində
mövcud qanunların müqayisəli təhlili
və Azərbaycanda kütləvi informasiya
vasitələrinin fəaliyyətinin qanunvericilik
bazasından bəhs edilir.
6. Din və cəmiyyət: təsirlər,
nəticələr və problemin demokratik
həlli
prof. Niyazi Mehdi, 25 səh.
Müəllif oxucunu dinin cəmiyyətdəki
rolu haqqında, demokratiyada din probleminin həm
hüquqi, həm mənəvi, həm mədəni
aspektləri ilə tanış edir.
7. Cəmiyyət, siyasət və ideologiya
prof. Cəmil Əhmədli, 32 səh.
Mürəkkəb və özünütənzimləyən
sistem olan cəmiyyət təkcə siyasət
və ideologiya elementlərindən (alt sistemlərdən)
ibarət deyil. Bu broşürda məqsəd
təkcə bu anlayışların məzmununu
aşkarlamaq deyil, habelə bu anlayışların
ifadə etdikləri sosial institutların
təsir dairələrini, onların bir-birinə
olan koordinasiya (bir-birinə təsiretmə
mexanizmi) və subardinasiya (tabelik) əlaqələrini
də açmaqdır.
8. Demokratiya və azad seçkilər
Fuad Ağayev, 26 səh.
Seçki prinsipləri və sistemləri,
seçki prosesi və ədalətli, demokratik
seçkilərin beynəlxalq və yerli təcrübəsinin
müqayisəli təhlili verilib.
9. Siyasi etika
prof. İlham Məmmədzadə, 18 səh.
Burada siyasi etikanın məzmunu və kateqoriyaları,
avtoritarizm və siyasi etika problemlərinə
toxunulub.
10. Demokratiyanın təməl prinsipləri
Hikmət Hacızadə, 26 səh.
Broşürda demokratiya və insan hüquqlarının
inkişaf tarixindən bəhs olunur.
11. Müasir sosial-demokratiya
Zərdüşt Əlizadə (Sosial-demokratiya
Partiyasının sədri), 19 səh.
Sosial-demokratiyanın yaranma tarixi, onun mahiyyəti,
onun kommunizmdən fərqli cəhətləri
və s. məsələlərdən danışılır.
12. Etnik siyasət
prof. Əlikram Tağıyev, 28 səh.
Etnos və millət məsələləri,
etno-milli problemlər və onların aradan
qaldırılması.
13. Siyasi radikalizm
Akif Nağı,24 səh.
Siyasi radikalizmin müxtəlif cərəyanlarına:
sağ radikalizm (faşizm, nasionalizm), sol
radikalizm (anarxizm, bolşevizm, trotskizm, maoizm)
və siyasi ekstremizm anlayışlarının
izahı verilib.
14. Dünyanın qlobal problemləri
prof. Qabil Hüseynli, 16 səh.
Qlobal problemlərin mənşəyi, mahiyyəti
və onların təsnifatı, əsas
problemlər və onların həlli yolları
və bu sahədə beynəlxalq əməkdaşlıq.
15. Konfliktlər və siyasət
prof. Hikmət Dayızadə, 28 səh.
Konflikt nəzəriyyələri, siyasi konfliktlərin
xüsusiyyətləri, dinamikası və
həlli yolları.
16. Siyasi konservatizm
Nazilə Telmanqızı, 27 səh.
Siyasi konservatizmə tarixi baxış edilib,
əsas prinsipləri göstərilib, konservatizm
anlamında xüsusi mülkiyyət, insan
azadlığı, sosial ədalət və
s. prinsiplər izah olunub.
17. Siyasi liberalizm
prof. Lalə Şövkət (Liberal partiyasının
sədri), 31 səh.
Liberalizm və onun əsas prinsipləri,
konsepsiyaları, modelləri və tiplərindən
danışılır.
18. Ordu və siyasət
Qulamhüseyn Əliyev, 20 səh.
Broşürda dövlət mexanizmində
ordunun yeri, ordunun təşkilinin konstitusiya-hüquqi
əsasları, orduya mülki nəzarət
və s.məsələlərə toxunulub.
19. BMT. ATƏT və yeni dünya düzəni
Tofiq Qasımov (keçmiş xarici işlər
naziri), 40 səh.
V.Vilson və kollektiv təhlükəsizlik
ideyasının institutlaşdırılması,
R.Nikson və qarşıdurmadan əməkdaşlıq
siyasətinə keçid, yeni dünya düzəninin
əsasları və s. problemlərdən
bəhs edir.
20. Sosial və siyasi proqnozlaşdırmanın
əsasları
Rasim Musabəyov, 32 səh.
Siyasətdə proqnozlaşdırmanın
rolu və əhəmiyyəti, proqnozlaşdırmanın
elmi əsasları, xüsusiyyətləri,
metodları və başqa cəhətləndən
danışılır.
21. Qeyri-zorakı mübarizənin nəzəriyyəsi
və taktikası
prof. Niyazi Mehdi və Hikmət Hacızadə,
32 səh.
Qeyri-zorakı mübarizə hərəkatına
tarixi baxış edilib, bu aksiyaların forma
və simvollarındın və s. danışılır.
22. Müasir geopolitika
prof. Musa Qasımov, 36 səh.
Müasir geopolitikanın problemlərinə
toxunulur.
23. NATO və Avropa təhlükəsizlik
sistemi
Sülhəddin Əkbər, 44 səh.
NATO-nun yaranma zərurəti, onun iş mexanizmləri,
strateci konsepsiyası və s. məsələlərdən
bəhs olunur.
24. İnkişaf etmiş ölkələrdə
dövlət qulluğu
Qulamhüseyn Əliyev, 31 səh.
Broşürda dövlət qulluğunun
əsas sistemləri, onun təşkilinin
əsasları və prinsipləri, elitar
dövlət məmurlarının hazırlığı
və s. məsələlərin geniş
izahı verilib.
25. Azadlıq və tərəqqi
prof. Cəmil Əhmədli, 28 səh.
Broşurda azadlıq anlayışına
müxtəlif baxışların geniş
izahı verilib, azadlığın növləri
və əxlaqi-psixoloci aspektləri şərh
edilib.
26. Ekologiya və siyasət
Sevil Məmmədova, 24 səh.
Müasir ekoloci siyasət, onun beynəlxalq
aspektləri, ekoloci hərəkat, siyasət
və mədəniyyət problemlərindən
bəhs olunur.
27. İctimai-siyasi həyatda kompromis və
saziş axtarışları
Məhərrəm Zülfüqarlı,
40 səh.
Kompromis və saziş məfhumlarına
fərqli münasibətlərin izahı
və danışıqların müxtəlif
yolları şərh olunub.
28. Lobbizm
Rasim Musabəyov və Fariz Rzayev, 28 səh.
Lobbizm nədir, ABŞ və başqa ölkələrdə
lobbizm təcrübəsi, onun fəaliyyətinin
dövlət tərəfindən tənzimlənməsi
və ona nəzarət sualları cavablandırılıb.
29. İqtisadiyyat və siyasət
prof. Nazim Müzəffərli, 28 səh.
Sağçılar və solçular: Siyasi
rəqabətin iqtisadi faydası. Mülkiyyət.
İqtisadi və siyasi hakimiyyət.
30. Elitalar və hakimiyyət
Rasim Musabəyov, 24 səh.
Müasir siyasət elmində elitalar nəzəriyyəsi,
Azərbaycan elitalarının formalaşma
xüsusiyyətləri və s. şərh
olunub.
|