logo
Center for Pluralism "INAM"
 
Ana Səhifə > PM Şəbəkə
English
Ana Səhifə
   
"İNAM" PM
Haqqında
   
PM Şəbəkə
Ünvanlar  
Tərcümələr
   
Nəşrlər
   
Seminarlar
   
Seçki
   
Foto
Albom
   
e-mail
PLÜRALİZM MƏRKƏZLƏRİ ŞƏBƏKƏSİ

Plüralizm Mərkəzləri (PM) proqramı 1992-ci ildə Şərqi Avropada Demokratiya İnstitutu tərəfindən kommunizm qalıqları üzərində ümumi təşəbbüslər vasitəsilə demokratik inkişafı və sivil həyatı yenidən qurmağa cəhd göstərən müstəqil qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmışdır. Bu proqram postkommunist məkanında demokratik fəalların üzləşdiyi ümumi çətinliklərə ilk regional cavab kimi, təcrübələri bölüşmək, birgə proqramlar qurmaq, plüralizm və demokratik dəyərlərə həsr olunmuş regional icmaya həvəsləndirmək üçün bütün sivil qüvvələri coğrafi, milli, etnik və dini sərhədləri aşaraq bir araya gətirmişdir.

Plüralizm Mərkəzləri geniş sivil proqramlara və regional mərkəzlərə malikdir ki, bu regional mərkəzlər öz ölkələri daxilində və başqa ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərlə əməkdaşlıq üçün əlaqələndirici nöqtələr kimi seçilmişdir. Hazırda Azərbaycan, Belarusiya, Bosniya və Hersoqovina, Çeçenistan, Ermənistan, Estoniya, Krım, Xorvatiya, Gürcüstan, Macarıstan, Kosovo, Polşa, Rumıniya, Rusiya, Serbiya və Çernoqoriya və Slovakiyada 22 belə Mərkəz mövcuddur. IDEE öz proqramlarını inkişaf etdirmək və həmçinin digər ölkələrdə olan QHT-lərlə əlaqələr qurmaq və əməkdaşlıq etmək üçün bu Mərkəzlərə yardım göstərir. Bundan əlavə, IDEE QHT-lərin inkişafı üçün onlara kiçik qrantlar proqramını həyata keçirir ki, indiyə qədər də bu proqramlardan 100-ə yaxın QHT faydalanmışdır.

Plüralizm Mərkəzləri və Plüralizm Mərkəzlərinin Partnyor Təşkilatları yarım ildə bir dəfə görüşlər keçirməklə informasiya və təcrübə mübadiləsi aparır, ümumi proqramları və regionda sivil cəmiyyəti gücləndirmək üçün şəbəkəni inkişaf etdirirlər. Ümumi Proqramlar postkommunist məkanından olan ölkələrdə sivil təhsilə ehtiyac, QHT-lərin formalaşmasına yardım, demokratik nəzəriyyə və təcrübəyə dair gənc siyasi liderlərin treninqi, QHT-lərin idarə edilməsində lazım olan bacarıqların treninqlər vasitəsilə inkişaf etdirilməsi, etnik dözümlülüyün formalaşdırılması, seçkilərdə müstəqil və xarici monitorinqə səy göstərilməsi kimi oxşar problemlərin aradan qaldırılmasına yönəlmişdir. Regional internşip proqramı QHT aktivistlərinə digər ölkələrdən olan həmkarlarından konkret informasiya əldə etməyə və təcrübəyə yiyələnməyə imkan yaradır. Plüralizm Mərkəzlərinin təşəbbüslərinin nəticəsi kimi partnyor QHT-lər öz proqramlarını, bacarıq və imkanlarını, əlaqələrini, maliyyələşmə mənbələrini genişləndirmişlər və bu da onlara regionda minlərlə QHT və aktivistlərin ictimaiyyətinə çıxış əldə etmələrinə imkan verir.

Plüralizm Mərkəzləri proqramı 5 mindən artıq QHT-ni onlara dair məlumatların toplanılması, klassifikasiyası və yayımı, ingilis, rus, azərbaycan, belarus və ukrayna dillərində nəşr edilən Plüralizm Mərkəzlərinin Bülleteni vasitəsilə bu geniş icmanı bir araya gətirir. Bülletendə idarəetmə, fondrayzinq, proqramlaşdırma və sivil təhsil sahələrində QHT-lər üçün faydalı məlumatlar və mindən artıq QHT-nin siyahısı və əlaqə məlumatları çap edilir. Bundan əlavə, xarici QHT-lərlə əlaqələri daha da genişləndirmək üçün bu bülleten regiona yardım göstərən Qərb donor və digər təşkilatlara əsas mənbə rolunu oynayacaq.

To top


Ana Səhifə / "İNAM" PM Haqqında / PM Şəbəkə / Kitab Tərcüməsi /
Nəşrlər / Seminarlar / Foto Albom / e-mail
webmaster