|
1. İnsan hüquqlarına dair mexanizm
Tərcüməçi Tehran Vəliyev,
20 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin
İnsan Hüquqları Mərkəzinin
nəşr etdiyi materialların tərcüməsidir.
Broşurda BMT-nin insan hüquqları ilə
bağlı təsisatları: ayrı-ayrı
komissiyalar, komitələr, təşkilatlar
və onların iş prinsipilə bağlı
geniş məlumat çap olunub.
2. İnsan hüquqları. Bəşəriyyətin
başlıca ideyası
Hikmət Hacızadə, 44 səh.
Broşurda insan hüquqları ideyasının
yaranma tarixi, onun antik dövrlərdən
bu günə qədərki inkişaf yolları
və insan hüquqlarına beynəlxalq
nəzarət mexanizmləri haqqında ətraflı
bilgi verilir.
3. İnsan hüquqlarının qorunması
və təşviqilə məşğul
olan milli təsisatlar
Tərcüməçi Tehran Vəliyev,
24 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin
İnsan Hüquqları Mərkəzinin
nəşr etdiyi materialların tərcüməsidir.
Broşurda insan hüquqları sahəsində
fəaliyyət g.stərən yerli və
beynəlxalq təşkilatlar haqqında
məlumat verilir.
4. İnsan hüquqları və qaçqınlar
Tərcüməçi Tehran Vəliyev,
44 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin
İnsan Hüquqları Mərkəzinin
nəşr etdiyi materialların tərcüməsidir.
Broşurda qaçqınların problemlərilə
məşğul olan beynəlxalq təşkilatlar,
onlara dair hüquq normaları barədə
geniş şərh verilir.
5. Əməkçi miqrantların hüquqları
Tərcüməçi Tehran Vəliyev,
28 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin
İnsan Hüquqları Mərkəzinin
nəşr etdiyi materialların tərcüməsidir.
Broşurda əməkçi miqrantların
hüquqları, onların problemlərilə
məşğul olan beynəlxalq təsisatlar,
onlarla bağlı beynəlxalq konvensiya və
s. sənədlər barəsində məlumat
verilir.
6. Məhbusların hüquqları
Namiq Əliyev, 36 səh.
Broşurda məhbuslarla beynəlxalq minimal
standart davranış qaydaları (ümumtətbiq
və xüsusi kateqoriyalara tətbiq edilən
qaydalar, məhkum edilmiş məhbuslar, ruhi
xəstə və kəmağıl məhbuslar
və s.) və Azərbaycan qanunvericiliyilə
məhbusların hüquqları haqqında
məlumat verilir.
7. Uşaq hüquqları
Tərcüməçi Tehran Vəliyev,
44 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin
İnsan Hüquqları Mərkəzinin
nəşr etdiyi materialların tərcüməsidir.
Broşurda uşaqların hüquqlarına
aid beynəlxalq sənədlər və
normalar, Uşaq Hüquqları Komitəsi
və digər beynəlxalq təşkilatlar
haqqında məlumat verilir.
8. Qadın hüquqları
Rəna Seyidrzaqızı, 28 səh.
Broşurda qadın hüquqları uğrunda
mübarizəyə tarixi baxış edilib,
BMT-nin qadınlara həsr olunmuş beynəlxalq
tədbirləri, sənədləri, Konvensiya
barəsində və s. geniş məlumat
verilir.
9. İctimai müdafiənin təşkili
Səidə Qocamanlı və Sahib Məmmədov,
16 səh.
Broşurda hüquq pozuntuları ilə bağlı
səmərəli ictimai müdafiənin
təşkili haqqında beynəlxalq və
yerli təcrübələrdən danışılır.
10. İnsan hüquqları müdafiəsi
tarixindən
Arzu Abdullayeva və Səcidə Əbdülvahabova,
28 səh.
Kitabçada insan hüquqları probleminin
tarixi, onların müdafiəsində qeyri-hökumət
təşkilatların rolu, və bu sahədə
Azərbaycandakı vəziyyətdən
bəhs olunur.
11. Azərbaycanda siyasi hüquqların
və azadlıqların qanunvericilik təminatları
Qulamhüseyn Əliyev, 24 səh.
Kitabçada insanların cəmiyyətin
və dövlətin siyasi həyatında,
dövlətin idarə olunmasında iştirak,
seçki, birləşmək hüquqları,
sərbəst toplaşmaq və məlumat
almaq azadlığı haqqında bəhs
olunub.
12. Əlillərin hüquqları
Səftər Nehmətli, 24 səh.
Kitabçada əlil kimdir, dünyada onların
sayı və kateqoriyaları, problemin mahiyyəti
və həllinin zəruriliyi, onlarla bağlı
BMT-nin qərar və prinsipləri və
onların Azərbaycandakı durumu ilə
bağlı suallara cavab verilib.
13. İnsan hüquqları qorunması
üçün Avropa mexanizmləri
Hüseynbala Səlimov, 24 səh.
Kitabçada Avropa Şurası və onun
insan hüquqları ilə bağlı təsisatları
və gördüyü işlər, insan
hüquqları ilə batğlı Avropa
Konvensiyası, Avropa Sosial Xartiyası və
s. sənədlərlə bağlı şərhlər
verilib.
14. Hərbi qulluqçuların huquqları
Namiq Əliyev, 40 səh.
Hərbi qulluqçuların hüquqi statusu,
onların hüquqları və azadlıqları
və vəzifələri, eyni zamanda onlar
üçün və onların ailə üzvləri
üçün pensiya təminatları, güzəştlər
və şəxsi icbari sığortanın
hüquqi tənzimlənməsi haqqında
geniş məlumat verilib.
15. KİV və insan hüquqları
Zərifə Musayeva, 28 səh.
Kitabçada söz və informasiya azadlıqları
insan hüquqlarının başlıca
şərti kimi, KİV ictimai rəyin səfərbər
edilməsinin və insan hüquqlarının
qorunmasının xüsusi forması kimi
təqdim edilir.
16. İnsan hüquqları və seçkilər
Məhərrəm Zülfüqarlı,
28 səh.
Broşurda BMT-nin insan hüquqları və
seçkilərlə bağlı standartları,
insanların seçmək və seçilmək
hüquqları və seçki qanunlarının
ümumi cəhətləri və s. məsələlərlə
bağlı məlumat verilib.
17. İstehlakçıların hüquqları
Əyyub Hüseynov, 32 səh.
Kitabçada istehlakçı və onun hüquqları
haqqında ətraflı məlumat verilib,
istehlakçı hüququ insan hüquqlarının
tərkib hissəsi kimi təqdim edilib, bu
hüquqlara dair BMT-nin sənədi və
Azərbaycan qununu və s. məsələlər
şərh edilib.
18. Etnik azlıqların hüquqlarının
təmin olunmasında və münaqişələrin
tənzimlənməsində BMT-nin və
ATƏT-in rolu Rasim Musabəyov və Mustafa
İsgəndərzadə, 40 səh.
Kitabçada etnik problemlər və konfliktlər,
azlıqların müəyyənləşdirilməsi
və onların hüquqlarının qorunmasına
tarixi baxış edilib, və bu cür problemlərin
həllində BMT-nin və ATƏT-in rolu
və təcrübələrindən bəhs
edilib. Burada eyni zamanda azlıqların hüquqları
ilə bağlı BMT-nin Bəyannaməsi,
Avropa Şurasının Çərçivə
Konvensiyası və Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı çap olunub.
19. İqtisadi, sosial və mədəni
hüquqlar
Qabil Hüseynli, 36 səh.
Kitabçada iqtisadi, sosial və mədəni
hüquqlar haqqında beynəlxalq pakt tam
həcmdə çap olunub və onunla bağlı
geniş şərh verilib.
20. Qanun pozüuntuları zamanı sənədləşdirmə
və müraciət qaydaları
Çingiz Qənizadə, 24 səh.
Kitabçada hüquqları pozulan şəxslərin
dövlət orqanlarına müraciət
etməsi qaydaları, məhkəməyə
qədər, məhkəmə gedişi
vaxtı və ondan sonrakı dövrlər
üçün hüquqların qorunması
ilə bağlı görülən işlər
və onların sənədləşdirilməsi
ilə bağlı ətraflı məlumat
verilib.
|