|
Azadlıq. Müstəqillik və suverenlik
Yakub Karpinski, 1996, 26 səh.
Tanınmış polyak alimi Yakub Karpinskinin
azadlıq, müstəqillik və suverenlik
haqqında fəlsəfi-politoloji baxışları
çap edilib.
Azad seçki insan mənəviyyatının
özünütəsdiqidir
Mehman Cavadoğlu, 1998, 27 səh.
Kitabçada demokratik seçkilərin hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda, azad, fəal və təşəbbüskar
insanların yetişməsində rolundan
bəhs edilir.
Demokratiyanın bərqərar olması
və möhkəmlənməsində seçkilərin
rolu
Rasim Musabəyov və Dadaş Əhmədov,
1998, 32 səh.
Kitabçada demokratik seçkilərə tarixi
baxış edilib, seçki hüququ uğrunda
mübarizə tarixinə, seçki sistemləri,
həmçinin Azərbaycanın seçki
ənənələrinə toxunulub.
Azərbaycanda çoxpartiyalı sistemin
formalaşma prosesi: problemlər və perspektivlər
Bakı 1997, 45 səh.
Kitabçada Mərkəzin eyni adlı proqram
çərçivəsində apardığı
media-monitorinqin və ekspert sorğusunun nəticələri,
mövzu ilə bağlı keçirilən
konfransda ayrı-ayrı partiya nümayəndələrinin
çıxışları çap olunub.
Keçid dövründə Azərbaycan
problemlərinə adekvat şüur axtarışları
Bakı 1996, 54 səh.
Kitabçada Mərkəzin eyni adlı proqram
çərçivəsində apardığı
media-monitorinqin və ekspert sorğusunun nəticələri,
problemlə bağlı keçirilən konfransda
ayrı-ayrı mütəxəsislərin
çıxışları çap olunub.
|