logo
Center for Pluralism "INAM"
 
Ana Səhifə > "İNAM" PM Haqqında
English
Ana Səhifə
   
"İNAM" PM
Haqqında

Fəaliyyət xronikası  
Əməkdaşlıq  

PM Şəbəkə
   
Tərcümələr
   
Nəşrlər
   
Seminarlar
   
Seçki
   
Foto
Albom
   
e-mail
İNAM PLÜRALİZM MƏRKƏZİ
Mehdi Hüseyn 79/35 (Bünyad Sərdarov 11/35)
AZ1001 Bakı, Azərbaycan
Tel. 492-03-56 Faks:437-16-28
merkez@inam.baku.az
www.inamcfp.org

TƏŞKİLATIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ

SEÇKİLƏR: Azərbaycanda keçirilən üç parlament, üç prezident və iki bələdiyyə seçkisinin monitorinqi keçirilib, beynəlxalq müşahidə təşkil olunub. Mərkəzin nümayəndələri Gürcüstan, Belarus, Ukrayna və Qırğızıstanda keçirilən seçkiləri müşahidə ediblər.

RADİO PROQRAMLAR: Mərkəz ölkənin müxtəlif radiolarında “Öz namizədindən soruş” adlı 47, “Neft və demokratiya” adlı 33, “Şəffaf yol” adlı 50, “Din və demokratiya” adlı 32, “Panarama. Seçki 2008” adlı 24, “Avrointeqrasiya müzakirələri” mövzusunda isə 18 radio debat və ya dialoq keçirib.

TƏRCÜMƏ: 5 kitab, insan hüquqlarına dair 17 beynəlxalq sənəd və 50-dən artıq məqalə Azərbaycan dilinə tərcümə olunub.

NƏŞRİYYAT: Ümumi tirajı 60 mindən çox olan 110 adda kitab, jurnal, broşur və bülleten, həmçinin seçki plakatları nəşr edilib. “QHT bülletenləri”, “III Sektor Demokratiya jurnalı” və rusca “Svobodnaya Volya” jurnalları dərc edilib.

SƏFƏRLƏR: 350-dən artıq yerli ictimai fəal dünyanın müxtəlif ölkələrində keçirilmiş seminar, konfrans və təcrübəartırma kurslarına göndərilib. Ümumilikdə 500-dən çox xarici ictimai-siyasi, dövlət xadimi, ictimai fəal, jurnalist və s. bizim tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.

VƏTƏNDAŞ TƏHSİLİ: Liderlik, politologiya, seçki texnologiyaları, vətəndaş təhsili, insan hüquqları və başqa mövzularda 400-dən artıq treninq-seminar keçirilib. Bu tədbirlərdə Azərbaycanın 40 bölgəsindən 6 minə yaxın fəal iştirak edib.

ÜÇÜNCÜ SEKTORUN İNKİŞAFI: Yerli fəallar, təşəbbüs qrupları və QHT nümayəndələri üçün treninqlər keçirilib. Üçüncü sektorun həyatı barədə broşurlar çap olunub və jurnallar nəşr edilib. Ölkənin müxtəlif bölgələrində 60-dən artıq QHT-nin yaranması, inkişafı və fəaliyyətinin genişləndirilməsində iştirak edib.


Ana Səhifə / "İNAM" PM Haqqında / PM Şəbəkə / Kitab Tərcüməsi /
Nəşrlər / Seminarlar / Foto Albom / e-mail
webmaster