logo
Center for Pluralism "INAM"
 
Ana Səhifə > Seminarlar
English
Ana Səhifə
   
"İNAM" PM
Haqqında
   
PM Şəbəkə
   
Tərcümələr
   
Nəşrlər
   
Seminarlar
   
Seçki
   
Foto
Albom
   
e-mail
Radio verilishler

«İnam» Plüralizm Mərkəzi təqdim edir

Şə ffaf yol" radio verilişi

Hər cümə axşamı saat 18.10-da İctimai Radioda dinləyin

430 82 17 saylı telefona zəng vurub söhbətə qoşulun və ya 9091-ə SMS göndərin.

 

Layihəni ABŞ səfirliyi  maliyyələşdirir.

 

 

«Neft problemləri» radiodialoqları layihəsi üzrə

YEKUN PROQRAM HESABAT

9 mart 2007

«İnam””» Plüralizm Mərkəzinin Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyəsi və «Mədən Sənayesində Şəffaflığın Artırılması»” QHT koalisiyasının dəstəyilə «Antenn»” radiosunun efirində «Neft problemləri”» radiodialoqları 2006-cı il avqustun 29-dan 2007-ci il fevralın 20-nə kimi gerçəkləşdirilib. Bu müddət ərzində, layihədə nəzərdə tutulduğu kimi, 25 veriliş efirə gedib. Neft problemlərinin ən müxtəlif aspektlərinə toxunulan bu radiodiloqlarda 43 nəfər iştirak edib. Onların arasında neft sənayesində çalışan dövlət qulluqçuları, neft məsələləri üzrə ekspertlər, iqtisadçı alimlər, millət vəkilləri, politoloqlar, siyasətçilər, jurnalistlər, ziyalılar var (Mövzuların və qonaqların siyahısı hesabata qoşma sənəddə ayrıca təqdim olunur).

Belə bir layihənin həyata keçirilməsini zaman özü diqtə edirdi. Bilindiyi kimi, Azərbaycanda mədən sənayesinin sürətli inkişafı, özəlliklə BTC kəmərinin istifadəyə verilməsindən sonra ölkənin neft gəlirlərinin kəskin şəkildə artması istər iqtisadi, istər də başqa parametrlər baxımından bir çox müzakirələr doğurub. İndi Azərbaycanda elə bir ictimai əhəmiyyətli mövzu yoxdur ki, onun müzakirəsi neft gəlirləri prizmasından yanaşma tələb etməsin. Nədən söz açırsan-aç – siyasətdən, iqtisadi-sosial problemlərdən, mənəvi-psixoloji proseslərdən – mütləq neft amili yada düşür. Bu da təbiidir, çünki Azərbaycanın ən azı yaxın 10-15 illik tarixi indiki neft bumunun üstün təsiri altında keçəcək.

Məhz bu amili nəzərə alan təşkilatımız neft problemləri (neftlə gələn problemlər də demək olar) ətrafında geniş ictimai diskussiyaların təşkilinə qərar verdi. Hələ 2006-cı ilin aprelində təşkilatımız «Böyük neft kapitalının potensial təhlükələri: Azərbaycan - 2025”» adlı dəyirmi masa keçirdi. İctmai-siyasi kəsimin, sosial-iqtisadi sferayla, eləcə də mədən sənayesilə məşğul olan dairələrin diqqətini çəkən bu dəyirmi masada mütəxəssislər, ekspertlər, politoloqlar, siyasətçilər, vətəndəş cəmiyyəti təsisatlarının nümayəndələri maraqlı məruzə və çıxışlarla ictimaiyyətin diqqətini neft gəlirlərinin doğura biləcəyi fəsadlara, neft vəsaitlərindən səmərəli istifadə yollarının tapılmasına yönəltdilər.

Dəyirmi masanın materialları «III Sektor”» demokratiya jurnalının məxsusən neft problemlərinə həsr olunmuş buraxılışında çap olundu və geniş rezonans doğurdu. Belə ictimai diqqət bizi müzakirələri daha geniş formada, daha böyük auditoriya qarşısında davam etdirməyə həvəsləndirdi və «Antenn”» radiosunun efirində silsilə verilişlər hazırlamaq qərarına gəldik.

«İnam”» Plüralizm Mərkəzinin «Antenn»” radiosuyla birgə iş təcrübəsi vardı. 2005-ci ilin parlament seçkisi zamanı biz bu radionun efirində «Öz namizədindən soruş”» adlı seçki debatları təşkil etmişdik və bu debatlar geniş auditoriya toplamışdı. Onu da nəzərə aldıq ki, 2006-ci ildən «Antenn”» radiosu öz efir imkanlarını genişləndirərək bütün ölkə ərazisində yayımlanır və belə bir ciddi ictimai layihəni – «Neft problemləri»” radiodialoqunu hər bir azərbaycanlının evində, iş yerində, maşınında səsləndirmək, dinləyiciləri bəzən fərqinə o qədər də varmadıqları məsələlərdən agah eləmək zəruridir.

Beləliklə, «İnam» Plüralizm Mərkəzi «Antenn» radiosunun efirindən istifadə etməklə 6 ay ərzində həftədə 1 dəfə (həftənin 2-ci günləri) olmaqla 30 dəqiqəlik canlı «Neft və problemləri» adlı 25 silsilə ictimai radiodialoqun keçirilməsinə yardım məqsədilə müraciət etdi və fəaliyyətə başladı.

Radiodialoqları təşkil etməyə hazırlaşanda biz son illər Azərbaycan cəmiyyətində neft mövzusu ətrafında sürəkli polemikaları nisbətən sadə şəkildə belə qruplaşdırmışdıq:

Neft və sosial-iqtisadi inkişaf mövzusunda polemikalar;

Neft və demokratiya mövzusunda polemikalar;

Neft və cəmiyyətin mənəvi-psixoloji durumu mövzusunda polemikalar.

Hər bir qrup üzrə polemikalar, təbii ki, müxtəlif istiqamətlər üzrə şaxələnir. Məsələn, neft və sosial-iqtisadi inkişaf mövzusunda polemikalar neft gəlirlərinin şəffaflığı, onlardan düzgün istifadə, qeyri-neft sektorunun inkişafı problemləri, iqtisadiyyatın neftdən asılı duruma düşməsinin fəsadları və s. kimi müxtəlif yanaşmalarla xarakterizə olunur.

Neft və demokratiya mövzusu daha çox son illər transmilli kompaniyalar, iri dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanda avtoritarizmin güclənməsinə loyal münasibəti, bəzi neft ölkələrində olduğu kimi iqtisadi maraqları demokratik ideallardan üstün tutmaları yönündə polemikaları əhatə edir. Sonuncu qrup polemikalar nisbətən təzə-təzə yer almağa başlayır. Bəzi ekspertlər neft amilinin cəmiyyətin mənəvi-psixoloji durumuna öldürücü təsir göstərdiyini önə çəkirlər. Onların fikrincə, asan pullar ölkəyə sosial ədalətsizlik gətirir, əsrlərlə oturuşmuş milli-mənəvi dəyərləri aşındırır.

Neft problemləri ətrafında daha geniş və sağlam dialoqların qurulmasına ehtiyacı nəzərə alaraq biz əsas məqsədlərdən biri kimi neft probleminə bağlı elm, iqtisadiyyat, siyasət adamları, ziyalıların iştirakı ilə mövzunu hərtərəfli araşdırmağı, maaarifçilik işi aparmağı nəzərdə tuturduq.

Hazırlıq mərhələsində biz məqsədlərimizi konkret belə qruplaşdırmışdıq:

İqtisadiyyatın yalnız və ya daha çox enerji daşıyıcılarından gəlirlər üzərində qurulmasının sosail-iqtisadi fəsadları və onun insanların mənəviyyatına təsirinin miqyaslarını cözələmək;

Təbii sərvətlərin insanlarda arxayınçılıq yaratmaqla işgüzarlıq və təşəbbüskarlığa vurduğu zərbələr fonunda mənəvi-psixoloji iqlimin mənzərəsini açmaq;

Neft amilinin cəmiyyətdə yaratdığı psixoloji diskomfortun (neft qurtarmasa, demokratiya olmayacaq, neft qurtarandan sonra dilənçi kökünə düşəcəyik və s.) fəsadlarını qiymətləndirmək;

Neft gəlirlərinin ölkənin inkişafında oynadığı rol, həmçinin neft sindromu, onun ehtimal olunan təhlükələri barədə vətəndaşlarda təsəvvür yaratmaq;

Ölkənin tanınmış iqtisadçıları, politoloqları, yerli və xarici neft şirkətlərinin nümayəndələri və ölkə ziyalılarının polemika doğuran fikir və düşüncələrini, həmçinin ictimai qurumların fəaliyyətini geniş ictimaiyyətə çatdırmaq;

Neftlə zəngin ölkələrin keçdiyi yolla müqayisəli təhlillər aparmaq;

Neftin ölkənin həyatındakı yeri barədə 100 il əvvəl və indiki dövr arasında paralellər aparmaq;

Canlı dialoqlar vasitəsilə neft gəlirlərinə münasibətdə vətəndaşların fəallığını artırmaq.

Layihənin həyata keçirildiyi 6 ayda biz bu məqsədlərə nail olmaq üçün addımlar atdıq. Hələ hazırlıq mərhələsində təşkilatımız neft məsələləri üzrə ayrı-ayrı ekspertlərlə müzakirələr apararaq verilişlərin mövzularını müəyyənləşdirdi və neft sənayesinin problemləri üzrə bilgilər əldə etdi. Belə bir layihənin gerçəkləşdiriləcəyilə bağlı qəzetlərdə və internet nəşrlərdə məlumatlar yerləşdirildi. «İnam”»ın saytında xüsusi link açıldı və orda müvafiq anonslar verildi. Bu praktikanı biz layihəni gerçəkləşdirməyə başlayandan sonra da davam etdirdik. Hər verilişdən əvvəl «İnam»”ın saytında radiodialoqun mövzusu və qonaqları haqda elan verildi, dinləyicilərin dialoq iştirakçılarına suallar ünvanlaması üçün «Antenn”» radiosunun telefon nömrəsi göstərildi. Eyni elan veriliş efirə gedən gün ölkənin populyar nəşrlərindən olan «525-ci qəzet»”də də dərc edildi. Bütün bunlar verilişlərə ictimai diqqəti cəlb etmək imkanı verdi.

Radiodialoqların mövzusuna gəlincə, biz bu məsələdə məntiqi ardıcıllıq prinsipinə söykəndik. Öncə Azərbaycan müstəqillik əldə edəndən sonra mədən sənayesinin keçdiyi proseslərin dəyərləndirilməsini istədik. Bu məqsədlə ilk mövzu kimi 1991-2006-cı illər arasında aparılan neft siyasətini seçdik. Qonağımız ötən əsrin 90-cı illərində ARDNŞ-yə rəhbərlik etmiş mütəxəssis, «Mədən Sənayesində Şəffaflığın Artırılması»” QHT koalisiyasının koordinatoru Sabit Bağrov oldu.

Bu mövzunu bir qədər fərqli rakursda ARDNŞ-nin idarə rəisi Nizaməddin Quliyevlə müsahibədə də davam etdirdik. Hər iki radiodialoqda Azərbaycan Respublikasının müasir neft siyasəti müxtəlif parametrlər üzrə dəyərləndirildi, müsbət və mənfi tendensiyalara qiymət verildi, Azərbaycanda 100 il əvvəlki neft bumu zamanı və Sovet İttifaqı dövrüylə paralellər aparıldı.

Tarixçi Cəmil Həsənlinin dəvət aldığı verilişdə də tarixi paralellər mövzusunda söhbət getdi. «Azərbaycan nefti uğrunda mübarizə tarixi»” adlanan bu verilişdə neft amilinin Azərbaycanın ictimai-siyasi həyatına təsiri araşdırıldı, 19-cu, 20-ci və 21-ci əsrin neft siyasətləri arasında müqayisəli təhlil aparıldı.

Radiodiloqlarda əsas diqqət böyük neft kapitalının mümkün iqtisadi təhlükələrinə yönəldidi. Ən çox veriliş məhz bu mövzunun ayrı-ayrı aspektlərini araşdırmağa həsr olunub. İqtisadçı ekspertlər Azər Mehtiyev, İnqilab Əhmədov dəvət olunduqları verilişlərdə neft kapitalının idarə olunmasında dövlət siyasətini qiymətləndirib, ayrı-ayrı istiqamətlər üzrə mümkün fəsadları önləmək yollarını göstəriblər. Bu mövzu 2007-ci ilin dövlət büdcəsi müzakirələriylə səsləşdiyindən iqtisadçı alim Qubad İbadoğlu, millət vəkilləri Fazil Qəzənfəroğlu, Vahid Əhmədov və Pənah Hüseynin iştirakıyla keçən verilişlərdə ayrıca müzakirə olunub. Ekspertlər neft gəlirlərinin dövlət büdcəsinin formalaşdırılmasında, ümumi daxili məhsulun həcmində üstün rolunun doğura biləcəyi fəsadları gündəmə gətiriblər.

Neft amili və sosial inkişaf problemi də diqqətdən kənar qalmayıb. İqtisadçı alimlər Əli Əlirzayev, Vüqar Bayramov, Rövşən Ağayev, İlham Hüseynli və başqalarının iştirakıyla keçən verilişlərdə böyük neft gəlirlərinin doğurduğu sosial təbəqələşməni önləmək, geniş əhali kütləsinin sosial müdafiəsini gücləndirmək yolları araşdırılıb. Bu verilişlərdə neft gəlirlərinin inflyasion proseslərə təsiri ayrıca diqqətdə olub. Xüsusilə Tarif Şurasının enerji daşıyıcıları və bəzi xidmətlərin qiymətlərinin artırılmasıyla bağlı qərarından (6 yanvar 2007) sonra bu məsələ layihənin aparıcı istiqamətlərindən birinə çevrilib. Yeri gəlmişkən, məhz bu problemlərə həsr olunmuş verilişlərdə dinləyicilərin görünməmiş aktivliyi müşahidə olunub. Onlar studiyayla canlı bağlantı quraraq ekspertlərə suallar ünvanlayıb, fikir və mülahizələrini bölüşüblər.

Neft və qaz kəmərlərinin çəkilişi zamanı əhalinin hüquqlarının qarunması problemi tanınmış jurnalist Hacı Zamin və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun iştirakıyla keçən verilişdə araşdırılb. Hər iki şəxs Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilsi-Ərzurum qaz kəmərlərinin çəkilişinin monitorinqində yaxından iştirak etdiklərindən olduqca maraqlı faktlar açıqlayıblar və mübaliğəsiz demək olar ki, bu radiodialoq konkretlik baxımından 25 veriliş